Şriftin ölçüsü :

Saytın rəngi :

UNİCEF nümayəndələri Nəsimi rayon İcra Hakimiyyətində

13 aprel 2016 | 16:00

“Nəsimi rayonunda bütün azyaşlılar məktəbəqədər təhsil müəssisələrinə!” devizi altında Nəsimi rayonunda məktəbəqədər təhsilin genişləndirilməsinə dair UNİCEF-lə birgə seminar keçirilmişdir.

Seminarı giriş sözü ilə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının müavini Gülarə Verdiyeva açmış və rayonun məktəbəqədər təhsil müəssisələri haqqında geniş məlumat vermişdir.

Sonra UNİCEF-in nümayəndəsi Yan Van Raves uşaqların məktəbəqədər təhsil imkanları barədə çıxış etmişdir.

UNİCEF-in nümayəndəsi Şərafət Şirinli təqdimatla çıxış edərək, uşaqların 1-5 yaşında məktəbəqədər təhsilə cəlb olunmasından danışmış və həyata keçirilməsi yollarını izah etmişdir.

Daha sonra 16 saylı Texniki Humanitar Liseyin direktoru Ülviyyə Vəliyeva, 54 saylı tam orta məktəbin direktoru Sahibə Abbasova, 108 saylı uşaq bağçasının müdiri Elradə Babayeva, 92 saylı uşaq bağçasının müdiri Rəhimə Qəmbərova və 111 saylı uşaq bağçasının müdiri Zöhrə Əliyeva da uşaqların 1-5 yaşında məktəbəqədər təhsilə cəlb olunmasının əhəmiyyətindən danışmışlar.

Sonda geniş fikir mübadiləsi aparılmışdır.

 

Keçidlər