Şriftin ölçüsü :

Saytın rəngi :

NƏSİMİ RAYONUNDA 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə silsilə tədbirlər keçirilmişdir.

01 iyun 2016 | 16:00

1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək  barədə qərar qəbul olunub. Bundan sonra həmin gün Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Bu gün dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da qeyd olunur. Təbii ki, uşaq hüquqları da insan haqlarının ən mühüm və ayrılmaz hissələrindən biridir.

Bəllidir ki, Azərbaycanda uşaq problemlərinin həlli bu mühüm sahədə dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət uşaq siyasəti ölkəmizdə uşaqların hərtərəfli və ahəngdar inkişafının təmin edilməsinə yönəlmişdir. Ulu Öndər dəfələrlə vurğulamışdır ki, müstəqil dövlətimizdə uşaqların yüksək mənəvi-əxlaqi mühitdə, milli dəyərlər əsasında kamil tərbiyə alaraq layiqli şəxsiyyət kimi yetkinləşməsi olduqca mühüm əhəmiyyət kəsb edir.

Dövlət başçısı cənab İlham Əliyevin uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar, Heydər Əliyev Fondunun gördüyü işlər bu ənənələrin hələ uzun illər yaşayacağına və Azərbaycan körpələrinin taleyində əhəmiyyətli rol oynayacağına zəmanət verir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2008-ci il 22 dekabr tarixli Sərəncamı ilə 2009-cu ilin “Uşaq ili” elan edilməsi də Azərbaycan dövlətinin uşaqlara sonsuz qayğısının bariz təzahürü sayılmalıdır. Bu mühüm kampaniya çərçivəsində respublikamızda uşaq hüquqları sahəsində ardıcıl və məqsədyönlü xarakter daşıyan tədbirlər həyata keçirilmişdir..

Yeri gəlmişkən, uşaq hüquqlarının qorunması istiqamətində həyata keçirilən çoxşaxəli təşəbbüslərin uğurla reallaşdırılmasında Heydər Əliyev Fondu da böyük işlər görür. Fondun uşaqların intellektual və fiziki inkişafında həyata keçirdiyi mühüm layihələrin rolu danılmazdır. Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum olmuş uşaqlara diqqət və qayğı ilə yanaşır. Məhz Heydər Əliyev Fondunun təşəbbüsü ilə qaçqın və məcburi köçkün ailələrindən olan, eləcə də imkansız uşaqlara xüsusi diqqət ayrılır. Əlilliyi olan uşaqların cəmiyyətə qatılması və inteqrasiya olunması istiqamətində tədbirlər də davamlıdır.

Gələcəyimiz olan uşaqların vətənpərvər ruhda, sağlam böyüməsi istiqamətində aparılan işlər hər zaman Nəsimi rayon İcra Hakimiyyətinin diqqət mərkəzində olmuşdur. 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən xüsusi tədbirlər planı hazırlanmış, keçiriləcək tədbirlərə daha çox uşağın cəlb olunması nəzərdə tutulmuşdur.

Nəsimi rayonu ərazisində yerləşən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı Baş Səhiyyə İdarəsinin 1 saylı Körpələr Uşaq Evi  2015-ci ildə Heydər Əliyev Fondunun tərəfindən əsaslı təmir olunmuş, orada yaşayan valideyn himayəsindən məhrum olmuş uşaqların yaşaması üçün  hər cür şərait yaradılmışdır.  1iyun 2016-cı il tarixdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısı Asif Əsgərov   1 saylı Körpələr Evində olmuş,  valideyn himayəsindən məhrum olmuş uşaqlara baş çəkmiş, onların vəziyyəti ilə maraqlanmış,  uşaqlara bayram hədiyyələri təqdim edilmişdir.  Görüşdə iştirak edənlər Heydər Əliyev Fondunun Prezidenti,YUNESKO və İSESKO-nun xoş məramlı səfiri, Millət Vəkili Mehriban xanım Əliyevaya daima uşaqlara göstərdiyi diqqət və qayğıya görə dərin minnətdarlıqlarını bildirmişlər.

“1İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü ” münasibəti ilə  rayonun 11 və 268 nömrəli Xüsusi Məktəblərində təhsil alan fiziki cəhətdən qüsurlu uşaqların iştirakı ilə 268 saylı məktəbdə tədbir keçirilmişdir.

268 saylı xüsusi məktəb 1927-ci ildən fəaliyyət göstərir, 2003-cü ildə Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir edilmişdir. Məktəbdə 879 nəfər fiziki qüsurlu uşaq təhsil alır.  11 saylı xüsusi məktəb isə 1947-ci ildən fəaliyyət göstərir. Bu məktəbdə 894 nəfər fiziki qüsurlu uşaq təhsil alır. 

Tədbirdə əvvəlcə uşaqların əl işlərindən ibarət sərgiyə tamaşa edilmiş,  rəngarəng əl işləri sərgiyə gələnlərdə xoş ovqat yaratmışdır. Nəsimi rayon İcra Hakimiyyəti Başçısı Asif Əsgərov  bayram tədbirində iştirak  uşaqları salamlayaraq, “1İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü ” münasibəti ilə təbrik edərək bildirdi ki, ölkəmizdə uşaqlara xüsusi məhəbbət, xüsusi diqqət və qayğı vardır. Onların Vətənə layiqli vətəndaşlar kimi böyüməsi, cəmiyyətdə sağlam mövqe tutması üçün Azərbaycan dövləti hər cür şərait yaratmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar xalqımızın övldlarının taleyində əhəmiyyətli rol oynayacağına zəmanət verir.

Tədbir zamanı hər iki məktəbdə təhsil alan fiziki qusurlu 9 nəfər uşağa  əlil arabaları təqdim edilmişdir. 11 və 268 nömrəli Xüsusi Məktəblərində təhsil alan fiziki cəhətdən qüsurlu uşaqlar qonaqların qarşısında  rəngarəng konsert proqramı ilə çıxış etmişlər.

Tədbirdə Milli Məclisin deputatı Kamran Nəbizadə və Nəsimi rayon ictimaiyyət nümayəndələri iştirak etmişdirlər.

1İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü ” münasibəti ilə  rayon ərazisində yerləşən “KOALA”  istirahət və əyləncə mərkəzində də  uşaqlar üçün bayram tədbiri keçirilmişdir. Valideyn himayəsindən məhrum olmuş uşaqlara  nahar süfrəsi açılmış və hədiyyələr verilmişdir. Gün ərzində uşaqlar şən klounların iştirakı ilə  parkda olan müxtəlif oyun elementlərindən istifadə edərək şənlənmişlər.

Keçidlər