Şriftin ölçüsü :

Saytın rəngi :

Türkiyə Respublikasının İzmit Bələdiyyəsi nümayəndə heyəti Nəsimi rayon İcra Hakimiyyətində olmuşlar.

15 iyul 2016 | 16:00

Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Respublikasının İzmit Bələdiyyəsinin nümayəndə heyəti Nəsimi rayon İcra Hakimiyyətində olmuşlar. Əvvəlcə qonaqlar Ümummilli lider Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanında şəhidlərin məzarını və orada dəfn olunan türk əsgərlərinin məzarlarını, daha sonra Mustafa Kamal Atatürkün abidəsini ziyarət etmişlər.

 Nümayəndə heyətini qəbul edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov ilk öncə qonaqları salamlamış, paytaxtımızın mərkəzi rayonu olan Nəsimi rayonunun  tarixi, coğrafi mövqeyi, burada yerləşən inzibati, sənaye, sosial, mədəniyyət, turizm obyektləri barədə ətraflı məlumat vermişdir. Asif Əsgərov son illərdə Azərbaycanda əldə olunmuş nailiyyətlər, sosial-iqtisadi inkişafdan, həyata keçirilən yeni layihələrdən, o cümlədən Nəsimi rayonunda görülən işlərdən danışmış, bu nailiyyətlərin qazanılmasında Ulu öndər Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin böyük rolunu qeyd etmişdir.  Ölkələrimiz və xalqlarımız arasında mövcud olan dostluq və qardaşlıq əlaqələrinin, xalqlarımızın biri birinə nə qədər yaxın olmasını vurğulayan natiq Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsindən, onun xalqımıza gətirdiyi bəlalardan söz açmışdır.

Ölkəmizdə səfərdən mənmunluq hissi keçirdiyini deyən İzmit Bələdiyyəsinin başçısı cənab Nevzat Doğan Azərbaycanın inkişafından qürür duyduğunu söylədi. O, təmsil etdiyi bələdiyyə ilə Bakı şəhəri Nəsimi bələdiyyəsi arasında yaradılmış dostluq və qardaşlıq münasibətlərinin vacibliyindən danışdı.

Sonra millət vəkili Cəmil Yaman və digər çıxış edənlər Ulu öndər Heydər Əliyevin “Bir millət iki dövlət” kəlamını xatırlayaraq bu dostluğun davam etdirilməsinin vacibliyini vurğulamışlar. 

Səfər zamanı qonaqlar Bayraq Meydanı Kompleksi,  Heydər Əliyev Mərkəzi ilə və şəhərimizin görməli yerləri ilə tanış olmuşlar.  

Keçidlər