Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda yerləşən Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının 50 illik yubileyi qeyd olundu

23 dekabr 2015 | 16:00

Dekabrın 22-də Beynəlxalq Muğam Mərkəzində Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının 50 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirildi.
Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov, mədəniyyət və ictimayyət nümayəndələri iştirak edirdi.
Qonaqlar Beynəlxalq Muğam Mərkəzinin foyesində uşaq kitablarından ibarət sərgi ilə tanış oldu.
Yubiley tədbirində kitabxananın yarandığı vaxtdan bu günə qədər fəaliyyətini əks etdirən videoçarx nümayiş olundu.
Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə kitabxana sisteminin inkişafı sahəsində həyata keçirilnən dövlət proqramlarından danışdı. Bildirdi ki, Prezident İlham Əliyevin ölkəmizdə kitabxana sisteminin inkişaf etdirilməsi üçün imzaladığı dövlət proqramlarının icrası kitabxana işinin yeni mərhələyə qədəm qoymasına səbəb oldu. Nazir vurğuladı ki, son dövrlər informasiya texnologiyalarının inkişafı ilə əlaqədar kitaba marağın azalmasına baxmayaraq ölkəmizdə uşaq kitablarına xüsusi maraq var: “Nazirliyin fəaliyyətinin prioritet istiqamətlərindən biri də kitabxana sisteminin işini müasir tələblər səviyyəsinə çatdırmaqdır. Bunun üçün ölkəmizdə elektron kitabxana sisteminin inkişafı üçün müvafiq addımlar da atılır. Bu il bizə uşaq kitablarının nəşr olunması üçün çox müraciətlər olub. Bunu nəzərə alaraq gələn il nəşr edəcəyimiz kitabların sırasında uşaq ədəbiyyatına daha çox üstünlük verəcəyik”.
Əbülfəs Qarayev Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının fəaliyyətindən danışaraq Azərbyacanda kiçik yaşlı oxucuların maarifləndirilməsində kitabxananın əhəmiyyəti olduqca böyükdür: “Bu gün ölkə əhalisinin maarifləndirilməsində xüsusi ənənələri formalaşan bir kitabxananın 50 illik yubileyini qeyd edirik. Bu kitabxana öz işini günün müasir tələbləri səviyyəsində qurmağa nail olub. Biz uşaqlarımızın gələcəyini təmin etmək üçün onlara kiçik yaşlarından kitaba marağı oyatmalıyıq. Ölkəmizdə bu şərəfli işi həyata keçirən kitabxanalardan biri də Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasıdır”.
TÜRKSOY-un baş katibi Düsen Kaseinov çıxış edərək kitabxananın fəaliyyətini yüksək qiymətləndirdi. Dost, qardaş Azərbaycan xalqını qarşıdan gələn Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il bayramı münasibəti ilə təbrik etdi.
Tədbir daha sonra konsert proqramı ilə davam etdi.

Keçidlər