Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 2015-ci il üzrə rayonun sosial-iqtisadi inkişafının yekunları barədə HESABATI
Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının
2015-ci il üzrə rayonun sosial-iqtisadi inkişafının yekunları barədə
HESABATI
Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş müasir Azərbaycan 2015-ci ildə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik siyasi fəaliyyəti nəticəsində inamla irəliləmiş və ölkə başçısının fəaliyyətinin ana xəttini iqtisadiyyatın şaxələndirilmiş inkişafı, dövlətçilikdə xalq faktorunun üstün mövqeyi, azərbaycançılıq, balanslaşdırılmış xarici siyasət, mükəmməl neft siyasəti, enerci təhlükəsizliyi, bəşəriyyətin taleyində çoxaspektli dialoqun rolu, tolerantlıq fəlsəfəsi kimi aktual, xüsusi çəkiyə malik məsələlər təşkil etməklə dövlətimizin və xalqımızın tərəqqisi təmin edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 10 yanvar 2016-cı il tarixdə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilmişdir.
İclasda ölkə başçısı ötən ildə Azərbaycanda həyata keçirilmiş genişmiqyaslı işlərə, qazanılan uğur və nailiyyətlərə öz münasibətini bildirmiş, qarşıda duran vəzifələri müəyyənləşdirmişdir.
O, 2015-ci ildə dünyada iqtisadi böhranın daha da dərinləşdiyini, bizim regionumuzda isə iqtisadi böhranla yanaşı, siyasi və hərbi böhran müşahidə olunduğunu, mövcud olan münaqişələrin 2015-ci ildə öz həllini tapmadığını qeyd edərək bildirmişdir ki, Azərbaycan 2015-ci ildə uğurla inkişaf etmişdir. Qarşıda duran bütün vəzifələr icra edilmişdir. Ölkəmizin beynəlxalq nüfuzu daha da artmışdır. Ölkə başçısı keçən il xarici ölkələrə 20 rəsmi və işgüzar səfər etmiş, xarici ölkələrin dövlət və hökumət başçıları Azərbaycana səfərlər etmişlər, 15 dövlət və hökümət başçısı Azərbaycanda olmuşdur.
Qeyd edilmişdir ki, 2015-ci ildə Azərbaycan iqtisadiyyatı inkişaf etmişdir. Bu da çox müsbət haldır. Əlbəttə ki, əvvəlki illərdə olan inkişaf əldə edilməmişdir. Bu da mümkün deyildi. Çünki neftin qiyməti 3-4 dəfə aşağı düşmüşdür. Manatın məzənnəsi devalvasiyaya uğramışdır. Bu da qaçılmaz idi. Çünki neftin qiymətinin 3-4 dəfə aşağı düşməsi imkan vermirdi ki, manatın məzənnəsi əvvəlki səviyyədə qalsın. Eyni zamanda, bizim qonşu ölkələrdə də milli valyutalar 100 faiz, bəzi hallarda ondan da çox dərəcədə devalvasiyaya uğramışdır. Belə olan halda Azərbaycanda istehsal olunan məhsullar öz rəqabət qabiliyyətliliyini itirirdi, bizim istehsalçılara çox böyük təzyiq göstərilirdi. Sadəcə olaraq, manatı əvvəlki səviyyədə saxlamaq qeyri-mümkün idi. Yəni, bu, qaçılmaz bir addım idi. Bunun səbəbi Azərbaycandan kənarda yaranmışdır. Burada ilk növbədə siyasi amillər öz rolunu oynayıbdır. Kimsə kiminləsə mübarizə aparır, biz isə bundan əziyyət çəkirik. Ona görə bu da əlbəttə ki, bizim iqtisadi vəziyyətimizə mənfi təsir göstərmişdir. Buna baxmayaraq, Azərbaycan iqtisadiyyatı artıb. Ümumi daxili məhsul 1 faizdən çox, sənaye istehsalı 2,4 faiz, qeyri-neft sənayesi isə 8,4 faiz artmışdır. Bu, son illər ərzində qeyri-neft sektorunun inkişafı deməkdir, aparılan islahatların nəticəsidir.
Keçən il ölkə iqtisadiyyatına 20 milyard dollara yaxın sərmayə qoyulmuşdur. Bunun yarısı xarici sərmayədir. Bütün sosial proqramlar icra edilmişdir. Heç bir ixtisar olmamışdır.
İnsanlara daha da böyük məbləğdə ünvanlı dövlət sosial yardımı verilmişdir. Bu gün 112 min ailə, təqribən 500 minə yaxın insan hər ay dövlətdən orta hesabla 152 manat yardım alır və il ərzində verilən bu məbləğ 7 faiz artmışdır. Sosial infrastruktur layihələri icra edilmişdir. Altmışa yaxın tibb müəssisəsi tikilib-təmir edilib, 20-dən çox məktəb təmir edilib-tikilib və hazırda 23 məktəbdə təmir işləri aparılır. Uşaq bağçalarının tikintisi davam edir.
Regionların inkişafı 2015-ci ildə sürətlə getmişdir. Hər bir yerdə inkişaf, tərəqqi var, yeni sənaye müəssisələri açılır. Yüz mindən çox yeni iş yerləri açılmışdır ki, onlardan 84 mini daimi iş yeridir. Bununla bərabər, 40 min iş yeri bağlanmışdır.
Azərbaycanda çox müsbət demoqrafik vəziyyət mövcuddur. Ötən il əhalinin sayı 114 min nəfər artıb. Bu, çox müsbət haldır, ümumi iqtisadi inkişafın təzahürüdür.
Keçən il TANAP layihəsinin inşası başlanmışdır. Bu, ölkəmiz, region və ümumiyyətlə, Avropa üçün çox əhəmiyyətli layihədir, strateci əhəmiyyət daşıyan bir layihədir.
2015-ci ildə ölkəmizin həyatında tarixi hadisə baş vermişdir. İlk dəfə olaraq Avropa Oyunları keçirilmişdir. Azərbaycan bu Oyunları ən yüksək səviyyədə keçirə bilmişdir. Baxmayaraq ki, Oyunların keçirilməsi üçün cəmi 2 il yarım vaxtımız var idi, bu Oyunlar Yay Olimpiya Oyunları səviyyəsində keçirildi.
Dünyanın ən böyük və mötəbər qurumlarından biri olan Davos Dünya İqtisadi Forumu Azərbaycanı iqtisadiyyatın rəqabət qabiliyyətliliyinə görə 40-cı yerə layiq görüb. Bu, doğrudan da böyük nailiyyətdir. Aparıcı reytinq agentlikləri 2015-ci ildə bizim müsbət reytinqlərimizi təsdiq ediblər.
Nitqində beynəlxalq vəziyyətə yer ayıran ölkə başçısı qeyd etmişdir ki, “Xarici müdaxilə nəticəsində Yaxın Şərqdən artıq qaçqın, köçkün vəziyyətinə düşmüş yüz minlərlə insan Avropaya pənah gətirir. Yüz minlərlə insan həlak olmuşdur. Milyonlarla insan qaçqın, köçkün vəziyyətində yaşayır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində bir milyondan çox Azərbaycan vətəndaşı qaçqın, köçkün vəziyyətinə düşmüşdür. O vaxt Azərbaycan bu humanitar fəlakətlə təkbaşına üz-üzə qalmışdı. Bildiyiniz kimi, adambaşına ən yüksək köçkün, qaçqın səviyyəsi Azərbaycanda olmuşdur. Biz köçkünlərin, qaçqınların yaşayış səviyyəsini böyük dərəcədə yaxşılaşdıra bilmişik.
Azərbaycan müsəlman aləminin ayrılmaz hissəsidir. Eyni zamanda, bizi Avropa ölkələri ilə dərin əlaqələr bağlayır. Biz siyasi, iqtisadi, enerci sahələrində, başqa sahələrdə uğurla əməkdaşlıq edirik. Biz həmişə çalışırıq ki, dinlərarası, sivilizasiyalararası dialoq daha da güclənsin.
Keçən il Türkiyə-Rusiya münasibətləri gərginləşdi. Bu yaxınlarda İran-Səudiyyə Ərəbistanı münasibətləri həddindən artıq gərginləşdi və diplomatik əlaqələr kəsildi.
Biz həmişə çalışmışıq və öz səylərimizi göstərmişik ki, müsəlman aləmi daha da sıx birləşsin. Bu gün də çalışırıq və Azərbaycanda keçirilən müxtəlif tədbirlər, o cümlədən gələn il keçiriləcək İslam Həmrəylik Oyunları bu məqsədi güdür ki, müsəlman aləmində əlaqələr daha da yaxın olsun, münaqişələrə son qoyulsun, əməkdaşlıq üçün daha yaxşı zəmin yaradılsın.
Əfsuslar olsun ki, 2015-ci ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı heç bir irəliləyiş olmamışdır. Ermənistan sülh istəmir”.
Əlbəttə ki, Azərbaycan öz mövqeyini bundan sonra da müdafiə edəcək. Bizim mövqe beynəlxalq hüquq norma və prinsiplərinə əsaslanır. BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul etmişdir ki, erməni işğalçı qüvvələri torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxarılsın.
Azərbaycanın hərbi potensialı 2015-ci ildə böyük dərəcədə möhkəmlənmişdir. Biz bunu döyüş meydanında da görürük. 2015-ci ildə təmas xəttində Azərbaycan tam üstünlük təmin etmişdir və öz iradəsini diktə etmişdir.
Biz bundan sonra da bütün imkanlardan istifadə edəcəyik. Siyasi, diplomatik və iqtisadi rıçaqlardan istifadə edəcəyik, eyni zamanda, döyüş potensialımızı gücləndirəcəyik və beləliklə, münaqişənin həllini yaxınlaşdıracağıq.
2015-ci ildə parlament seçkiləri keçirilmişdir. Bu da ölkəmizin həyatında əlamətdar hadisə idi. Parlament seçkiləri ədalətli, şəffaf və demokratiya şəraitində keçirilmişdir. Parlament seçkilərinin nəticələri aparılan siyasətə xalq tərəfindən verilən böyük dəstəkdir.
BMT tərəfindən 2015-ci ilin “Beynəlxalq torpaq ili” bəyan edilməsi və bu qlobal çağırışlara qoşularaq həmin ilin möhtərəm Prezidentimiz tərəfindən Azərbaycanda “Kənd təsərrüfatı ili” elan olunması aqrar sektora göstərilən dövlət qayğısının təzahürü olmaqla, aqrar sahədə inkişafın keyfiyyətcə yeni mərhələsinə keçid üçün təməl yaradıb.
Möhtərəm Prezident qarşıda duran vəzifələri müəyyənləşdirirək qeyd etmişdir ki, biz 2016-cı ildə iqtisadi inkişaf templərini təmin etməliyik. Daha da səmərəli işləməliyik və iqtisadi inkişaf templərini daxili resurslar hesabına, düşünülmüş siyasət, islahatlar, o cümlədən struktur islahatları nəticəsində təmin etməliyik. İqtisadi şaxələndirmə, qeyri-neft sektorunun inkişafı 2016-cı ildə iqtisadi sahədə əsas prioritet olacaqdır. Neftdən asılılığı minimum səviyyəyə endirməliyik. Bu il biz xarici investisiyaları Azərbaycana daha böyük həcmdə cəlb etməliyik. Kənd təsərrüfatı sektoruna, sənaye sektoruna, xidmət sektoruna xarici sərmayəni cəlb etmək bizim üçün daha da məqbul sayıla bilər və hökumət bu istiqamətdə ciddi iş aparmalıdır.
Eyni zamanda, yerli sahibkarlar da Azərbaycan iqtisadiyyatına daha çox sərmayə qoymalıdırlar. Xüsusilə, son vaxtlar dövlət tərəfindən verilən güzəştli kreditlər hesabına biz bunu görürük.
Mərkəzi və yerli dövlət qurumları özəl xarici və yerli investisiyaları cəlb etməyə çalışmalıdırlar. 2016-cı ilin Dövlət İnvestisiya Proqramında əsas infrastruktur layihələri öz əksini tapacaqdır.
Vergi bazası genişləndirilməlidir. Buna nail olmaq üçün kifayət qədər ehtiyatlar var. Gömrük rəsmiləşdirilməsi və bütün idxal-ixrac əməliyyatları tam şəffaf aparılmalıdır.
Bununla yanaşı, ictimai nəzarət mexanizmləri işə salınmalıdır. Amma ictimai nəzarət mexanizmləri işlənməlidir. Çünki sadəcə olaraq insanlardan tələb etmək ki, gedin o və ya bu sahəyə nəzarət edin, bu, çətin məsələdir. Burada lazımi səviyyədə həm ictimai fəallıq, həm də mexanizmlər olmalıdır.
Nəğd pul dövriyyəsi sferasını azaldılmalı, nəğdsiz ödəmələr genişləndirilməlidir.
Sahibkarlara güzəştli kreditlərin verilməsi təmin edilməlidir. Keçən il güzəştli şərtlərlə təxminən 250 milyon manat məbləğində kreditlər verilmişdir. Bunun böyük əksəriyyəti aqrar sektora, regionlara verilmişdir. 5 min 240 sahibkara güzəştli kreditlər verilmişdir. Bu il bu siyasət davam etdirilməlidir.
Daha sonar qeyd olunmuşdur ki, istehlak qiymətlərinə çox ciddi nəzarət etmək lazımdır. Manatın məzənnəsinin dəyişməsi ilə bağlı bəzi işbazlar qiymətləri süni şəkildə qaldırmaq istəyirlər. Ancaq o məhsullar ki, Azərbaycanda istehsal olunur, orada qiymət artımı ümumiyyətlə mümkün deyil, olmamalıdır. Süni bahalaşmaya son qoyulmalıdır və burada çox ciddi cəza tədbirləri görülməlidir. Biz sadəcə olaraq cərimələrlə kifayətlənməməliyik. Prokurorluq orqanları çox ciddi məşğul olsun. Bu vəziyyətdən öz şəxsi maraqları üçün istifadə etmək istəyənlərə qarşı çox ciddi cəza tədbirləri görülməlidir. Mətbuatda da bu, işıqlandırılmalıdır ki, buna son qoyulsun.
Bu il pensiya və əməkhaqqının qaldırılması nəzərdə tutulmalıdır. Əlbəttə, indiki şəraitdə bunu etmək o qədər də asan məsələ deyil.
Keçən il “Kənd təsərrüfatı ili” idi. “Kənd təsərrüfatı ili”ndə kənd təsərrüfatı 6,6 faiz artmışdır. Bu, çox gözəl göstəricidir, qeyri-neft sektorunun inkişafıdır.
İxrac qabiliyyətimizi artırmalıyıq. Çünki gələcəkdə bizim neft və qazdan başqa əsas ixrac məhsullarımız kənd təsərrüfatı məhsullarıdır. İxrac qabiliyyətimizi artırmalıyıq. Çünki gələcəkdə bizim neft və qazdan başqa əsas ixrac məhsullarımız kənd təsərrüfatı məhsullarıdır.
Keçən il meliorasiya işləri ilə bağlı çox ciddi addımlar atılmışdır, yararsız torpaqları dövriyyəyə buraxmalıyıq və minlərlə, on minlərlə hektar torpaq dövriyyəyə buraxılacaq.
Dövlət İnvestisiya Proqramında infrastruktur layihələri, xüsusilə içində içməli su layihələri öz əksini tapacaq. Azərbaycanda qazlaşdırma təxminən 90 faizə çatmışdır. “Azərişıq” indi bölgələrdə fəal iş aparır.
Keçən il 300 subartezian quyusu qazılmışdır. Bu da çox önəmli infrastruktur layihəsidir. Eyni zamanda, keçən il 60-a yaxın kənddə, bu günə qədər isə 384 kənddə sutəmizləyici qurğular quraşdırılmışdır.
Sənaye istehsalı istiqamətində çox ciddi iş aparılmalıdır. Texnoparklar, sənaye klasterləri yaradılmalıdır. Bütün regionlarda sənaye zonaları yaradılmalıdır.
İnformasiya-kommunikasiya sektorunun inkişafı istiqamətində daha da ciddi addımlar atılmalıdır. Bu sektorun çox böyük potensialı var. Bu sahədə inkişaf müşahidə olunur.
Turizm sektorunun inkişafı üçün yerli və xarici sərmayə cəlb edilməlidir. Dövlət tərəfindən artıq kifayət qədər böyük işlər görübdür. Dövlət hesabına “Şahdağ” kurort zonasını yaradılıb.
Bu il nəqliyyat dəhlizlərinin daha da səmərəli işləməsi ilə bağlı çox ciddi addımlar atılmalıdır. Keçən ilin sonunda ciddi addımlar atılmışdır. Tranzit yüklərin Azərbaycan ərazisindən daşınması üçün Koordinasiya Şurası yaradılmışdır. Bu, çox ciddi bir addımdır. Koordinasiya Şurasında nəqliyyatla bağlı olan bütün qurumlar birləşir.
Vahid taarif siyasəti aparılır və aparılmalıdır.
Nəqliyyat dəhlizlərinə gəldikdə, bu il Bakı-Astara dəmir yolunun qalan hissəsi tikilməlidir. Orada qalan hissə 8 kilometrdir. Bu, Azərbaycanı Şimal-Cənub dəhlizinin çox önəmli partnyoruna çevirəcək. Beləliklə, Şərq-Qərb və Şimal-Cənub bütün yollar Azərbaycandan keçəcək. Bu, bizim siyasi, iqtisadi maraqlarımızı təmin edəcək.
Keçən il şəhər nəqliyyatının tənzimlənməsi üçün lazımi tədbirlər görülüb. Ölkəmizə yeni müasir avtobuslar gətirilib. Yeni marşrutlar açılıb. Yeni idarəetmə qaydaları tətbiq edilir. Şəhər nəqliyyatı vahid bir sistem olmalıdır,
Ekoloci tədbirlər daim aparılır. Keçən il 4 milyondan çox ağac əkilmişdir. Bu siyasət davam etdirilməlidir. “Ekologiya ili”ndə bu işə fəal başlamışdır.
Bu il iki yeni “ASAN xidmət” mərkəzi açılmalıdır - Masallıda və Qəbələdə.
Bu il Bakıda mötəbər beynəlxalq tədbir - Sivilizasiyalar Alyansının Qlobal Forumu keçiriləcək. Bu, dünya miqyasında çox böyük beynəlxalq tədbirdir. BMT-nin fəal iştirakı, dəstəyi ilə keçirilən tədbirlərdir Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir. Bu, bizim böyük sərvətimizdir.
Bu Qlobal Forumun Azərbaycanda keçirilməsini, ümumiyyətlə, bu sahəyə diqqəti və əldə etdiyimiz nailiyyətləri nəzərə alaraq 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan edilmişdir.
2016-cı ildə biz fəal işləməliyik. Bütün vəzifələr icra edilməlidir. Vəzifələrin icrası üçün mexanizmlər qısa bir zamanda işlənib mənə təqdim edilməlidir. Müvafiq qərarlar qəbul ediləcək ki, 2016-cı ili də biz uğurla başa vuraq.
Bununla da Möhtərəm Prezidentimiz 2015-ci ilin yekunlarına dərin təhlil verərək 2016-cı ildə prioritet istiqamətləri, vəzifələri müəyyən etmişdir.
Respublikamızın hər yerində olduğu kimi Bakı şəhəri Nəsimi rayonunda da davamlı sosial-iqtisadi inkişafı, əhalinin rifah halının daha da yüksəlməsi təmin edilmiş, dinamik artım templəri üstünlük təşkil etmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nəsimi rayonunda aparılan abadlıq və quruculuq işləri üzrə layihələrin icrası ilə bağlı tədbirlərdə şəxsən iştirakı rayonun həyatını daha əlamətdar etmişdir.
2015-ci il aprel ayının 22-də Prezident İlham Əliyev və xanımı, “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Heydər Əliyev adına İdman Sarayında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.
İnşasına 1977-ci ildə başlanan bu idman qurğusu 1990-cı ildə istifadəyə verilib. Əvvəllər binada belə yüksək səviyyədə əsaslı təmir işləri aparılmayıb. Təmir işləri zamanı binanın fasadı da tamamilə yenilənib. Tac şəkilli olan fasad xüsusi örtüklə üzlənmiş konstruksiyadan ibarətdir. Fasadı bədii tərtibatda işıqlandırmaq üçün müxtəlif rəngdə xüsusi lampalar və procektorlar quraşdırılıb, avtomat idarəetmə mərkəzi yaradılıb. Dövlətimizin başçısı və xanımı bu idman qurğusunda aparılan əsaslı təmir işlərinin gedişi ilə dəfələrlə tanış olub, müvafiq tapşırıq və tövsiyələrini veriblər.
Əsaslı təmir işləri aparılarkən kompleksin mötəbər yarışların təşkilinə, o cümlədən birinci Avropa Oyunları zamanı beynəlxalq idman federasiyalarının tələblərinə cavab verməsi və funksionallığının daha da artırılması üçün bir sıra tədbirlər görülüb. Bu sarayın əsaslı təmiri Avropa Olimpiya Komitəsi, “Bakı-2015” ilk Avropa Oyunları Əməliyyat Komitəsi və aidiyyəti beynəlxalq federasiyaların tələbləri nəzərə alınmaqla yüksək keyfiyyətlə yerinə yetirilib.
İdman Sarayının məşq zalı ən müasir səviyyədə qurulub. Burada püşkatma, dopinq yoxlama, tibb, hakimlər üçün istirahət, beynəlxalq federasiyaların işçi otaqları və kafe, yarış mərkəzi, 40 nəfərlik iclas zalı, 250 yerlik yeməkxana, mətbəx və digər köməkçi otaqlar var. Kompleksdə 200 yerlik mətbuat mərkəzi, curnalistlər üçün kafe, 40 nəfərlik konfrans otağı, könüllülər üçün 350 nəfərlik zal və kafe də yaradılıb.
Əsas zal və korpuslardan ibarət olan İdman Sarayında birinci Avropa Oyunları zamanı Yunan-Roma və sərbəst güləş, həmçinin cüdo və sambo üzrə yarışlarda qadınlar və kişilər qüvvələrini sınamışlar. Sarayın ümumi tamaşaçı tutumu təmirdən əvvəl 7587 nəfər idisə, indi bu rəqəm 7830-a çatdırılıb. Burada, eyni zamanda, VIP tamaşaçılar üçün 126, fiziki imkanları məhdud tamaşaçılar üçün isə 30 oturacaq quraşdırılıb. İdman obyektinin yarış zalları, mətbuat işçiləri üçün sahələr, yüksək səviyyəli qonaqlar üçün VIP otaqlar, yarışların gedişinin canlı teleyayımının təşkili mərkəzi ən müasir səviyyədə yaradılıb.
Əsaslı təmir işlərinin layihəsinin hazırlanması və icrasına xarici şirkətlərlə yanaşı, yerli şirkətlər və mütəxəssislər də cəlb olunub. Ümumi sahəsi 54,8 min kvadratmetr olan binada aparılan əsaslı təmir işləri zamanı daxili kommunikasiya, havalandırma sistemləri yenidən qurulub, zalların döşəməsinə idman təyinatlı xüsusi örtük vurulub.
İdman qurğusunda təhlükəsizliyin təmin olunması məqsədilə müşahidə kameraları və zalların işıqlandırılması üçün 222 müasir procektor quraşdırılıb. Bina genişzolaqlı internet, müasir akustika sistemləri, avadanlığın davamlı işləməsini təmin edən transformator, UPS və generator elektrik sistemləri ilə təchiz edilib.
Belə müasir idman komplekslərinin istifadəyə verilməsi bir daha sübut edir ki, “Bakı-2015” ilk Avropa Oyunlarına hazırlıqla bağlı ölkəmizdə qarşıya qoyulan bütün hədəflərə qısa zamanda, həm də keyfiyyətlə nail olunub. Azərbaycanda idman qurğularının ən yüksək səviyyədə yenidən qurulması və müasir idman obyektlərinin inşası beynəlxalq idman qurumları tərəfindən də yüksək qiymətləndirilir.
Bu gün Azərbaycanda idmana olan dövlət qayğısı, bunun nəticəsində idmançılarımızın olimpiadalarda, müxtəlif səviyyəli beynəlxalq yarışlarda qazandıqları böyük nailiyyətlər, paytaxtla yanaşı, respublikanın hər yerində müasir idman infrastrukturunun yaradılması gənc nəslin həm fiziki, həm də mənəvi cəhətdən sağlam yetişməsində də mühüm rol oynayır. Bütün bu reallıqlar və ilk Avropa Oyunları ilə bağlı ölkəmizdə görülən işlər Avropa Olimpiya Komitəsinin birinci Avropa Oyunlarının məhz Bakıda keçirilməsi ilə bağlı qərarının düzgün olduğunu bir daha nümayiş etdirir. Belə mühüm beynəlxalq idman tədbirini yüksək səviyyədə keçirməklə Azərbaycan həm də növbəti Avropa Oyunlarının standartını müəyyən edəcək.
2015-ci ilin avqust ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakının Nəsimi rayonunun ərazisindəki Pişəvari, Cavadxan, Hüseyn Seyidzadə küçələrində həyata keçirilən abadlıq və yenidənqurma işlərindən sonrakı vəziyyətlə tanış olub.
Pişəvari, Cavadxan, Hüseyn Seyidzadə küçələrində ümumilikdə 300 min kvadratmetrə yaxın sahəyə asfalt döşənmiş, yol işarələri ikikomponentli yüksək keyfiyyətli boyalarla rənglənib. Pişəvəri küçəsi ikiistiqamətli və dördzolaqlı olmaqla genişləndirilərək əsaslı şəkildə yenidən qurulub. Küçə boyu səkilər tamamilə yenilənib, ən müasir işıqlandırma sistemi quraşdırılıb, yeni yaşıllıq zolaqları salınıb. Heydər məscidinə gedən küçələrin hamısında abadlıq və yenidənqurma işləri həyata keçirilib.
