Ukrayna Prezidenti Petro Poroşenko iyulun 14-də görkəmli şair Taras Şevçenkonun Bakı şəhəri Nəsimi rayonunda ucaldılmış abidəsini ziyarət edib.
14 iyul 2016 | 16:00
Ukrayna dövlətinin başçısı görkəmli şairin xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoyub.
Burada Prezident Petro Poroşenko Azərbaycandakı Ukrayna diasporunun nümayəndələri ilə səmimi söhbət edib, onlarla xatirə şəkli çəkdirib.