Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatında 15 İyun - Milli Qurtuluş Günü ilə əlaqədar “Qurtuluşdan qələbəyə” adlı tədbir keçirilib.

09 iyun 2016 | 16:00

Dünən YAP Nəsimi rayon təşkilatında 15 İyun Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirildi. Tədbiri giriş sözü ilə YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbarhimqızı açaraq xalqımızın 15 iyun 1993-cü ilə qədər keşməkeşli tarix yaşadığını qeyd edib, həmin zaman müstəqilliyin belə itirilməsi təhlükəsinin olduğunu diqqətə çatdırdı: "Azərbaycan xalqı birləşərək, ölkəni bürümüş acınacaqlı vəziyyətə qarşı məntiqli, iradəli gücünü ortaya qoyub, təkid və tələblə Ümummilli Lider Heydər Əliyevin  hakimiyyətə qayıdışını irəli sürdü və Milli Qurtuluş Günü Azərbaycanı bürümüş olan fəlakətdən, xaosdan, böhrandan xilas etdi.

M.İbrahimqızı vurğuladı  ki, həyata keçirilən uğurlu daxili və xarici siyasət, xalqın milli-mənəvi dəyərlərindən çıxış etməklə görülən işlər Heydər Əliyevi xalqımızın Milli Liderinə çevirməklə bərabər, dövlətimizi də dünyanın qabaqcıl dövlətləri sırasına yüksəltdi:"Bu gün əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kursu Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam etdirir. Son illər ölkəmizin həyatında qazanılan uğurlar cəmiyyətin bütün sahələrini əhatə edib. Prezident İlham Əliyevin məqsədyönlü siyasəti, təşkilatçılığı və təşəbbüsü sayəsində qəbul olunan qərarlar, mühüm fərman və sərəncamlar bu uğurların başlıca təminatçısıdır. 

Tədbirdə çıxış edən YAP İdarə Heyətinin üzvü, millət vəkili Eldar İbrahimov Azərbaycan dövlət müstəqilliyinin təməlinin möhkəmlənməsində Ümummilli Lider Heydər Əliyevin böyük  rolunu diqqətə çatdırdı: "15 İyun Milli Qurtuluş Günü Azərbaycan tarixinə ən mühüm hadisə olaraq daxil edilib. Əldə olunmuş müstəqilliyin təməlinin möhkəmlənməsini Ümummilli Liderin hakimiyyətə qayıdışı ilə bağlıdır. Həmin illərdəki tarixi şəraitə nəzər salan  E.İbrahimov Azərbaycanda baş verən ictimai-siyasi prosesləri diqqətə çəkdi və Heydər Əliyevin müdrik siyasəti ilə tarixi bir missiyanı - xilaskarlıq missiyasını həyata keçirdiyini bildirdi. 

Tədbirdə çıxış edən Nəsimi rayon icra hakimiyyətinin başçısı, YAP Siyasi Şurasının üzvü Asif Əsgərov bu tarixi yaradan Ümummilli Lider Heydər Əliyevin ideyalarının daim bizimlə yaşadığını söylədi. O bildirdi ki, dünya siyasətinin tanınmış siması olan Ümummilli Lider Azərbaycanı vahid bir şəkildə birləşdirərək, Öz parlaq zəkası sahəsində onun yaradıcısı və qurucusu olaraq, dövlətimizin gələcək inkişafının təməlini qoydu. Müasir dövrümüzdə Ulu Öndər Heydər  Əliyevin siyasi kursunun Azərbaycan Prezidenti İlham  Əliyev tərəfindən uğurla həyata keçirildiyin söylədi:"Bu gün Azərbaycan dünya ölkələri ilə humanitar sahədə əməkdaşlığını yüksək şəkildə davam etdirir. Dünyada tolerantlıq və multikulturalizm dəyərləri ilə tanınan Azərbaycan bu gün həm də idman ölkəsidir".

Tədbirdə çıxış edən YAP Gənclər Birliyinin sədri Seymur Orucov yüksək sürətlə inkişaf edən böyük fəxarətlə adını çəkdiyimiz Azərbaycanın yüksəlməsində və inkişaf etməsində Dahi Şəxsiyyət Heydər Əliyevin gördüyü böyük işlərdən danışdı.  O bildirdi ki, Ulu Öndər Heydər Əliyev hər bir sahəyə olduğu kimi, gənclərə də diqqət və qayğı göstərib. Bu gün isə Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev gənclərə olan diqqət və qayğısını əsirgəmir. O, həmçinin qeyd edib ki, gənclərə göstərilən diqqət və qayğı öz bəhrəsini verir. Bu gün Azərbayacan gəncləri hər sahədə öz sözünü layiqincə deyir. Gənclərimiz uğurlar qazanır və yeni-yeni layihələrə imza atır.

 

 

Keçidlər