Dövlətimizin başçısı Cavadxan və Hüseyn Seyidzadə küçələrində və bu küçələrin kəsişdiyi ərazilərdə aparılan abadlıq-quruculuq işlərindən sonrakı vəziyyətlə də tanış oldu. Bu küçələrə də yeni asfalt örtüyü döşənib, səkilər və buradakı yol ötürücüsü yenidən qurulub, ətraf abadlaşdırılıb, yeni yaşıllıq zolaqları salınıb, müxtəlif ağac və gül kolları əkilib. Əsaslı şəkildə yenidən qurulmuş bu küçələrin hamısında yeraltı kommunikasiyalar və su xətləri dəyişdirilib, yeni işıqlandırma sistemi qurulub. Bütün bunlar göstərir ki, ölkədə yol-nəqliyyat kompleksinin yenidən qurulması, yeni yolların salınması, mövcud olanların isə əsaslı şəkildə təmir olunması ilə bağlı layihələr uğurla davam etdirilir. Hazırda ölkədə beynəlxalq və respublika əhəmiyyətli magistral yolların salınması ilə yanaşı, yerli əhəmiyyətli, xüsusən də paytaxtdaxili yolların müasir səviyyədə qurulmasına xüsusi diqqət yetirilir. Bu da təbii ki, Bakıda aparılan genişmiqyaslı abadlıq işlərinin mühüm tərkib hissəsidir. Prezident İlham Əliyevin tapşırıqlarına əsasən bu sahədə görülən işlər həm də Bakı şəhərindəki yollarda avtomobillərin rahat hərəkətinin təmin olunmasına və tıxac probleminin aradan qaldırılmasına yönəlib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sentyabrın 10-da Bakının Nəsimi rayonundakı Texniki-Humanitar Liseydə görülən təmir və yenidənqurma işlərindən sonrakı vəziyyətlə tanış olub.
Görülən işlərlə bağlı dövlətimizin başçısına bildirmişdir ki, təhsil ocağının binası 1963-cü ildə istifadəyə verilib. Əvvəllər axşam məktəbi kimi fəaliyyət göstərən binada 2000-ci ilə qədər Dağıstan Universitetinin filialı yerləşib. Həmin il Texniki-Humanitar Lisey təsis olunub və bu binada fəaliyyətə başlayıb. Liseyin binasında bu günədək əsaslı təmir işləri aparılmayıb. Üçmərtəbəli binada yenidənqurma işləri yüksək səviyyədə həyata keçirilib. Dövlətimizin başçısına Texniki-Humanitar Liseyin şagirdləri üçün nəzərdə tutulan məktəbli formaları və çantalar barədə də məlumat verilmiş və bildirilmişdir ki, bu ildən tətbiq olunacaq bu formalar şagirdlərin rahatlığı nəzərə alınaraq hazırlanıb. Liseyin foyesində ulu öndər Heydər Əliyevin təhsil sahəsinə göstərdiyi qayğını və Prezident İlham Əliyevin paytaxtın Nəsimi rayonundakı təhsil ocaqlarının müasir standartlar səviyyəsinə çatdırılması istiqamətində gördüyü işləri əks etdirən fotolardan ibarət stendlər yaradılıb.
Liseydə 43 otaq var. Onlardan 24-ü sinif otağı, digərləri isə fənn kabinetləri və laboratoriyalardır. İdman zalı da müasir səviyyədə qurulan təhsil ocağının həyətində geniş abadlıq və quruculuq işləri görülüb. Prezident İlham Əliyev siniflərdə yaradılan şəraitlə tanış olmuşdur. Təhsil sahəsində görülən bütün bu işlər Azərbaycanda insan kapitalının inkişafına xidmət edir. Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı bir daha təsdiqləyir ki, bu mühüm amil dövlət siyasətinin əsas prinsiplərindən biridir.
Sentyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakı sərnişin stansiyasında Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən ilk sərnişin qatarının yola salınması mərasimində iştirak etmişdir. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov Bakı-Biləcəri-Sumqayıt dəmir yolu layihəsi ilə bağlı görülən işlər barədə dövlətimizin başçısına məlumat vermişdir. Bildirilmişdir ki, yolun ümumi uzunluğu 84 kilometrdir. Marşrut üzərində Bakı, Keşlə, Biləcəri, Xırdalan, Güzdək, Sumqayıt sərnişin stansiyaları, 10-cu və 6-cı blok post-ayırma məntəqələri yerləşir. Stansiya və ayırma məntəqələrinin baş yolları üzərində 106 dəst yoldəyişən qurğu quraşdırılıb. Sahədə sonuncu təmir işləri 1985-ci ildə aparılıb. Bakı sərnişin stansiyasının yenidən qurulması işləri çərçivəsində 4 yeni platforma inşa olunub. Onların birinin uzunluğu 310, digərlərinin uzunluğu isə 254 metrdir. Stansiyada qatarların qəbulu və yola salınması üçün nəzərdə tutulan yolların dördündə əsaslı təmir işləri görülüb, kontakt şəbəkəsi və işarəvermə avadanlıqları yenilənib. Hazırda ümumi sahəsi 8 min kvadratmetr olan 17 mərtəbəli “Vağzal” mehmanxanasında və sərnişinlərin gözləmə zalında da əsaslı təmir işləri aparılır. Sahəsi 10 min kvadratmetr olan beşmərtəbəli Sumqayıt vağzalının binası yararsız halda olduğu üçün sökülüb və yeni binanın tikintisi nəzərdə tutulub. Yeni qatarın ilk sərnişin bileti xatirə olaraq dövlətimizin başçısına təqdim edilmişdir. Bu marşrut xətti üzrə sərnişinlərin rahat, sürətli və təhlükəsiz daşınması üçün “Stadler Rail Group” şirkətinin sürətli elektrik qatarları istismara verilib. Dörd vaqondan ibarət olan elektrik qatarlarının hər birinin ümumi sərnişin tutumu 919 nəfər, oturacaq yerlərinin sayı isə 396-dır. İkimərtəbəli elektrik qatarlarında biznes-sinfə aid 84 oturacaq da var. Sumqayıtdan Bakıya və əks istiqamətə qatarların hərəkəti müxtəlif intervallarla həyata keçiriləcək. Sərnişinlərin sayından asılı olaraq hərəkət cədvəlinə əlavələr edilə bilər. Bakı-Sumqayıt şəhərətrafı yüksək sürət və rahatlıqla sərnişindaşımanı təmin etmək məqsədilə genişmiqyaslı tikinti-quraşdırma və təmir-bərpa işlərinə start verilib. Sahə üzrə yeraltı piyada keçidi, hündür platformalar, müasir keçid postları inşa edilib, dəmir yollarının əsaslı təmirinə başlanılıb. Cənab İlham Əliyev yeni marşrut üzrə hərəkət edəcək qatarların xidməti heyəti ilə görüşmüş və qeyd etmişdir ki, - «Belə gözəl qatarlarda çox yüksək xidmət də olmalıdır. Əminəm ki, belə də olacaq. Azərbaycan dəmir yolu öz səviyyəsini qaldırır. Daha da yüksək səviyyədə olmalıdır. Ən müasir standartlara cavab verməlidir. Bütün imkanlar var. Yeni gözəl qatarlar alınıb. Dəmir yolları tikilir, yeni xətlər açılır. Bütün bu işlər görülür. Əminəm ki, yaxın zamanlarda Azərbaycan vətəndaşları bu müsbət dəyişiklikləri görəcəklər. Azərbaycan dəmir yolu ölkəmizin ümumi tərəqqisinə uyğun şəkildə inkişaf edir. Çünki bu sahədə islahatlara böyük ehtiyac var. Bu, çox vacib sahədir. Dəmir yolu sistemində minlərlə insan işləyir. Bizim xətlərimiz yeniləşməlidir. Bakı-Sumqayıt xətti qısa müddət ərzində tikilib, bu gün istifadəyə verilir. Həmin xətt yenilənib, - indi qatarlar yüksək sürətlə işləyəcək, - həm də qatarlar da ən yüksək səviyyəyə malikdir. Dünyanın inkişaf etmiş ölkələrində olan qatarlar bu gün Azərbaycanda da var”.
2015-ci il may ayının 12-də Azərbaycan Respublikasının birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva körpələr evinin Körpələr evinin yenidənqurmadan sonra açılışında iştirak etmişlər.
1930-cu ildə tikilmiş bina uzun illər təmir edilmədiyinə görə yararsız hala düşmüşdü. Heydər Əliyev Fondunun təşəbbüsü ilə körpələr evində ilk dəfə 2005-ci ildə təmir işləri aparılıb. Ötən ilin oktyabrında isə Fondun dəstəyi ilə binada əsaslı təmir və yenidənqurma işlərinə başlanılıb. Körpələr evinin binası tamamilə yenilənib, müasir havalandırma sistemi qurulub, su, qaz, işıq xətləri təzələnib, həyətyanı sahə abadlaşdırılıb. Mehriban Əliyeva körpələr evinin yataq, iaşə, tibbi müayinə, laboratoriya, fiziki tərbiyə otaqları ilə tanış olub. Mehriban Əliyeva müəssisədə səhiyyə xidmətinin təşkili, həmçinin uşaqların səhhəti ilə maraqlanıb. Birinci xanıma məlumat verilib ki, burada valideyn himayəsindən məhrum olan 3 yaşa qədər 44 uşaq böyüyür. Onlar müntəzəm sürətdə tibbi müayinədən keçirilir və hazırda səhhətlərində heç bir problem yoxdur. Körpələr evində ərzaq təminatı məsələsinə də toxunan Mehriban Əliyeva uşaqların vaxtında və sağlam qidalanmalarının vacibliyini vurğulayıb. Körpələr evində yaradılmış şəraitdən məmnun qalan Mehriban Əliyeva, Leyla Əliyeva və Arzu Əliyeva müəssisəyə avtomobil hədiyyə ediblər.
Rayonun iqtisadi və sosial həyatında baş verən dəyişiklikləri əyani sürətdə əks etdirən makroiqtisadi göstəricilər 2015-ci ilin yanvar-dekabr ayları ərzində əvvəlki ilin müvafiq dövrünün göstəricilərini xeyli üstələmişdir.
Sənaye. Ev təsərrüfatlarında sənaye məhsulu istehsalı ilə məşğul olanların, habelə hüquqi şəxs yaratmadan fiziki şəxs kimi fəaliyyət göstərənlərin işi də nəzərə alınmaqla 427500.0 min manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 18 faiz çox sənaye məhsulu istehsal edilmişdir.
Nəqliyyat. 2015-ci ilin yanvar – dekabr aylarında nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən ümumilikdə 370910.0 min manatlıq xidmətlər göstərilmişdir .
İnformasiya və rabitə. 2015-ci ilin yanvar – dekabr aylarında rabitə müəssisələri tərəfindən müəssisə və təşkilatlara, əhaliyə faktiki qiymətlərlə 55869.0 min manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 7.1 faiz cox rabitə xidməti göstərilmişdir.
Tikinti. 2015-ci ilin yanvar – dekabr aylarında rayonun tikinti kompleksində iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına 790737.5 min manat məbləğində investisiyadan istifadə edilmişdir, bu da keçən ilin müvafiq dövrünə nisbətən 3.1 faiz çox olmuşur. İstifadə edilmiş vəsaitin 670261.3 min manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə xərclənmişdir ki, bu da kecən ilin müvafiq dövrünə nisbətən 3.5 faiz çox olmuşdur.
Ticarət. 2015-ci ilin yanvar – dekabr aylarında rayonun pərakəndə ticarət şəbəkəsindən əhaliyə 639093.0 min manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5.4 faiz çox istehlak malları satılmışdır. Əmtəə dövriyyəsinin 99.5 faizi özəl sektorun müəssisələrinin payına düşmüşdur.
Xidmət. Həmin dövr ərzində xidmət müəssisələri tərəfindən əhaliyə 501400.8 min manatlıq, yaxud 2014-cü ilin müvafiq dövrünün səviyyəsinin 102.1 faizi həcmində pullu xidmətlər göstərilmişdir.
Əmək haqqı. Rayonun iqtisadi və sosial sahələrində muzdla işləyənlərin orta aylıq əmək haqqı 522.1 manat olmuş, 2014-cü ilin yanvar – oktyabr ayları ilə müqayisədə 4.5 faiz artmışdır.
Qeyd: Göstəricilər ilkin məlumatlar əsasında hesablanmışdır.
Rayonun əsas sosial –iqtisadi göstəricilərinin (2014 -2015-ci illər) dinamikası
Makroiqtisadi göstəricilər
|
2015-ci ilin yanvar- dekabr ayları faktiki, min manat
|
Əvvəlki İlin müvafiq dövrünə nisbətən, faizlə |
Sənaye məhsulunun (işlərin, xidmətlərin) ümumi həcmi |
427500.0 |
*) 118.0 |
Nəqliyyat sektorunda xidmətlərin həcmi |
370910.0 |
95.3 |
İnformasiya və rabitə xidmətlərinin həcmi |
55869.0 |
107.1 |
Əsas kapitala yönəldilən investisiyalar |
790737.5 |
112.8 |
Əsas kapitala yönəldilmiş ümumi investisiyadan tikinti-quraşdırma işləri |
670261.3 |
105.1 |
Öz gücləri ilə yerinə yetirilən podrat işlərinin həcmi |
385239.8 |
80.2 |
Pərakəndə ticarət dövriyyəsi |
639093.0 |
102.2 |
Əhaliyə göstərilən pullu xidmətlər |
439433.8 |
100.3 |
Bir işçiyə hesablanmış orta aylıq əmək haqqı, manat (yanvar- avqust aylarında) |
522.1 |
104.5 |
İşsizlik statusu verilmiş şəxslərin sayı (2016-ci il yanvarın 1-nə, nəfər) |
1153 |
101.2 |
*) Fiziki həcm indeksinə görə hesablanmışdır.
Rayonun əsas sosial –iqtisadi göstəricilərinin
(2014 -2015 illər) dinamikası
SƏNAYE
2015-ci ilin yanvar-dekabr aylarında rayonun sənayesində 427500.0 min manatlıq və ya əvvəlki ilin səviyyəsindən 18 faiz çox sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir. Sənaye istehsalının 39.8 faizi məhsul istehsalının, 60.2 faizi isə sənaye xarakterli xidmətlərin payına düşmüşdür.
Sənayenin dövlət sektorunda 149015.0 min manatlıq və ya ümumi istehsalın 34.8 faizi qədər, qeyri-dövlət sektorunda isə 278485.0 min manatlıq və ya ümumi istehsalın 65.2 faizi səviyyəsində sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir.
İstehlakçılara 440310.0 min manatlıq və ya bütün sənaye istehsalının 102.9 faizi qədər sənaye məhsulu göndərilmişdir.
2016-cı il yanvarın ayının 1-i vəziyyətinə sənaye müəssisələrinin anbarlarında hazır məhsul qalığı 16461.0 min manat olmuşdur.
İqtisadi fəaliyyət növləri üzrə sənayenin işi aşağıdakı göstəricilərlə xarakterizə olunur:
|
2015-ci ilin yanvar- dekabr aylarında istehsal edilmişdir, min manat |
Əvvəlki ilin müvafiq dövrünə nisbətən faizlə (sabit qiymətlərlə |
01.01.2016-cı il vəziyyətinə hazır məhsul ehtiyyatı |
|
Rayon üzrə cəmi: |
427500.0 |
118.0 |
16461.0 |
|
Mədənçıxarma sənayesi |
109215.0 |
110.0 |
- |
|
Emal sənayesi |
201540.0 |
170.0 |
16461.0 |
|
o cümlədən: |
|
|
|
|
qida məhsullarının istehsalı |
27450.0 |
94.0 |
- |
|
içki istehsalı |
- |
- |
- |
|
toxuculuq sənayesi |
600.0 |
53.0 |
- |
|
geyim sənayesi |
7542.0 |
55.0 |
- |
|
poliqrafiya fəaliyyəti |
2010.0 |
64.0 |
- |
|
kimya sənayesi |
118942.0 |
13 d |
13930.0 |
|
rezin və plasmast məmulatların istehsalı |
15950.0 |
4 d |
- |
|
tikinti məmulatlarının istehsalı |
14581.0 |
88.0 |
- |
|
metallurgiya sənayesi |
17210.0 |
49.0 |
2120.0 |
|
maşın və avadanlıqlardan başqa hazır metal məmulatlarının istehsalı |
3040.0 |
2.5 d |
- |
|
kompyuter və elektrik avadanlıqların istehsalı |
23.0 |
5.1 |
411.0 |
|
maşın avadanlıqları istehsalı |
440.0 |
74.0 |
- |
|
sair nəqliyyat vasitələrinin istehsalı |
8000.0 |
78.0 |
- |
|
mebellərin istehsalı |
14.1 |
5.5 |
- |
|
sair sənaye məhsullarının istehsalı |
119.0 |
21.0 |
- |
|
maşın və avadanlıqların quraşdırılması və təmiri |
640.0 |
54.0 |
- |
|
Elektrik enercisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı |
120.155 |
87.0 |
- |
|
Su təchizatı və tullantı- ların təmizlənməsi və emalı |
30115.0 |
120.0 |
- |
E M A L S Ə N A Y E S İ
Rayonda mühüm növ qida məhsulları özəl müəssisələr tərəfindən istehsal edilmiş və aşağıdakı göstəricilərlə xarakterizə olunur:
Məhsul növləri
|
2015-ci ilin yanvar- dekabr aylarında istehsal edilmişdir |
Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə |
01.01.2016-ci il vəziyyətinə hazır məhsul ehtiyatı |
Qida məhsullarının istehsalı |
|||
|
|||
Buğda kəpəkləri, min ton |
33.8 |
120.0 |
- |
İçalatdan hazırlanmayan kolbasalar, ton |
375.0 |
103.0 |
- |
Qatılaşdırılmış süd, ton |
41.0 |
140.0 |
- |
Tortlar və şirniyyat məmulatları ton |
13.0 |
115.0 |
- |
2015-ci ilin yanvar- dekabr aylarında mühüm
qida məhsullarının kecən ilin müvafiq dövrünə
nisbətən müqayisəsi (faizlə)
Toxuculuq, geyim istehsalı sahələri üzrə ixtisaslaşan müəssisələr tərəfindən 8450.0 min manatlıq məhsul, o cümlədən 180.0 min ədəd pambıq yatağ ağları, 45.0 min ədəd kişilər üçün paltolar, gödəkçələr, plaşlar, 115.0 min ədəd kişi və ya oğlanlar üçün kostyumlar istehsal edilmişdir.
Məhsul növləri |
2015-ci ilin yanvar- sentyabr aylarında istehsal edilmişdir |
Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə |
01.01.2015-ci il vəziyyətinə hazır məhsul ehtiyatı |
Toxuculuq sənayesi |
|||
Pambıq yatağ agları, min ədəd |
180.0 |
55.0 |
- |
Geyim istehsalı |
|||
Kişilər üçün paltolar, gödəkçələr, plaşlar və s. (min ədəd) |
45.0 |
71.0 |
- |
Kişi və ya oğlan kostyumları, min ədəd |
115.0 |
55.0 |
- |
Tikinti məmulatları:
Məhsul növləri |
2015-ci ilin yanvar- dekabr aylarında istehsal edilmişdir |
Əvvəlki ilin müvafiq dövrünə nisbətən,faizlə |
01.01.2016-cı il vəziyyətinə hazır məhsul ehtiyyatı |
Beton, gips və sementdən məmulatların istehsalı |
|||
Təbii asfalt min ton |
95.0 |
1.3 d |
- |
Tikinti kərpici min kub m |
40.1 |
4.2 d |
- |
Tikinti gipsi min ton |
70.4 |
101.0 |
- |
Faktiki qiymətlərlə sənaye müəssisələrinin
göndərdikləri məhsulun həcmi ( min manat)
2015-ci ilin yanvar-dekabr aylarında göndərilmiş məhsulun həcmi |
O cümlədən özünün istehsalı olan məhsulun göndərilməsi |
440310.0 |
432125.0 |
Yanvar - dekabr aylarında keçən ilin müvafiq dövrünə nisbətən istehlakçılara 2201.0 min manatlıq və ya bütün sənaye istehsalından 2.9 faiz çox məhsul göndərilmişdir.
2015-ci ilin yanvar-noyabr aylarinda
sənaye müəssisələrində işcilərin sayı
2015-ci ilin yanvar-noyabr aylarında rayonun sənaye müəssisələrində işçilərin siyahı tərkibində orta sayı 12390 nəfərdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 1.2 faiz və ya 413 nəfər az olmuşdur. Həmin dövrdə sənayedə orta aylıq əmək haqqı 660.0 manat təşkil etmiş, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 2.3 faiz çox olmuşdur.
İ n f o r m a s i y a və r a b i t ə İnformasiya və rabitə müəssisələri tərəfindən hüquqi və fiziki şəxslərə faktiki qiymətlərlə 55869 min manatlıq və ya əvvəlki ilin yanvar- dekabr ayları ilə müqayisədə rabitə xidməti 107.1 faiz təşkil etmişdir.
Xidmətlərin 93.7 faizi qeyri-dövlət rabitə müəssisələri tərəfindən göstərilmişdir.
İnformasiya və rabitə müəssisələrinin işinin əsas göstəriciləri
|
2015-ci ilin yanvar- dekabr aylarında, min manatla |
2014- cü ilin müvafiq dövründə, min manatla |
2014- cü ilin müvafiq dövrünə nisbətən, faizlə |
İnformasiya və rabitə üzrə göstərilmiş xidmətlərin həcmi faktiki qiymətlərlə |
55869.0 |
52133.0 |
107.1 |
2015-ci ilin yanvar - dekabr aylarında informasiya və rabitə müəssisələrində işcilərin orta siyahı sayı 1630 nəfər, orta aylıq əmək haqqı isə 740.0 manat olmuşdur.
NƏQLİYYAT
2015-ci ilin yanvar - dekabr aylarında nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən 370910.0 min manatlıq xidmətlər göstərilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 19.5 faiz azdır.
2015-ci ilin yanvar - noyabr aylarında nəqliyyat müəssisələrində calışan işçilərin orta siyahı sayı 5460 nəfər, orta aylıq əmək haqqı 510.0 manat olmuşdur.
TİKİNTİ
2015-ci ilin yanvar- dekabr aylarında rayonda bütün maliyyə mənbələri hesabına 722064.8 min manat dəyərində əsas fondlar istifadəyə verilmişdir.
2015-ci ilin yanvar - dekabr aylarında rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 790737.5 min manat məbləğində investisiya yönəldilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 6.5 faiz çox olmuşdur.
Qeyri-dövlət mülkiyyətinə məxsus müəssisə və təşkilatlar əsas kapitala 627054.4 min manat (79,3 faiz), dövlət mülkiyyətinə məxsus müəssisə və təşkilatlar isə 163683.1 min manat (20,7 faiz) sərmayə yönəltmişlər.
2015-ci ilin yanvar- dekabr aylarında rayon üzrə əsas kapitala yönəldilmiş investisiyaların mülkiyyət formalarına görə bölgüsü
2015-ci ilin yanvar-sentyabr aylarında əsas kapitala yönəldilmiş investisiyadan 670261.3 min manatı tikinti-quraşdırma işlərin yerinə yetirilməsinə sərf olunmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 5.2 faiz çox olmuşdur.
2015-ci ilin yanvar-dekabr aylarında podrat işlərinin həcmi 385239.8 min manat və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 7.6 faiz azalmışdır.
Rayon üzrə tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş tikinti işlərinin strukturu aşağıdakı kimi xarakterizə olunur:
Qeyri-dövlət mülkiyyətində olan tikinti müəssisələrinin yerinə yetirdikləri işlərin həcmi 377534.2 min manat (98.0 faiz), dövlət mülkiyyətində olan tikinti müəssisələrinin yerinə yetirdikləri işlərin həcmi isə 7705.6 min manat (2.0 faiz) olmuşdur.
2015-ci ilin yanvar- dekabr aylarında podrat təşkilatlarının öz gücləri ilə
yerinə yetirdikləri işlərin dəyəri
|
Cəmi min manat |
Əvvəlki ilin müvafiq dövrünə nisbətən faizlə |
Rayon üzrə cəmi |
385239.8 |
92.4 |
2015-ci ilin yanvar-dekabr aylarında rayon üzrə əsas kapitala yönəldilmiş investisiyalar və tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi
|
Əsas kapitala yönəldilmiş investisiyalar |
o cümlədən tikinti-quraşdırma işləri |
||
|
Cəmi min manat | Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə | Cəmi min manat | Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə. |
Rayon üzrə |
790737.5 | 112.8 | 670261.3 | 105.1 |
2015-ci ilin yanvar-noyabr aylarında tikinti müəssisələrində işcilərin sayı
və orta aylıq əmək haqqı
|
Siyahı tərkibində olan işçilərin orta sayı (nəfərlə) |
Əvvəlki ilin müvafiq dovrünə nisbətən faizlə
|
Orta hesabla bir işciyə düşən orta aylıq əmək haqqı manat |
Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə |
Rayon üzrə |
5250 |
83.0 |
888.5 |
95.0 |
2015-ci ilin yanvar-noyabr aylarında tikintidə işçilərin orta siyahı sayı 5250 nəfər olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 17.0 faiz az olmuşdur. Fəhlə və qulluqçuların orta aylıq əmək haqqı 888.5 manat təşkil etmiş, əvvəlki ilin müvafiq dövrünə nisbətən 5 faiz az olmuşdur.
ƏMTƏƏ BAZARI
2015-ci ilin yanvar-dekabr aylarında pərakəndə ticarət şəbəkəsindən əhaliyə 639093.0 min manatlıq və ya əvvəlki ilin eyni səviyyəsindən 2.2 faiz çox əmtəə satılmışdır. Əmtəələrin 24.4 faizi hüquqi şəxslərin, 75.6 faizi hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların müəssisələrində, 12.2 faizi isə rayonun yarmarka və bazarlarında realizə olunmuşdur.
