Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda narkomanlıqla mübarizə sahəsində maarifləndirmə tədbirlərinin aparılması məqsədilə təlim-məşğələ keçirildi

03 mart 2016 | 16:00

Azərbaycan Respublikasının Prezidentinin 24.06.2013-cü il tarixli 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursolarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın narkomanlıqla mübarizə sahəsində maarifləndirmə tədbirlərinin aparılması məqsədilə  03 mart  2016-cı il tarixdə Nəsimi Rayon İcra Hakimiyyəti  Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyasının işçi qrupunun birgə təşkilatçılığı ilə  təlim-məşğələ keçirildi.

Tədbiri giriş sözü ilə açan Nəsimi Rayon İcra Hakimiyyəti Başçısı Asif Əsgərov çıxış edərək Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədilə Nəsimi rayon Narkomanlığa və narkotik vasitələrin  qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyasının həyata keçirdiyi tədbirlər barədə məlumat vermişdir.

Bildirilmişdir ki, narkomanlığa qarşı mübarizə tədbirləri çərçivəsində ali və orta təsil müəssisələrində, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “İctimai Səhiyyə və İslahatlar Mərkəzi”nin, Nəsimi rayon Polis İdarəsinin və Nəsimi rayon Gənclər və İdman İdarəsinin əməkdaşları ilə “Narkomaniya əsrin bəlasıdır”, “Sağlam gənclik narkomaniyaya yox deyir”, “Asudə vaxtımızı səmərəli keçirək”, “Narkomaniya bəşəriyyətin bəlasıdır” və digər mövzularda toplantılar, diskussiyalar təşkil edilmişdir.

Nəsimi rayon “Narkomanlığa və Narkotik Vasitələrin Qanunusuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə” komissiya tərəfindən yeniyetmə və gənclər arasında narkomanlığın qarşısının alınması və gənclərin digər neqotiv hallardan uzaq tutmaq üçün məktəblərdə marifləndirmə işləri aparılmışdır. Rayon komissiyası tərəfindən keçirilən tədbirlərdə narkomaniyanın cəmiyyətimizə, dövlətimizə və ümumilikdə bəşəriyyətə dəyəri ölçülməyəcək qədər fəsadlar vurduğundan, həmçinin narkomaniyaya qarşı mübarizədə dövlət qurumlarının, ictimaiyyət nümayəndələrinin, pedaqoji işçilərin, valideynlərin, eləcə də cəmiyyətin hər bir üzvünün fəal rol oynamasının zəruriliyi qeyd edilmişdir. 

Çıxış edən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın İşçi Qrupunun rəhbəri Vasif Quliyev, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyanın əməkdaşı Raqif Allahverdiyev, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Mühüm İşlər üzrə əməliyyat müvəkkili, polis polkovniki Tanrıverdi Aydınov bildirdilər ki, maarifləndirmə yolu ilə Respublikada narkomanlığın yayılması ilə mübarizənin gücləndirilməsi, antinarkotik təbliğat, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığım yayılmasının qarşısının alınması, narkomanlığa düçar olmuş şəxslərin müalicə edilməklə sağlam həyata qaytarılması, müalicə-bərpa sahəsindəki fəaliyyətin daha da gücləndirilməsi və cəza tədbirlərinin səmərəliliyi öz bəhrəsini verəcəkdir.

Tədbirdə çıxış edən digər natiqlər də yeniyetmə və gənclərin narkomanlıq və digər zərərli vərdişlərdən qorunması istiqamətində aparılan işlər barədə söhbət açaraq gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi, zərərli vərdişlərdən uzaq olması üçün görülməli işlərdən danışdılar və müntəzəm olaraq maarifləndirici tədbirlərin keçirlməsinin vacibliyini vurğulayaraq əhali arasında narkomanlığın zərəri barədə maarifləndirmə işlərinin gücləndirilməsi barədə müzakirə aparılmışdır.

Tədbirdə Bakı Şəhəri Baş Təhsil İdarəsinin şöbə müdiri Vahid Qurbanov, Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin şöbə müdiri, həkim-narkoloqu Pərvin Məmmədov, Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Pərvanə Əlizadə, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun əməkdaşları, rayon tam orta məktəbin təlim-tərbiyyə üzrə direktor müavinləri, məktəb psixoloqları və tibb işçiləri iştirak etdilər.

Keçidlər