Nəsimi rayon məktəbliləri Qəbələ rayonundakı “Sərhədçi” yay istirahət düşərgəsinə yola düşdülər
13 iyul 2016 | 16:00
Məktəbli gənclərin Vətən sərhədlərinə və sərhədçi peşəsinə hörmət ruhunda tərbiyə olunması məqsədi ilə Nəsimi rayon İcra Hakimiyyəti Dövlət Sərhəd Xidməti ilə birlikdə yeni layihənin həyata keçirilməsinə başlamışdır. Belə ki, Nəsimi rayonundakı orta məktəblərin 9-11-ci sinif şagirdləri üçün Şəki Sərhəd Dəstəsinin “Laza” sərhəd zastavasının bazasında “Sərhədçi” yay istirahət düşərgəsi təşkil olunmuşdur.
İyul ayının 13-də məktəblilər Nəsimi Rayon İcra Hakimiyyətinin qaşısında toplaşmış, daha sonra Ümummilli Lder Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyduqdan sonra Qəbələyə “Sərhədçi” yay istirahət düşərgəsinə yola düşdülər.