2015-ci ilin yanvar- dekabr aylarında pərakəndə ticarət dövriyyəsinin quruluşu
Pərakəndə ticarət dövriyyəsinin 100.5 faizi qeyri-dövlət mülkiyyətinə məxsus müəssisələrin və əmtəə bazarların fəaliyyəti nəticəsində formalaşmış, bu sektordun obyektlərində 635966.0 min manatlıq və ya 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 2.2 faiz çox istehlak malları satılmışdır.
|
2015-ci ilin yanvar-dekabr ayları, min manatla |
2015-ci ilin yanvar-dekabr ayları 2014-cü ilin yanvar-dekabr aylarına nisbətən, faizlə |
Pərakəndə ticarət dövriyyəsi - cəmi |
639093.0 |
100.6 |
o cümlədən: dövlət bölməsi |
3120.0 |
118.0 |
qeyri-dövlət bölməsi |
635973.0 |
100.6 |
Rayonun ticarət şəbəkəsindən əhaliyə satılmış ərzaq məhsullarının həcmi 430695.2 min manat, qeyri-ərzaq mallarının həcmi isə 208398.0 min manat olmuş, onlarında ümumi dövriyyədə xüsusi çəkiləri müvafiq olaraq 65.0 və 35.0 faiz təşkil etmişdir.
Pərakəndə ticarət dövriyyəsinin dinamikası aşağıdakı kimi olmuşdur:
|
Əvvəlki ilin müvafiq dövrünə nisbətən faizlə |
||
Pərakəndə ticarət dövriyyəsi |
o cümlədən |
||
ərzaq malları |
qeyri-ərzaq malları |
||
2014-cü il |
|||
Yanvar- mart |
96.0 |
98.7 |
91.9 |
Yanvar-iyun |
93.8 |
96.0 |
90.6 |
Yanvar-sentyabr |
98.4 |
102.0 |
93.5 |
Yanvar-dekabr |
93.7 |
94.8 |
91.9 |
2015-ci il |
|||
Yanvar-mart |
101.4 |
104.7 |
96.3 |
Yanvar-iyun |
104.1 |
113.3 |
91.1 |
Yanvar-sentyabr |
100.5 |
115.0 |
79.8 |
Yanvar-dekabr |
102.6 |
120.3 |
98.3 |
Hesabat dövründə pərakəndə ticarətin dövriyyəsinin göstəriciləri aşağıdakı kimi xarakterizə olunur:
|
2015-ci ilin yanvar- dekabr ayları, min manatla |
2015-ci ilin yanvar-dekabr ayları 2014-cü ilin yanvar- dekabr aylarına nisbətən, faizlə |
Pərakəndə ticarət dövriyyəsi-cəmi |
639093.0 |
100.6 |
o cümlədən: hüquqi şəxslər |
155730.0 |
80.1 |
fiziki şəxslər |
483363.0 |
108.0 |
ondan: yarmarka və bazarlar |
77540.0 |
170.0 |
2015-ci ilin yanvar – dekabr aylarında pərakəndə elektron ticarət dövriyyəsinin həcmi 200.5 min manat təşkil etmişdir. Bu növ satışın vasitəsilə əsasən qeyri-ərzaq mallar realizə olunur.
İAŞƏ XİDMƏTLƏRİ
2015-ci ilin yanvar- dekabr ayları ərzində əhaliyə 36316.6 min manatlıq və ya əvvəlki ilin eyni səviyyəsindən 2.1 faiz çox iaşə xidmətləri göstərilmişdir. İaşə dövriyyəsinin 10.3 faizi hüquqi şəxs statuslu müəssisələrin, 89.7 faizi isə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin iaşə fəaliyyəti nəticəsində formalaşmışdır.
Artımın 3.9 faizi hüquqi şəxslərin, 96.1 faizi isə fərdi sahibkarların fəaliyyəti sayəsində yaranmışdır.
Hesabat dövründə iaşə əmtəə dövriyyəsinin 100.0 faizi özəl müəssisələrin hesabına formalaşmışdır.
|
2015-ci ilin yanvar- dekabr ayları, min manatla |
2015-ci ilin yanvar- dekabr ayları 2014-cü ilin yanvar- dekabr aylarına nisbətən, faizlə |
İaşə dövriyyəsinin həcmi - cəmi |
36316.6 |
103.1 |
o cümlədən: hüquqi şəxslər |
3130.9 |
126.8 |
hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarlar |
33185.7 |
95.9 |
Əhaliyə göstərilən pullu xidmətlər
2015-ci ilin yanvar- dekabr aylarında əhaliyə göstərilən pullu xidmətlərin həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 0.3 faizi artaraq 439433.8 min manat olmuşdur. Ümumi həcmin 60.7 faizi hüquqi şəxslərin müəssisələrində əldə edilmiş və bu müəssisələrdə əhaliyə 266736.3 min manatlıq pullu xidmətlər göstərilmişdir.
Əhaliyə göstərilmiş pullu xidmətlərin 9.0 faizi dövlət müəssisələrinin payına düşmüşdür. Özəl sektorun müəssisələri tərəfindən əhaliyə 399884.7 min manatlıq və ya ümumi həcmin 91.0 faizi qədər pullu xidmətlər göstərilmişdir.
Pullu xidmətlərin həcmi aşağıdakı məlumatlarla səciyyələnir:
|
2015-ci ilin yanvar- dekabr ayları, min manat |
2015-ci ilin yanvar-dekabr ayları 2014-cü ilin yanvar- dekabr aylarına nisbətən, faizlə |
Pullu xidmətlərin ümumi həcmi-cəmi |
439433.8 |
100.3 |
o cümlədən: hüquqi şəxslər üzrə |
246431.9 |
109.0 |
hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarlar üzrə |
193002.9 |
108.7 |
Əhaliyə göstərilən pullu xidmətlərin 13.8 faizini məişət xidmətləri təşkil etmişdir. Hesabat dövründə 57126.4 min manatlıq və ya ötən ilin eyni dövrü ilə müqayisədə 25.0 faiz çox məişət xidmətləri göstərilmişdir. Məişət xidmətlərinin 28.3 faizi hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslərin müəssisələrində reallaşmışdır.
ƏMƏK BAZARI
2016-ci ilin yanvarın ayının 1-i vəziyyətinə rayon üzrə məşğulluq xidmətində işsiz hesab edilənlərin sayı 1153 nəfər olmuşdur ki, bunlardan 320-i qadın, 833-i kişidir. Yanvar–sentyabr aylarında işsizliyə görə müavinət alanların sayı 73 nəfər, işsizliyə görə müavinət alanlara hesablanmş orta aylıq müavinət məbləği isə 265.4 manat olmuşlur. İşçi qüvvəsinə təlabat (01 yanvar vəziyyətinə) rayon üzrə 494 nəfərdir, onlardan 458 nəfəri fəhlələrdir.
İşcilərin sayı və əmək haqqı
2015-cü ilin yanvar-noyabr aylarında rayon üzrə işçilərin orta sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2756 nəfər və ya 1.9 faiz artaraq 145710 nəfər, orta aylıq nominal əmək haqqının səviyyəsi isə 4.5 faiz və ya 22.3 manat artaraq 522.1 manat olmuşdur.
Cari ilin yanvar- noyabr ayları üzrə işçilərin orta sayı və orta aylıq nominal əmək haqqı səviyyəsinin əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə dəyişməsi rayon üzrə aşağıdakı kimi xarakterizə olunur:
|
İşçilərin orta sayı-cəmi (nəfərlə) |
Orta aylıq əmək haqqı (manat) |
||
|
2015-ci ilin yanvar- noyabr aylarında |
2014-cü ilin yanvar- noyabr aylarında |
2015-ci ilin yanvar-noyabr aylarında |
2014-cü ilin yanvar-noyabr aylarında |
Rayon üzrə |
145710 |
142954 |
522.1 |
499.8 |
2015- ci ilin IV rübündə yeni açılmış iş yerləri
2015-ci ilin IV rübündə 872 yeni iş yerləri açılmış, ilin əvvəlindən yeni acılmış iş yerlərini sayı 3229-a catmışdır. Onlardan hamısı daimi yerlərdir.
2015-cü ilin IV rübündə yeni açılmış iş yerləri aşağıdakı kimi olmuşdur.
Yeni açılmış iş yerlərinin sayı |
O cümlədən |
||||
Yeni yara-dılmış müəssisə və təşkilatlarda |
Mövcud müəssisə və təşkilatlarda |
Fəaliyyəti bərpa edilmiş müəssisə və təşkilatlarda |
Fiziki şəxslərdə |
Digər tədbirlər üzrə |
|
872 |
216 |
102 |
- |
54 |
- |
Yeni acılmış iş yerlərinin sayı (01 oktyabr 2003 - 01 yanvar 2016-ci il)
|
Yekun |
2003-cü il IV rüb 2009-cu il |
2010-cu il |
|||
cəmi |
ondan daimi |
cəmi |
ondan daimi |
cəmi |
ondan daimi |
|
Nəsimi rayonu |
31941 |
31039 |
17633 |
17603 |
1397 |
1397 |
2011-ci il |
2012-ci il |
2013-cü il |
2014-cü il |
2015-ci il
|
|||||
cəmi |
ondan daimi |
cəmi |
cəmi |
ondan daimi |
ondan daimi |
ccəmi |
ondan daimi |
cəmi |
ondan daimi |
2034 |
2034 |
3366 |
3366 |
2634 |
2634 |
3133 |
3133 |
3229 |
3229 |
DEMOQRAFİK VƏZİYYƏT
2015-ci il yanvarın ayının 1-i vəziyyətinə rayonun əhalisi 218200 min nəfər olmuşdur. Ərazisi 0,01 min. kv km, əhalinin sıxlığı 1 kv km-ə 21820 nəfər təşkil edir.
2014-cü və 2015-ci ilin yanvar – dekabr aylarında əhalinin təbii hərəkəti aşağıdakı göstəricilərlə xarakterizə olunşdur:
|
yanvar- dekabr aylarında |
|||
Göstəricilər |
nəfər |
əhalinin hər 1000 nəfərinə |
||
|
2014-cü il |
2015-ci il |
2014-cü il |
2015-ci il |
Doğulanlar |
1517 |
1641 |
6.3 |
7.5 |
Ölənlər |
812 |
847 |
3.7 |
4.0 |
Təbii artım |
705 |
794 |
3.2 |
3.6 |
Nikahlar |
46 |
927 |
4.3 |
4.2 |
Boşanmalar |
305 |
345 |
1.4 |
1.6 |
2015-ci ilin yanvar – dekabr aylarında rayonda 1641 nəfərin doğumu və 847 nəfərin ölümü qeydə alınmışdır.
2014-sü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə doğulanların sayı 6.3-dən 7.5-ə , təbii artım 3.2-dən 3.6-ya ölənlərin sayı isə 3.7-dən 4.0-ə qalxmışdır.
Rayonda 2015-ci ilin yanvar- dekabr aylarında 927 nikah və 345 boşanma qeydə alınmışdır ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4.3 –dən 4.2-yə, enmiş, boşanmaların sayı isə 1.4-dən 1.6-ya qalxmışdır .
2014-2015-ci ilin yanvar- dekabr aylarında
doğum, ölüm, nigah və boşanmalar haqqında məlumat
İllər |
Doğum |
Ölüm |
Nigah |
Boşanma |
2014 |
1517 |
812 |
946 |
305 |
2015 |
1641 |
847 |
927 |
345 |
2014-cü və 2015-ci ilin yanvar- dekabr aylarında əhalinin təbii hərəkəti
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 17 yanvar 2014-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş 2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»nın icrası istiqamətində müvafiq tədbirlər görülmüşdür. Abadlıq və yaşıllaşdırma sahəsində tədbirlər davam etdirilmişdir. Proqram çərçivəsində 1 saylı orta məktəbin qəzalı idman zalının sökülərək yerində 10 əlavə sinif otağının və idman zalının tikintisi başa çatdırılaraq istifadəyə verilmiş, 23 saylı orta məktəbin tikintisi başa çatdırılmış, Texniki-Humanitar təmayüllü Lisey əsaslı təmir olunaraq istifadəyə verilmiş, 135 saylı körpələr evi-uşaq bağçası əsaslı təmir olunaraq istifadəyə verilmiş, 147 və 174 saylı uşaq bağçalarında təmir işləri başa çatdırılmış, Heydər Əliyev adına İdman Konsert Kompleksinin əsaslı təmiri başa çatdırılmışdır. 247 saylı orta məktəbdə təmir işlərinə başlanmışdır. Qaz, elektrik enercisi, istilik enercisi, su təchizatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılması istiqamətində, rayonun küçələrinin və məhəllədaxili yolların əsaslı təmiri, yenidənqurulması və işıqlandırması işləri icra edilir.
|
Nəsimi rayonu Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 2015-ci il ərzində Azərbaycan dövlətinin ilbəil güclənən və əhalinin rifah halının yaxşılaşdırılmasına səbəb olan sosial siyəsəti Nəsimi rayonunda da uğurla icra olunmuşdur. Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial müdafiə tədbirlərinin gücləndirilməsinə xidmət edən fərman və sərəncamlarının icrası ilə bağlı aztəminatlı əhalinin yaşayışının yaxşılaşdırılması üçün məqsədyönlü işlər görülmüşdür.
Hesabat dövrü ərzində Ünvanlı dövlət sosial yardımı təyin edən komissiya tərəfindən 1165 ailənin 4311 nəfər ailə üzvünə Ünvanlı dövlət sosial yardımı təyin olunmuş və hər ay ödənişə göndərilmişdir.
Hər bir ailəyə düşən ünvanlı sosial yardımın orta aylıq məbləği 151,90 manat, hər bir ailə üzvünə düşən orta aylıq məbləğ isə 41,05 manat olmuşdur. Bundan əlavə 2012-ci ildən etibarən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qarşısında qoyduğu elektron hökümətin yaradılması ilə bağlı tapşırığına əsasən Ünvanlı dövlət sosial yardımı ilə bağlı vətəndaşların müraciətində qanunvericiliyə müvafiq olaraq dəyişikliklər edilmişdir. 2012-ci il 01 yanvar tarixindən alternativ müraciət elektron və poçt vasitəsilə formalaşdırılmışdır. Belə ki, 2015-ci ilin 12 ayı ərzində 105 ərizəçi poçt vasitəsilə Mərkəzə müraciət etmiş və onlara Ünvanlı dövlət sosial yardımı təyin edən komissiya tərəfindən sosial yardım təyin olunmuşdur.
2015-ci ilin yanvar ayından ölkədə ehtiyac meyarının 105 manata çatdırılması rayonumuzda yoxsul ailələrə ünvanlanan yardımların məbləğinin artmasına səbəb olmuşdur. Yardımların təyinatı qanunvericiliyin tələblərinə əsaslanan ünvanlılıq, şəffaflıq, bərabərlik, ədalətlilik prinsiplərinə uyğun tərzdə yerinə yetirilir və özündən asılı olmayan səbəblərdən yoxsulluq şəraitində yaşayan hər bir ailə Ünvanlı dövlət sosial yardımı ilə təmin edilir.
Keçən dövr ərzində Ünvanlı dövlət sosial yardımın tətbiqində aztəminatlı qaçqın və məcburi köçkün ailələri də diqqətdən kənarda qalmamışdır. İl ərzində 95 qaçqın və məcburi köçkün ailəsi ünvanlı dövlət sosial yardımı ilə təmin olunmuşdur.
Eyni zamanda Mərkəz tərəfindən 308 nəfər tənha, ahıl və əlilə evlərdə sosial-məişət xidməti göstərilmişdir. 7 nəfər müxtəlif səbəblərdən xidmətdən kənarlaşdırılmışdır.
Bundan əlavə 41 nəfər əlilə müalicə üçün sanatoriyaya putyovka verilmişdir. Onlardan 31 nəfəri Naftalan sanatoriyasına, 7 nəfər Ulusu sanatoriyasına, 2 nəfəri Bilgəh sanatoriyasına, 1 nəfər isə Mərdəkan sanatoriyasına göndərilmişdir.
Putyovka verilmiş şəxslərdən 30 nəfəri ümumi səbəbdən əlil, 3 nəfər Qarabağ əlili, 2 nəfər 20 yanvar əlili, 2 nəfər şəhid ailəsi, 2 nəfəri uşaqlıqdan əlil, 2 nəfəri isə BVM işrirakçısıdır.
60 nəfər əlilə istirahət üçün putyovka verilmişdir. Onlardan 24 nəfəri Lənkəranda yerləşən “ Palıdlı sahil” istirahət mərkəzinə, 29 nəfər Şəkidə yerləşən “Narın qala” istirahət mərkəzinə, 7 nəfər isə Xaçmazda yerləşən
“ Əlincə” istirahət mərkəzinə göndərilmişdir.
Ramazan bayramı münasibətilə 174 nəfər tənha qocaya və Qurban bayramı münasibətilə isə 145 nəfər tənha qocaya ərzaq yardımı verilmişdir.
281 nəfər əlil “Əlillik vəsiqəsi” ilə təmin olunmuşdur. 10 nəfər sağlamlıq imkanlari məhdud gənclərin peşə - reabilitasiya mərkəzinə göndərilmişdir.
Hal-hazırda Nəsimi rayonu Əhalinin Sosial Müdafiəsi Mərkəzində 5042 nəfər sosial müavinət və təqaüd alan vətəndaş vardır ki, onların da ödənişləri hər ay vaxtında həyata keçirilir.
Hesabat dövründə Nəsimi rayonu Əhalinin Sosial Müdafiəsi Mərkəzində sosial müavinət və təqaüd alan vətəndaşların sayı aşağıdakı kimi olmuşdur:
Əlilliyə görə cəmi – 1692 nəfər
o cümlədən
I qrup– 332 nəfər
II qrup – 799 nəfər
III qrup – 561 nəfər
Ailə başçısını itirdiyinə görə –280 nəfər-462 ailə üzvü
Yaşa görə –343 nəfər
18 yaşadək sağlamlıq imkanları məhdud uşağa görə –525 nəfər
20 Yanvar şəhidi –12 ailə
Milli Qəhrəman – 14 ailə
Şəhid ailəsi kimi–158 ailə
“Xalq” fəxri adına görə–41 nəfər
“Əməkdar” fəxri adına görə–266 nəfər
Müharıbə əlili kimi– 315 nəfər
I qrup– 34 nəfər
II qrup – 248 nəfər
III qrup – 33 nəfər
I qrup əlillərə Prezident təqaüdü – 332 nəfər
Müharibə əlilərinin uşaqları–75 nəfər
Çernobl əlillərinin uşaqları–2 nəfər
Müharbə veteranı –678 nəfər
BVM iştirakçısı–23 nəfər
20 Yanvar əlili kimi–39 nəfər
I qrup– 4 nəfər
II qrup – 26 nəfər
III qrup – 9 nəfər
1 yaşadək uşağı olan ailələrə – 58 nəfər
yetim və valideyn himayəsindən mərhum olmuş uşaqların qəyyumlarına– 7 nəfər
Bundan əlavə 525 nəfər uşağın anadan olmasına, 40 nəfər dəfn üçün, 125 nəfər penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş və 65 nəfər radiasiya qəzasının nəticəsində əlil olmuş vətəndaşlara müalicə üçün cəmiyyətə sosial adaptasiyası məqsədi ilə birdəfəlik müavinət təyin edilərək ödənilmişdir.
2015-ci il ərzində Dövlət Sosial Müdafiə Fondunun Mərkəzi Aparatından pensiya və müavinətlərin ödənilməsi üçün 47120,0 min manat vəsait köçürülmüşdür. Qeydiyyatda olan əmək pensiyaçılarının sayı 23793 nəfər (5084 nəfəri işləyən, 18709 nəfəri isə işləməyən) təşkil edir. Bunlardan yaşa görə əmək pensiyaçıları 16657 nəfər, əlilliyə görə əmək pensiyaçıları 5313 nəfər, ailə başçısını itirməyə görə əmək pensiyaçıları 1823 nəfər təşkil edir.
2015-ci ilin əvvəlində “Əmək pensiyasının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2015-ci il tarixli, 999 nömrəli Sərəncamına əsasən 01.01.2015-ci il tarixdən əmək pensiyalarının sığorta hissəsi ölkə üzrə ötən 2014-cü ilin istehlak qiymətlərinin infilyasiya indeksi nəzərə alınmaqla artırılmışdır.
Bu Sərəncama əsasən Fondun Bakı şəhəri Nəsimi rayon şöbəsi üzrə 22720 nəfər pensiyaçının əmək pensiyasının sığorta hissəsi üzrə aylıq 25,4 min manat artım olunaraq ödənilmişdir.
Ümumiyyətlə, 2015-ci il ərzində pensiyaların ödənilməsinə 64627,6 min manat, dəfn xərcinin ödənilməsinə 167,0 min manat, qanunvericiliyə müvafiq olaraq məhkəmə qərarlarına əsasən pensiyalardan tutularaq köçürmələr 113,8 min manat, fiziki şəxslərə 24,3 min manat, pensiya və müavinətlərin ödənilməsinə görə 259,7 min manat xidmət haqqı ödənilmiş və şöbə aparatının saxlanılmasına görə 317,9 min manat vəsait xərclənmişdir.
Bundan başqa, 1941-1945-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 70-ci ildönümü ilə əlaqədar “1941-1945-ci illər Böyük Vətən Müharibəsinin iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 03 aprel 2015-ci il tarixli, 1159 nömrəli Sərəncamının icrası məqsədilə 154,6 min manat vəsait ödənilmişdir.
Ölkədə sosial – iqtisadi inkişafın sürətləndirilməsi “işsizlik” kimi ağrılı sosial problemin aradan qaldırılması, əhalinin, xüsusilə sosial müdafiəyə daha çox ehtiyacı olan soydaşlarımızın məşğulluğunun təmin edilməsi üçün geniş imkanlar yaradılmışdır.
Əmək bazarında mövcud vəziyyət nəzərə alınmaqla işaxtaran və işsiz vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi sahəsində rayon Məşğulluq Mərkəzi daha çox aktiv məşğulluq tədbirlərinin həyata keçirilməsi sahəsinə üstünlük vermiş, peşə kurslarının, haqqı ödənilən içtimai işlərin səmərəliliyinin artırılmasına, peşəyönümü kurslarının təşkili sahəsində fəaliyyətinin gücləndirilməsinə diqqət artırılmışdır.
“Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanunun müddəalarının reallaşdırılması və sosial müdafiəyə ehtiyacı olanlara kvotalaşdırılmış iş yerləri yaratmaq və bununla da işsizlik probleminin mümkün qədər yüngülləşdirilməsi məqsədilə 22 dekabr 2014-cü il tarixində Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 241 saylı Sərəncamı ilə “2015-ci il üçün Ərazi Məşğulluq Proqramı” təsdiq edilmiş və Məşğulluq Mərkəzi öz fəaliyyətini bu proqram əsasında qurmuşdur.
“Ərazi Məşğulluq Proqramı”na əsasən 2015-ci il ərzində Məşğulluq Mərkəzinə 3000 nəfər qeyri-məşğul əhalinin iş axtarmaq məqsədilə müraciət edəcəyi proqnozlaşdırılmışdır. Hesabat dövrü ərzində isə 4321 nəfər Məşğulluq Mərkəzinə müraciət etmişdir. Bu dövr ərzində ilk dəfə müraciət edənlərin sayı 1974 nəfər olmuşdur.
Onu da qeyd edək ki, il ərzində Mərkəzə müraciət edən 4321 nəfərdən, yəni Mərkəzdə əvvəllər qeydiyyatda duranlardan, dəvət edilənlərdən və təkrar müraciət edənlərdən boş iş yerlərinə əsasən müəssisə və təşkilatlara göndərilən 1862 nəfəri oradakı əmək haqqının aşağı olması və digər səbəblərdən təklif olunan işdən imtina etmişdirlər.
“Ərazi Məşğulluq Proqramı”na əsasən hesabat ili ərzində müraciət edənlərdən 830 nəfərin daimi işlə təmin edilməsi proqnozlaşdırılmışdır. Hesabat dövrü ərzində isə rayon Məşğulluq Mərkəzinə müraciət edənlərdən 971 nəfəri də daimi işlə təmin edilmişdir ki, bu da proqramda nəzərdə tutulduğundan 141 nəfər çoxdur. İşə düzələnlərdən 668 nəfəri fəhlə peşələrindən, xidmət sahələrindən olanlar, 262 nəfəri mühəndis-texniki işçilərdən olmuşdurlar. Məşğulluq Mərkəzinə müraciət edənlərin 830 nəfəri işlə təmin edilmişdir, 1862 isə təklif olunmuş iş yerlərində əmək haqqı aşağı olması səbəbindən işdən imtina etmişdirsə, digər bir hissəsinə isə heç bir münasib iş təklif etmək mümkün olmamışdır. Bunun səbəbi bir tərəfdən işaxtaran vətəndaşların əmək bazarının tələblərinə uyğun ixtisas və peşələrinin olmaması, digər tərəfdən isə rayon ərazisində yerləşən işə götürənlərin əksəriyyətinin əmək bazarındakı gərginliyə biganə yanaşaraq və “Məşğulluq Haqqında” qanunun tələblərini pozaraq rayon Məşğulluq Mərkəzinə tam və dolğun məlumat verilməməsi və bununla da müraciət edənlərin işə düzəlmək imkanlarını azaltmışdır.
Belə ki, təsərrüfatçılıq və mülkiyyət formasından asılı olmayaraq rayon ərazisində yerləşən və fəaliyyət göstərən 1305–dən çox müəssisə və təşkilatdan yalnız hər ay orta hesabla 700-800 müəssisə və təşkilat boş iş yerləri (vakansiya) olub olmaması barədə Məşğulluq Mərkəzinə məlumat verir ki, bu da keçən il ilə müqayisədə 120-130 müəssisə azdır. Hesabat təqdim edənlərdən yalnız orta hesabla hər ay 50-60 müəssisə və təşkilatda boş iş yeri olur ki, bu da keçən il ilə müqayisədə 30-40 müəssisə azdır. Digər müəssisə və təşkilatlar (əsasən kommersiya strukturlu təşkilatlar) isə rayonda əhalinin sosial müdafiəsinə, qeyri-məşğul əhalinin daimi işlə təmin edilməsinə biganəlik göstərərək “Məşğulluq Haqqında” qanunun 17-ci maddəsinin tələblərini pozaraq boş iş yerləri haqqında rayon Məşğulluq Mərkəzinə məlumat verməmişlər. Bu dövr ərzində 28 müəssisə və təşkilata ilkin olaraq rəsmi bildiriş təqdim edilmişdir. 2015-ci il ərzində 41 işəgötürənin iştirakı ilə 2 dəfə “Dəyirmi masa” keçirilmiş və əmək bazarında işəgötürənlərin rolu və Əlillərin əmək bazarına səmərəli inteqrasiyasında işəgötürənlərin rolu haqqında ətraflı məlumat verilmişdir. Bundan sonra isə xəbərdarlıq və cərimə kimi cəza tədbirləri nəzərdə tutulur. Bu müddət ərzində qanuna müvafiq qaydada 21 müəssisədə araşdırmalar aparılmış, aşkar olunmuş qanun pozuntularına görə İnzibati Xətalar Məcələsənə əsasən cərımə edilmisi barədə qərar qəbul edilmişdir.
