Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonu 42 saylı tam orta məktəbdə “Azərbaycanı tanıyaq və tanıdaq” mövzusunda tədbir keçirilmişdir.

26 aprel 2016 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-cı ilin Mültikulturalizm ili elan edilməsi ilə bağlı 26 aprel 2016-cı il tarixdə Nəsimi rayonu İ.Əbülhəsənov adına 42 saylı tam orta məktəbdə “Azərbaycanı tanıyaq və tanıdaq” adlı tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Firəngiz Həmidova ölkəmizdə mültikulturalizmin əhəmiyyətindən danışdı.

Sonra Nəsimi Rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov bildirdi ki, mültikulturalizm Azərbaycan xalqının həyat tərzi olmuşdur. Natiq qeyd etdi ki, əsrlərdir ki, xalqımız tolerantlıq, dözümlülük, başqa dinlərə və mədəniyyətlərə hörmət prinsiplərini həyat tərzinə çevirərək bu prosesə mühüm töhfələr vermiş, ona görə də cənab Prezident İlham Əliyevin 2016-cı ilin Azərbaycanda “Mültikulturalizm ili” elan etməsi heç də təsadüfi deyil və bunun dərin tarixi  kökləri vardır. Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkanda yerləşməklə dinlər və sivilizasiyası anlaşmada aparıcı rol oynayıb, bununla bağlı dərin tarixi baza formalaşdırıb.Ölkəmizdə heç vaxt dini və etnik zəmində heç bir qarşıdurma olmayıb və bu proses indi də uğurla davam etdirilir.

Sonra məktəbin şağird kollektivi ölkəmizin bütün rayonlarının adət-ənənələrini və rəqslərini görüş iştirakçılarına nümayiş etdirdilər.

         Nəsimi Rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov və Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhhəbət Vəliyeva bu tədbiri yüksək səviyyədə hazırladıqlarına görə məktəb rəhbərliyinə, pedaqoji kollektivə və şagirdlərə öz minnətdarlıqlarını bildirdilər.

Sonda xatirə şəkli çəkilmişdir.

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər