Şriftin ölçüsü :

Saytın rəngi :

“Erkən nikahların qarşısının alınması üzrə yeniyetmələrin maarifləndirilməsi” mövzusunda seminar-görüş

14 mart 2016 | 16:00

14.03.2016-cı il tarixdə A.Zeynallı adına Musiqi Kollecində Nəsimi Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Nəsimi rayon Qeydiyyat şöbəsi ilə birgə  “Erkən nikahların qarşısının alınması üzrə yeniyetmələrin maarifləndirilməsi” mövzusunda seminar-görüş keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan A.Zeynallı adına Musiqi Kollecinin direktoru Nazim Kazımov tədbir iştirakçılarını salamlamış və erkən nikahların qarşısının alınması üzrə yeniyetmələrin maarifləndirilməsi mövzusunda seminarın əhəmiyyətindən danışdı.

Sonra Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının müavini Gülarə Verdiyeva bu cür tədbirlərin rayonun ali və orta təhsil ocaqlarında mütəmadi keçirildiyini vurğulamış və qeyd etmişdir ki, erkən nikahlar həm qızların həm də oğlanların inkişafına mənfi təsir göstərir. Erkən nikahlar qızların təhsilalma həvəslərini və imkanlarını azaldır, eyni zamanda sağlamlığa da təhlükə yaradır.

Digər çıxış edənlər- Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə problemləri şöbəsinin müdiri Gülnarə Məmmədova, Nəsimi Rayon Gənclər və İdman İdarəsinin rəisi Elbrus Abdullayev, Ədliyyə Nazirliyinin Nəsimi Rayon Qeydiyyat şöbəsinin rəisi Firuzə Nəbiyeva, Ədliyyə Nazirliyinin Bakı Nikah evinin müdir müavini Aynur Sabitova, 1 saylı Bakı “ASAN” xidmət mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinin rəisi Rəşidə Mənəfova, Nəsimi rayon 20 saylı şəhər poliklinikasının baş həkiminin müavini Nəzakət Həsənova, Nəsimi rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanları profilaktik işinin təşkili bölməsinin baş inspektoru Faiq Sayadlı və Nəsimi Rayon Prokurorunun köməkçisi İsmayıl Rövşənov bu problemlərin həll olunması üçün valideyn, müəllim və məktəb psixoloqları ilə birgə əməkdaşlıq etmələrinin əhəmiyyətindən, erkən nikahların qarşısının alınmasının səbəblərinin araşdırılması, müdafiə mexanizminin gücləndirilməsi, zorakılıq qurbanlarının müdafiəsi, reablitasiyası və cəmiyyətin inteqrasiyası mövzularında çıxış etdilər. 

Tədbir iştirakçılarının sualları altında diskussiya ilə davam etdirilmiş, sonda A.Zeynallı adına Musiqi Kollecinin şagirdlərinin ifasında konsert proqramı təşkil edilmişdir.

 

Keçidlər