Yığılmış məlumatlara əsasən hər ay orta hesabla 520-550 boş iş yeri olur ki, onun da 90 -95% - i ixtisaslı mütəxəssislərə olan tələbatdır.
Hesabat dövrü ərzində 12 fevral 2015-ci il tarixində rayon Məşğulluq Mərkəzi tərəfindən Əlillər üçün İxtisaslaşdırılmış Mini Əmək Yarmarkaları keçirilmişdir. Yarmarkada Mərkəzdə qeydiyyatda olan və “İşaxtarmağın və işə düzəlməyin texnologiyası və metodologiyası” üzrə treninqdən keçmiş 19 nəfər əlil iştirak etmişdirki, onların 13 nəfərinə göndəriş verilərək işə qəbul edilmiş, 4 nəfər əlilin isə SV-si işəgötürənlər tərəfindən qəbul edilmişdir. Bundan əlavə Gənclərin məşğulluğunun təmin edilməsi, onların əmək bazarına səmərəli inteqrasiyası məqsədilə 18 mart 2015-ci il tarixində Məşğulluq Mərkəzi YAP-nin Nəsimi rayon təşkilatı ilə birgə Nizami adına kinoteatrıda “Gənclər üçün Əmək Yarmarkası” təşkil etmişdirlər. Əmək yarmarkasında 47 işəgötürın 500 iş yeri ilə iştirak etmişdirlər. Tədbirdə 940 nəfər gənc iştirak etmiş, 61 nəfərə işə düzəlmiş, 39 nəfər peşə təlimi və yenidən hazırlıq üçün qeydiyyata alınmış, 53 nəfər müvəqqəti iş üçün Səyyar Əmək Bircasında qeydiyyata götürülmüş, 647 nəfər gəncin SV-si gələcəkdə işə dəvət etmək üçün işəgötürənlər tərəfindən qəbul edilmişdir. Eyni zamanda gənclərin “Odlar Yurdu Universiteti”, “Bakı Biznes Universiteti”, “Xəzər Universiteti”, “Bakı Slavyan Universiteti”, “Azərbaycan Turizm və Menecment Universiteti” kimi yerlərdə “Karyerada ilk addım” devizi altında Əmək Yarmarkaları təşkil edilmişdir.
İşaxtanaların və xüsusən də gənclərin sosial adaptasiyası, sosial müdafiəsi və cəmiyyətə uğurlu reinteqrasiyası, onların şüurlu yaradıcı əməyə hazırlanması və fəal vətəndaş həyat tərzinə uyğunlaşdırılması məqsədilə əmək bazarında olan vəziyyəti nəzərə alıb yuxarı kurs tələbələrinə gələcəkdə işə düzəlməkdə sosial-psixoloci köməklik göstərilməsinin və işəgötürənlərlə düzgün ünsiyyətin qurulmasının vacibliyini nəzərə alıb Nəsimi rayon Məşğulluq Mərkəzinin mütəxəssisləri tərəfindən 20.02.2015-ci il tarixində Bakı Slavyan Unversitetində, 02.03.2015-ci il tarixində Azərbaycan Dillər Universitetində və 09.04.2015-ci il tarixində isə Az.DNA-da “İş axtarmağın və işə düzəlməyin metodologiyası və texnologiyası” mövzusunda məşğələlər keçirilib. Məşğələdə Universitetlərin 329 nəfər IV kurs tələbəsi iştirak etmişdir.
Peşə hazırlığı işinin səmərəliliyinin artırılması və günün tələbləri səviyyəsində qurulmasının ən vacib məsələlərdən biri olmasını nəzərə alıb işəgötürənlərin real tələbləri nəzərə alınaraq hesabat dövrü ərzində “Ərazi Məşğulluq Proqramı”na əsasən 230 nəfərin peşə təlimi kurslarına cəlb ediləcəyi proqnozlaşdırılsa da bu dövr ərzində 196 nəfər 9 ixtisas üzrə (bərbər, aşbaz köməkçisi , avtoçilingər, kom.istifadəçisi, kom.texnikasının təmiri, qənnadçı, kompüter dzayneri, avtokat üzrə proqramı və dərzi) kursa cəlb edilmişdir.
İşaxtaran vətəndaşların, o cümlədən gənclərin ümumtəhsil məktəblərin buraxılış sinif şagirdlərinin peşə maraqlarının və peşə meyllərinin müəyyənləşdirilməsi, onlara gələcək peşə və ixtisas seçimində köməklik göstərilməsi məqsədilə rayon ərazisində yerləşən 19 orta məktəbdə 921 nəfər şagird və 431 nəfər işaxtaran vətəndaş isə fərdi qaydada Məşğulluq Mərkəzində təşkil olunmuş peşəyönümü kabinetində peşəyönümü və peşə məsləhətlərinə cəlb edilməsi mümkün olmuş, onlar “İşaxtaran və işsiz vətəndaşların peşə meyllərinin müəyyən edilməsi üçün multimediya test proqram sistemi”ndən (Tusi proqramından) keçmişdirlər. Bu istiqamətdə işlər davam etdirilir.
“Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitin artırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nı rəhbər tutaraq, bu qəbildən olan insanların məşğulluğunun gücləndirilməsinə, onların sosial problemlərinin həllinə mərkəz tərəfindən xüsusi diqqət göstərilmişdir.
Hesabat ili ərzində Məşğulluq Mərkəzi tərəfindən 59 nəfər qaçqın və məcburi köçkün münasib işlə təmin olunmuş, 4 nəfər qaçqın və məcburi köçkünə isə işsizliyə görə müavinət ödənilmiş, 25 nəfər isə peşə təlimi kurslarına cəlb edilmişdir.
“Dövlət gənclər siyasəti haqqında” Azərbaycan Prezidentinin Fərmanını rəhbər tutaraq gənclərin, xüsusilə ordu sıralarından tərxis olunmuş gənclərin məşğulluğunun, sosial müdafiəsinin təmin olunması Məşğulluq Mərkəzi qarşısında duran başlıca vəzifələrdən biri olmuşdur.
2015-ci il ərzində Məşğulluq Mərkəzi vasitəsilə münasib işlə təmin olunanların 70.0% və ya 679 nəfəri, peşə kurslarına cəlb olunanların 81.1% və ya 159 nəfəri, işsizlik müavinəti alanların 20.0% və ya 28 nəfəri gənclər olmuşdur.
Məşğulluq Mərkəzinin fəaliyyətinin başlıca istiqamətlərindən biri də qadınların işlə təmin olunmasına, onların əmək bazarında rəqabətə davamlı olmasına əməli köməklik göstərilməsi olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin “Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Fərmanını rəhbər tutaraq Məşğulluq Mərkəzi tərəfindən hesabat dövründə qadınların sosial müdafiəsinin təmin edilməsinə üstünlük verilmişdir.
Belə ki, il ərzində Məşğulluq Mərkəzi tərəfindən münasib işlə təmin olunanların 429 nəfəri və ya 51.7 %, peşə hazırlığı kurslarına cəlb olunanların 53.06% və ya 104 nəfəri qadınlar olmuşlar. 52 nəfər qadına isə işsizliyə görə müavinət təyin edilmişdir ki, müavinət alanların 37.1 % -ni təşkil edir.
“Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün müəssisə və təşkilatlarda kvota üzrə müəyyən olunmuş xüsusi iş yerlərinə 2015-ci ilin hesabat dövrü ərzində 124 nəfər işlə təmin olunmuşdur ki, onlardan 44 nəfər əlil, 59 nəfər məcburi köçkün, 7 nəfər çox uşaqlı qadın, 3 nəfər yetkinlik yaşına şatmamış uşaqları tərbiyə edən tək və çox uşaqlı valudeyinlər, 7 nəfər 20 yaşadək gənclər, 1 nəfər müharibə veteranı, 3 nəfər şəhid ailələləri olmuşdur.
Hesabat ili ərzində “Ərazi məşğulluq proqramı”na əsasən 200 nəfərə işsizlik müavinəti verilməsi proqnozlaşdırılmışdır. Bu dövr ərzində isə 140 nəfərə işsizlik müavinəti verilmişdir. Müavinət alanlardan 52 nəfər qadın, 26 nəfəri minimum əmək haqqı məbləğində müavinət almışdır. Müavinət alanlardan 35 nəfəri sərbəstləşmə ilə, 69 nəfəri kadr axıcılığı ilə işini itirənlər, 10 nəfər hərbi xidmətdən tərxis olanlardır.
Bu gün ölkədə makroiqtisadi göstəricilərin dinamikasında müşahidə olunan dəyişikliklər iqtisadiyyatın sosial yönümlü inkişafının təmin edilməsi, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, yeni iş yerlərinin yaradılması və məşğulluğun inkişaf etdirilməsi üçün müvafiq tədbirlər görülür. Məşğulluq xidməti olaraq işaxtaran və işsiz vətəndaşların sosial müdafiəsi üçün lazımi tədbirlərin görülməsi istiqamətində tədbirlərin görülməsi davam etdirilməlidir.
Nəsimi rayon Sığorta filialı 2015-ci il ərzində bir sıra məqsədyönlü tədbirlər nəticəsində sığortanın bütün növləri üzrə, 2015-ci il ərzində 565810 manat tədiyyə toplanmışdır.
Belə ki, Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasından 331092 manat, Hüquq-mühafizə işçilərinin sığortasından 13800 manat, Daşınmaz Əmlakın İstismarının icbari sığortasından 6079 manat, Nəqliyyat vasitələrinin (kasko) sığortasından 9300 manat, Daşınmaz Əmlakın icbari sığortasından 3000 manat, İpoteka sığortasından 1265 manat, Bədbəxt hadisələrdən sığortadan 120000 manat, Tibbi sığortadan 800 manat və İcbari sığortanın digər növlərinin sığortasından 80474 manat, cəmi – 565810 (beş yüz altmış beş min səkkiz yüz on) manat sığorta haqqı toplanılmışdır.
Əhali arasında könüllü növlərinin təbliğini və reklamını təşkil etməklə sığortanın bütün növləri üzrə müəyyən edilmiş tədiyyə tapşırıqlarının yerinə yetirilməsini təmin etmişlər.
Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqavilələrinin vaxtında bərpa olunmasını və yeni müqavilələrin bağlanmasını təmin etməklə verilmiş tapşırıqları yerinə yetirmişlər.
Bədbəxt hadisələrdən sığortanın səmərəliliyini nəzərə alıb, bu növ sığortanın daha da inkişaf etməsinə və müəyyən edilmiş tapşırıqların yerinə yetirilməsinə nail olunmuşdur. Bu sahədə görüləsi işlər qalmaqdadır. Əmlakların, xüsusi ilə mənzillərin, fərdi yaşayış evlərinin sığortası günün aktual məsələləridir.
Müəssisə əmlakının könüllü növ sığortası üzrə verilmiş tapşırıqların yerinə yetirilməsini təmin edilmişdir.
Rayon GEM- i tərəfindən 2015- ci il ərzində rayon ərazisində yoluxucu xəstəliklərin epidemiyası, kütləvi xəstələnmə halları və eləcə də kütləvi zəhərlənmə halları baş verməmişdir.
Xəstəliklərin vəziyyəti 2014-cü ilin müvafiq dövrü ilə müayisədə aşağıdakı kimi olmuşdur:
Xəstəliklərin adı |
2014 |
2015 |
Nəticə |
Salmanellyoz |
31 |
42 |
artım 11 hadisə 26% |
ümumi bağırsaq infeksiyası |
459 |
478 |
artım 19 hadisə,3.9% |
Bunlardan: Protey enteriti |
74 |
120 |
artım 46 hadisə,38% |
Yoluxucu enterit |
385 |
358 |
azalma- 27 hadisə,7% |
Bunlardan qida zəhərlənməsi |
59 |
22 |
Azalma 37- 62% |
Dizenteriya |
1 |
- |
- |
Ersinyoz |
0 |
- |
- |
Viruslu hepatit Cəmi: |
12 |
3 |
azalma 9 hadisə, 75% |
Viruslu hepatit A |
6 |
- |
azalma |
Viruslu hepatit B |
2 |
1 |
azalma |
Viruslu hepatit C |
4 |
2 |
Azalma 2 hadisə |
Su çiçəyi |
761 |
685 |
azalma 76 hadisə,9.9% |
Epid.parotit |
- |
- |
- |
Vərəm |
40 |
42 |
artım 2 hadisə, 4.7% |
Skarlatina |
2 |
0 |
azalma |
Göy öskürək |
- |
0 |
- |
Brüsellyoz |
2 |
1 |
azalma 50% |
Kəskin süst iflic |
1 |
1 |
bərabər |
Bakteriyalar tər.tor.men. |
- |
- |
- |
Rayon ərazisində yoluxucu xəstəliklərin epidemiyası, kütləvi xəstələnmə halları və eləcə də kütləvi zəhərlənmə halları baş verməmişdir.
Ümumi bağırsaq infeksiyası keçən illə müqayisədə 3.9 % artmışdır (19 hadisə artım) viruslu hepatit xəstəliyi 75% azalmışdır. Vərəm xəstəliyi 2 hadisə artım (40-a qarşı 42 hadisə), salmanellyoz xəstəliyi 11 hadisə azalma (31-ə qarşı 42 hadisə) təşkil edir. İdarə olunmayan hava- damcı infeksiyası- “su çiçəyi” xəstəliyi 9.9 % azalma təşkil edir (761- a qarşı 685 hadisə).
2015- ci il ərzində malyariya xəstəliyi aşkar olunmamışdır.
2015-ci il müddətində malyariyaya görə 15204 müayinə edilmişdir. Helmentlərə görə 33251 müayinə aparılmış və 848 aşkarlanma olmuşdur.
Bunlardan: Askarida- 35, Trixosefalyoz- 98, Enterebioz- 391, Teniarinxoz- 1, Exinokokk- 1.
Hesabat dövrü ərzində Epidemioloci şöbə üzrə 5 cərimə protokolu tərtib edilib.
Milli təqvimdən əlavə SN- in 15.04.15- ci il tarixli, 25 saylı “Respublikada İmmunlaşdırma həftəsinin keçirilməsi barədə” əmrinin icrası ilə əlaqədar olaraq “təmizləyici” immunizasiya işi aparılmış, yəni müəyyən səbəbdən peyvenndən kənarda qalan uşaqlar həftə ərzində peyvəndə cəlb edilmişdir.
İmmunlaşdırma həftəsində peyvəndə 430 nəfər cəlb olunmuşdur.
Azərbaycan Respublikası SN-nin 15.09.14-cü il tarixli 95 saylı “Respublikada şagirdlər arasında dehelmintizasiya proqramının həyata keçirilməsi barədə” əmrinə əsasən 1-4-cü sinif şagirdləri arasında dehelmintizasiya işi aparılmışdır. Bunun üçün uşaq poliklinikaları “Albendazol” dərman preparatı ilə təmin olunmuşdur.
Rayon ərazisində 4 doğum şöbəsi fəaliyyət göstərir. 1 KTM-nin doğum şöbəsi və 3 özəl klinikalarda fəaliyyət göstərən doğum şöbələri. Il ərzində doğum evlərində 6059 uşaq doğulmuş və onlardan 5871 VƏP, 5875 OPV, 6027 HB vaksini almışdır.Hər il vəbanın profilaktikası məqsədi ilə müəyyən olunmuş nöqtələrdən, su anbarından f-1-ə görə su nümunəsi götürülür.
Aparılan məqsədyönlü tədbirlər, profilaktik peyvəndlərin nəticəsidir ki, uşaqlar arasında il ərzində məxmərək, qızılca, göy öskürək, difteriya, poliomielit kimi xəstəliklər və eləcə də uşaqlar arasında viruslu hepatit “B” xəstəliyi qeydə alınmamışdır.
2015-ci ildə dövlət büdcəsinin Nəsimi rayonu 8 saylı Xəzinədarlığı üzrə yerli xərclərindən maliyyələşən büdcə təşkilatlarının xərclərini tənzimləmək üçün 4 milyon 633 min 689 manat vəsait proqnozlaşdırılmış, hesabat dövrü ərzində həmin vəsaitdən 4 milyon 228 min 255 manat yəni 91.2 % vəsait xərclənmişdir.
Qanunvericilik və İcra Hakimiyyəti, yerli özünüidarəetmə orqanlarının saxlanılması xərcləri 990 min 404 manat təyinata qarşı 909 min 309 manat və ya 91.8 %, sosial təminat xərcləri 201 manat təyinata qarşı 193 manat və ya 96.0%, kommunal təsərrüfatı xərcləri 3 milyon 157 min 726 manat təyinata qarşı 2 milyon 836 min 149 manat və ya 89.8%, əsas bölmələrə aid edilməyən xərclər üzrə 485 min 358 manat təyinata qarşı 482 min 604 manat və ya 99.4% icra olunmuşdur.
Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən 2015-ci ildə rayon ərazisində bir çox abadlıq və yenidənqurma işləri yerinə yetirilmiş, silsilə tədbirlər həyata keçirilmişdir
Belə ki, rayon ərazisində ümumilikdə 114920 kv.m., məhəllədaxili ərazilərə isə 27506kv.m. asfalt örtüyü vurulmuşdur. M.Kazımovski küçəsində 1000p.m bardyurlar dəyişdirilmişdir, eləcə də Mərdanov Qardaşları küçəsi 39-da səkiyə 100 kv.m tamet döşənmişdir.
Rayon İcra Hakimiyyətinin rəhbərliyi altında 20 Yanvar küçəsi 1 və 3 saylı binaların qarşısındakı səkilərə 1200 kv.m. tamet daşları döşənmiş, həmin küçədə 200 ədəd həmişəyaşıl ağaclar əkilmiş, 20 Yanvar küçəsi 7 saylı binanın fasadında 1200 kv.m., Moskva pr. 96 saylı binanın fasadında isə 6000 kv.m rənglənmə işləri aparılmış, 660 kv.m. dam örtüyü təmir edilmişdir.
C.Səlimov küçəsi 7 saylı binanın dam örtüyü təmir olunmuş, 480 ədəd pəncərə yenisi ilə əvəz edilmiş, 7500 kv.m. fasad və eyvanlar təmir olunmuş, binanın fasadında 3750 kv.m rənglənmə işləri aparılmışdır.
S.C.Pişəvari küçəsində yola 4000 kv.m asfalt örtüyü vurulmuş, 2000p.m. bardyur dəyişdirilmiş, səkiyə 500 kv.m tamet daşı və 1500 kv.m sahəyə qazon döşənmişdir. Divarlarda 1500 kv.m. suvaq işləri aparılaraq rənglənmişdir.
A.Mustafayev küçəsi 3,5,11,15,21 və 23 saylı binaların fasadlarında təmir işləri aparılmışdır.
Tbilisi pr.-dən Ə.V.Salamzadə küçəsi boyunca fasadlarda təmir işləri aparılmış, yolun hər iki tərəfində hasarlar yenidən qurularaq 1300 kv.m. aqlay daşı və alkapon vurulmuş, 2000 kv.m fasad rənglənmiş, yol kənarında 100 ədəd həmişəyaşıl ağaclar əkilmiş və 260 kv.m. qazon döşənmişdir. Həmçinin, Tbilisi prospektində “Neptun” mağazası qarşısındakı sahədə 300 kv.m., “Memar Əcəmi” metrostansiyası qarşısındakı dairədə 350 kv.m., Cavadxan küçəsi 40 saylı binanın qarşısında yaşıllıq zolağına 150 kv.m, 20 Yanvar küçəsi 39-da 300 kv.m qazon, 5 yerdə gül kompozisiyası, S.Vurğun küçəsi 71-də 50 kv.m., 20 Yanvar küçəsi 18-də, A.Məhərrəmov küçəsi 60-da 1130 kv.m., Tbilisi prospektindəki yol ötürücüsünün (körpünün) ətrafında 500 kv.m. və M.Kazımovski küçəsi boyunca 1000 kv.m. qazon döşənmiş, 10 yerdə gül kompozisiyası əkilmişdir. Habelə, H.Ələsgərov küçəsində 200 kv.m. qazon döşənmiş, Ü.Hacıbəyov küçəsi boyunca 4000 ədəd müxtəlif növ dekorativ çiçəklər əkilmiş, H.Seyidzadə küçəsində 100 ədəd, Cavadxan küçəsində 300 ədəd şam ağacı əkilmişdir.
Cavadxan küçəsi 26,34,38 və 40 saylı binaların 660 kv.m yan fasadları, Cavadxan küçəsi 29 saylı binanın 1920 kv.m fasadı, R.Behbudov küçəsi 30-da binanın 150 kv.m fasadı, 20 Yanvar küçəsi 8 və A.Məhərrəmov küçəsi 60-da 1130 kv.m fasad rənglənmişdir.
Cavadxan küçəsi 15,19 və 23 saylı binaların ətraflarında abadlıq işlərinin aparılması ilə əlaqədar binaətrafı sahələrdəki qeyri-qanuni çəpərlər sökülmüş, zəbt olunmuş sahələrdə təmizlik işləri aparılmışdır.
Ə.V.Salamzadə küçəsinin C.Səlimov küçəsindən Z.Bünyadov pr-dək olan hissəsində (3-cü Alatava yaşayış sahəsinin qarşısındakı hasara) və yol kənarlarında yerləşən inzibati binaların 2000 kv.m. fasadları rənglənmiş, 2300 kv.m.dən artıq hasar quraşdırılmışdır.
Mir Cəlal küçəsi 2,4,16,18,36,38,42,44,46,48 və 20 yanvar küçəsi 23a saylı, eləcə də S.Vurğun küçəsi 116 saylı binaların fasadları 20120 kv.m əsaslı təmir olunmuşdur. Binaların girişlərinə 48 ədəd dəmir qapı, 240 ədəd yeni plastik pəncərələr qurşdırılmışdır. Mir Cəlal küçəsi boyunca 10000 kv.m yaşıllıq salınmış, parkın ərazisindəki yol və səkilərə 6000 kv.m tamet daşı döşənmiş, 1660 p.m bardyur düzülmüş, uşaq və sakinlərin istirahəti üçün müxtəlif növ istirahət guşələri quraşdırılmışdır. Kollektiv tərəfindən 20 Yanvar, Ə.V.Salamzadə, S.Vurğun, D.Əliyeva küçələrində və Vaqif prospektində yerləşən park və yaşıllıqlarda ümumilikdə 890-a yaxın həmişəyaşıl ağaclar və güllər əkilmişdir.
Bütün bunlarla yanaşı rayon ərazisində yerləşən küçələr, bağlar, parklar, meydanlar, həyətlər hər gün süpürülüb təmizlənmiş, yaranan süpürüntü kütləsi MKTB-nin nəqliyyat vasitələri ilə “Təmiz şəhər” ASC-nin poliqonlarına daşınmışdır.
Hər gün ərazinin sanitar-təmizlik və ekoloci vəziyyətinə nəzarət təşkil olunmuş, yaranan problemlər dərhal aradan qaldırılmışdır.
Rayon İcra Hakimiyyətinin balansında olan binalarda yaşayan əhalinin, rayonda fəaliyyət göstərən təşkilatların, kommersiya qurumlarının yaratdığı bərk məişət tullantılarının qəbulu üçün 356 ünvanda qəbul məntəqəsi vardır.
Həmin qəbul məntəqələri 849 ədəd xüsusi konteyner və 268 ədəd yeşiklə təmin olunmuşdur. İstifadəyə yararsız konteyner və yeşiklər yeniləri ilə əvəz olunmuşdur.
İl ərzində rayon ərazisinin sanitar-təmizliyinin günün tələbləri səviyyəsində saxlanması üçün ərazinin süpürülüb-təmizlənməsi və yaranmış tullantıların hər gün səhər saat 700-dək daşınması təmin edilmişdir.
2015-ci ildə də bəzi binaların zirzəmisinə dolmuş çirkab və qurunt suları vaxtında təmizlənməsi diqqət mərkəzində olmuşdur.
Belə ki, yay mövsümünün gəlişi ilə əlaqədar olaraq, rayon ərazisində yolxucu xəstəliklərin yaranma ehtimalı olan mənbələr barədə aidiyyəti məlumatlar tərtib edilmiş və müvafiq təşkiklatlarla müqavilə bağlanmışdır.
Nəticədə, keçən il ərzində 529098 kv.m sahədə dezinfeksiya və deratizasiya işləri yerinə yetirilmişdir.
2015-ci ildə keçirilmiş bütün tədbirlərdə Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin kollektivi də yaxından iştirak etmişdir.
Belə ki, I Avropa Oyunlarının keçirildiyi dövrdə MKTB-nə tapşırılan işlərin daha yüksək səviyyədə icra olunması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 mart 2015-ci il tarixli 70s nömrəli, habelə Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin 24/1 saylı 10 aprel 2015-ci il tarixli sərəncamına uyğun yerinə yetirilməsi üçün may ayının 1-dən iyul ayının 1-dək MKTB işçilərinin 25%-i daxil olunmaqla 4 pilləli xüsusi iş reciminə keçirilməsi təmin edilmişdir.
