Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov I qrup gözdən əlil, Qarabağ veteranı ailəsində qonaq olmuşdur.

04 avqust 2016 | 16:00

Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov  yeni mənzilə köçməkləri münasibəti ilə Əlişir Mirzəyevi və ailəsini təbrik etmiş və xoş arzularını bildirmişdir. Nəsimi rayon sakini, I qrup gözdən əlil, Qarabağ veteranı Əlişir Mirzəyev bildirdi ki, 1994-cü ildən mənzil növbəsində idi. 2015-ci il dekabr ayının 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Nərimanov rayonunda gözdən əlillər üçün  istifadəyə verilən yaşayış binasında 3 otaqlı tam təmirli mənzillə təmin olunmuşdur. 132 mənzildən ibarət olan binada gözdən əlillər üçün xüsusi layihə əsasında məişət şəraiti yaradılmışdır. Onların əl və ayaqla hiss etmələrinin asanlaşdırılması üçün müvafiq yerlərdə xüsusi tikinti materiallarından və işarələrdən istifadə olunub. Mənzillərin hamısı təmir olunmuş, bütün lazımi şərait yaradılmışdır.

Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov bildirdi ki, gözdən əlil vətəndaşlarımızın evlə təmin olunması  ölkəmizdə aparılan güclü sosial siyasətin əlamətidir. Çünki, dövlət qayğısına ehtiyacı olan bütün vətəndaşlar dövlət tərəfindən dəstəklənir.Son illər ərzində müharibə əlilləri, şəhid ailələri üçün minlərlə evlər tikilib və bu ailələr evlərlə  təmin edilir, həmçinin bir çox ailələrə minik avtomobillləri də  verilmişdir. Bu tədbirlər Prezident İlham Əliyevin  sosial siyasətini əks etdirir, eyni zamanda, onu göstərir ki, xalq üçün, dövlət üçün böyük xidmətlər göstərmiş insanlara, fiziki qüsurlu insanlara Prezidetimiz  tərəfindən daim diqqət göstərilir.

Bildirilmişdir ki, son illərdə Azərbaycanın iqtisadi həyatında mühüm nailiyyətlərin əldə edilməsi ilə yanaşı, əhalinin sosial müdafiəsinin daha da möhkəmləndirilməsi istiqamətində vacib tədbirlər həyata keçirilir. Ölkəmizin davamlı tərəqqisi sosial müdafiəyə daha çox ehtiyacı olan təbəqənin zəruri tələbatlarını ödəmək üçün yeni imkanlar yaradır. Bu baxımdan əlil insanların mənzil-məişət şəraitinin yaxşılaşdırılması Azərbaycan Prezidentinin fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir.

Əlişir Mirzəyev və  ailəsi mənzillə təmin olunduqları üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişdir. Qarabağ veteranı bildirmişdir ki, hal-hazırda ən böyük arzusu övladları ilə birlikdə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Bayrağını Qarabağda − Şuşada ucaltmaqdır.

Keçidlər