Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonu silahlı qüvvələrə təyin olunmuş hərbi-nəqliyyat vasitələrinə texniki baxış keçirilmişdir.

25 iyun 2016 | 16:00

Azərbaycan Respublikasının “Səfərbərlik Hazırlığı və Səfərbərlik haqqında” 10 iyun 2005-ci il tarixli 923-IIQ nömrəli qanununa uyğun olaraq Səfərbərlik zamanı və müharibə dövründə Azərbaycan Respublikası Silahlı Qüvvələrinə və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun yaradılmış başqa silahlı birləşmələrə təyin olunan hərbi nəqliyyat vasitələrinə texniki baxış keçirilmişdir.

Texniki baxışa aşağıdakı idarə və müəssisələrdən:

 

-         Bakı Metropoliteni QSC-dən – 18 ədəd,

-         Azərişıq ASC-dən – 14 ədəd,

-         Nəsimi rayon MKTB-dən – 10 ədəd,

-         Bakı Şəhər İşığı EŞM-dən – 10 ədəd,

-         Lifttəmir İB-dən – 2 ədəd

 

olmaqla ümumilikdə  48 ədəd yük texnikası, 3 ədəd minik avtomobili, 3 ədəd avtobus çıxarılmışdır.

Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon  İdarəsinin rəisi polkovnik-leytenant Kənan Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatının şöbə rəisi mayor Yasin Aşurov və Nəsimi rayon İcra Hakimiyyətinin şöbə müdiri Zahid Xəlilov çıxış edərək tədbirin əhəmiyyəti və texniki vasitələrin hər an hazır vəziyyətdə olması üçün müvafiq tədbirlərin görülməsini bildirmişlər.  

Çıxışlardan sonra mütəxəssislərin iştirakı ilə nəqliyyat vasitələrinə texniki baxış keçirilmişdir.

Tədbirdə Müdafiə Nazirliyinin N saylı korpusunun nümayəndəsi mayor Qeybulla Həmidov, Dövlət Sərhəd Xidmətinin nümayəndəsi kapitan Emin Orucov, Nəsimi rayon Polis İdarəsinin DYP şöbəsinin inspektoru polis baş leytenantı Rəşad Nağıyev və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon  İdarəsinin şəxsi heyəti iştirak etmişlər.

 

Keçidlər