Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Müasir Azərbaycan ulu öndər Heydər Əliyev ideyaları işığında” mövzusunda XIII şagird-tələbə elmi konfransı keçirilmişdir.

03 may 2016 | 16:00

Bakı Slavyan Universitetinin Məktəb-lisey Kompleksində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü  həsr olunmuş “Müasir Azərbaycan ulu öndər Heydər Əliyev ideyaları işığında” mövzusunda XIII şagird-tələbə elmi konfransı keçirilmişdir.

Konfransı giriş sözü ilə Bakı Slavyan Universitetinin prorektoru Telman Cəfərov açaraq konfrans iştirakçılarını salamlamış və konfransın işinə uğurlar arzulamışdır.

Bakı Slavyan Universitetinin Məktəb-lisey Kompleksinin direktoru İlahə Carçıyeva tədbir iştirakçılarına konfrans barədə geniş məlumat vermişdir.

Sonra Nəsimi rayon İcra Hakimiyyəti Başçısının müavini Anar Tağıyev, Heydər Əliyev adlna Müasir Təhsil Kompleksinin məktəb direktoru N. Abışov, Xəzər rayon 218 saylı tam orta məktəbin direktoru H.Qasımov, Şamaxı rayon Sabir qəsəbə tam orta məktəbin direktoru G.Babaşova çıxışlarında konfransın əhəmiyyətindən söz açmışlar.

Tədbirin bədii hissəsində Şuşa rayon 1 saylı Malıbəyli kənd tam orta məktəbinin və Şamaxı rayon Sabir qəsəbə tam orta məktəbin şagirdlərinin ifalarında ser, mahnı və rəqsləri ilə çıxış etmişlər.

Konfras 22 bölmədən ibarət olmuş və fərqlənən şagirdlərə diplomlar verilmişdir.

Keçidlər