Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə ümumrayon iməcliyi keçirilmişdir.

10 may 2016 | 16:00

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə keçirilən tədbirlərin davamı olaraq Nəsimi rayon ərazisində ümumrayon iməciliyi keçirilmişdir.  Bu iməclikdə  məqsəd rayon ərazisində ətraf mühitin mühafizəsinə töhfə vermək yaşıllıq zolaqlarını daha da genişləndirmək, şəhərin ekoloji tarazlığını bərpa etmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə qayğı hissini təbliğ etmək olmuşdur.

10 may günündə keçirilən iməcilikdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov və aparatın kollektivi, idarə və müəssisələrin nünayəndələri iştirak etmişlər. Həmin gün rayonun mərkəzi küçələrində, mikrorayonlar ərazisində, park və bağlarda 50.000 gül kolu, 3000-dən artıq həmişəyaşıl ağac, 400 dekorativ ağac  əkilmiş və 2000 kv.m-dən çox qazon otu  vurulmuşdur.
   Nəsimi rayonunda son illər genişmiqyaslı yaşıllaşdırma və abadlıq işləri həyata keçirilir. Bu tədbirlərdə sakinlər, idarə və təşkilatların nümayəndələri fəallıq nümayiş etdirirlər. Rayonda yaşıllıq zolaqlarının genişlənməsinə, ekoloji mühitin sağlamlaşdırılmasına və paytaxtımızın daha da gözəlləşməsinə yönəlmiş işlərin miqyası artır. İməçliyin rayonun bütün idarə, müəssisə və təşkilatlarınında davam etdirilməsi nəzərdə tutulub.

 

Keçidlər