Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayon 23 saylı məktəbdə "Qəhrəmanlar ölməz, Vətən bölünməz" adlı tədbir keçirildi

06 may 2016 | 16:00

Böyük Vətən Müharibəsində qəhrəmanlıq və rəşadət göstərən on minlərlə azərbaycanlı döyüşçünün, Böyük Vətən Müharibəsi veteranlarının xatirəsi hər bir azərbaycanlı üçün əzizdir. 23 saylı məktəbin "Şahinlər" komandası II Dünya Müharibəsində həlak olanların əziz xatirəsini yad edərək, Zorqe abidə kompleksinin önünə gül dəstələri düzmüşlər. Daha sonra məktəbin şagirdləri Fəxri Xiyabanı, Şəhidlər Xiyabanını, Tahir Həsənovun məzarını ziyarət etmiş, vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi qarşısında baş əyərək dərim hörmət və ehtiramlarını bildirmişlər.
6 may 2016-cı il tarixdə Faşizm üzərində Qələbə günü ərəfəsində 23 saylı məktəbin müəllim və şagird kollektivi bir daha Vətən uğrunda canlarını fəda edən qəhrəmanlar qarşısında baş eydi, onları bir daha canlandırdı. Məktəbdə "Qəhrəmanlar ölməz, Vətən bölünməz" adlı tədbir keçirildi. Keçirilən tədbirə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov, Azərbaycan Respublikasının Milli Qəhrəmanı Zabit Quliyev və Böyük Vətən Müharibəsi veteranı Ağababa İsgəndərov - qəhrəmanların anım mərasiminə qatıldılar.
23 N-li məktəbdə keçirilən tədbir göstərdi ki, heç kəs unudulmur, böyüyən yeni nəsil bölünməz torpaqların və əbədi azadlığın uğrunda ölən qəhrəmanları hər zaman yaşadacaq. Ümumilli liderimiz Ulu Öndər Heydər Əliyev "Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir"! sözlərini deyərək bizə tapşırmışdı.

 

 

 

Keçidlər