“Dünya Azərbaycanlılarının Ümumilli Lideri qüdrətli dövlət xadimi Heydər Əliyevin şərəfli ömür yolu nəsillərə nümunədir “
Nəsimi rayonu Abdulla Şaiq adına 54 saylı tam orta məktəbdə “Dünya Azərbaycanlılarının Ümumilli Lideri qüdrətli dövlət xadimi Heydər Əliyevin şərəfli ömür yolu nəsillərə nümunədir “ mövzusunda tədbir keçirildi.
Tədbiri giriş sözü ilə Abdulla Şaiq adına 54 saylı tam orta məktəbin direktoru Sahibə Abbasova açaraq Ulu Öndər Heydər Əliyevin ictimai-siyasi fəaliyyətindən danışaraq bildirdi ki,Heydər Əliyev qəlblərdə dərin kök ataraq yaşayan Əbədiyaşar şəxsiyyətdir. Biz Azərbaycanlılar fəxr etməliyik ki, Bizim Heydər Əliyev kimi Ulu Öndərimiz, İlham Əliyev kimi Səriştəli, qətiyyətli Prezidentimiz var. Sonra tədbirin proqramına uyğun olaraq əvvəlcə məktəbin müəlimləri Ümummilli liderlə bağlı hazırladıqları geniş və əhatəli məruzəni oxudular. Şagirdlər isə Azərbaycan xalqının Ümimmilli liderinin həyat və fəaliyyətindən bəhs edən şerlər səsləndirdilər. Tədbirin ədbi-bədii kompozisiya hissəsində mahnı oxuyanlarla yanaşı, rəqs edənlər də oldu. Tədbirdə çıxış edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov Ulu Öndər Heydər Əliyevin hər bir Azərbaycanlı üçün örnək dolu cəhətlərindən söz açdı. Dünya Azərbaycanlılarının həmirəy olmaları üçün Heydər Əliyevin göstərdiyi tarixi xidmətlərindən danışaraq, vəzifəsindən və pəşəsindən aslı olmayaraq hər birimizi Ulu Öndərdən bizə miras qalan həmrəyliyi möhkəmləndirməyə, qoruyub saxlamağa, dövlətçiliyimizin möhkəmləndirilməsi istiqamətində birgə fəaliyyətə səslədi.
Tədbirdə Nəsimi rayonun İcra hakimiyyətinin məsul işçiləri, rayonun ərazisində fəaliyyət göstərən məktəblərin direktorları, valideynlər,KİV-nin nümayəndələri iştirak etmişdirlər.