Həmrəy olaq. HƏ deyək.
Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun Nəsimi rayon şöbəsi təbliğat-təşviqat kampaniyası çərçivəsində rayon seçiciləri ilə görüş keçirdi.
Tədbiri giriş sözü ilə açan YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı Azərbaycanın demokratik prinsiplər əsasında inkişafı və bu istiqamətdə dövlət tərəfindən yürüdülən siyasətə nəzər salıb, müasir dövrün çağırışlarına cavab olaraq, Azərbaycanın müstəqillik atributlarından olan konstitusiyada ediləcək əlavə və dəyişikliklərin zəruriliyini vurğuladı. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasətin təkcə tarixə çevrilmiş nailiyyətlərimizin deyil, həm də gələcək uğurların həlledici əsasıdır. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən ölkə başçısının hər addımı Azərbaycanın işıqlı gələcəyinə doğrudur. Ölkədə sabitlik, əmin-amanlıq, dinclik, insanların təhlükəsizliyi təmin edilib. Bütün bu reallıqlar Prezident İlham Əliyevin fəaliyyətinin nailiyyətləridir və gerçəklik ölkə başçısına ümumxalq etimadını əhəmiyyətli dərəcədə gücləndirib".
M.İbrahimqızı Nəsimi rayon seçicilərinin hər zaman fəal olduğunu və növbəti referendumda da fəallıq göstərəcəklərinə əminliyini ifadə etdi.
Tədbirdə çıxış edən millət vəkili Kamaləddin Qafarov konstitusiyaya nəzərdə tutulan dəyişiklik və əlavələrin tarixi zəruriliyindən danışaraq, təklif edilən əlavə və dəyişikliklərin bir çox istiqamətlərinin əhatə etdiyini bildirdi.
Görüşdə çıxış edən YAP Nəsimi rayon təşkilatının şura üzvü, Azərbaycan Tibb Univesitetinin ərazi ilk partiya təşkilatının sədri Sabir Əliyev, Nəsimi rayon Ağbirçəklər Şurasının sədri Zərifə Quliyeva Azərbaycan Prezidenti İlham Əliyevin siyasəti sayəsində həyata keçirilən yeniləşmə və müasirləşmə nəticəsində Azərbaycanın tamamilə yeni görkəm aldığını bildirirək, konstitusiyaya nəzərdə tutulan dəyişiklik və əlavələrin tarixi zəruriliyindən danışdılar.
Nəsimi rayonunun ictimai-siyasi cəhətdən fəal rayonlardan biri olduğunu və hər zaman haqqa, ədalətə, real işlərin həyata keçrilməsinə dəstək verdiyini bildirərək, 26 sentyabr tarixində keçiriləcək referendumda fəal iştirak edəcəklərinə əmin olduqlarını söylədilər.