Şriftin ölçüsü :

Saytın rəngi :

Narkomaniya və zərərli vərdişlərə YOX deyirik !!!

29 fevral 2016 | 16:00

Nəsimi rayon İcra Hakimiyyətinin  “Narkomaniya  və narkotik vasitələrin dövriyyəsinə qarşı mübarizə komissiyası”-nın  tədbirlər planına əsasən 29 fevral 2016-cı il tarixdə Nəsimi rayonu 16 saylı THL-də  “Narkomaniya və zərərli vərdişlərə “Yox” deyirik!” başlığı altında maarifləndirici tədbir keçirildi.
Tədbirin keçirilməsində əsas məqsəd narkomanlığa və digər zərərli vərdişlərə qarşı mübarizənin gücləndirilməsi, antinarkotik və siqaretə qarşı təbliğat, həmçinin sağlam həyat  tərzinin təbliğ edilməsi olmuşdur. Tədbir öncəsi qonaqlar mövzu ilə bağlı təşkil olunmuş dərslərin iştirakçıları olub,daha sonra isə şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirtdilər.
Tədbiri giriş sözü ilə açan liseyin direktoru Ülviyyə Vəlizadə  ölkəmizdə narkotiklə mübarizəyə çox ciddi önəm verildiyini qeyd edərək narkomaniyanın bəşəriyyət üçün faciəyə  çevrildiyini və bütün zərərli vərdişlərə qarşı mübarizədə gənclərin fəal olmasının vacibliyini vurğuladı.
Tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti başçısının müavini Gülarə Verdiyeva, Nəsimi rayon polis idarəsinin, rəis müavini, polis pokovnik leytenantı Vüsal Rüstəmov, Səhiyyə Nazirliyi yanında “İctimai Səhiyyə və İslahatlar mərkəzi”nin həkimləri şagirdləri maraqlandıran sualları cavablandırıb, cəmiyyətdə bu bəlaya qarşı mübarizə aparmaq üçün tövsiyələr, məsləhətlər verilmişdir.

 

Keçidlər