Şriftin ölçüsü :

Saytın rəngi :

“Vətən bizi çağırır!”adlı aksiya

05 aprel 2016 | 16:00

       05.04.2016-cı il tarixdə N.Məmmədov adına 9 saylı tam orta məktəbdə ordumuza dəstək və Ermənistanın Azərbaycana qarşı silahlı təxribatı nəticəsində həlak olmuş hərbçilərimizin xatirəsini yad etmək məqsədilə aksiya keçirilmişdir.

      Məktəbin direktoru Zinyət Əhmədova bildirdi ki, ön cəbhədə aparılan  əməliyyatlar silahlı qüvvələrimizin gücünün və hərbçilərimizin qəhrəmanlığını sübutüdur. Prezident Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşən xalqımız  xüsusən gənclər işğal altında olan torpaqlarımızı azad etmək üçün hər an silaha sarılmağa hazırdırlar.

      Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri İctimai Birliyinin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyev, Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Xalid Kərimov, müəllim və şagirdlər son günlər ermənilərin, təmas xəttində törətdiyi təxribatlara layiqli cavab verildiyini bildirdilər.

      Tədbirdə ölkəmizin siyasi, iqtisadi və hərbi gücündən söz açılmış, işğal altında olan torpaqlarımızın tezliklə azad olunacaqlarına inam ifadə edilmişdir.

Keçidlər