Narkotik vasitələrin məhv edilməsi
15 avqust 2016 | 16:00
Nəsimi rayon İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən "Müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların məhv edilməsi üzrə Komissiya"nın sədri Rauf Qasımov və üzvləri Rüstəm Alıyev, Ramin Mehdiyev, İlham Həsənov, Vəfa Həsənbəyli və Rəşad Cəfərov iştirakı ilə vətəndaşlardan müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların məhv edilməsi 15.08.2016-cı ildə rayon polis idarəsinin 20-ci polis bölməsində baş tutmuşdur. Ümumi çəkisi 940,406 qram olan narkotik vasitənin – 9,236 qramı heroin, 916,668 qramı marixuana, 23,738 qramı tiryək olub.