Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda Novruz Bayramı münasibətilə müharibə və əmək veteranları ilə görüş keçirilmişdir

15 mart 2016 | 16:00

Novruz bayramı ərəfəsində Nəsimi rayon İcra Hakimiyyətində çay süfrəsi arxasında müharibə və əmək veteranları ilə görüş keçirilmişdir. Görüşdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov II Dünya Müharibəsində Faşizm üzərində tarixi qələbənin qazanılmasında Azərbaycan övladlarının göstərdikləri qəhrəmanlıqlarından danışdı. Qeyd etdi ki, dünyanın faşizm taunasından xilas edilməsində misilsiz döyüş rəşadəti göstərən müharibə veteranları hər cür qayğı və diqqətə, hörmət və ehtirama layiqdirlər. Müstəqilliyin ilk illərində müharibə veteranlarına göstərilən ögey münasibətlərdən söz açan natiq, məhz Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra onların cəmiyyətdəki mövqeyinin yenidən yüksəltdiyini, bütün status və imtiyazlarının bərpa olunduğunu diqqətə çatdırdı.

Respublika Veteranlar Şurasının sədri general-mayor Dadaş Rzayev müharibə veteranlarına göstərilən böyük diqqət və qayğıdan razılığını bildirdi. Əlavə etdi ki, II Dünya Müharibəsinin odlu-alovlu yollarından keçən döyüş rəşadəti göstərən veteranlarla belə görüşlərin gənclərin hərbi vətənpərvərliyi və milli-mənəvi dəyərlər uğrunda tərbiyəsində böyük rol oynayır. Tədbirdə Respublika Veteranlar Şurasının sədri general-mayor Dadaş Rzayev tərəfindən veteranlara göstərilən müstəsna diqqət və qayğıya görə Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov “Veteran Həmrəyliyi” medalı ilə təltif olundu.

Görüşdə çıxış edən əmək və müharibə veteranları göstərilən qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.

Tədbirin sonunda veteranlara Novruz bayramı ilə əlaqədar bayram sovqatları təqdim edlmişdir. 

 

Keçidlər