2015-ci il ərzində yaşayış binalarının (evlərin) istismar vəziyyətini yaxşılaşdırmaq üçün aşağıdakı işlər görülmüşdür:
31145 p.m. ventilyasiya kanalları və tüstü bacaları təmizlənmiş, 5790 kv.m. dam örtükləri cari təmir olunmuşdur. Ümumi istifadə yerlərində 1034 kv.m. şüşələnmə işi aparılmış, 324 ədəd giriş qapısı, 470 ədəd pəncərə təmir edilmişdir. 1251 p.m. suaxıdıcı boru, 253 kv.m. keçid meydançası və pilləkən təmir olunmuşdur. 1624p.m. istilik boruları təmir edilib və ya dəyişdirilmişdir. İstilik alan 144 binalarda 249 ədəd ventil, 92 ədəd siyirtmə təmir olunmuş, 33 ədəd ventil və 73 ədəd siyirtmə dəyişdirilmişdir.
Nəsimi rayon Elektrik Təchizatı və Satışı İdarəsi tərəfindən xidməti ərazidə abonentlərimizin elektrik enercisi təchizatının yaxşılaşdırılması məqsədilə yarımstansiyalarda yenidənqurma işləri aparılmış, avadanlıqlar yenilənmiş, transformatorlar daha güclüsü ilə əvəz edilmiş, enerci verilişi xətləri müasir, etibarlı və dizayn baxımından ətrafa xələl gətirməyən kabel xətləri ilə dəyişdirilmişdir.
2015-cü ilin 12 ayı ərzində 638.16 mln kvts elektrik enercisi istehlak edilmişdir ki, bunun da dəyəri 38.26 mln manat təşkil edir.( O cümlədən: əhali 13.34 mln manat, qeyri əhali 24.92 mln manat). İstehlak edilmiş elektrik enercisinin dəyərinin 38.83 mln manatı və ya 101.5 % -i toplanmışdır. Toplanan vəsaitin 13.67 mln manatı əhali sektorunun (102.5%), 25.16 mln manatı isə (101%) qeyri əhali sektorunun payına düşür.
2014-cü ilin 12 ayı ərzində istehlak edilmiş elektrik enercisi 605.06 mln kvts, dəyəri isə 36.28 mln manat ( o cümlədən: əhali 13.42 mln manat, qeyri əhali 22.86 mln manat) olmuşdur. Toplanan vəsait 36.97 mln manat (101.9%) olmuşdur ki,bunun da 13.88 mln manatı əhali (103.4%), 23.09 mln manatı (101%) isə qeyri əhali sektoruna aid olmuşdur. Enerci haqqının toplanmasında keçən ilin müvafiq dövrünə nisbətən 1.86 mln manat artım əldə edilmişdir.
Əhali sektoru üzrə abonentlərin sayı 65970, qeyri əhali sektoru üzrə isə 7163 olmuşdur. Ödənişə cəlb etmə 92.1%, sayğacların oxunması isə 100% təmin edilmişdir. 12 ay ərzində “Müştəri xidmətləri ” bölməsi tərərfindən 1681 abonent qəbul edilmiş, 53 abonentlə razılaşma protokolu tərtib edilmişdir. R. Zorge parkında və Rəşid Behbutov küçəsində 2 ədəd 35/10 kv-luq yarımstansiyanın quraşdırılması başa çatmışdır.
Nəsimi rayon Sukanal İdarəsi tərəfindən 2015-ci il ərzində içməli su təchizatı və kanalizasiya sahəsində mühüm işlər görülmüşdür.
Belə ki, regionlarda gedən sosial iqtisadi inkişafın müsbət nəticələri Nəsimi rayonunda da əyani şəkildə özünü göstərir. Son illər ərzində “Azərsu” ASC tərəfindən rayon ərazisində, su və kanalizasiya şəbəkələrinin yenidən qurulması istiqamətində aparılan işlər bunun bariz nümunəsidir.
Ümumilikdə, magistral və məhəllədaxili su kəmərlərində 2936 ünvanda, kanalizasiya şəbəkələrində isə 9111 ünvanda baş vermiş qəzalar aradan qaldırılmışdır. Rayon ərazisində ümumi uzunluğu 3900.0 metrdən çox müxtəlif diametrli su xətləri çəkilmiş və ya qəzalı hissələri dəyişdirilmişdir, o cümlədən podratçı təşkilatlar tərəfindən 1500.0 metrdən artıq, rayonun öz gücü hesabına-2396.0 metr müxtəlif diametrli kanalizasiya xətti dəyişdirilərək, yenisi ilə əvəz olunmuşdur. O cümlədən, 17 ədəd yaşayış binasının zirzəmilərində 800.0 metr-dən cox kanalizasiya xəttinin əsaslı təmirinə başlanılmış və işlər yekunlaşdırılmışdır. 11 ədəd nəzarət-baxış quyusu təmir olunmuş, 10 ədəd yeni kanalizasiya nəzarət-baxış quyusunun çuqun qapaq dəsti, 5 ədəd yeni yağış barmaqlığı quraşdırılmışdır.
Rayon ərazisində müxtəlif diametrli 58 ədəd yeni siyirtmə quraşdırılıb istismara verilmiş, 42 ədəd siyirtmə təmir olunmuş, 6 ədəd yeni yerüstü hidrant quraşdırılmışdır.
Məhəllədaxili nasos stansiyalarında keçən dövr ərzində müxtəlif gücə malik 27 ədəd elektrik mühərriki, müxtəlif markalı 36 ədəd su nasosu təmir olunaraq istismara verilmişdir. Bunlardan 8 ədədi demontac olunaraq əsaslı təmir olunmuş və istismara qaytarılmışdır.
5(beş) ünvanda ümumi həcmi 2900.0 m3 olan su anbarı istismar olunur. Hal-hazırda istismarda olan bütün su anbarları mövsümə hazırlıqla əlaqədar olaraq yuyulub-təmizlənmişdir. Nəsimi rayon Sukanal İdarəsinin balansında olan 89 məhəllədaxili nasos stansiyasından hal-hazırda 58-i fəaliyyət göstərir. 31 ədəd nasosxananın fəaliyyəti dayandırılmışdır. 2015-ci ilin 12 ayı ərzində rayon ərazisində 24 ünvanda bir-birinə yaxın məsafədə yerləşən nasosxanalar birləşdirilmiş, məsrəflərə qənaət məqsədi ilə 12 nasosxananın fəaliyyəti dayandırılmışdır.
Payız-qış mövsümünə hazırlıqla əlaqədar olaraq 20000.0 metrdən çox fekal kanalizasiya şəbəkəsi, 6500.0 metrdən çox yağış kanalizasiya şəbəkəsi yuyulmuş, 3200 ədəd yağış barmaqlığı, 2100 ədəd kanalizasiya quyusu təmizlənmişdir. 5 ədəd yeni yağış barmaqlığı, 10 ədəd çuqun kanalizasiya qapaq dəsti quraşdırılmışdır.
Ümumilikdə 2303 ədəd yeni su sayğacı qoyulmuş və ya dəyişdirilmiş, o cümlədən 1779 ədəd ön ödənişli “Smart” tipli sayğacın 1247 ədədi əhali, 532 ədədi isə qeyri-əhali kateqoriyalı abonentlər üçün quraşdırılmışdır. 1900 ədəddən artıq müxtəlif markalı sayğac təmir olunaraq vətəndaşların istifadəsinə verilmişdir.
Hesabat dövründə Nəsimi rayonunu içməli su ilə təmin edən mənbələrdən alınan suyun miqdarı 35.903.068.0 m3 olmuşdur. 2015-ci ildə 2014-cü il ilə müqayisədə mənbələrdən alınan suyun miqdarı 1.326.847.0 m3 yəni 3.7% azalmışdır. Satılan suyun dəyəri 9.815.676.0 manat, abonentlər tərəfindən ödənişin həcmi isə 9.327.875.0 manat (95.03%) təşkil etmişdir.
Əhalinin fasiləsiz su təminatına keçilməsi istiqamətində 2013-cü ildə icrasına başlanılmış və hal-hazırda davam etdirilən “Azərsu” ASC-nin “Pilot” layihələri çərçivəsində 2, 3 və 4-cü mikrorayon ərazilərində 89 ədəd yaşayış binasının daxili və xarici su təchizatı tamamilə yenidən qurulmuş, hər bir mənzilə “Smart” tipli su sayğacı quraşdırılmış və zirzəmilərdə su axıntısı hallarına son qoyulmuşdur.
Nəsimi rayonu 1 saylı İstilik Sistemləri İstismar Sahəsi tərəfindən 2015-ci il ərzində rayon ərazisində yerləşən RİQ-1, 25 ədəd məhəllədaxili qazanxana və 19 ədəd istilik məntəqəsi istilik enercisi istehsal edərək tələbatçıları fasiləsiz istilik enercisi ilə təmin edilmişdir..
Mövsüm ərzində 1 saylı İSİS-in Nəsimi rayonu üzrə xidməti ərazisində 220 yaşayış binası, 16 məktəb, 11 uşaq bağçası, 6 səhiyyə və 29 digər obyekt istiliklə təmin olunmuşdur.
232 saylı qazanxanada II konturun istilik gücünü artırmaq məqsədilə 6 Qkal/saat gücündə düzaxınlı su-su qızdırıcı quraşdırılmışdır.
Cavadxan 5, 29, 30,34, Hüseynbala Əliyev 6,10,38,50, Moskva prospekti 58, 60, Asif Məhərrəmov 21,23 saylı və s. ünvanlarda aşağı paylama və məhəllədaxili istilik xətlərində cari təmir işləri aparılmışdır.
Mövsüm bitdikdən sonra aprel ayının 10-dan etibarən bütün qazanxanalarda hidravlik sınaq aparılmış, qüsurlar aşkarlanmışdır. Bununla da əlaqədar tədbirlər planı tərtib olunmuş və tədbirlər planına uyğun olaraq aşkarlanan qüsurların aradan qaldırılması prosesinə və qazanxanaların 2015-2016-ci il payız qış mövsümünə hazırlıq işlərinə başlanmışdır. 25 ədəd qazanxanada elektrik avadanlıqları və nəzarət ölçü cihazları təftiş və təmir olunmuşdur.
1 saylı İSİS-n ərazisində olan bütün qazanxanalarda tüstü boruları təftiş və təmir olunmuş, qaz avadanlıqlarına baxış keçirilmiş, qaz xətlərinin üzərindəki süzgəclər açılaraq təmizlənmiş, manometrlər yoxlanılaraq işçi vəziyyətə gətirilmişdir.
77 və 199 saylı qazanxanada 2 ədəd QTŞ-2 tipli qaz tənzimləyici şkaf yenisi ilə əvəz edilmişdir. 199.232.500,501,312 və 81 saylı qazanxanalarda 9 ədəd istilik mübadilə aparatları açılaraq mexaniki və kimyəvi üsulla təmizlənərək işçi vəziyyətə gətirilmişdir. 71,77 və 85 saylı qazanxanalarda KSQJ tipli 5 ədəd qazan açılaraq mexaniki üsulla ərpdən təmizlənmişdir. 139 və 199 saylı qazanxanalarda 5 ədəd qazan kimyəvi və mexaniki üsulla təmizlənərək əsaslı təmir olunmuşdur. 25 ədəd məhəllədaxili qazanxanada 71 ədəd qazan açılaraq profilaktik təmir işləri görülmüş, 23 ədəd su yumşaldıcı qurğunun kationit məhlulu yoxlanmış və başlıqları təftiş təmir olunmuşdur.
Ümumilikdə ərazidə istilik xətləri üzərində və qazanxanalarda 84 ədəd çirk tutan, 480 ədəd siyirtmə açılaraq təftiş olunmuşdur. 77 saylı qazanxanada təmir işləri başa çatdırılmış, ümumilikdə 2 ədəd qazan, 3 ədəd nasos əsaslı təmir olunmuşdur, o cümlədən, 12 ədəd siyirtmə təftiş təmir olunmuş, soyuq su xətti yenilənmışdır. Qazanxana su ilə doldurularaq hidravlik sınaq keçirilmiş və “Azəristiliktəchizat” ASC-nin tərkibində yaradılmış qəbul komisiyasına təhvil verilmişdir. 83 saylı qazanxana rekonstruksiya olunaraq NR-18 tipli qazan müasir kombilərlə (2 ədəd) əvəz olunmuş, 2 konturlu sistem quraşdırılmış, kommunikasiya xətləri yenilənmişdir. 34 saylı qazanxana rekonstruksiya olunaraq NR-18 tipli qazan müasir kombilərlə (2 ədəd) əvəz olunmuş, 2 konturlu sistem quraşdırılmış, kommunikasiya xətləri yenilənmişdir.
500, 90,199, 71, 139, M 26/MTE, 312, 378, 501,365, N.M, 339, M 18/46, 81, 99,138, M.N, 366 və s. saylı qazanxanalarda payız qış mövsümünə hazırlıq işləri ilə əlaqədar bütün işlər başa çatdırılmış, istilik xətləri su ilə doldurularaq, hidravlik təzyiq altında “Azəristiliktəchizat” ASC-n nəzdində yaradılmış qəbul komissiyasına təhvil verilmişdir.
2-ci mikrorayon Cavad xan 40 və 44 saylı ünvanlara gedən istilik xətti əsaslı təmir ounaraq, 330 metr müxtəlif diametrli boru dəyişdirilmişdir. Hüseyn Seyidzadə küçəsində abadlaşdırma işləri ilə əlaqədar olaraq H.Seyidzadə 1a ünvanında II mikrorayon 12 saylı istilik məntəqəsinə gedən 150 metr istilik xətti əsaslı təmir olunmuşdur.
3-cü mikrorayon Cavadxan 18 ünvanında d=114 mm l= 50 m boru əsaslı təmir olunmuşdur. Cavadxan 40, Hüseyn Seyidzadə 2A, Azər Əliyev 2 ünvanlarında yaşayış binalarının aşağı paylama istilik xətləri əsaslı təmir olunmuşdur. Həmçinin H.Seyidzadə 1A saylı binanın aşağı paylama istilik xətti və Alı Mustafayev 1 ünvanına gedən məhəllədaxili istilik xətləri əsaslı təmir olunmuşdur.
Noyabr ayının 27-dən etibarən qazın qazanxanalara verilməsi ilə əlaqədar olaraq 26 ədəd qazanxana və 19 ədəd istilik məntəqəsi işə qoşulmuşdur.
Hal hazırda 1 saylı İSİS-in Nəsimi rayonu üzrə xidməti ərazisində 220 yaşayış binası, 16 məktəb, 11 uşaq bağçası, 6 səhiyyə və 29 digər obyekt istiliklə təmin olunur.
2014-2015-ci il payız-qış mövsümünə hazırlıqla əlaqədar RİH-nin nəzarəti ilə müvafiq tədbirlər həyata keçirilmişdir.
Hesabat dövrü ərzində Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən rayonun küçə və prospektlərinə, məhəllədaxili yollara və istirahət meydançalarına asfalt örtüyü vurulur, müxtəlif növdə ağac və gül kolları əkilmiş və hazırda bu işlər davam etdirilməkdədir.
Rayonda aparılan abadlıq işləri ilə əlaqədar hazırda Vaqif prospekti, Ə.Qasımzadə, Nizami, D.Əliyeva, 28 May, M.Cəlal, M.Qasımov, Azadlıq, C.Məmmədquluzadə, N.Yusifbəyli, S.Vurğun, Bül-Bül, mikrarayonlarda və rayonun digər küçələrindəki binaların fasadlarında təmir, bərpa və abadlıq işləri intensiv sürətdə davam etdirilir. Rayon MKTB tərəfindən müxtəlif ünvanlarda binaların fasadlarının təmiri və rənglənməsi, keçid meydançalarının təmiri işi aparılmışdır.
Rayon ərazisində yerləşən binaların dam örtüklərinin təmiri, binaların ventilyasiya kanallarının və tüstü bacalarının təmizlənməsi, girişlərin, pənrəcələrinin təmiri və keçid meydançalarının pilləkənlərinin təmiri və rənglənməsi işi hazırda davam etdirilir. Yaşayış binalarında ventilyasiya kanallarının və tüstü bacaları təmizlənərək istismara verilmişdir.
Qaz təsərrüfatının və elektrik enercisi ilə təchizatının yaxşılaşdırılması məqsədi ilə, qaz xəttlərində, elektrik yarımstansiyalarında əsaslı təmir işləri aparılır, qaz və elektrik təmizləyici qurğu və avadanlıqları yerləşdirilməsi və yeni yaşayış massivlərinin qazlaşdırılması və elektrik enercisi ilə təmin olunmasının effektliyinin artırılması ilə bağlı Nəsimi rayon QİS və ETSİ tərəfindən bir sıra yenidənqurma işləri aparılmışdır.
Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi 2.98 kv. km hüdudlarında 84 mindən artıq əhalinin yaşadığı 5 mikrorayonu və 3-cü Alatavanı əhatə edir. 1 nömrəli Nümayəndəlik 2015-ci ildə öz fəaliyyətini Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 06 iyun 2012-ci il tarixli, 648 nömrəli fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında əsasnaməni” və rayon İcra Hakimiyyəti Başçısının sərəncam və göstərişlərini rəhbər tutaraq qurmuşdur.
2015-ci ilin Yanvar ayın 1-dən Dekabr ayının 30-dək 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə Nəsimi Rayon İcra Hakimiyyətindən, eləcədə müxtəlif təşkilatlar və sakinlər tərəfindən 19 ərizə, məktub daxil olmuşdur. Hər bir müraciətə qanunvericiliyə uyğun olaraq baxılmış, səlahiyyətlərimiz çərçivəsində tədbir görülmüş və vaxtında cavablandırılmışdır.
Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırığı əsasında fevral və mart aylarında əhalinin tibbi müayinəsi aparılmışdır. Ümumilikdə 40000-dən çox insan 20 saylı poliklinikada müayinədən keçmişdir.
Ötən il ərzində ərazinin sanitar təmizlik vəziyyəti daim nəzarətdə saxlanılmış, nəzərdə tutulmayan yerlərdə icazəsiz yaradılmış zibilliklər ləğv edilmişdir. Qeyri-qanuni küçə ticarətinə qarşı fəal mübarizə aparılmış, belə halların qarşısı vaxtında alınmışdır.
Nümayəndəliyin əməkdaşları tərəfindən ərazidə qanunsuz tikintilərin müəyyən edilməsi və qarşısının alınması istiqamətində tədbirlər görülmüşdür.
Ərazidə yerləşən bir neçə küçədə əsaslı təmir işləri aparılmışdır. Abdulvahab Salamzadə küçəsində 600 kv.m köhnə asfalt örtüyü qaşınaraq yenisi ilə əvəz olunmuş, 94 ədəd şam ağacı əkilmiş, 1500 kv.m divar ağlayla örtülmüş, 3-cü Alatava tərəfdən 320 m məsafə karbonat material və plastiklə hasara alınmışdır. Tbilisi prospektində Pişəvari küçəsi ilə kəsişməsindən 20 Yanvar dairəsi daxil olmaqla 240 m köhnə bardür yenisi ilə əvəz olunmuş, 6000 kv.m-dən çox ərazi yeni asfalt örtüyü ilə əvəz olunmuş, 860 kv.m qazon sahəsi salınmışdır. Pişəvari küçəsində 1300 m köhnə bardür yenisi ilə dəyişdirilmiş, 5000 kv.m asfalt örtüyü yenilənmiş, 20 ədəd işıq dirəyi yenisi ilə əvəz olunmuşdur. Pişəvari küçəsindən 20 Yanvar dairəsinə qədər olan sahədə 600 kv.m qazon örtüyü yenisi ilə əvəz olunmuşdur.
Cavadxan küçəsində 400 m yeni bardür qoyulmuş, 6000 kv.m köhnə asfalt sökülərək yenisi ilə əvəz olunmuşdur. Küçəyə 60 ədəd eldar şamı əkilmişdir. 4-cü mikrorayon dairəsindən Kazımovski küçəsi istiqamətdə 200 ədəd dekorativ şam ağacı əkilmiş,20 Yanvar 31C saylı binanın arxasında 400 kv.m qazon salınmışdır.
Hüseyn Seyidzadə küçəsi 4-cü mikrorayon dairəsindən Rəşid Məmmədov küçəsinədək 400 m bardür sökülüb yenisi ilə əvəz olunmuş, 8000 kv.m-dən çox ərazi yeni asfalt örtüyü ilə əvəz olunmuş, 20 ədəd yeni işıq dirəyi quraşdırılmışdır. Hüseyn Seyidzadə küçəsindən Əliisgəndər İsgəndərov küçəsi 5 saylı binanın qarşısınadək köhnə bardür 300 m məsafədə sökülüb yenisi ilə əvəz olunmuş, 3000 kv.m yeni asfalt örtüyü salınmışdır.
Rövşən Cəfərov küçəsi 3-cü mikrorayon dairəsindən 20 Yanvar dairəsi istiqamətdə hər iki tərəfdə 400 m köhnə bardürlar sökülərək yenisi ilə əvəz olunmuş, 2600 kv.m yeni asfalt çəkilmişdir. 3-cü mikrorayon dairəsi bütovlükdə 2100 kv.m asfalt örtüyü qaşınaraq yenilənmişdir.
2015-ci ilin son rübündə qısa müddət ərzində ərazidə bir sıra böyük işlər görülmüşdür.
Belə ki, Kazımovski küçəsində 1500 kv.m asfalt örtüyü yenisi ilə əvəz olunmu, 8 ədəd işıq dirəyi quraşdırılmış, 1000 kv.m qazon salınmış, 29 A saylı binanın fasadı rənglənmişdir. 15, 17 və 19 saylı binaların həyətləri qanunsuz çəpərləmələrdən təmizlənmişdir.
Moskva prospektində 2400 kv.m köhnə asfalt qaşınaraq yenisi ilə əvəz olunmuşdur. Moskva prospekti 96 saylı 16-mərtəbəli binanın fasadı müasir üslübda təmir olunmuşdur. Pilləkən qəfəslərinin pəncərələri yenisi ilə əvəz olunmuşdur. Həmçinin giriş qapıları yenilənmişdir. Binaların su novları dəyişdirilmişdir. Həyətində abadlıq işləri görülmüşdür.
20 Yanvar küçəsində 750 kv.m köhnə qazon örtüyü yenisi ilə əvəz olunmuş, 8 və 60 saylı binaların fasadı rənglənmişdir. 1 və 3 saylı binaların qarşısına 800 kv.m tamet döşənmişdir. 20 Yanvar küçəsi 23A ünvanda yerləşən 9-mərtəbəli binanın fasadı tam müasir üslubda təmir olunmuşdur. Pilləkən qəfəslərinin pəncərələri yenisi ilə əvəz olunmuşdur. Həmçinin giriş qapıları yenilənmişdir. Binanın su novları dəyişdirilmişdir. Həyətində abadlıq işləri görülmüşdür. Məhəllədaxili yollara son rübdə ümumilikdə 31000 kv.m-dən çox yeni asfalt örtüyü salınmışdır.
2015-ci il İcra Hakimiyyəti Başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi üçün də bir sıra uğurların əldə edilməsi ilə yadda qalmışdır. 2 nömrəli SİƏD üzrə nümayəndəliyi 86 mindən artıq əhalinin yaşadığı 4,77 kv.km. ərazini əhatə edir.
Nümayəndəlik 2015-ci il ərzində Azərbaycan Respublikası Prezidentinin 6 iyul 2012 –ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə”ni və Nəsimi rayon İcra Hakimiyyəti Başçısının Sərəncam və göstərişlərini rəhbər tutaraq fəaliyyət göstərmişdir.
2015–ci ilin yanvar ayından başlayaraq nümayəndəlik tərəfindən ev təsərrüfatı kitablarında toplanmış məlumatların dəqiqləşdirilməsi prosesi aparılmış və bu işlər mütəmadi olaraq davam etdirilmişdir.
Rayon İcra Hakimiyyəti Başçısının göstərişinə uyğun olaraq ərazinin sanitar vəziyyəti daimi nəzarətdə saxlanılmış, aşkar edilmiş nöqsanların dərhal aradan qaldırılması təmin edilmiş, ərazidə aparılan qanunsuz tikintilərin qarşısının alınması məqsədi ilə Rayon İcra Hakimiyyətinə mütamadi olaraq məlumat verilmişdir.
Hesabat dövrü ərzində nümayəndəlik istər rayon İcra Hakimiyyəti tərəfindən, istərsə də bilavasitə vətəndaşlar tərəfindən nümayəndəliyə göndərilmiş 28 məktub, ərizə və müraciətlərin obyektiv araşdırılmasını, qanunla müəyyən edilmiş müddətdə icrasını təmin etmişdir.
2015- ci ildə Respublikamızda keçirilmiş 1-ci Avropa oyunları ilə əlaqədar 19 may 2014-cü il tarixində Bakı şəhər İcra Hakimiyyətində keçirilmiş müşavirənin tövsiyyələrinə uyğun olaraq nümayəndəliyin ərazisində yerləşən küçə və parklarda geniş miqyaslı abadlıq, yenidənqurma və yaşıllaşdırma işləri aparılmışdır.
Hesabat dövründə Azadlıq prospekti 38, 40, 44, 53, 55, 56, 57, 59, 61,63,65,67,70,72,73,75,77,103,105,107,S.Vurğun 110,116,Ə.Salamzadə küçəsində yerləşən bir sıra obyektlərin fasadlarına aqlay daş (isti aqlay) vurulmuş, Tiblisi prospekt, H.Ələsgərov, S.Vurğun küçələrində yeni yaşilliq zolaqları salınmış, Ak.H.Əliyev, M.Qaşqay, H.Ələsgərov küçələrində, Azadlıq prospektində səkilərə tamet daşlar vurulmuşdur. S.Vurğun küçəsində yaşıllaşdirma işləri aparılmış, yeni Eldar şamı, leylandra və Çinar ağacları əkilmiş,qazon örtüyü vurulmuşdur. Tbilisi prospektində (Neptun mağasasının qarşısı)300 kv.m. yaşıllaşdırma işləri aparilmış, yeni ağac və gül kolları əkilmişdir. Tağızadə küçəsi 7,9 saylı binaların fasadları əsaslı təmir olunmuşdur. Ə.V.Salamzadə küçəsində (Tbilisi prospektindən Ceyhun Səlimov küçəsinə gədər) yenidənqurma işləri aparılmışdır, divarlara 900 kv.m aqlay daşı vurulmuş, qazon örtüyü vurulmuş,hasar çəkilmiş, 1800 kv.m asfalt örtüyü vurulmuş və 300 p/m su xətti dəyişdirilmişdir.
