Nəsimi rayonu 3 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi 2015-ci ilin yekunlarını müzakirə etmişdir
Ölkə rəhbərliyi tərəfindən Bakı şəhəri və onun qəsəbələrinə olan diqqət və qayğının artması nəticəsində Nəsimi rayonunda bir sıra işlər həyata keçirilmişdir. Ötən il görülən işlərə yekun vurulması, onların təhlili və qarşıda duran vəzifələrin həyata keçirilməsi yolları Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 3 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Nəsimi rayon rəhbərliyi, rayonun təsərrüfat xidmətləri rəhbərləri, rayon ictimaiyyətinin iştirakı ilə Holiday Inn otelində keçirilən, 2015-ci ilin yekunlarına həsr olunan yığıncağında müzakirə olunmuş, növbəti il üçün konkret tədbirlər müəyyənləşdirilmişdir.
Hesabat məruzəsi ilə çıxış edən Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 3 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi İsgəndər Səfərov bildirmşdir ki, hesabat dövründə S.Əsgərova, Ş.Əzizbəyov, Azadlıq prospekti, Füzuli, B.Səfəroğlu, Mərdanov qardaşları, Ə.Topçubaşov, Bülbül prospekti, Kiçik Dəniz, R.Rza, S.Rüstəm, Ş.Bədəlbəyli, D.Əliyeva küçələrində ümumilikdə 4200 p/m bardür dəyişdirilmiş, 39000 m2 asfalt örtüyü vurulmuşdur. İl ərzində Ü.Hacıbəyli və Səməd Vurğun küçəsində abadlıq işləri aparılmış, qazon salınmş və güllərdən kompazisiya yaradılmışdır. Ərazi üzrə məhəllədaxili işıq dirəkləri, və qaz xətləri rənglənmiş, Mirəli Qaşqay küçəsində yeraltı qaz xətləri dəyişdirilmişdir.
Ötən il ərzində S.Rəhimov, Xətai, S.Əsgərova, Füzuli, M.Qaşqay, R.Rza, B.Səfəroğlu; Vidadi; Ə.Quliyev; Mardanov qardaşları küçəsi, D.Əliyeva, 28 May, F.Əmirov küçələrindəki binaların dam örtükləri cari təmir edilmişdir.
Əlibəy Hüseynzadə küçəsi 74 saylı ünvanında yerləşən 594, 595 ATS –də əsaslı təmir və yenidənqurma işləri aparılmış, hal-hazırda Dəmir Yol sərnişin Vağzalının yenidən qurulması ilə bağlı əsaslı təmir tikinti işləri və Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbə yataqxanasının fasad hissəsində əsaslı təmir işləri aparılır.
Təhsil sahəsində son illərdə qazanılan bütün uğurlar, Ölkə Başçısı cənab İlham Əliyevin təhsilin inkişafı ilə əlaqədar imzaladığı proqramlar çərçivəsində həyata keçirilən islahatlar, ölkənin birinci xanımı Mehriban Əliyevanın təhsil müəssələrinin yenilənməsi sahəsində gördüyü işlərdövlətimizin bu sahəyə xüsusi qayğısının nəticəsidir.2015-ci ildə Tolstoy küçəsi 187 saylı ünvanda yerləşən 1 saylı tam orta məktəbin həyətində yeni 10 sinif otağından və idman zalından ibarət 3 mərtəbəli tədris binası inşa olunmuşdur. Hazırda Bülbül prospekti 16 ünvanda yerləşən Azərbaycan Rəssamlıq Akademiyası nəzdində İncəsənət kollecində, Ç.Mustafayev adına uşaq və gənclər yaradıcılıq mərkəzində əsaslı təmir işləri aparılır.
Yığıncaqda çıxış edən Nəsimi rayon İcra Hakimiyyəti Başçısı Asif Əsgərov bildirmişdir ki, əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan və möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi, iqtisadi kurs 2015-ci ildə böyük nailiyyətlərlə əlamətdar olmuş, ölkəmizdə daxili və xarici siyasətdə bir sıra mühüm uğurlara imza atılmışdır. Qeyd etmişdir ki, başa vurduğumuz ildə bütün dünyada gedən mürəkkəb siyasi proseslərə, qlobal iqtisadi böhranlara baxmayaraq, Azərbaycanda hərtərəfli sosial-iqtisadi inkişaf davam etmiş, Prezident İlham Əliyevin balanslaşdırılmış və düşünülmüş siyasi-iqtisadi strategiyası sayəsində ölkənin dinamik inkişafı, əhalinin rifah halının daha da yaxşılaşdırılması, habelə, ölkəmizin beynəlxalq nüfuzunun əhəmiyyətli dərəcədə yüksəlməsi, milli dövlətçilik maraqları təmin edilmişdir. 2015-ci ildə rayonda görülən işlər və həyata keçirilmiş sosial yönümlü layihələr barədə geniş məlumat vermiş, qeyd etmişdir ki, ölkə başçısının tapşırıqlarına əsasən rayon ərazisində aparılan abadlıq quruculuq işləri davam edəcəkdir.
Nəsimi rayon İcra Hakimiyyəti Başçısı Asif Əsgərov 10 yanvar 2016–cı il tarixdə Nazirlər Kabinetinin 2015–ci ilin sosial iqtisadi inkişafının yekunlarına həsr olunmuş yığıncağında ölkə başçısının nitqindən irəli gələn vəzifələrlə bağlı görüləcək işləri tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Yığıncaqda rayon sakinlərindən xalq artisti Ramiz Quliyev, təqaüdçü Rəsul Səfərov, məcburi köçkün Quliyev Novruz və başqaları çıxış edərək respublikada aparılan quruculuq işlərinin, həyata keçirilən böyük sosial və infrastruktur layihələrinin, aparılan islahatların xalqın rifahının yüksəldilməsinə yönəldiyini bildirmişlər.
Yığıncağın sonunda sakinləri maraqlandıran suallar cavablandırılmışdır.