Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda 28 may - Respublika Gününə həsr edilmiş idman bayramı keçirilmişdir.

27 may 2016 | 16:00

Nəsimi Rayon İcra Hakimiyyəti və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 27 may 2016-cı il tarixdə 4-cü mikrorayonda yerləşən stadionda 28 may - Respublika Gününə həsr olunmuş  idman bayramı keçirilmişdir.

Tədbirdə rayonun “Şahin” hərbi-idman, taekvando, güləş, basketbol, voleybol, futbol komandaları, eyni zamanda müxtəlif idman növləri üzrə yüksək nailiyyətlər qazanmış idmançılar iştirak etmişlər.

Tədbir komandaların təntənəli yürüşü ilə başladı. Sonra Azərbaycan Dillər Universitetinin tələbələrindən ibarət “Dalğa” rəqs qrupunun ifasında “Cəngi rəqsi”nə, 7 saylı uşaq musiqi məktəbinin nağara qrupunun ifasında “Abşeron ritmləri”nə tamaşa edildi.  Daha sonra 5 saylı orta məktəbin şagirdlərinin ifasında flaşmob nümayiş olundu.

Tədbirdə çıxış edən Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı cənab Asif Əsgərov şərqdə ilk demokratik Respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən danışdı. İkinci dəfə əldə edilən müstəqilliyin qorunub saxlanılması və möhkəmlənməsində ulu öndər Heydər Əliyevin xidmətlərini qeyd etdi.

Daha sonra tədbirdə iştirak edən 12 saylı Uşaq Gənclər İdman Məktəbinin “taekvando” və 6 saylı  Uşaq-Gənclər Güləş İdman Məktəbinin güləş komandalarının nümunəvi çıxışları oldu.

Sonda “Şahin” hərbi idman oyununun rayon mərhələsində I yerə layiq görülmüş və Respublika finalının qalibi olmuş 23 saylı tam orta məktəbin komandası, II yerə layiq görülmüş Bakı Atatürk Liseyinin  komandası, III yerə layiq görülmüş 54 saylı tam orta məktəbin komandası, Nəsimi rayon məktəblilərinin XXVIII spartakiadasının “Basketbol” (oğlanlar) yarışında I yeri tutmuş 46 saylı tam orta məktəbin basketbol komandası, II yeri tutmuş 211 saylı  tam orta məktəbin basketbol komandası, “Voleybol” (oğlanlar) yarışında I yeri tutmuş Bakı Türk Anadolu Liseyinin voleybol komandası, II yeri tutmuş Texniki Humanitar Liseyin voleybol komandası, Bakı şəhər məktəbliləri arasında keçirilən mini futbol yarışında III yerə layiq görülmüş 35 saylı tam orta məktəbin komandası və ayrı–ayrı idman növləri üzrə yüksək nailiyyətlər qazanmış idmançılar rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və müxtəlif hədiyyələrlə mükfatlandırılmışlar. 

 

Keçidlər