Mərdanov qardaşları küçəsi 84,89,117 saylı həyətlərə ümumilikdə 1200 kv.m asfalt örtüyü vurulmuşdur. Tbilisi prospektinə (Ə.V.Salamzadə küçəsindən Hənifə Ələsgərova küçəsinə gədər) qazon örtüyü vurulmuş, ağaclar və gül kolları əkilmiş, səkiyə daş örtüyü vurulmuşdur. Mərdanov qardaşları küçəsi 96 və 100 saylı binanın; S. Vurğun küçəsi 81a saylı binanın; Mirqasımov küçəsi 2 saylı ünvanda yerləşən cərrahiyə korpusunun fasad hissəsi yeni örtüklə üzlənmişdir. S.Vurğun küçəsinə (Bakıxanov küçəsindən S.Salayev küçəsinə qədər) qazon örtüyü vurulmuş və dekorativ ağaclar əkilmişdir. Cəlil Məmmədquluzadə küçəsi ilə N.Yusifbəyli küçəsinin kəsişməsində yerləşən avtomobil servisinin hasarı müasir formada təmir edilmiş və həmin əraziyə dekorativ ağaclar əkilmiş, qazon örtüyü vurulmuş, yeni işıq dirəkləri quraşdırılmışdır. Ak.Həsən Əliyev küçəsinə, Ə.V.Salamzadə küçəsinə, Tbilisi prospektinə səkiyə tamet daşı vurulmuş, hasar çəkilmiş, dekorativ ağaclar əkilmiş və həmin sahələrə qazon örtüyü vurulmuşdur. S.Vurğun küçəsi 941–ci məhəllədə (Ambassador otelinin yanı və Stomotoloci poliklinikanin qarşısı) 950 kv.m tamet vurulmuşdur. Novruzov qardaşları küçəsi ilə Ak.Həsən Əliyev küçəsinin kəsişməsində zibil meydançası tikilmişdir. Ümumi ərazidə yerləşən zibil konteynerləri rübdə bit dəfə boya ilə rənglənmiş, sıradan çıxmış təkərlər yeniləri ilə əvəz olunmuşdur. N.Yusifbəyli küçəsi (C.Məmmədquluzadə küçəsindən Mərdanov qardaşları küçəsinə qədər) 950 kv.m divarın fasad hissəsi emulsiya boyası ilə boyanmışdır. N.Vəzirov küçəsinə qazon örtüyü vurulmuşdur. Ə.Qasımzadə, Vagif, Xan Şuşinski, S.Rüstəm küçələrinin kəsişməsində yerləşən parkda əsaslı təmir işləri aparılmış, 2000 kv.m-ə yaxın daş örtüyü vurulmuş, 100 maşın torpaq yayılmış,100-dən artıq ağac əkilmiş, lakin işlər başa catdırılmamışdır. R.Behbudov küçəsi istiqamətində yerləşən parkın başlanğıc tərəfindən yol və piyadalar üçün pilləkən səki salınmışdır. S.Vurğun küçəsi (sirkin qarşısında) Bakıxanov küçəsi istiqamətində müxtəlif növ 300 ədəd ağac əkilmişdir. Zorge parkında və R.Behbudov küçəsində yerləşən parkda “Azərişıq” ASC tərəfindən 2 ədəd yarımstansiya inşa edilmiş və ərazinin yol və səki tərəfində kabelləşmə işləri aparılmışdır. Bakıxanov küçəsində (R,Behbudov və Azadlıq pr-ti) istiqamətində Bakı şəhər İcra Hakimiyyəti tərəfindən asfalt örtüyü yenilənmişdir. Bakıxanov küçəsi 35 (Ə. Qasımzadə 72) saylı ünvanda yerləşən 135 saylı uşaq bağçası əsaslı təmir edilərək istifadəyə verilib. (BŞİH tərəfindən) C.Hacıbəyli küçəsi ilə Vagif prospektinin kəsişməsində yerləşən parkda 850 kv.m qazon örtüyü dəyişdirilib. R.Behbudov küçəsində yerləşən parkda “Gulab” MMC tərəfindən yeni beş mərtəbəli ofis binası tikilməkdədir.
Ə.Qasımzadə küçəsi 72 saylı binanın həyətinə 120 kv.m, Bakıxanov küçəsinə 2700 kv.m, Ə.Qasımzadə küçəsinə 450 kv m asfalt örtüyü vurulub S.Vurğun küçəsi 110 saylı binanın (150kv.m) bir hissəsinə aqlay daşı vurulmuşdur. Ak.M.Topçubaşov küçəsi 21 saylı binanın bir hissəsinin fasadı 4860 kv.m təmir olunub. M.Qasımov küçəsi 3 saylı binanın bir hissəsinə -1150 kv.m asfalt örtüyü vurulmuşdur
H.Ələsgərov küçəsinə 240 kv.m gazon vurulmuş - 140 kv.m yerə tamet döşənmişdir.
İ.Qasımov küçəsində səkiyə 560 kv.m asfalt örtüyü, X.Şuşinski küçəsində səkiyə 120 kv.m tamet daşı vurulmuşdur.
Kavereçkin 21,Dağstan 25 saylı binaların C.Hacıbəyli küçəsi tərəfindən 3200 kv.m fasadlar rənglənmişdir.
M.Qaşqay küçəsində “Azəriqaz” MMC tərəfindən 150 p/m qaz xətti dəyişdirilmiş, 300kv.m asfalt örtüyü vurulmuşdur. Tbilisi prospektinə (Abbas Səhhət küçəsindən Azər Əliyev küçəsinə gədər) qazon örtüyü salınmış, həmin sahə daş hasarla hörülmüş və həmin hasar 120 kv.m üzlük daşla örtülmüşdür.
Mərdanov qardaşları küçəsi 96 “a” saylı ünvanda 2 ədəd, S.Vurğun 85 saylı ünvanda isə 3 lift dəyişdirilmişdir.
Cəlil Məmmədquluzadə küçəsi ilə Möhsün Sənani küçəsinin kəsişməsində və Ak.Həsən Əliyev küçəsi ilə Azər Əliyev küçəsinin kəsişməsindəki mövcud hasar sökülərək müasir formada yeni hasarla əvəz olunmuşdur.
2015-ci ilin 4-cü rübündən etibarən rayonun bütün ərazisində olduğu kimi, nümayəndəliyin xidməti ərazisində də abadlıq və yenidənqurma işləri daha geniş vüsət almış, ərazidə yerləşən küçə və parklarda sanitar vəziyyətə daha ciddi nəzarət olunur, ərazinin təmizliyi daim diqqət mərkəzində saxlanılır. Ötən ilin oktyabr – noyabr aylarında rayon İcra Hakimiyyətinin daxili imkanları hesabına S.Vurğun küçəsi 116 ünvanında yerləşən binanın fasadı əsaslı təmir olunmuşdur 11girişdən ibarət olan 5 mərtəbəli binanın fasadında 4400 kv.m rəngləmə işləri aparılmış, qapı və pəncərələrə karniz, divarlara bəzək elementləri vurulmuş,eyvanlarda dəmir barmaqlıqlar rənglənmişdir.
2015-ci ildə 2 nömrəli Sahə İƏD üzrə nümayəndəliyin fəaliyyəti üçün Bakı şəhəri üzrə Baş maliyyə İdarəsi tərəfindən 43628 manat dürüstləşdirilmiş büdcə nəzərdə tutulmuş, faktiki 40780 manat maliyyə vəsaiti ayrılmış, 40644manat vəsait xərclənmişdir.25792 manat ştatda olan işçilərin əmək haqqları, 4481 manat əməyin ödənilməsi ilə bağlı sair xərclər(məzuniyyət haqqı,müavinət) 6661manat Dövlət Sosial Müdafiə Fonduna ödəmələr üçün, 3710 manat digər xərclər (icbari sığorta, dəftərxana, inventar, bank xərcləri, telefon, internet, avadanlıq v s.) üçün sərf olunmuşdur.
Nəsimi rayon İcra Hakimiyyəti başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi 50716 nəfər vətəndaşın yaşadığı 2,39 kvadrat kilometr ərazini əhatə edir.
Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi 2015-ci ildə öz fəaliyyətini Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli, 648 nömrəli fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə və Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının sərəncam və tapşırıqlarına əsasən həyata keçirmişdir.
Nümayəndəlik 2015-ci il ərzində əraziyə xidmət göstərən Mənzil Kommunal İstismar Sahələri ilə sıx əlaqədə fəliyyət göstərmiş, ərazinin sanitar vəziyyəti daimi nəzarətdə saxlanılmış, Rayon İcra Hakimiyyəti başçısının sərəncam və göstərişlərinin icra edilməsi məqsədilə onların fəaliyyətinin koordinasiya edilməsinə çalışmışdır.
Xüsusi qeyd edilməlidir ki, keçən ilin IV rübündən etibarən nümayəndəliyin ərazisində abadlıq-quruculuq təmizlik şləri vüsət almışdır.
Hesabat dövründə Salatın Əsgərova, Mərdanov Qardaşları, Şamil Əzizbəyov, Azadlıq prospekti, Füzuli, Bəşir Səfəroğlu, Əlimərdan Topçubaşov, Bülbül prospekti, Kiçik Dəniz, Rəsul Rza, Süleyman Rüstəm, Şəmsi Bədəlbəyli, Dilarə Əliyeva küçələrində ümumilikdə 4200 p/m bardür dəyişdirilmiş, 38400 m2 asfalt örtüyü vurulmuşdur.
2015-ci ildə Dilarə Əliyeva 243-251-253 saylı binaların qarşısında geniş ərazidə abadlıq işləri aparılmış, 1400m2 tamet döşənmiş, 1800m2 qazon döşənmiş, 1100p/m bardur vurulmuş, 260p/m su xətti dəyişdirilmiş, 350 ədəd ağac əkilmişdir.
Üzeyir Hacıbəyli küçəsində, yol kənarlarında 60-dan artıq təbii və dekorativ gül kolları əkilmiş, 66 saylı ünvanda abadlıq işləri aparılmış, 100m2 əraziyə qazon örtüyü vurulmuş, təbii güllər əkilmişdir. Bundan əlavə Səməd Vurğun küçəsi 69 və 75 saylı ünvanlarda yol kənarında qazon salınmış, kol və ağaclar əkilmişdir.
Ərazidə zibil konteynerləri daimi nəzarətdə saxlanılmış sıradan çıxmış təkərləri təmir olmuş, yararsız vəziyyətdə olanlar yenisi ilə əvəz olunmuş, 241 ədəd yeni zibil qutusu qoyulmuşdur. Ərazi üzrə məhəllədaxili işıq dirəkləri, və qaz xətləri rənglənmiş, Mirəli Qaşqay küçəsində yeraltı qaz xətləri dəyişdirilmiş, Səməd Vurğun 30 ünvanında 10 ədəd yeni işıq dirəkləri quraşdırılmışdır.
Ötən il ərzində Süleyman Rəhimov 197, Xətai 4, Salatın Əsgərova 174, Füzuli 79, Mirəli Qaşqay 12, Rəsul Rza 66,68; Bəşir Səfəroğlu 137, 180, 191; Vidadi 155, 161, 185, 187; Əlövsət Quliyev 130,133; Mardanov qardaşları 5, Dilarə Əliyeva 186, 28 May 20, 56; Fikrət Əmirov 10, Tramvay döngəsi 7 ünvanlarında 1240m2 dam örtüyü cari təmir edilmişdir.
Əlibəy Hüseynzadə küçəsi 74 saylı ünvanında yerləşən Yasamal Telefon Qovşağının 594, 595 ATS –də əsaslı təmir və yenidənqurma işləri aparılmışdır.
2015-ci il ərzində Nümayəndəliyə İcra Hakimiyyətindən 29 məktub və 33 ərizə daxil olmuşdur. Onların hər biri qanunamüvafiq şəkildə araşdırılmış lazımı tədbirlər görülmüş və vətəndaşlar yazılı şəkildə məlumatlandırılmışdır.
Keçən ilin son aylarında Nəsimi rayonunda genişmiqyaslı abadlıq, quruculuq, yenidənqurma və yaşıllaşdırma işləri vüsət almışdır.
Rayonunun Səməd Vurğun küçəsindəki, 20 yanvar küçəsində Xüsusi Dövlət Mühafizə Xidmətinin 9 mərtəbəli, Moskva prospekti 16 mərtəbəli yaşayış binalarının fasadları əsaslı təmir edilmişdir. Bütün görülmüş işlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmışdır.
Rayonun A.Məhərrəmov, Cavadxan və M.Kazımovski küçələrindəki yaşayış binalarının həyətlərindəki özbaşına hasarlar sökülmüş, ərazidə təmizlik işləri aparılmış, mövcud ağaclar budanmış, səliqə-səhman yaradılmışdır.
M.Kazımovski, 20 yanvar küçələri və Moskva prospekti boyunca yolun kənarında yeni qazon örtüyü salınmış, yaşıllaşdırma işləri aparılmışdır, yeni yaşıllıq zolaqları salınmış, gül-çiçək kolları əkilmişdir.
Rayonun Mir Cəlal küçəsində 1964-1967-ci illərdə tikilmiş binaların qarşısında yerləşən yararsız halda 3 ha sahədən ibarət park son 2 ay ərzində əsaslı təmir olunmuşdur. Parkın ətrafında yerləşən 22 binanın fasadı təmir olunmuş, ətrafında abadlıq işləri aparılmışdır. Binaların 126 eyvanı əsaslı yenidən qurulmuş, 74 eyvan isə təmir edilərək sakinlərin istifadəsinə verilmişdir.
Binaların pəncərələri, giriş qapıları yenisi ilə əvəz olunmuş, yağış sularının axıtma sistemi (navalçalar, borular) yenisi ilə əvəz olunaraq, binanın yan fasad hissələri nəmişliyin qarşısının alınması məqsədilə yağış sularından qorunan İtaliya istehsalı olan betopan üzlükdən üzlənmişdir. Ümumilikdə 70.000 kv.m-dən çox fasad sahəsi rənglənmişdir.
Bu ərazidə 4 park yenidən əsaslı təmir olunmuşdur.
Mir Cəlal küçəsi boyunca parkların yararsız vəziyyətə düşmüş ərazisi tam təmizlənərək torpaq təbəqəsi yenilənmiş, yaşıllıq zonası salınmışdır. Belə ki, 17000 kv.m qazon, 2500 gül kolu əkilmişdir. Yaşıllıqların qorunub saxlanılması üçün suvarma sistemi çəkilmişdir. Parkın ərazisinə İtaliya istehsalı olan 2600 kv.m döşəmə daşı, 5000 kv.m metlax-kafel, 2200 kv.m aqlay döşənmişdir. Parkda fəvvarələr quraşdırılmış, yeni yaşıl örtüklü 33x16,5m ölçüdə stadion salınmışdır. Stadionda axşam oyunlarının da keçirilməsi üçün xüsusi işıqlandırma sistemi quraşdırılmışdır. Sakinlərin asudə vaxtlarının səmərəli keçirilməsi, istirahətləri üçün Türkiyə istehsalı olan 9 seyrangah, 60 ədəd skamya oturacaqları quraşdırılmışdır. Hər iki parkda sakinlərin idmanla məşğul olmaları üçün Türkiyə istehsalı olan idman qurğuları, azyaşlı uşaqlar üçün xüsusi əyləncə avadanlıqlarından ibarət meydançalar salınmışdır. Uşaqların təhlükəsizliyinin təmin edilməsi üçün 600 kv.m uşaq meydançaları yumşaq materiallarla döşənmişdir. 10000 kv.m sahəyə asfalt döşənmişdir. Parkın ərazisi gecə işıqlandırması ilə təmin edilmişdir. Əhalinin asudə vaxtlarının səmərəli keçirilməsi üçün 2 ictimai iaşə obyekti tikilmişdir.
Hesabat dövründə Nəsimi rayon Gənclər və İdman İdarəsi tərəfindən ötən ildə gənclərlə aparılan işlərin daha səmərəli qurulması məqsədi ilə rayondakı idarə, təşkilat, müəssisə, orta və ali təhsil ocaqları, bələdiyyəilə birgə sıx əməkdaşlıq aparılmış, rayondakı gənclər təşkilatları, mədəniyyət ocaqları, sıx əlaqələr qurulmuşdur. İl ərzində İdarə tərəfindən gənclər sahəsi üzrə gənclər sahəsi üzrə keçirilən 45 tədbirdə 7654 nəfər yeniyetmə və gəncin, bədən tərbiyəsi və idman sahəsi üzrə keçirilən 25 tədbirdə 3486 nəfər yeniyetmə və gəncin iştirakı təmin olunmuşdur.
Nəsimi rayonunda yerləşən 6 nömrəli Uşaq Gənclər Güləş İdman məktəbində 3 idman bölməsinin 49 qrupunda 528 idmançı ilə 20 məşqçi müəllim çalışaraq, 2015-ci il ərzində gənclər arasında Azərbaycan birinciliyi, yeniyetmələr arasında Bakı şəhər birinciliyi, Avropa Oyunlarının proqramına daxil edilmiş idman növlərinin məktəblilər arasında təbliğinə həsr edilmiş kütləvi idman tədbirlərində məktəbin idmançıları iştirak edərək qaliblər sırasında yer tutmuşlar.
1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər Şahmat-Dama İdman məktəbində 64 qrupda 694 şagird şahmat və dama oyunlarının sirlərinə yiyələnirlər. Məktəbin yetirmələri 2015-ci il ərzində Bakı və Azərbaycan çempionatları ilə yanaşı Avropa və Dünya çempionatlarında da uğurlar qazanmışlar. Məktəbin şahmatçısı Muradlı Məhəmməd Seymur oğlu 24 oktyabr - 5 noyabr tarixlərində Yunanıstanda keçirilən 90-dan çox dövlətin qatıldığı 12 yaşlı şahmatçılar arasında Dünya Çempionatının qalibi adını qazanmışdır. Günay Məmmədzadə, Ayan Allahverdiyev, Abdulla Qədimbəyli, Vüqar Manafov, Səid Rəfili, Nail Bəşirli, İsmayıl Süleymanlı il ərzində keçirilən Avropa çempionatlarına və beynəlxalq turnirlərə vəsiqələr qazanaraq iştirak etdikləri həmin yarışların qalibləri olmuşlar.
12 nömrəli İxtisasdlaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbində 3 idman bölməsində 424 idmançı ilə 25 məşqçi müəllim məşğul olur. Məktəbin həndbol, taekvando və karate bölməsinin idmançıları 2015-ci ildə keçirilən çempionat və birinciliklərdə uğurla çıxış etmişlər.
34 nömrəli Texniki Yaradıçılıq Mərkəzində 862 şagirdi əhatə edən 62 qrupda 12 adda dərnək fəaliyyət göstərir. İl ərzində istedadlı uşaqların aşkara çıxarılması və onların qabiliyyətlərinin inkişaf etdirilməsi istiqamətində tədbirlər təşkil edilib keçirilmişdir. Mərkəzin şagirdləri Bakı şəhərində keşirilən müsabiqə və sərgilərdə iştirak etmişlər.
37 nömrəli Texniki Yaradıçılıq Mərkəzində 519 şagirdi əhatə edən 37 qrupda 6 adda dərnək fəaliyyət göstərərək, il ərzində Mərkəzin şagirdləri Bakı şəhərində keçirilən müsabiqə və sərgilərdə fəal iştirak etmişlər.
Çingiz Mustafayev adına 25 nömrəli Uşaq və Gənclər Yaradıcılıq Mərkəzində 12 adda dərnəkdə 700 şagird məşğul olmaqla, il ərzində Mərkəzin şagirdləri müxtəlif sərgi və müsabiqələrdə iştirak etmişlər. Həmçinin dərnək rəhbərləri üçün dəyirmi masalar və treninqlər təşkil edilmişdir.
H.Sarabski adına 7 saylı Musiqi Məktəbində 4 şöbədə 17 ixtisas üzrə 99 müəllim 416 şagirdin təhsili ilə məşğul olur. Məktəbin şagirdləri Bakı şəhərinin və rayonun tədbirlərində fəal iştirak etmişlər.
Ş.Ələkbərova adına 20 saylı Musiqi Məktəbində 12 ixtisas üzrə 73 müəllim 384 şagirdə təhsil verir. Musiqi məktəbinin şagirdləri konsertlərdə, müsabiqə və festivallarda uğurla çıxış etmişlər. İl ərzində Ü.Hacıbəylinin, M.Maqomayevin, Ş.Ələkbərovanın, V.Adıgözəlovun, L.Betxovenin və digər görkəmli bəstəkarların həyat və yaradıcılıqlarına həsr olunmuş tədbirlər, ədəbi-bədii gecələr, konsertlər təşkil edilib keçirilmişdir.
2015-ci il ərzində Nəsimi Bələdiyyəsi tərəfindən “Bir bələdiyyə - azı bir layihə” təşəbbüsü çərçivəsində H.Əliyev fondunun vitse-prezidenti Leyla Əiyevanın Beynəlxalq Ətraf Mühütün Saflaşdırılması aksiyasına dəstək olaraq, “Ən gözəl Bakı eyvanı” müsabiqəsi elan olunmuş, I,II,III yerlər üçün pul mükafatı müəyyən edilmişdir. Nəsimi rayonu S.Vurğun 112 ünvanda 5 mərtəbəli binanın eyvanlarında 100 ədəd 76x27 ölçülü qəliblərdə 500 ədəd gül kolu əkilmiş, 200 ədəd montac qurğusu vasitəsilə binada quraşdırılmışdır.
Bələdiyyədə “açıq qapı illəri” elan edilmiş və mütəmadi olaraq məhdudiyyətsiz şəkildə bələdiyyə üzvləri tərəfindən vətəndaşların qəbulunun təşkili həyata keçirilmişdir.
Sentyabr ayının 11-də RİHBA-da keçirilən Nəsimi rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın geniş tərkibli iclasında rayonda keçən tədris ilinin yekunları və yeni təhsil ilinə hazırlığın vəziyyəti müzakirə olunmuşdur. Tədbirdə qəbul imtahanlarında yüksək nəticələr göstərmiş məzunlara rayon İcra Hakimiyyəti tərəfindən qiymətli hədiyyələr təqdim olunmuş, Qarabağ müharibəsi əlilləri, veteranları, şəhid və aztəminatlı ailələrdən olan 200 uşağa məktəbli forması hədiyyə edilmişdir.
2014-2015-ci tədris ilində rayonun orta məktəblərini 1532 nəfər bitirmiş, onlardan 1378 nəfəri ali məktəblərə qəbul olunmaq üçün sənəd vermişdir. Abituriyentlərin 957 nəfəri tələbə adını qazanmışdır. Qəbul imtahanlarında abituriyentlərdən 200 nəfəri 500-dən yuxarı, 72 nəfəri 600-dən, 29 nəfəri isə 650-dən çox bal toplamışdır. Məzunlarından 166 nəfər xarici ölkələrin müxtəlif ali məktəblərinə qəbul olunmuşlar.
Bakı Türk Anadolu Liseyinin məzunu Məcidov Nurlan Namiq oğlu 700 bal toplayaraq, Azərbaycan Dövlət Tibb Universitetinə qəbul olmuşdur.
2014-2015-ci təhsil ilinin yekununa görə Nəsimi rayonu üzrə 5 məzun qızıl medala, 4 nəfər isə Prezident təqaüdünə layiq görülmüşdür.
«Bilik günü» ənənəvi olaraq Nəsimi rayonunun bütün ali və orta təhsil müəssisələrində təntənəli şəkildə qeyd olunmuşdur. Yeni dərs ili ərəfəsində məktəblərdə böyük hazırlıq işləri aparılmış, ilk dərs günü 27 orta məktəbdə dərslərə başlanmışdır.
Tədbirlərdə ölkədə təhsil məsələləri ilə bağlı görülən işlərdən, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, Millət vəkili Mehriban xanım Əliyeva tərəfindən təhsilə olan diqqət və qayğıdan danışılmış və bildirmişdir ki, rayonda təhsilin səviyyəsi və təhsil müəssisələrinin vəziyyətinə ciddi fikir verilir. Yay aylarında təhsil müəssisələrində əsaslı və cari təmirlər aparılmış, məktəblər lazımi avadanlıq və vəsaitlərlə təmin olunmuşlar.
Ənənəvi «Bilik günü» tədbirlərində rayon rəhbərliyi ilə yanaşı , RİH-nin məsul nümayəndələri, ağsaqqallar, veteranlar və rayon ictimaiyyətinin nümayəndələri də iştirak etmişlər.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin xətti ilə Türkiyənin Koçaeli İzmit bələdiyyəsi ilə Bakı şəhəri, Nəsimi rayonu Bələdiyyəsi arasında «Qardaş şəhər» Protokolunun imzalanması mərasiminin keçirilməsi məqsədilə İzmit şəhər Bələdiyyə başkanı Nevzat Doğanın rəhbərlik etdiyi 8 nəfərdən ibarət heyət 2015-ci ilin sentyabr ayının 14-16 tarixlərində Bakı şəhərində səfərdə olmuşdur.
Sentyabr ayının 15-də İzmit şəhər Bələdiyyəsinin nümayəndə heyəti Nəsimi rayon İcra Hakimiyyətində qəbul edilərək RİH Başçısının rəhbərliyi ilə görüş keçirilmişdir. Görüşdə İzmit şəhər Bələdiyyəsinin başkanı Nevzat Doğan və onun müavinləri, Türkiyə Jumhuriyyətinin Azərbaycan Dərnəkləri Federasiyasının başkanı Bilal Dündar, rayon İcra Hakimiyyətinin rəhbərliyi, Nəsimi rayon bələdiyyəsinin sədri Nazim Qaraxanov və bələdiyyə üzvləri, kütləvi informasiya vasitələrinin, o cümlədən «Bələdiyyə həyatı» qəzetinin nümayəndələri iştirak etmişlər.
