Narkomaniya və zərərli vərdişlərə YOX deyirik !!!
Nəsimi rayon İcra Hakimiyyətinin “Narkomaniya və narkotik vasitələrin dövriyyəsinə qarşı mübarizə komissiyası”-nın tədbirlər planına əsasən 04 mart 2016-cı il tarixdə Nəsimi rayonu 8 saylı tam orta məktəbdə “Narkomaniya və zərərli vərdişlərə “Yox” deyirik!” başlığı altında maarifləndirici tədbir keçirildi.
Tədbirin keçirilməsində əsas məqsəd narkomanlığa və digər zərərli vərdişlərə qarşı mübarizənin gücləndirilməsi, antinarkotik və siqaretə qarşı təbliğat, həmçinin sağlam həyat tərzinin təbliğ edilməsi olmuşdur. Tədbir öncəsi qonaqlar mövzu ilə bağlı təşkil olunmuş dərslərin iştirakçıları olub,daha sonra isə şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirtdilər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Aytən Baxşıyeva ölkəmizdə narkotiklə mübarizəyə çox ciddi önəm verildiyini qeyd edərək narkomaniyanın bəşəriyyət üçün faciəyə çevrildiyini və bütün zərərli vərdişlərə qarşı mübarizədə gənclərin fəal olmasının vacibliyini vurğuladı.
Tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti başçısının müavini Gülarə Verdiyeva, Nəsimi rayon polis idarəsinin, rəis müavini, polis pokovnik leytenantı Vüsal Rüstəmov, Səhiyyə Nazirliyi yanında “İctimai Səhiyyə və İslahatlar mərkəzi”nin həkimləri şagirdləri maraqlandıran sualları cavablandırıb, cəmiyyətdə bu bəlaya qarşı mübarizə aparmaq üçün tövsiyələr, məsləhətlər verilmişdir.