Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonu “Şahin” hərbi-idman oyununun qalibi oldu.

10 may 2016 | 16:00

10 may 2016-cı il tarixdə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində “Şahin” hərbi-idman oyunlarının final mərhələsi keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Hərbi Liseyin rəisi polkovnik Rüfət Əmirov bildirdi ki, bu gün ölkədə həyata keçirilən gənclər siyasətinin əsas amillərindən biri yeni nəslin vətənpərvər, mübariz ruhda böyüməsidir. Qeyd etdi ki, Ulu öndər Heydər Əliyev hakmiyyətə gəldiyi ilk günlərdən gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə böyük əhəmiyyət vermişdir.
Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Təhsil nazirinin müavini Firudin Qurbanov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini Novruzəli Orucov “Şahin” hərbi-idman oyunlarının yeniyetmə və gəclərin hərbi vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi işinin gücləndirilməsindəki rolundan, məktəblilərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsindəki əhəmiyyətindən danışdılar. Sonda final oyununun təntənəli açılışına start verildi.
Finala çıxan 19 komandadan 3-ü Bakını, 16-sı  isə regionları təmsil edirdi.
8-ci və 10-cu sinif şagirdlərinin iştirak etdiyi yarış sıra hazırlığı, darağa patron doldurulması və boşaldılması, avtomatın sökülməsi və yığılması, tüfəngdən hədəfə atəş açmaq, fiziki hazırlıq, maneələrin dəf olunması, mülki müdafiə hazırlığı və çadırın qurulması və maskalanması mərhələlərində keçirilmişdir.
Yarışın nəticələrinə əsasən Nəsimi rayonunu təmsil edən 23 saylı tam orta məktəbin komandası I yerə layiq görülərək qalibiyyət qazanmışdır.
Xatırladaq ki, 30 aprel 2016-cı il tarixdə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində keçirilmiş Bakı şəhəri üzrə zona birinciliyində Nəsimi rayonunu təmsil edən 23 saylı tam orta məktəbin komandası III yerə layiq görülərək respublika mərhələsinə vəsiqə qazanmışdı.

Keçidlər