20 Yanvar faciəsindən 23 il ötür
Bu gün Nəsimi rayon İcra Hakimiyyətinin Akt zalında 20 Yanvar hadisələrinin 23-cü ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə şəhid ailələrinin üzvləri, əlillər, rayon icra hakimiyyətinin əməkdaşları, müəssisə və təşkilat rəhbərləri iştirak etmişlər. Tədbirin əvvəlində 20 Yanvar hadisələrini əks etdirən film nümayiş olunmuş, bədii hissə keçirilmişdir. Sonra şəhidlər 1 dəqiqəlik sükutla yad edilmişdir.
Daha sonra Nəsimi RİH başçısının müavini Zahid Xəlilov çıxış edərək 20 Yanvar hadisələri barədə ətraflı məlumat vermiş, bu hadisənin xalqımızın azadlıq mübarizəsində önəmindən danışmışdır. O, həmçinin Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyevin Sərəncamına uyğun olaraq Nəsimi rayonu ərazisində 20 Yanvar hadisələrinin 23-cü ildönümü ilə bağlı tədbirlər planının hazırlandığını da iştirakçıların diqqətinə çatdırmışdır. Sonra çıxış üçün söz Nəsimi rayon 20 Yanvar Cəmiyyətinin sədrinə verilmişdir. O, da çıxışı zamanı şəhid ailələrinə və əlillərə göstərilən dövlət qayğısından danışmış və hal-hazırda mövcud olan problemlərini dilə gətirmışdir. Sonra 20 Yanvar şəhid ailələrinin və əlillərin problemləri dinlənilmiş və həlli üçün müvafiq götərişlər verilmışdir. Tədbirin sonunda şəhid ailələrindən və əlillərdən ibarət 70 nəfər maddi yardımla təmin edilmışdir.