Şriftin ölçüsü :

Saytın rəngi :

“Qübbə yəhudiləri” adlı sənədli film nümayiş etdirilib

17 dekabr 2015 | 16:00

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşəbbüsü və təşkilatçılığı ilə Nəsimi rayonu 46 nömrəli tam orta məktəbdə rejissor Qasım Nağının çəkdiyi “Qübbə yəhudiləri” adlı sənədli film nümayiş etdirilib. AMEA-nın Folklor İnstitutunun “Folklor” studiyasında ərsəyə gələn sənədli film Azərbaycanda yaşayan yəhudilərin həyat və məişətindən bəhs edir.
Filmin nümayişindən əvvəl məktəbin direktoru Sevinc Budaqova qonaqları salamlayıb və Azərbaycanda tarixən müxtəlif etnosların yanaşı və mehriban mühitdə yaşadığını deyib.
Bilik Fondunun əməkdaşı Ramilə Qurbanlı Azərbaycanda multikultural mühitin ta qədimdən formalaşdığını, bu gün də artıq həyat tərzinə çevrildiyini bildirib.
Rejissor Qasım Nağı filmin ideyasından, süjet xəttindən, çəkiliş prosesindən danışıb. Yaradıcı qrupun filmin daşıdığı və tamaşaçılara ötürdüyü sosial mesaja böyük önəm verdiyini vurğulayan rejissor ruh yüksəkliyi ilə işlədiklərini də diqqətə çatdırıb.
Filmin nümayişindən sonra yaradıcı qrup, qonaqlar və məktəblilərin iştirakı ilə müzakirələr aparılıb.
Tədbirdə iştirak edən Nəsimi Rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Emin Hüseynov, AMEA-nın Folklor İnstitutunun direktor müavini Abuzər Gülməmmədov, Yəhudi Humanitar Mərkəzinin direktoru Şaul Davıdov, Amerika Yəhudiləri Yardım Təşkilatının sədr müavini Rav Zamir İsayev çıxış edərək Azərbaycanda multikultral mühitdən, tolerantlıq ənənələrindən, ölkə ərazisində yaşayan bütün millətlərin və xalqların nümayəndələrinə göstərilən qayğıdan söhbət açıblar. “Qübbə yəhudiləri”nin Azərbaycandakı multikultural mühiti dünyaya əyani şəkildə göstəcək bir film olduğunu deyən natiqlər ekran əsərinin müxtəlif dillərə tərcümə edilərək xarici ölkələrdə də nümayiş olunmasını təklif ediblər.

Keçidlər