Şriftin ölçüsü :

Saytın rəngi :

“Gənc İlhamçılar” Qubaya istirahətə göndərilmişdir.

18 iyul 2016 | 16:00

Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən məktəblilərin yay istirahət düşərgələrində istirahətlərinin təşkili davam etdirilməkdədir. Nəsimi rayon məktəbliləri 13-19 iyul tarixlərdə Qəbələ rayonunda “Sərhədçi” yay  düşərgəsində istirahət edirlər. Növbəti düşərgə - “Gənc İlhamçılar” yay istirahət düşərgəsi Quba şəhərində təşkil olunmuşdur.

Yeniyetmə və gənclərin yay istirahətinin səmərəli keçirilməsi məqsədilə yaradılmış “Gənc İlhamçılar” düşərgəsində istirahət edəcək məktəblilərin Quba rayonuna yola salınma mərasimi  «Zabitlər» parkında təşkil olunmuşdur.  Quba şəhərində yaradılmış  yay istirahət düşərgəsinə rayonun Qarabağ müharibəsi əlilləri və veteranlarının, aztəminatlı və imkansız ailələrin uşaqları, təhsildə və idmanda fərqlənən şagirdlər ümumilikdə 150  yeniyetmə-məktəbli yola salınmışdır.
   Nəsimi rayon rəhbərliyi, düşərgəyə yollanan məktəblilərinin, onların valideynlərinin, rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə «Zabitlər» parkında təşkil olunan yolasalma mərasimində çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov ölkə başçısı cənab İlham Əliyevin yeniyetmə və gənclərimizin sağlam böyüməsi, gənc nəslin vətənə məhəbbət, Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunması istiqamətində gördüyü işlərdən, Heydər Əliyev Fondunun Prezidenti, Millət vəkili Mehriban xanım Əliyevanın   uşaq və yeniyetmələrə olan diqqət və qayğıdan, bu istiqamətdə həyata keçirdiyi layihələrdən, o cümlədən  Nəsimi rayonunda görülən işlər və həyata keçirilən layihələrdən danışmış, uşaqlara şən və yaddaqalan istirahət arzulamışdır. Bildirilmişdir ki, düşərgənin fəaliyyəti Nəsimi RİH-nin diqqət mərkəzində olacaq, burada istirahət üçün hər cür şərait yaradılmışdır.  
      Quba şəhərində yaradılmış “Gənc İlhamçılar” ilə bağlı düşərgənin Nəsimi RİH tərəfindən bir sıra təşkilati işlər həyata keçirilmiş, istirahətə göndərilən uşaqlar və onların valideynləri, düşərgədə çalışacaq dəstə rəhbərləri ilə görüş keçirərək düşərgə, burada istirahətin təşkili, daxili qaydalar, keçiriləcək tədbirlər barədə onlara ətraflı məlumat verilmişdir.

Düşərgədə yeniyetmələr hər gün yüksək kalorili yeməklə, təzə meyvə və tərəvəz, süd məhsulları ilə təmin olunacaq,  istirahət günlərində şagirdlərin Qubanın görməli yerlərinə, meşələrə, rayonun tarixi guşələrinə gəzintiləri təşkil ediləcək.
Müdafiə Nazirliyinin  Təlim Tədris Mərkəzinin hərbi orkestrinin  marş sədaları altında yeniyetmələr valideynləri ilə görüşüb avtobuslara əyləşmiş və Qubaya yola düşmüşlər.

Yola düşməzdən əvvəl “Gənc İlhamçılar” Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə çiçək dəstələri düzmüşlər.

Keçidlər