8 Noyabr Zəfər Günü münasibətilə rayon ərazisində hazırlıq işləri həyata keçirilib.
03 noyabr 2023 | 10:27
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır.
Bununla əlaqədar 8 Noyabr Zəfər Günü münasibətilə respublikanın hər yerində olduğu kimi Nəsimi rayonunda da bir sıra mərkəzi küçə və prospektlərdə binaların fasadları və eyvanlarına Azərbaycan Respublikasının Dövlət Bayrağı asılmış və xüsusi banerlər quraşdırılmışdır.