Şagirdlər 20 Yanvar şəhidlərini andı
20 Yanvar faciəsinin 23-cü ildönümünün bütün təhsil müəssisələrində keçirilməsi ilə əlaqədar Təhsil Naziri cənab M.Mərdanovun imzaladığı 07.01.2013-cü il tarixli əmrinə uyğun olaraq Nəsimi rayonu ərazisindəki məktəblərdə 10-18 yanvar tarixlərində silsilə tədbirlər keçirilmişdir.
Siniflərdə “20 Yanvar”, “Qanlı yanvar” və s. mövzularda açıq dərslər keçirilmiş, şagirdlərin əl işləri, rəsm tablolarından ibarət sərgilər təşkil olunmuşdur.
18 yanvar tarixində 1-ci dərs saatları faciənin ildönümünə həsr edilmişdir. Həmçinin bu gün saat 12:00-da məktəblərdə yekun tədbirlər keçirilmişdir.Tədbirlərdə 20 Yanvar şəhidlərinin xatirəsi yad edilmişdir. Tədbirlər planına əsasən məktəb şagirdlərinin Şəhidlər xiyabanını ziyarət etməsi təşkil edilmişdir.