Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda 2016-cı ilin I rübünün yekunları müzakirə olunmuşdur

12 aprel 2016 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə  Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafın yekunlarına  və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasındakı nitqindən irəli gələn vəzifələr Nəsimi  rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın rayonun sənaye müəssisələri,  təsərrüfat xidmətləri, təhsil, səhiyyə,mədəniyyət müəssisələri, hüquq-mühafizə orqanları rəhbərlərinin, din xadimlərinin, bələdiyyə üzvlərinin, gənclər təşkilatlarının və rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən iclasında ətraflı müzakirə olunmuşdur. İclası giriş sözü ilə açan Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin I rübünün sosial-iqtisadi inkişafın yekunlarına   həsr olunmuş iclası barədə ətraflı məlumat vermişdir.

      Hesabat dövründə rayonda 124000.0 min  manatlıq  sənaye  məhsulu   istehsal  edilmiş  və  xidmətlər  göstərilmişdir. Sənaye  istehsalının  26  faizi  məhsul  istehsalının,  74 faizi  isə  sənaye  xarakterli  xidmətlərin  payına  düşmüşdür.  

     Sənayenin dövlət sektorunda 39804.0 min  manatlıq  və  ya  ümumi  istehsalın  32.1 faizi  qədər, qeyri-dövlət  sektorunda  isə 84196.0 min manatlıq və  ya  ümumi  istehsalın 67.9 faizi  səviyyəsində sənaye məhsulu  istehsal  edilmiş  və  xidmətlər  göstərilmişdir.  İstehlakçılara 126310.0 min  manatlıq  və  ya  bütün  sənaye  istehsalının  101.9 faizi  qədər  sənaye  məhsulu  göndərilmişdir.

     2016-ci il aprelin ayının 1-i vəziyyətinə sənaye müəssisələrinin  anbarlarında hazır məhsul qalığı 4120.0 min  manat olmuşdur. Yanvar-mart aylarında istehlakçılara 126310.0 min  manatlıq məhsul  göndərilmişdir

2016-cı ilin yanvar-mart aylarında rayonun sənaye müəssisələrində  işçilən  sayı 10904 nəfər olmuş, orta  aylıq  əmək  haqqı isə  727.5 manat  təşkil etmişdir ki, bu da  əvvəlki  ilin  müvafiq  dövrünə  nisbətən  12.9 faiz  çox olmuşdur.

  İnformasiya və  rabitə müəssisələri  tərəfindən  hüquqi və fiziki şəxslərə faktiki qiymətlərlə 14500.0 min manatlıq rabitə xidməti göstərilmişdir. Xidmətlərin 94.5 faizi qeyri-dövlət  rabitə  müəssisələri tərəfindən  gösdərilmişdir.

 2016-cı ilin yanvar-mart aylarında   nəqliyyat   sektorunda   fəaliyyət göstərən müəssisələr tərəfindən 25600.0 min manatlıq  xidmətlər  göstərilmişdir.

         2016-cı ilin  yanvar-mart aylarında rayonun  iqtisadi  və  sosial  sahələrinin  inkişafı  üçün  bütün  maliyyə  mənbələrindən  əsas  kapitala 207469.1 min   manat  məbləğində  investisiya yönəldilmişdir  ki,  bu  da  əvvəlki  ilin  müvafiq  dövrünə nisbətən 57.8 faiz çoxdur.

         Qeyri-dövlət mülkiyyətinə  məxsus  müəssisə  və  təşkilatlar əsas  kapitala 128730.0 min  manat (62.0 faiz), dövlət mülkiyyətinə məxsus  müəssisə və təşkilatlar  isə 78739.1  min manat (38 faiz) sərmayə  yönəltmişlər.

 2016-cı ilin yanvar-mart aylarında əsas kapitala yönəldilmiş investisiyadan 206127.2 min manatı tikinti-quraşdırma  işlərin  yerinə yetirilməsinə sərf olunmuşdur  ki, bu  da  əvvəlki  ilin  müvafiq  dövrünə  nisbətən 59.5 faiz çox olmuşdur.