Görüş zamanı Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş, ardıcıl sosial-iqtisadi uğurları ilə müasir dünyanın qabaqcıl ölkələr sırasına daxil olan, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə hazırda davamlı inkişafa nail olan müstəqil Azərbaycanın uğurları, ölkəmizin bütün regionlarında, o cümlədən paytaxt Bakı şəhərində iri miqyaslı layihələrin həyata keçirilməsi nəticəsində hər bir bölgənin, hər bir şəhər və rayonun çiçəklənən diyara çevrilməsi, xalqımızın rifahının durmadan yüksəlməsi, müdrik siyasət sayəsində beynəlxalq nüfuzun artması ilə Azərbaycanın, Bakı şəhərinin beynəlxalq tədbirlərin keçirildiyi bir məkana çevrilməsi, buna misal olaraq öz möhtəşəmliyi ilə dünyanı heyrətə gətirmiş «Bakı -2015» Avropa Oyunlarının keçirildiyi, Azərbaycan və Türkiyə arasında daima inkişaf edən dostluq və qardaşlıq əlaqələri barədə tərəfimizdən məlumat verilmişdir.
Görüşdə İzmit şəhər Bələdiyyəsinin başkanı Nevzat Doğan və Türkiyə Jumhuriyyətinin Azərbaycan Dərnəkləri Federasiyasının başkanı Bilal Dündar çıxış edərək Ulu öndər Heydər Əliyevin «Bir millət-iki dövlət» devizi altında Türkiyə-Azərbaycan qardaşlığının və dostluğunun sarsılmazlığı, hər iki xalqın birlikdə inkişafı, Türkiyənin bütün beynəlxalq məsələlərdə Azərbaycana dəstək olduğu, Qarabağ probleminə Türkiyə tərəfinin öz problemi kimi yanaşdığını bildirdi və İzmit şəhərinin Türkiyənin strateci sənaye mərkəzlərindən olduğu, şəhərin mərkəzi hissəsində Xocalı şəhidlərinin xatirəsini əbədiləşdirən abidə və parkın salındığı, önündə Ulu Öndərin büstü olan “Heydər Əliyev adına Azərbaycan evi”nin yaradıldığı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə 3500 ağac əkilmiş orman salındığı barədə məlumat verildi.
Görüşdən sonra Türkiyənin İzmit şəhər Bələdiyyəsi ilə Azərbaycan Respublikası Bakı şəhəri Nəsimi rayon bələdiyyəsi arasında «Qardaşlaşmış bələdiyyə münasibətlərinin yaradılması haqqında» Niyyət Protokolu imzalanmışdır.
Protokolda iki şəhər bələdiyyələri və sakinləri arasındakı qarşılıqlı əlaqələrin genişləndirilməsi, yerli büdcə gəlirlərinin artırılması ilə bağlı qarşılıqlı təcrübə mübadiləsinin aparılması, hər iki tərəfin məsuliyyət sahəsinə aid olan və inkişafın daha da geniş vüsət almasını təmin edəcək mövzularda ortaq fəaliyyətdə olunması əks edilmiş, azadlıq, demokratiya, bərabərlik və beynəlxalq hüququn qəbul etdiyi qaydalara və ölkələrimiz arasında davam edən möhkəm dostluq və qardaşlıq əlaqələrinə uyğun olaraq İzmit şəhəri və Nəsimi rayon Bələdiyyələri qardaş bələdiyyələr elan edilmişdir.
Səfər çərçivəsində nümayəndə heyəti tərəfindən Ümumilli lider Heydər Əliyevin məzarı, türk məzarlığı, Şəhidlər Xiyabanı və Atatürkün heykəli ziyarət edilmiş və əklil qoyulmuşdur.
Sentyabr ayının 22-23-də Qurban bayramı münasibəti ilə RİH-nin təşkilatçılığı ilə 44 saylı orta məktəbdə rayonda yaşayan şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, II Dünya müharibəsi veteranlarına, ərazidə məskunlaşmış məcburi köçkün ailələrinə, qaçqınlara, kimsəsizlərə, tənhalara, yataq xəstələrinə və yardıma daha çox ehtiyacı olan şəxslərə – ümumilikdə 2000-dən çox ailəyə qurban payları təqdim edilmişdir.
Sentyabr ayının 30-da 1 Oktyabr Beynəlxalq Ahıllar günü Nəsimi rayonunda geniş şəkildə qeyd olunmuşdur. Əlamətdar günlə əlaqədar Nəsimi Rayon İcra Hakimiyyətində rayonun ahıl, kimsəsiz, əlil və qayğıya ən çox ehtiyacı olan vətəndaşlarının bir qrupu - ümumilikdə 150 nəfərin iştirakı ilə keçirilən görüşdə iştirak edən ahıllara RİH tərəfindən hədiyyələr təqdim edilmişdir.
Oktyabr ayının 3-də 23 saylı tam orta məktəbdə Beynəlxalq Müəllim günü münasibəti ilə rayonun rayon rəhbərliyi və ictimaiyyəti, təhsil işçilərinin iştirakı ilə tədbir keçirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 02 oktyabr 2015-ci il tarixli Sərəncamı ilə Nəsimi rayonundan 3 nəfər “Tərəqqi medalı” ilə ( Süleymanova Sevil Yəhya qızı – 23 saylı tam orta məktəbin müəllimi, Mirzəyeva Amalya Səyyad qızı 5 saylı tam orta məktəbin müəllimi və Tkaç Lyudmila Mixaylovna – Elitar Gimnaziyanın müəllimi) , 1 nəfər isə “Əməkdar müəllim” ( Həsənova Tamella Tosim qızı – 23 saylı tam orta məktəbin müəllimi) adına layiq görülənlər və rayonun bir qrup qabaqcıl təhsil işçisinə rayon İcra Hakimiyyətinin qiymətli hədiyyələri təqdim olunmuşdur.
18 oktyabr – Müstəqillik günü münasibətilə rayonun orta məktəblərində xüsusi dərslər keçirilmiş, məktəblərin foyelərində foto stendlər düzəldilmiş, inşa yazıları, rəsm, şer müsabiqələri keçirilmiş, divar qəzetləri buraxılmışdır. Rayonun orta təhsil müəssisələrində keçirilən tədbirlərdə rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul işçiləri iştirak etmişlər.
Oktyabr ayının 15-də rayon İcra Hakimiyyətinin iclas zalında Nəsimi rayon İcra Hakimiyyətinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat toplantısı keçirilmiş, keçən müddət ərzində həyata keçirilən işlər müzakirə olunaraq qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir.
Noyabr ayının 5-6-da Nəsimi rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri və respublikamızın populyar incəsənət xadimləri Dövlət Bayrağı günü münasibəti ilə Daxili Qoşunların Bərdə rayonunda yerləşən hərbi hissəsində və cəbhə bölgəsində, birbaşa düşmənlə üz-üzə mövqelərdə dayanmış, Müdafiə Nazirliyinin Tərtər rayonunda «N» saylı hərbi hissədə xidmət edən əsgər və zabitlərin görüşünə gəlmişlər. Qonaqlar hərbi hissə komandanlığı ilə birlikdə əvvəlcə ön cəbhə xəttindəki səngərlərə gəlmiş, burada əsgərlərimizin xidməti, məişət şəraiti ilə maraqlanmış, əsgərlərlə söhbətlər aparmışlar.
Hərbi hissədəki əsgər kazarmaları, ön cəbhə xəttindəki yeni tikililərlə tanışlıqdan sonra hərbi hissənin şəxsi heyəti ilə təntənəli görüş keçirilmiş və tanınmış incəsənət xadimlərinin iştirakı ilə bayram konserti təşkil olunmuşdur.
Qonaqlar Nəsimi RİH-nin hədiyyələrini, rayonun orta məktəblərinin şagirdlərinin əsgərlərə ünvanladıqları məktubları şəxsi heyətə təqdim etmişlər.
Xidmətdə fərqlənən əsgər, çavuş və zabitlərin bir qrupu Nəsimi rayon İcra Hakimiyyətinin xatirə hədiyyələri ilə mükafatlandırılmışdır.
Konsert proqramından sonra qonaqlar hərbi hissənin şəxsi heyəti ilə birlikdə nahar etmiş, Nəsimi rayon İcra Hakimiyyətinə və incəsənət xadimlərinə hərbi hissənin Fəxri Fərmanları təqdim olunmuşdur.
9 noyabr Bayraq Günü münasibətilə rayonun orta məktəblərində xüsusi dərslər keçirilmiş, məktəblərin foyelərində foto stendlər düzəldilmiş, inşa yazıları, rəsm, şer müsabiqələri keçirilmiş, divar qəzetləri buraxılmışdır. Rayonun orta təhsil müəssisələrində keçirilən tədbirlərdə rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul işçiləri iştirak etmişlər.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə ənənəvi olaraq 20 oktyabr – 20 noyabr tarixlərində BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində “Uşaq hüquqları aylığı” çərçivəsində Nəsimi rayonunun orta məktəblərində müxtəlif tədbirlər, dəyirmi masalar, treninq-seminarlar, maarifləndirmə tədbirləri, müsabiqələr, sərgilər təşkil olunmuşdur. Nəsimi rayonu 1, 5, 8, 44, 111, 159 və 266 saylı tam orta məktəblərdə “Uşaqlar hüquq və vəzifələrini bilməlidir” mövzusunda dəyirmi masalar, inşa və rəsm müsabiqələri, “Sən öz hüquqlarını bilirsənmi?”, “Bizim hüquqlarımız” mövzularında disputlar keçirilmişdir.
Noyabr ayında Nəsimi rayonunda Yeni Azərbaycan Partiyasının yaranmasının 23-cü il dönümünə həsr edilmiş silsilə tədbirlər həyata keçirilmişdir.
Noyabr ayının 18-də Azərbaycan Universitetinin akt zalında Azərbaycan Universiteti, “Səs” Media qrupunun və Nəsimi rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə, Noyabr ayının 19-da isə Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının və Nəsimi rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan Dillər Universitetinin akt zalında Yeni Azərbaycan Partiyasının yaranmasının 23-cü ildönümünə həsr edilmiş tədbirlər təşkil edilib keçirilmişdir.
Noyabr ayında Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə start götürmüş «Ümumrespublika yaşıllaşdırma marafonu»na ilk qoşulanlardan biri məhz Nəsimi rayonu olmuşdur. Aksiya çərçivəsində rayonda keçirilən ağacəkmə kompaniyaları zamanı 2 minə yaxın yeni ağac və gül kolları əkilmiş, əvvəlcədən hazırlanmış sahəyə qazon otu döşənmiş, əvvəl əkilmiş ağaclara qulluq göstərilmişdir.
Noyabr ayının 24-də Nəsimi rayon İcra Hakimiyyətində ərazi nümayəndəliklərinin, bələdiyyənin, rayonun təsərrüfat və kommunal xidmətlərinin rəhbərlərinin, aidiyyəti idarə və təhsil müəssisələrinin iştirakı ilə Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzi ilə birgə «Yanğın təhlükəsizliyinin təmin olunmasında FHN Bakı Regional Mərkəzi, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanları qarşısında duran birgə vəzifələr» mövzusunda rayon müşavirəsi keçirilmişdir.
Dekabrın 2-də «Romans-palas» şadlıq sarayında Beynəlxalq Əlillər günü münasibəti ilə 200 əlil uşaq üçün tədbir təşkil olunmuş, uşaqlara müxtəlif hədiyyələr təqdim olunmuşdur.
Dekabr ayıının 7-də rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə təşkil olunan ən böyük və yaddaqalan tədbir Azərbaycan Dövlət Filarmoniyasında rayon rəhbərliyi və çoxsaylı qonaqların iştirakı ilə Ulu öndər Heydər Əliyevin əziz xatirəsinə hərs olunmuş ədəbi-bədii anım mərasimi olmuşdur. Tədbirdə Ulu öndərin xatirəsi dərin hörmət və ehtiramla anılmış, tanınmış ingəsənət xadimlərinin ifasında onun sevdiyi mahnılar səslənmişdir.
Dekabr ayıının 8-də «İmperial» şadlıq sarayında Ümummilli liderin vəfatının 12-ci ildönümü ilə bağlı 500 nəfərdən çox insanın iştirakı ilə ehsan mərasimi təşkil olunmuşdur.
Dekabr ayıının 12-də - Ulu öndərin anım günündə rayon ictimaiyyətinin nümayəndələri «Fəxri Xiyaban»da Heydər Əliyevin məzarını ziyarət etmiş, onun əziz xatirəsi ehtiram və məhəbbətlə yad edilmişdir.
Ulu öndər Heydər Əliyevin əziz xatirəsi rayonun ali və orta məktəblərində, idarə və təşkilatlarında qeyd edilmişdir. Rayonun orta məktəblərində anım tədbirləri, konfranslar, dəyirmi masalar, inşa yazıları, rəsm, şer müsabiqələri keçirilmiş, divar qəzetləri buraxılmışdır. Keçirilən tədbirlərdə rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul işçiləri iştirak etmişlər.
Dekabr ayıının 8-də hüquq mühafizə orqanlarının, din xadimlərinin, ali və orta təhsil müəssisələrinin rəhbərlərinin, bələdiyyə üzvlərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Nəsimi rayon İcra Hakimiyyəti Başçısı yanında Dini İşlər üzrə komisiyanın keçirilən geniş iclasında respublikamızda mövcud olan dövlət-din münasibətləri, dinlərarası dialoq, tolerantlıq sahəsində həyata keçirilən dövlət siyasətindən danışılmış,din pərdəsi altında Nardaran qəsəbəsində “Müsəlman birliyi” adı ilə bir qrup silahlı cinayətkar dəstənin dinc qəsəbə sakinlərinə təzyiq göstərərək zorakı yollarla əhalinin məcburi şəkildə hakimiyyətə qarşı radikal çıxış etməyə, nəzarətlərində olan saytlar və sosial şəbəkələr vasitəsi ilə sövq etmələri, terrorçuluq fəaliyyətlərini qətiyyətlə pisləmişlər.
Nəsimi rayon İcra Hakimiyyəti Başçısı yanında Dini İşlər üzrə komissiyanın keçirilən geniş iclasından sonra Nəsimi rayon Gənclər və İdman idarəsi tərəfindən ali təhsil müəssisələrində Tələbə Gənclər Təşkilatlarının və tələbələrin iştirakı ilə bu mövzuda maarifləndirici silsilə tədbirlər təşkil edilib keçirilmişdir.
Dekabr ayıının 18-də “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun icrası ilə bağlı irəli gələn vəzifələr Nəsimi Rayon İcra Hakimiyyətində geniş müzakirə olunmuşdur. Yığıncaqda rayon İcra Hakimiyyətinin, sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin, mərkəzi icra orqanlarının yerli strukturlarının rəhbərləri və dövlət qulluqçuları, bələdiyyə qulluqçuları, rayon kommunal və xidmət sahələrinin nümayəndələri iştirak etmişdir.Tədbirdə qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov tərəfindən “Azərbaycan” qəzetində yeni Qanunun əsas müddəalarına şərh verilmiş və vurğulanmışdır ki, yeni Qanunun qəbul edilməsində əsas məqsəd vətəndaş müraciətlərinə baxılmasını tənzimləyən norma və qaydaların 1997-ci ildən sonra qəbul edilmiş digər normativ hüququ aktların tələblərinə uyğunlaşdırılması, eləcə də cəmiyyətin sürətli inkişafı nəticəsində formalaşmış yeni münasibətlərin əks etdirilməsi, ilk növbədə, vətəndaşlara daha yüksək qayğının təmin edilməsi, müraciətlərə baxılması və onlara cavab verilməsi üçün daha konkret müddətlər müəyyən edilməsi, hər bir dövlət orqanında, müraciətə baxan subyektlərdə bu sahədə məsuliyyətin daha da yüksəlməsidir.
Dekabr ayıının 22-də Nəsimi rayon İcra Nakimiyyəti Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu ilə birlikdə ali və orta təhsil müəsisələrinin rəhbərlərinin, hüquq mühafizə orqanlarının, qeyri hökümət təşkilatlarının və tələbə gənclərin iştiraki ilə “Gənclər narkomaniyaya YOX deyir!” mövzusunda tədbir keçirmişdir.
Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayondakı idarə və təşkilatlar, iş adamları, ayrı-ayrı xeyriyyəçilər tərəfindən Dünya Azərbaycalıların Həmrəyliyi günü və Yeni il bayramı münasibəti ilə rayonda yaşayan imkansız ailələrə bayram sovqatlarının paylanması təşkil olunmuşdur. Dekabr ayıının 28-29-da bayram ilə əlaqədar Nəsimi rayonunda yaşayan az təminatlı ailələrə, qaçqınlara, ərazidə məskunlaşmış məcburi köçkün ailələrinə, kimsəsizlərə, tənhalara və yardıma daha çox ehtiyacı olan şəxslərə – ümumilikdə 1000-dən çox ailəyə bayram payları təqdim edilmişdir.
Dekabr ayıının 29-da 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibəti ilə Mir Cəlal küçəsindəki yenidən əsaslı təmir edilmiş park sakinlərin istifadəsinə verilmiş və parkda quraşdırılmış «Yeni il yolkası»nın ətrafında populyar incəsənət ustalarının və rayonun musiqi məktəblərinin şagirdlərinin iştirakı ilə bayram konserti təşkil olunmuşdur.
31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə rayonun ali və orta məktəblərində bayram tədbirləri keçirilmişdir. Keçirilən tədbirlərdə rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul işçiləri iştirak etmişlər.
Nəsimi rayon İcra Hakimiyyətinin “Narkomanlığa və narkotik vasitələrin qanunusuz dövriyyəsinə qarşı mübarizə üzrə” rayon komissiyası rayon Polis İdarəsi ilə birlikdə noyabr- dekabr aylarında 5, 35, 54, 111,151 və 211 saylı orta məktəblərdə şagirdlərin və qonaqların iştirakı ilə “Narkomaniyaya YOX deyirik” mövzusunda tədbirlər keçirilmişdir.
Tədbirlərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü il 24 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğat, narkomanlığa düçar olmuş şəxslərin sağlam həyata qaytarılması, qanunvericiliyin təkmilləşdirilməsi və digər məsələlərlə bağlı qarşıya ciddi vəzifələr qoyulduğu qeyd edilmişdir. Tədbirdə gənclərə narkomanlardan uzaq durmaq və cəmiyyətdə bu bəlaya qarşı mübarizə aparmaq üçün tövsiyələr, məsləhətlər verilmiş, onları maraqlandıran suallar cavablandırılmış, narkomaniyanın fəsadlarını göstərən video materiallar nümayiş olunmuşdur.
İl ərzində Nəsimi rayon İcra Hakimiyyəti Başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyasının öz iclasları ilə yanaşı rayonun müxtəlif orta təhsil müəssisələrində səyyar toplantılar da keçirilmiş, Komissiyanın üzvləri tərəfindən komissiyanın qeydiyyatında olan uşaqların, həmçinin RİH-nə daxil olan ərizələrə əsasən bəzi vətəndaşların mənzillərinə baxışlar keçirilmiş, məişət zəminində yaranan problemlərin çoxu yerindəcə həll olunmuşdur.
İl ərzində Komissiyada çətin tərbiyə olunan, problemli uşaqlarla bağlı məsələlər müzakirə olunmuş, uşaqların hüquqlarının müdafiəsi istiqamətində işlər həyata keçirilmişdir. Ümumtəhsil məktəblərində şagirdlərlə məktəbdaxili nizam-intizam, müəllim-şagird münasibətləri, ictimai davranış qaydaları və yetkinlik yaşıına çatmayanların inzibati və cinayət qanunvericiliyində nəzərdə tutulmuş məsuliyyət, eyni zamanda yetkinlik yaşına çatmayanların hüquq və vəzifələri aspektində diskussiya xarakterli məqsədyönlü, qabaqlayıcı ümumi profilaktiki söhbətlər aparılmışdır. Nəsimi rayonunda yerləşən 27 ümumtəhsil məktəblərində mütəmadi olaraq yetkinlik yaşına çatmayanlar arasında tərbiyə işinin təşkili yoxlanılmışdır.
YYÇ-ların işləri və HM üzrə komissiya Polis Bölmələrinin işçiləri ilə birlikdə azyaşlıların hüquq pozuntularına, qanunazidd əməllərə və cinayət hadisələrinə yol vermələrinin vaxtında qarşısını almaq məqsədilə Nəsimi rayon ümumtəhsil məktəblərində, ali məktəblərdə vaxtaşırı dəyirmi masalar və diskussiyalar keçirmiş, onlara hüquq və vəzifələri izah edilmiş, onların hüquqlarının pozulması, azyaşlı uşaqların ailə üzvləri tərəfindən mənəvi inkişafına , fiziki və psixi sağlamlığına xələl yetirilməsi, onların istismarı, mənəviyyatının alçaldılması, uşaqlara qarşı zorakılıq halları ilə mübarizə sahəsində işlərin gücləndirilməsi ilə bağlı çıxışlar edilmişdir. Rayon ərazisində azyaşlı uşaqların asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə də il ərzində komissiya tərəfindən geniş işlər aparılmış, ümumtəhsil məktəblərində və uşaq yaradıcılıq mərkəzlərində uşaqların müxtəlif dərnəklərə cəlb edilməsi üçün şərait yaradılmış, onların muzeylərə, teatr və sirk tamaşalarına gəzintiləri təşkil olunmuş, azyaşlıların əl işlərindən ibarət sərgiləri nümayiş olunmuşdur.
“ YYÇ-ların işləri və Hüquqlarının müdafiəsi üzrə komissiya ” nın 2015-cü il üçün tədbirlər planına uyğun olaraq 1 nömrəli Körpələr evində yaşayan, valideyn himayəsindən məhrum olmuş uşaqlar, onların saxlanılması və tərbiyə işinin yoxlanılması komissiya tərəfindən daim nəzarət edilir, onlara maddi və mənəvi köməklik göstərilir.
Nəsimi rayon İcra Hakimiyyəti nəzdində İnzibati xətalar haqqında işlərə baxan Komissiya tərəfindən il ərzində Nəsimi rayon Polis İdarəsinin bölmələrindən daxil olmuş inzibati protokollara baxılmış, Dövlət büdcəsinə cərimələr ödətdirilmişdir. Nəsimi RPİ-nin ərazi bölmələrinin polis sahə rəisləri və sahə inspektorları tərəfindən inzibati təcrübə sahəsində 2015-ci il ərzində 2014-cü illə müqayisə 180 vahid çox, yəni 14353 protokol tərtib olunmuşdur. Onlardan 5509-u üzrə təqsirkarlar cərimələnmiş, 3382 nəfərə xəbərdarlıq edilmiş, 5462 protokol isə müvafiq qərar qəbul olunması üçün adiyyəti üzrə göndərilmişdir. Tərtib olunmuş inzibati protokolların 10697-nə polis sahə rəisləri tərəfindən baxılaraq müvafiq qərar qəbul edilməklə dövlət büdcəsinə 111780 manat ödətdirilmişdir.
Hesabat dövründə rayonun hüquq-mühafizə orqanları tərəfindən ictimai-siyasi sabitliyin, asayişin təmin olunması, insan hüquq və azadlıqlarının qorunması, cinayətlərin qarşısının alınması və açılması sahəsində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə nail olmuşlar.
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları 2015-ci il ərzində bütün subyektlər üzrə qeydə alınmış 1448 cinayətin 90 %-i və ya 1303-ü daxili işlər və prokurorluq orqanlarının səlahiyyətləri çərçivəsində istintaqı və təhqiqatı aparılan hüquqa zidd əməllər olmuşdur ki, onların 193-ü ağır və xüsusilə ağır, 653-ü az ağır, 457-i isə böyük ictimai təhkükə törətməyən cinayətlər təşkil etmişdir.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi baş vermiş cinayətlərin sayı 37 fakt və ya 2,8 % azalmış, açılması 79,1%, o cümlədən ağır və xüsusilə ağır növlərin açılması 77% təşkil etmişdir.
Adam oğurluğu, zorlama, dövlət və ya bələdiyyə əmlakı ilə bağlı cinayətlər, ölümlə nəticələnən yol nəqliyyat hadisələrinin hamısı açılmışdır. Prokurorluq orqanları ilə qarşılıqlı əlaqə nəticəsində keçmiş illərdən bağlı qalmış 27 cinayət açılmış, onlardan 12-i ağır və xüsusilə ağır cinayətlər olmuşdur. Keçirilmiş tədbirlər nəticəsində 91 nəfərdən ibarət 38 cinayətkar qrup və dəstə zərərsizləşdirilmişdir ki, onlar tərəfindən törədilmiş 113 cinayət hadisəsinin açılması təmin edilmişdir.
Rayon ərazisində mülkiyyət əleyhinə 766 cinayət faktı qeydə alınmışdır ki, bu da ötən illə müqayisə də 17 fakt və yaxud 2,3% çox olmuşdur. Keçmiş illərdən bağlı qalmış, eləcə də 2015-ci il ərzində baş vermiş bu növ cinayətlərdən 532 və ya 73,8% -dən açılması təmin edilmiş, 189-u isə bağlı qalmışdır. Həmin cinayətlərdən 472 naməlum şəraitdə törədilmiş və açılması 65,2% təmin edilmişdir.
Göstərilən istiqamətdə həyata keçirilən ayrı-ayrı əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq cinayəti törətmiş 18 nəfərdən ibarət 7 qrup, soyğunçuluq cinayəti törətmiş 23 nəfərdən ibarət 10 cinayətkar qrup yaxalanmış, törətdikləri cinayət faktları sübüta yetirilərək istintaq orqanına təqdim edilmişlər. Əvvəllər cibgirlik cinayəti törətdiyinə görə məhkum olunmuş 34 nəfər yaxalanmış, ətraflarında keçirilən əməlliyyat-istintaq tədbirləri nəticəsində onlar tərəfindən 10 cibgirlik, 32 narkotik maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin törədilməsi prosesual qaydada subuta yetirilmişdir.
Hesabat dövrü ərzində oğurluq, quldurluq, soyğunçuluq cinayətlərinə görə həbs olunmuş şəxlərdən yalnız 9-nun Nəsimi rayon sakini olması müəyyən edilmişdir.
