Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda Ordumuza dəstək məqsədilə qanvermə aksiyası keçirilmişdir

06 aprel 2016 | 16:00

Son günlər Ermənistanın Azərbaycana qarşı apardığı silahlı təxribat nəticəsində təmas xəttində yerləşən mövqelərimizdə vəziyyət daha da kəskinləşmiş, təmas xəttinə yaxın yerlərdə yerləşən yaşayış məntəqələri müxtəlif  iriçaplı silahlarla atəşə tutulmuşdur.

         Bir neçə gün Azərbaycan Ordusu özünü çox təmkinlə aparırdı. Lakin hücumların artması və dinc əhalinin də bu hücumlardan zərər görməsinin qarşısını almaq məqsədilə düşmənə layiqli cavab verilmiş, eyni zamanda, daha əlverişli mövgelərimiz-yaşayış məntəqələri, bir neçə kənd və yüksəkliklər düşmən tapdağından azad olunmuşdur. Ordumuzun qüdrətli və yenilməz olması bu döyuşlərdə özünü bir daha sübut etdi.

Azərbaycan Ordusu  qudrətini göstərərək bu günləri tariximizə parlaq zəfər günü kimi yazdılar.

         Ermənistan ordusuna vurulan güclü zərbələr nəticəsində yüzlərlə erməni əsgərinin məhv edilməsinə baxmayaraq, çox təəssüf  ki, bizim ordumuz da itkilərsiz ötüşməyib. Bu döyüşlərdə qəhrəmancasına vuruşan cəsur Azərbaycan Ordusunun əsgərləri arasında yaralanan və şəhid olanlar da vardır.

         Milli Ordumuza dəstək olaraq Nəsimi Rayon  İcra Hakimiyyəti tərəfindən  20 saylı şəhər poliklinikasında rayon ictimaiyyətinin iştirakı ilə qanvermə aksiyası keçirilmişdir.

          Qanvermə aksiyasında Nəsimi Rayonu ərazisində yerləşən idarə və təşkilatların kollektivləri, orta təhsil müəssisələrinin, Azərbaycan Dillər Universitetinin, Baki Slavyan Universitetinin, Azərbaycan Universitetinin müəllim və tələbə heyyəti, yüzlərlə könüllülər iştirak etmişdir.

         Həmçinin Azərbaycan Tibb Universitetinin Cərrahiyyə korpusunda da qanvermə aksiyası keçirilmişdir.

         Qanvermə aksiyasından sonra Nəsimi rayon İcra Hakimiyyətinin rəhbərliyi Silahlı Qüvvələrin Baş Klinik Hospitalında və Kliniki Tibbi Mərkəzdə müalicə olunan yaralı əsgərlərimizi ziyarət etmişdilər.  

 

 

Keçidlər