Azərbaycan Dövlət Neft və Sənaye Universitetində 96-cı məzun günü təntənə ilə qeyd edilib.
28 iyunda keçirilən tədbirdə 2015/2016-cı tədris ilinin məzunları, universitetin müəllim və tələbə heyəti, media nümayəndələri və rəsmi qonaqlar iştirak edirdilər. Universitetin rektoru Mustafa Babanlı tədbiri giriş sözü ilə açaraq Azərbaycanın bu günü və gələcəyi naminə atılan addımlardan danışaraq bütün bunların Azərbaycan dövlətinin inkişafına hesablandığını qeyd etmişdir. M.Babanlı bildirmişdir ki, bu il universiteti 33 ixtisas üzrə 1600 tələbə bakalavr pilləsini başa vurur. Bunlardan 126 nəfər fərqlənmə diplomuna layiq görülüb. Magistraturanı başa vuran 354 tələbənin 159-u tədrisi fərqlənmə diplomu ilə bitirir. Rektor universiteti bitirən gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayaraq və öz tövsiyələrini vermişdir.
Sonra Nəsimi rayon İcra Hakimiyyətnin Başçısı Asif Əsgərov, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşiklatının sədri, millət vəkili Məlahət İbrahimqızı, millət vəkili, professor Hüseynbala Mirələmov tələbələri təbrik etmiş, onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışlar.
Tədbirdə fərqlənmə diplomları verilmiş, ən yaxşı məzunların adları kötüyə həkk olunmuşdur. “Mənim mühazirəm” layihəsinin IV kurs və magistratura üzrə qaliblərə sertifikatlar verilmişdir.
2015/2016-cı tədris ilinin yaz semestrinin imtahan sessiyasının nəticələrinə görə IV kurslar arasında “Ən yaxşı qrup ” nominasiyasının qalibi 600.2T qrupa sertifikat verilmişdir.
Sonra Universitetin Qaz-neft mədən fakültəsinin 203.2 qrup tələbəsi Gulay Məmiyeva, Geoloji –kəşfiyyat fakültəsinin 145.2 qrup tələbəsi Bəxtiyar Məmmədli, Magistratura bölməsinin A6224 qrup tələbəsi Aydan Əlibəyli çıxış edərək gələcək planlarından danışdılar.
0