İtkin düşdüyünə görə axtarılan 42 nəfərdən ibarət 27-nin, o cümlədən keçmiş illərdən axtarılan 2 nəfərin tapılması təmin olunmuşdur. Hazırda axtarışda qalan 15 nəfərdən yalnız 3-ü son 3 ildə itkin düşənlərdir. Digərləri 2001-2011-ci illərdə axtarış elan olunanlardır.
Transmilli mütəşəkkil cinayətkarlığın növlərindən olan narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilmiş əməliyyat tədbirləri nəticəsində İdarənin əməliyyat strukturları və ərazi polis bölmələri tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 150, o cümlədən satışla əlaqədar 36 cinayət aşkarlanmış, hesabat dövründə qanunsuz dövriyyədən 19 kq 803 qram narkotik vasitə çıxarılmışdır.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hesabat dövründə 4 ədəd odlu silah aşkar edilərək götürülmüşdür.
Mənzillərdən və obyektlərdən oğurluq hadisələrinin, digər hüquqazidd əməllərin qarşısının alınması məqsədi ilə mühafizə-siqnalizasiya vasitələrinin tətbiqinin zəruri ilə bağlı polis sahə rəisləri və polis sahə inspektorları tərəfindən əhali arasında aparılmış təbliğat işləri nəticəsində il ərzində vətəndaşlar tərəfindən Nəsimi Rayon mühafizəsi İdarəsinə 178 ərizə verilmiş, il ərzində 166 mənzil və obyektin mühafizəyə götürülməsi təmin edilmişdir
Bununla yanaşı, Daxili İşlər Nazirliyinin müvafiq Sərəncamına əsasən Dövlət Yol Polis Şöbəsinə ezam olunmuş Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən 2015-ci il ərzində yolun hərəkət hissəsin piyadalar üçün nəzərdə tutulmayan yerdən keçən vətəndaşlar barəsində ümumilikdə 56700 protokol tərtib edilərək 1.134000 manat cərimə edilmişdir (dövlət büdcəsinə 5336.492 manat və ya 47,0% cərimənin ödənilməsi təmin edilmişdir.
2015-ci il ərzində keçirilmiş reydlər nəticəsində təhsildən yayınan, avaralıq və dilənçiliklə məşğul olan 356 yetkinlik yaşına çatmayan müəyyən edilərək etraflarında müvafiq tədbirlər görülmüş, onlardan 15-i profilaktik uçota götürülmüşdür. İl ərzində yetkinlik yaşına çatmayanlar tərəfindən 31 cinayət hadisəsi törədilmişdir.
Görülmüş işlər nəticəsində 2015-ci il ərzində rayon ərazisində yaşayan 4739 nəfərə şəxsiyyət vəsiqəsi verilmiş, onlardan 2967 nəfəri 16 yaşına çatmamış, 1479 nəfəri isə 16 yaşdan yuxarı vətəndaşlar olmuşdur. 1095 nəfər vətəndaş yaşayış yeri üzrə qeydiyyata alınaraq şəxsiyyət vəsiqəsi ilə təmin edilmiş, 2347 nəfər qeydiyyatdan çıxarılmışdır.
2015-ci il ərzində istintaq şöbəsinin müstəntiqlərinin icraatında 1469 cinayət işi olmuşdur ki, onlarında 482-nin istintaqı tamamlanaraq 410 ittiham akti ilə prokurorluğa göndərilmiş, 72-nin icraatına xitam verilmişdir. Vətəndaşlara dəymiş 754300 manat maddi ziyandan 669420 manatı və ya 88,7% ödətdirilmişdir.
DYPŞ-nin əməkdaşları tərəfindən Yol Hərəkəti haqqında qanun tələblərini pozan 11116 nəfər sürücü və 56.700 nəfər piyadaçı barələrində müvafiq tədbirlər görülmüş, 5 nəfər avtoxuliqanlıq edən şəxs müəyyən edilərək barələrində toplanmış materiallar müvafiq tədbirlərin görülməsi üçün adiyyəti üzrə məhkəmə orqanlarına göndərilmişdir.
Hesabat dövrü ərzində rayon gənclərinin həqiqi hərbi xidmətə çağırışı məsələləri rayon İcra Hakimiyyəti tərəfindən ciddi nəzarətdə saxlanılmışdır. Yanvar və aprel, iyul aylarında həqiqi hərbi xidmətə çağırış kompaniyası ilə əlaqədar RİH Başçısının sərəncamı ilə rayon üzrə çağırış komissiyalarının tərkibi təsdiq olunmuş, çağırış müddətində komissiyaya lazımi şərait yaradılmış, tələb olunan nəqliyyat vasitələri ilə təmin olunmuşlar. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon İdarəsi tərəfindən gənclərin ilkin hədbi qeydiyyata alınması, hərbi xidmətə çağırışı işləri həyata keirilmiş, nəzərdə tutulan plan göstəricilərinə 100% əməl olunmuş, fərarilik, çağırışdan yayınma halları qeydə alınmamışdır.
Rayon ərazisində qeydiyyatdan keçən 7600 nəfər qaçqın və 9985 nəfər məcburi köçkün soydaşlarımızın rastlaşdığı problemlərin həlli daim RİH-nin diqqət mərkəzində olmuşdur.
Köçkünlərin yığcam yaşadıqları 22 yığcam yaşayış obyektlərində, eləcə də fərdi mənzillərdə yaşayanların fasiləsiz olaraq su, qaz, elektrik enercisi ilə təhciz olunması və kanalizasiya xəttinin normal işləməsi üçün gündəlik tədbirlər həyata keçirilmişdir.
4-cü mikrorayonda yerləşən 247 saylı orta məktəbin əsaslı təmir edilməsi ilə əlaqədar olaraq həmin məktəbdə yerləşən Zəngilan rayonundan 4 məcburi köçkün ailəsi yeni inşa edilmiş Müşfiqabad qəsəbəsində hər cür kommunal şəraitli mənzillərə köçürülmüşdür.
Sentyabr ayında Füzuli rayonundan məcburi köçkünlərin C.Məmmədquluzadə küçəsində yaşadıqları mənzildə baş vermiş yanğın nəticəsində sıradan çıxmış yaşayış yeri təmir olunataq onların istifadəsinə verilimişdir.
A.Mustafayev küçəsi 21A ünvanda yerləşən 114 saylı körpələr evində məskunlaşmış məcburi köçkünlərin yaşadıqları bina təmir edilmişdir.
Qurban bayramı, Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibəti ilə əlaqədar rayondakı şəhid, əlil, aztəminatlı ailələrlə yanaşı ərazidə məskunlaşmış məcburi köçkün ailələrinə RİH tərəfindən ərzaq yardımları göstərilmişdir.
2015-ci il ərzində 2 nəfər Qarabaq müharibəsi əlili, 7 nəfər şəhid ailəsi, 3 nəfər 20 yanvar əlili, 1 nəfər gözdən əlil yeni mənzillərlə təmin olunmuşlar.
Hazırda Nəsimi l rayonunda 13 partiyanın rayon şöbələri və özəkləri fəaliyyət göstərir. RİH-nə olan müraciətlərinə qanun və imkan çərçivəsində köməklik göstərilir.
Rayonda ən çox özəyi olan partiya Yeni Azərbaycan Partiyasıdır. Partiyanın rayon təşkilatının üzvlərinin sayı 26856 nəfərdir. Digər partiyaların üzvlərinin sayı çox azlıq təşkil edir.
Ötən il respublikamızda keçirilmiş V çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə Nəsimi rayon ictimaiyyəti yüksək fəallıq nümayiş etdirmişdir. Seçkilər rayon ərazisində fəaliyyət göstərən 21 saylı Nəsimi birinci, 22 saylı Nəsimi ikinci və 23 saylı Nəsimi-Səbail seçki dairələrinin hər birində yüksək mütəşəkkillik, şəffaflıq və obyektivlik şəraitində keçirilmişdir. Seçkilərin keçirilməsində rayon İcra Hakimiyyəti və onun struktur bölmələri qanunvericiliyə uyğun olaraq üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsini təmin etmişdir.
Yanvar-fevral aylarında seçici siyahılarının dəqiqləşdirilməsi işləri aparıldıqdan sonra müxtəlif səbəblərdən adları siyahılara düşməyən vətəndaşlar bu siyahılara daxil edilmişdir.
Rayonda yaradılmış 78 Məntəqə seçki komissiyaları texniki təchizat baxımından seçkilərin keçirilməsinə tam hazır olmuşlar. Məntəqə seçki komissiyalarının əksəriyyətinin yerləşdiyi binalarda təmir işləri aparılmış, onların hamısı lazımi avadanlıq və materiallar, rabitə vasitələri ilə təmin olunmuş, Mərkəzi Seçki Komissiyası tərəfindən məntəqələrdə 27 ədəd Web kamera quraşdırılmışdır.
Rayon ərazisinin müxtəlif yerlərində Milli Məclisə üzvlüyə namizədlərin seçki platformaları və digər təbliğat materiallarının yerləşdirilməsi üçün 78 xüsusi lövhələr quraşdırılmışdır. Seçkilərinin keçirilməsinə hazırlıqla əlaqədar RİH tərəfindən rayonda toplantı və seçicilərlə görüşlərin keçirilməsi üçün 3 bağlı və 3 açıq yerlər müəyyənləşdirilmişdir.
21 saylı Nəsimi birinci seçki dairəsi üzrə 33 573 seçicidən 20 046 nəfəri yəni- 59,7 %-i seçkilərdə iştirak etmiş, iştirak etmiş seçicilərin 14 621 nəfəri yəni- 74,8 %-i Yeni Azərbaycan Partiyasının namizədi İbrahimqızı Məlahət İbrahim qızına səs vermişdir.
22 saylı Nəsimi ikinci seçki dairəsi üzrə 38 046 seçicidən 20 122 nəfəri yəni-52,9 %-i seçkilərdə iştirak etmiş, iştirak etmiş seçicilərin 11 274 nəfəri yəni- 57,1 %-i Azərbaycan Demokratik İslahatlar siyasi Partiyasının namizədi Mollazadə Asim Nazim oğluna səs vermişdir.
23 saylı Nəsimi-Səbail üçüncü seçki dairəsinin Nəsimi rayonu üzrə 24 752 seçicidən 14 059 nəfəri yəni- 56,8 %-i seçkilərdə iştirak etmiş, iştirak etmiş seçicilərin 10 310 nəfəri yəni- 73,3 %-i bitərəf namizəd Səmədzadə Ziyad Əliabbas oğluna səs vermişdir.
Ümumilikdə rayon üzrə 96 371 seçicidən 54 227 nəfəri yəni - 56,3 %-i seçkilərdə iştirak etmişdir. Bu isə Bakı şəhəri üzrə Xəzər rayonundan sonra ikinci yüksək göstəricidir.
Nəsimi rayonu mərkəzi rayon olduğundan ərazidə bir sıra beynəlxalq və respublika miqyaslı təşkilat, fond, cəmiyyət, assosiasiyaların qərargah və baş ofisləri yerləşmişdir. Bu təşkilatlardan 12-si respublika miqyaslı təşkilatların rayon şöbələridir ki, bunlardan da Veteran təşkilatları Şurasını, Ağsaqqallar Şurasını, Qarabağ əlilləri, müharibə veteranları və Şəhid Ailələri İctimai Birliyini, Qızıl Aypara cəmiyyətini, Əlillər Cəmiyyətini, Korlar Təşkilatını, Çernobıl əlilləri cəmiyyətini, 20 Yanvar Cəmiyyətlərini, «Sodrucestvo» cəmiyyətini və Azərbaycandakı Rus İcmasının rayon şöbələrini qeyd etmək olar.
Rayonda fəaliyyət göstərən müxtəlif gənclər təşkilatları ilə sıx əlaqələrin yaradılması və möhkəmləndirilməsi işlərinə xususi fikir verilmişdir. Bu təşkilatlar arasında Azərbaycan Tibb Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Neft və Sənaye Universiteti, Bakı Musiqi Akademiyası, Azərbaycan Universiteti, Bakı Qızlar Univetsiteti, Bakı Xoreoqrafiya Akademiyası və Milli Konservatoriyanın tərkibindəki Musiqi Kollecindəki fəaliyyət göstərən Tələbə Gənclər Təşkilatları ilə birlikdə ali təhsil müəssisələrində Azərbaycan Gəncliyi Dövlət Proqramından irəli gələn bir sıra tədbirlər təşkil edilib keçirilmişdir. Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Milli Şurası, Nəsimi rayon YAP Gənclər birliyi, «İrəli», «Gəncliyə Yardım Fondu», Gənclər Fondu, Maarifçi Gənclər təşkilatı və s. təşkilatlarla sıx əlaqələr yaradılmış, onların üzvləri ilə birlikdə rayondakı ali və orta təhsil müəssisələri, idarə və təşkilatlarda birgə tədbirlər keçirilmişdir.
Bütövlükdə rayondakı ictimai təşkilatlar nizamnamələrində nəzərdə tutulmuş qaydada fəaliyyət göstərir və idarə olunurlar. RİH tərəfindən yerli ictimai təşkilatlara lazımi diqqət göstərilir.
Nəsimi rayonunda 3 məscid, 3 sinaqoq , 1 provaslav kilsəsi və 1 Lüteran kilsəsi vardır. 3 dini icma Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən rəsmi dövlət qeydiyyatından keçmişdir.
2015-ci il ərzində rayon ərazisində mövcud dini icmalar, məscidlər və digər dini müəssisələri ilə əlaqə saxlanılmış, dini tədbir və mərasimlərdə iştirak edilmişdir.
«Aşura» mərasimi zamanı Hacı Əcdərbəy məscidində müxtəlif irsi xəstəlikdən əziyyət çəkən vətəndaşların ehtiyacları üçün qanvermə aksiyası təşkil olunmuş və 340 nəfər könüllü qan vermişdir.
Ümumilikdə rayon ərazisində «Dini etiqad azadlığı haqqında» Azərbaycan Respublikası Qanununun, toleyrantlıq – dini dözümlülük, adət və ənənələrin pozulması, ayrı-seçkilik faktları müşahidə olunmur.
RİH tərəfindən TV və qəzetlərin nümayəndələri ilə sıx əməkdaşlıq edilir, onlara rayon, onun müəssisə və təşkilatlarında gedən prosseslər barədə vaxtaşırı məlumatlar verilir, curnalistlər keçirilən tədbirlərə dəvət olunurlar.
Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2015-ci il tarixli sərəncamı ilə Ş.Ələkbərova adına 20 saylı musiqi məktəbinin direktoru Məmmədova Sevda İbrahim qızı Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə «Əməkdar müəllim » Fəxri adı ilə təltif olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2015-ci il tarixli sərəncamı ilə 54 və 240 nömrəli tam orta məktəblər keçirilmiş «Ən yaxşı məktəb» müsabiqəsinin, 5 nömrəli tam orta məktəbin müəllimi Abdullayeva Gülnarə Bəşir qızı, 16 nömrəli Texniki Humanitar Liseyin müəllimi Abidi Gülnarə Abusəməd qızı, 44 nömrəli tam orta məktəbin müəllimi Əliyeva Sahilə Vahid qızı, Bakı Slavyan Universitetinin nəzdində Məktəb-lisey kompleksinin müəllimləri Əlizadə Aynur Məmməd qızı, Şahbazov Rafət Məmmədəli oğlu, Elitar Gimnaziyanın müəllimi Məmmədova Zeynəb Əliqasım qızı, 23 nömrəli tam orta məktəbin müəllimi Nəcəfova Bikə Əliyulla qızı, 164 nömrəli tam orta məktəbin müəllimi Allahverdiyeva Afət İkram qızı 2014/2015-ci tədris ilində keçirilmiş «Ən yaxşı müəllim» müsabiqəsinin qalibləri sırasinda olmuşlar.
Hesabat dövründə rayonun Hüquq mühafəzə orqanları tərəfindən rayon ərazisində asayişin qorunması, cinayətkarlıqla mübarizə istiqamətində tədbirlər həyata keçirmiş, hər hansı qanunsuz toplantı, yürüş, mitinq və digər qanun pozuntuların keçirilməsinə yol verilməmişdir.
İl ərzində Azərbaycan Respublikası Rrezidenti Administrasiyası Rəhbəri, Administrasiyanın Regional idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsi tərəfindən verilmiş tapşırıq və göstərişlərin icrası məqsədilə rayon İcra Hakimiyyəti Başçısı Aparatı, yerli İcra Hakimiyyəti strukturları tərəfindən müvafiq tədbirlər görülmüş, rayon üzrə məlumat və arayışların hazırlanması, müəyyən olunmuş qaydada mərkəzləşmiş informasiya sisteminə ötürülməsi təmin edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2012-ci il tarixli, 2421 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı» və «Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı»ndan irəli gələn vəzifələrin icrası ilə bağlı Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən 2015-ci il ərzində müvafiq tədbirlər həyata keçirilmişdir.
Şəffaflığın artırılması və açıq hökumətin təşviqi sahəsində müəyyən edilmiş tədbirlərlə bağlı olaraq informasiya əldə edilməsi, rayon İcra Hakimiyyətinin öz fəaliyyəti barədə ictimaiyyətə müntəzəm məlumatların verilməsi, o cümlədən məlumatların mütəmadi olaraq, yeniləşmiş əsaslarla İH-nin İnternet saytında yerləşdirilməsi, rayon İcra Hakimiyyətinin illik hesabatlarının İnternet səhifəsində açıqlanması, il ərzində mütəmadi olaraq toplantı və yığıncaqlarda ictimaiyyətə məlumatların verilməsi həyata keçirilmişdir.
2015-ci il ərzində «Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərə ciddi olaraq əməl edilməklə Rayon İcra Hakimiyyəti Başıçısı Aparatı, sahə inzibati ərazi dairələri nümayəndəliklərində vətəndaşların yazılı və şifahi şəkildə təkliflər vermək, ərizə ilə müraciət etmək hüquqlarının həyata keçirilməsi üçün zəruri şərait təmin edilmişdir.
İl ərzində RİH Başçısı Aparatına vətəndaşlardan 1438 ərizə və müraciəti ( 2014-cü ildə 1435 ərizə) daxil olmuşdur.
Onlardan 492-i Prezident Administrasiyasından, 28-i Milli Məclisdən, 49-u Nazirlər Kabinetindən, 412-i Mərkəzi orqanlardan və Bakı şəhər İH-dən, 957-i vətəndaşlar tərəfindən bilavasitə rayon İcra Hakimiyyətinə daxil olmaqla 303-ü təkrar, 164-ü kollektiv ərizələrdir.
2015-ci ildə daxil olmuş vətəndaş müraciətlərinə baxılması barədə
M Ə L U M A T
№№ |
Daxil olub |
Müra ciətlə rin ümumi sayı |
Müraciətlərin növləri |
Nəza rətə alın maqla baxılıb |
İcra barədə məlumat |
|
|||||||
Ərizə |
Şikayət |
|
|||||||||||
Jəmi |
Jəmi |
Müs bət həll olunub |
Qis- mən həll olu nub |
Mü- va- fiq iza- hat veri- lib |
Əsas sız sayı lıb |
İc ra da dır |
Baxıl maq üçün göndə rilib |
||||||
|
|||||||||||||
1 |
2 |
3 |
4 |
5 |
7 |
9 |
10 |
11 |
12 |
13 |
15 |
||
I |
Dövlət orqanlarından və digər qurumlardan daxil olan müraciətlərin ümumi sayı |
981 |
641 |
340 |
584 |
138 |
5 |
707 |
1 |
28 |
102 |
||
-
- |
Azərbaycan Respublikası Prezidentinin |
492 |
262 |
230 |
492 |
56 |
4 |
363 |
- |
17 |
52 |
||
o cümlədən nəzarətlə |
37 |
20 |
17 |
37 |
11 |
- |
26 |
- |
- |
- |
|||
- |
Milli Məclisindən |
28 |
28 |
|
28 |
4 |
- |
23 |
- |
- |
1 |
||
- |
Nazirlər Kabinetindən |
49 |
44 |
5 |
49 |
2 |
- |
43 |
- |
- |
4 |
||
- |
Respublikanın digər qurumlarından |
412 |
307 |
105 |
15 |
76 |
1 |
278 |
1 |
11 |
45 |
||
II |
Respublika vətəndaşlarından bilavasitə icra hakimiyyətinə ünvanlanan müraciətlər |
957 |
847 |
110 |
|
298 |
10 |
491 |
15 |
23 |
120 |
||
|
Yekun: |
1938 |
1488 |
450 |
584 |
436 |
15 |
1198 |
16 |
51 |
222 |
||
«Respublika vətəndaşlarının müraciətlərinə baxılmasının səmərəliliyinin artırılması haqqında» Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbəri, akademik Ramiz Mehdiyevin 2/202 saylı, 09 mart 2011-ci il tarixli məktubunda qeyd olunan tapşırıqların icrası istiqamətində Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən 2015-ci il ərzində müvafiq işlərin aparılması davam etdirilmişdir.
«Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydalara ciddi olaraq əməl edilməklə Rayon İcra Hakimiyyəti Başıçısı Aparatı və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərdə vətəndaşların yazılı və şifahi şəkildə təkliflər vermək, ərizə ilə müraciət etmək hüquqlarının həyata keçirilməsi üçün zəruri şərait təmin edilmişdir.
2015-ci il ərzində Nəsimi rayon İcra Hakimiyyətinə vətəndaşların 1938 ərizə və müraciəti daxil olmuşdur. 2014-cü ildə müraciətlərin sayı 1935 təşkil etmişdir. Müraciətlərin məzmunu ilə bağlı aparılmış təhlil göstərir ki, mənzil və təmir-tikinti məsələləri, xüsusilə mənzil şəraitinin yaxşılaşdırılması və mənzil ilə təmin olunmaya dair ərizələr, çoxluq təşkil edərək, ümumi müraciətlərin 33,9 %-ni təşkil etmişdir. Rayon İcra Hakimiyyətinin şöbələri, rayonun müvafiq xidmət sahələri tərəfindən araşdırılaraq bu müraciətlərə qanunvericiliklə müəyyən olunmuş qaydalara əsasən baxılmışdır.
Azərbaycan Respublikası Prezidentinin «Yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sisteminin yaradılması haqqında» 2015-ci il 29 aprel tarixli 503 nömrəli Fərmanın tələblərinə və həmin Fərmanla təsdiq edilmiş «Yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sistemindən istifadə Qaydaları»na uyğun olaraq irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilmişdir. 2015-ci il üzrə 1319 müraciət ilə bağlı məlumat vahid elektron sistemə daxil edilmişdir. Azərbaycan Respublikası Prezidenti Adminimtsrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin nəzarəti altında həyata keçirilən vahid elektron informasiya sisteminin tələblərinə uyğun olaraq işlər davam etdirilmiş və şöbə tərəfindən verilən tapşırıq və tövsiyələrin icrası təmin edilmişdir.
Vətəndaşların müəyyən edilmiş vaxtlarda qəbulu, onların müraciətlərinə əsaslandırılmış yazılı cavabların verilməsi, təkrar müraciətlərin təhlil edilməsi, şəffaflığın artırılması, mövcud nöqsanların aradan qaldırılması məsələləri diqqət mərkəzində saxlanmış, ərizə və şikayətlərə baxılmasının vəziyyəti araşdırılaraq RİH Başçısı yanında Şuranın yığıncağında məlumatlar verilmişdir.
RİH Başçısı tərəfindən yerlərdə keçirilən qəbullar və gündəlik keçirilən görüşlər zamanı rayonda görülən işlər barədə onlara ətraflı məlumat verilmiş, irəli sürülən müraciətlərə operativ baxılması və həlli ilə bağlı müvafiq tədbirlər görülmüşdür. Vətəndaşların qəbul olunmaq imkanlarının genişləndirilməsi məqsədilə 2016-cı il üçün Rayon İcra Hakimiyyətinin vəzifəli işçilərinin vətəndaşların qəbulu günləri və saatları artırılmışdır.
Vətəndaşların Konstitusiya ilə müəyyən edilmiş hüquq və azadlıqlarının təmin edilməsində «Vətəndaşların müraciətləri haqqında» Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli Qanununun xüsusi əhəmiyyətini nəzərə alaraq, Qanunun diqqətlə öyrənilməsi, onun tələblərindən irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə rayon İcra Hakimiyyəti tərəfindən müzakirələr aparılmış, vətəndaşlara daha yüksək qayğının təmin edilməsi, müraciətlərə baxılması sahəsində RİH Başçısı Aparatında, Sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə, bələdiyyədə, ikili tabelikdə olan yerli strukturlarda, xidmət sahələrində məsuliyyətin daha da yüksəldilməsi ümdə bir vəzifə kimi qarşıya qoyulmuşdur.
Əhalinin aztəminatlı təbəqəsinə dövlət qayğısı çərçivəsində rayon İcra Hakimiyyəti tərəfindən diqqət artırılaraq yardımlar, maddi köməkliklər, məişət şəraitlərinin yaxşılaşdırılması məqsədilə köməkliklər göstərilmişdir.
Dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl olunması, onların fəaliyyətində şəffaflığın və səmərəliliyin artırılması, vətəndaşların qəbulu və müraciətlərinə baxılmasına diqqətin artırılması rayon İcra Hakimiyyətinin fəaliyyətində əsas götürülmüşdür.
Rayon İcra Hakimiyyəti Başçısının Aparatı üzrə «Sənədlərin ekspertizası və arxiv işi üzrə ekspert komissiyası» tərəfindən sənədlər ekspertizadan keçirilmişdir. 2010-cu ilin daimi saxlanılan sənədləri seçilərək qaydaya salınmış və mühafizə olunması üçün Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Bakı Filialına təhvil verilmişdir.
Bakı şəhəri Nəsimi rayonunun sosial-iqtisadi göstəricilərinin bundan sonra daha dinamik inkişafına nail olunması, sakinlərin rifahınındaha da artırılması, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarının icrası, Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqindən irəli gələn vəzifələrin uğurla yerinə yetirilməsi üçün Nəsimi rayon İcra Hakimiyyəti, yerli strukturlar, müəssisə və təşkilatlar tərəfindən məqsədyönlü tədbirlərin həyata keçirilməsi davam etdiriləcəkdir.