Şriftin ölçüsü :

Saytın rəngi :

Bakı Slavyan Universitetində edilən “Ulu öndər Heydər Əliyev irsində multikultural və tolerant dəyərlər” mövzusunda beynəlxalq elmi konfrans keçirilmişdir.

03 may 2016 | 16:00

Mayın 3-də Bakı Slavyan Universitetində (BSU) bu ali məktəbin, Təhsil Nazirliyinin, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə, ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilən “Ulu öndər Heydər Əliyev irsində multikultural və tolerant dəyərlər” mövzusunda beynəlxalq elmi konfrans işə başlayıb.

Konfransda Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev ölkəmizdə tarixən mövcud olan multikultural və tolerant mühitdən, o cümlədən əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-din münasibətlərinin inkişaf etdirilməsi istiqamətində görülən işlərdən söz açıb. Prezidenti İlham Əliyevin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edildiyini xatırladan akademik ölkəmizdə multikulturalizmin artıq alternativi olmayan həyat tərzinə çevrildiyini söyləyib.

Digər çıxış edənlər də tarixi İpək Yolunda yerləşən Azərbaycanın müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanındığını vurğulayıblar.

Plenar iclasdan sonra konfrans işini “Heydər Əliyev irsi və Azərbaycan multikulturalizm modeli”, “Müasir Azərbaycanda multikultural cəmiyyət”, “Azərbaycan tarixi və mədəniyyəti”, “Azərbaycan dili”, “Azərbaycan ədəbiyyatı”, “Müasir Azərbaycan ulu öndər Heydər Əliyev ideyaları işığında” bölmələri üzrə davam etdirib.

Konfrans mayın 5-də başa çatacaq.

Keçidlər