2016-cı ilin  yanvar-mart aylarında podratçı təşkilatların  gördükləri işlərin  həcmi  111803.8 min    manat   və   ya  əvvəlki  ilin  müvafiq  dövrünə  nisbətən 6.8 faiz artmışdır.  Podratçı təşkilatların gördükləri cari  təmir  işləri  2722.7 min   manat, əvvəlki ilin müvafiq dövrünə nisbətən 5.7 dəfə artmış,  (yeni  tikinti,  yenidənqurma,  genişləndirmə,   texniki   vasitələrlə   yenidən   təchiz  etmə) 104641.2  min   manat olmuşdur ki, bu da əvvəlki  ilin  müvafiq  dövrünə  11.0 faiz,   əsaslı   təmir  üzrə   yerinə yetirilən işin həcmi  739.5 min  manat, əvvəlki ilin müvafiq dövrünə nisbətən 14.2 faiz artmışdır.

2016-cı ilin aprel ayının 1-i vəziyyətinə rayon  üzrə  məşğulluq  xidmətində  işsiz  hesab  edilənlərin  sayı 1164 nəfər olmuşdur ki, bunlardan 332-i qadın, 832-ı kişidir. Dekabr ayında  işsizliyə görə müavinət alanların sayı 62 nəfər, işsizliyə görə müavinət alanlara hesablanmş orta aylıq müavinət məbləği isə 362.6 manat olmuşlur. İşçi qüvvəsinə təlabat (01 aprel 2016-cı il vəziyyətinə) rayon üzrə 524 nəfərdir, onlardan144 nəfəri fəhlələrdir.

        2016-cı ilin I rübündə 990 yeni  iş yerləri açılmışdır. Onlardan hamısı daimi yerlərdir.

          2016-cı   ilin  yanvar-mart aylarında  rayonda  540 nəfərin doğumu  və 283 nəfərin ölümü qeydə alınmışdır. Cari ildə 2015-ci ilin müvafiq dövrü ilə  müqayisədə əhalinin hər 1000 nəfərinə doğulanların sayı eyni səviyyədə qalmışdır.

             Rayonda  2016-cı  ilin yanvar-mart  aylarında 160 nikah   və 101 boşanma  qeydə  alınmışdır ki, bu  da əvvəlki  ilin  müvafiq dövrü ilə  müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların  sayı 4.8-dən 2.9-a, boşanmaların sayı isə 2.0-dən 1.9-a enmişdir.  

         Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10 Yanvar 2016-cı il tarixdə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında yerli icra strukturlarına verdiyi tapşırıqların icrası ilə bağlı Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən cari ilin birinci rübü ərzində məqsədyönlü tədbirlər həyata keçirilmişdir.

         Rayon İcra Hakimiyyəti tərəfindən müvafiq ərazidə iqtisadi durumun yaxşılaşdırılması, dotasiyalardan asılılığın minimuma endirilməsi məqsədi ilə daxili imkanlardan istifadə etməklə sağlam biznes mühitinin formalaşdırılması, investisiyaların cəlb edilməsi, keçirilən tenderlərdə şəffaflığın təmin olunması, kiçik və orta sahibkarlığın inkişafı və əhalinin işgüzarlıq fəaliyyətinin artırılması üçün münbit şəraitin yaradılması, yerli infrastruktur layihələrin icra olunması, yeni istehsal və emal müəssisələrinin açılması, məşğulluq səviyyəsinin artırılması və əhalinin maddi rifahının yüksəldilməsi ilə bağlı verilmiş tapşırıqların icrasının qısa müddətdə təmin edilməsi məsələləri rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş iclasında müzakirə olunmuş, RİHB Aparatı, Sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklər, ikili tabelikdə olan yerli strukturlar, müəssisə və təşkilatların rəhbərlərinin üzərinə düşən vəzifələr müəyyənləşdirilmişdir.

         Ölkədə sahibkarlığın inkişaf etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması, iş yerlərinin açılması, sərmayələrin cəlb edilməsi ilə bağlı tapşırıqların təmin edilməsi məqsədi ilə Nəsimi rayon İcra Hakimiyyətində xüsusi qərərgah yaradılmışdır. Rayonun yerli icra hakimiyyəti strukturlarının, o cümlədən Məşğulluq Mərkəzinin, Sosial Müdafiə Fondunun, Sosial Müdafiə Mərkəzinin rayon şöbələrinin rəhbərləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri qərərgahın tərkibinə daxil edilmiş, qaynar xətt xidməti təşkil olunmuşdur.

         Azərbaycan Respublikası Prezidenti Administrasiyası Regional idarəetmə və özünüidarəetmə orqanları ilə iş şöbəsi tərəfindən müəyyən edilmiş istiqamətlər üzrə rayon icra hakimiyyəti sosial-iqtisadi inkişafla bağlı proqnozlar, habelə sahibkarların, vətəndaşların qəbulu zamanı irəli sürülən fikirlər və qaynar xətt vasitəsilə daxil olan məlumatlar əsasında təkliflər hazırlanmış, yeni iş yerlərinin yaradılması və hazırda sərmayələrin cəlb edilməsi ilə bağlı zəruri tədbirlər həyata keçirir.

Rayonun 9 imtiyazlı ailəsinə Dövlət qayğısı cərcivəsində yeni mənzillər ayrılmışdır. Onlardan Gözdən əlil – 4 ailə, 20 Yanvar əlili – 2 ailə, Qarabağ əlili 2 ailə, şəhid ailəsi 1 ailə.

Hesabat dövrü ərzində rayon gənclərinin həqiqi hərbi xidmətə çağırışı məsələləri rayon İcra Hakimiyyəti tərəfindən ciddi nəzarətdə saxlanılmışdır. Yanvar ayında həqiqi hərbi xidmətə çağırış kompaniyası ilə əlaqədar RİH Başçısının   sərəncamı ilə rayon üzrə çağırış komissiyalarının tərkibi təsdiq olunmuş, çağırış müddətində komissiyaya lazımi şərait yaradılmış, tələb olunan nəqliyyat vasitələri ilə təmin olunmuşlar. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Нясими rayon İdarəsi tərəfindən gənclərin ilkin hədbi qeydiyyata alınması, hərbi xidmətə çağırışı işləri həyata keirilmiş, nəzərdə tutulan plan göstəricilərinə 100% əməl olunmuş, fərarilik, çağırışdan yayınma halları qeydə alınmamışdır.

        Hesabat dövründə  rayonun hüquq-mühafizə orqanları tərəfinfən ictimai-siyasi sabitliyin, asayişin təmin olunması, insan hüquq və azadlıqlarının qorunması,  cinayətlərin qarşısının alınması və açılması sahəsində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə nail olmuşlar.

2016-cı ilin 1-ci rübü ərzində «Vətəndaşların müraciətləri haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərə ciddi olaraq əməl edilməklə Rayon İcra Hakimiyyəti Başıçısı Aparatı, sahə inzibati ərazi dairələri nümayəndəliklərində vətəndaşların yazılı və şifahi şəkildə təkliflər vermək, ərizə ilə müraciət etmək hüquqlarının həyata keçirilməsi üçün zəruri şərait təmin edilmişdir.

İlin birinci rübü ərzində RİH Başçısı Aparatına vətəndaşlardan 511 ərizə və müraciəti daxil olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 03 fevral 2016-cı il tarixli  “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında”  Fərmanını rəhbər tutaraq, rayonda sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan  maraqlarının müdafiəsi məqsədi ilə Apellyasiya Şurası  yaradılmışdır.

Hesabat dövrü ərzində rayonun bir çox  küçələrində səki kənarlarına yeni bordyurların qoyulması, səkilərin təmiri və dekorativ daş düzülməsi, küçələrə yeni asfalt qatı salınması işləri aparılmışdır. Rayonun təsərrüfat xidmətləri tərəfindən bir sıra işlər həyata keçirilmişdir. Belə ki,  Nəsimi  rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən bir sıra binalara gedən istilik xətlərində,  bir sıra binaların dam  örtüyündə   təmir işləri aparılmış,  su və   kanalizasiya xətləri dəyişdirilmiş, mərkəzdəki bir sıra binaların fasadı təmir olunmuş, rəngləmə işləri və gündəlik olaraq ərazidə abadlıq-təmizlik işləri görülmüşdür. Nəsimi  rayonunun xidmət idarələri  tərəfindən sakinlərin elektrik enerjisi, təbii qaz, içməli su ilə təminatının yaxşılaşdırılması üçün bir sıra tədbirlər həyata keçirillmiş, bu istiqamətlərdə narazılığa səbəb ola bilən hallara yol verilməmişdir.

       Hesabat dövründə Nəsimi  rayon İcra Hakimiyyəti tərəfindən bir sıra tədbirlər keçirilmişdir.

