Nəsimi rayonu N.Axundov adına 1 saylı tam orta məktəbdə “1-İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə “Dünya uşaqların gözü ilə” adlı musiqili-əyləncəli tədbir keçirilmişdir.
Əvvəlcə tədbir iştirakçıları məktəbin foyesində şagirdlərin əl işlərindən ibarət sərgiyə tamaşa etdilər. Tədbiri giriş sözü ilə açan məktəbin kitabxana müdiri Zemfira Hüseynova və ədəbiyyat müəlliməsi Şəfəq Tağıyeva Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-cı ilin Mültikulturalizm ili elan edilməsi ilə bağlı ölkəmizdə mültikulturalizmin və tolerantlığın əhəmiyyətindən danışdı.
Sonra məktəbin şağird kollektivinin təşkil etdiyi ümumdünya səyahəti ilə xarici dövlətlərinin nümayəndələrinin ölkəmizin tarixi abidələri və adət-ənənələrini və rəqslərini görüş iştirakçılarına nümayiş etdirdilər.
Sonda Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının müavini Gülarə Verdiyeva bildirdi ki, mültikulturalizm Azərbaycan xalqının həyat tərzi olmuşdur. qeyd olundu ki, əsrlərdir ki, xalqımız tolerantlıq, dözümlülük, başqa dinlərə və mədəniyyətlərə hörmət prinsiplərini həyat tərzinə çevirərək bu prosesə mühüm töhfələr vermiş, ona görə də cənab Prezident İlham Əliyevin 2016-cı ilin Azərbaycanda “Mültikulturalizm ili” elan etməsi heç də təsadüfi deyil və bunun dərin tarixi kökləri vardır. Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkanda yerləşməklə dinlər və sivilizasiyası anlaşmada aparıcı rol oynayıb, bununla bağlı dərin tarixi baza formalaşdırıb.Ölkəmizdə heç vaxt dini və etnik zəmində heç bir qarşıdurma olmayıb və bu proses indi də uğurla davam etdirilir.
Azərbaycanda uşaq hüquqları ilə bağlı bir çox qanunlar və layihələr hazırlanmışdır. Bununla bağlı uşaqlara dövlət qayğısı günü-gündən artmaqdadır. Sonra bu tədbiri yüksək səviyyədə hazırladıqlarına görə məktəb rəhbərliyinə, pedaqoji kollektivə və şagirdlərə öz minnətdarlığını bildirmişdir.
Sonda xatirə şəkli çəkilmişdir.