Şriftin ölçüsü :

Saytın rəngi :

8 Noyabr – Zəfər Günü ərəfəsində Nəsimi rayonunda növbəti Əmək Yarmarkası keçirilib.

07 noyabr 2025 | 11:00

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən işsiz və işaxtaran şəxslər üçün Nəsimi rayonu ərazisində fəaliyyət göstərən Nizami Kino Mərkəzinin inzibati binasında növbəti əmək yarmarkası təşkil edilib. 

Bakı Regional Məşğulluq filialı tərəfindən keçirilən aktiv məşğulluq tədbirində 35 müəssisə tərəfindən 330 vakansiya iş yeri təqdim edilib, işsiz və işaxtaran şəxslərə işəgötürənlərlə əlaqə qurmaq və boş iş yerləri ilə tanış olmaq imkanı yaradılıb.

Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən aktiv iş axtarışında olan rayon sakinləri yarmarkaya dəvət olunmuş, onlar müvafiq vakant iş yerləri ilə  tanış olmuşlar.

Tədbirdə vakansiyalara müraciət edən şəxslərin CV-ləri qəbul edilib, uyğun namizədlər növbəti mərhələyə dəvət olunublar.

Keçidlər