Respublika əhalisinin sağlamlığı məsələləri hər zaman ölkə Prezidenti cənab İlham Əliyevin diqqət mərkəzində olmuşdur.  Möhtərəm Prezidentin Dövlət Proqramları, sərəncam və tapşırıqlara əsasən son illərdə digər sahələrdə olduğu kimi Azərbaycan səhiyyəsinin inkişafı, müxtəlif profilli yeni səhiyyə müəssisələrinin tikintisi, mövcud tibb ocaqlarının yüksək standartlara cavab verə biləcək səviyyədə təmir olunması, yenidənqurulması, bu müəssisələrin müasir tibb avadanlıqları ilə təchizatı məsələləri aparılır. Bu işlər Bakı şəhərinin mərkəzi rayonlarından olan Nəsimi rayonunda da geniş həyata keçirilir.

 Ölkə başçısının tapşırığına uyğun olaraq 2016-cı il fevral ayının 15-dən respublikamızın bütün bölgələrində olduğu kimi Nəsimi rayonunda da əhalinin tibbi müayinədən keçirilməsi tədbirlərinin həyata keçirilməsinə başlanmışdır. Bununla əlaqədar Nəsimi  rayon İcra Hakimiyyəti tərəfindən  aidiyyatı qurumların nümayəndələrindən ibarət müvafiq komissiya yaradılmış, həyata keçiriləcək tədbirlərin kollektivlər və ərazilər nəzərə alınmaqla xususi qrafiklər tərtib olunmuşdur.  

  Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən rayonun 1, 3, 5 və 20 saylı şəhər poliklinikalarında tədbirin keçirilməsi üçün lazımi şərait yaradılmışdır. Müvafiq qurumların da cəlb olunması ilə rayonda tədbirlə bağlı əhali arasında təşkilati-izahat işləri aparılmışdır. Həmçinin yaşayış sahələrində, idarə və təşkilatlarda müayinələrin keçirilməsi üçün, evdə olan yataq xəstələrinin də müayinəsi məqsədi ilə  səyyar həkim briqadaları da təşkil olunmuşdur.

  Tibbi müayinələrin başlandığı fevral ayının 15-dən aprel  ayının 1-dək olan müddət ərzində rayon üzrə 55402 nəfər müayinələrdən keçmişdir.  Müayinələr zamanı bəzi şəxslərdə arterial təzyiq, diabetli şəkər, qan, ürək-damar, tənəffüs sistemi və oynaq xəstəlikləri aşkarlanmış xəstələr ambulator, stasionar müalicəyə cəlb olunmuş və dispanser qeydiyyata götürülmüş,  onlara ixtisaslı həkimlər tərəfindən müalicə təyin olunmuşdur.

Novruz bayramı ərəfəsində rayon ictimaiyyətinin nümayəndələri rayonun hamilik etdiyi, cəbhənin ön xəttində yerləşən “N” saylı hərbi hissənin şəxsi heyətinə rayonun orta ümumtəhsil məktəblərinin şagirdləri tərəfindən hazırlanmış bayram sovqatlarını çatdırmış,  incəsənət ustaları tərəfindən onlara böyük bayram konserti təşkil olunmuşdur. Bayram tədbirləri  Silahlı Qüvvələri  Baş Klinik Hospitalında da keçirilmişdir.  Müxtəlif   bayramlarla əlaqədar  rayondakı  aztəminatlı ailələrə bayram payları verilmiş, ümumilikdə isə 3 ay  ərzində RİH tərəfindən hədiyyə ilə təltif olunanların,  müxtəlif yardım, ərzaq bağlamaları alanların sayı  3000 nəfərdən artıq olmuşdur. İclasda Nəsimi   rayon Məşğulluq mərkəzinin direktoru Emin Mahmudov, Nəsimi rayon  Əhalinin  Sosial Müdafiə Mərkəzinin direktoru Gülnarə Salahova, Nəsimi  rayon MKTB-nin rəisi Elman Yəhyayev, 20 saylı poliklinikanın baş həkimi Tamerlan İsmayılov və  başqaları çıxış etmişlər.

İclasda əldə olunmuş nailiyyətlərlə yanaşı həm də həllini gözləyən problemlər, çatışmamazlıqlar və onların aradan qaldırılması yolları, rayonda aparılması nəzərdə tutulan abadlıq işləri, rayondakı dini durum və vətəndaşların müraciətləri ilə bağlı görülən işlər də müzakirə olunmuşdur. Milli Məcsilin üzvləri Məlahət İbrahim qızı və  Asim Mollazadə yığıncağın işində iştirak etmişlər.

Keçidlər