YAP Nəsimi rayon təşkilatının Qərargahında 26 Sentyabr 2016-cı il tarixində keçiriləcək Referendumla əlaqədar təbliğat-təşviqat kampaniyası çərçivəsində Nəsimi rayonunun bir qrup fəal qadınları ilə görüş keçirilmişdir.
Məlumdur ki, qadınlar cəmiyyətimizin aparıcı qüvvəsidir. Yeni Azərbaycan Partiyası sıralarında birləşən on minlərlə qadın cəmiyyətimizdə nüfuza sahibdirlər və bu vəzifələrin öhdəsindən layiqincə gəlmək iqtidarındadırlar.
Cəmiyyəti qadınlarsız təsəvvür etmək mümkün olmadığı kimi, bugünkü Azərbaycan cəmiyyətində özünə möhkəm yer tutmuş Yeni Azərbaycan Partiyasını da qadınlarsız təsəvvür etmək mümkün deyil. Qadınların partiyada fəallığı hər şeydən əvvəl onların ictimai-siyasi fəallığı ilə əlaqədardır. Bu məqsədlə, YAP Nəsimi rayon təşkilatının Qərargahında 26 Sentyabr 2016-cı il tarixində keçiriləcək Referendumla əlaqədar təbliğat-təşviqat kampaniyası çərçivəsində Nəsimi rayonunun bir qrup fəal qadınları ilə görüş keçirilmişdir.
Görüşdə çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı ilk olaraq Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında ümümxalq səsverməsinin (Referendum) keçirilməsi məqsədi ilə sərəncamı və Referendum Aktının layihəsinin mahiyyəti haqqında geniş məlumat verdi.
Daha sonra M.İbrahimqızı Azərbaycanda həyata keçrilən hüquqi, demokratik islahatlardan və iqtisadi uğurlardan söz açdı. O, ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı quruculuq-abadlıq işlərindən danışaraq əhalinin sosial rifah halının yaxşılaşdırılmasına xidmət edən islahatları diqqətə çatdırdı. Sədr qeyd etdi ki, əldə olunan nailiyyətlərin inkişaf etdirilməsi ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasəti nəticəsində mümkün olub.
Görüşdə çıxış üçün söz alan YAP Nəsimi rayon təşkilatı Qadınlar Şurasının sədri Gülarə Verdiyeva bildirib ki, ölkəmizin sürətlə inkişaf etməsini nəzərə alsaq indi də növbəti referendumun keçirilməsi və dəyişikliklərin edilməsinin zəruriliyinin bir daha şahidi olarıq. Dəyişikliklərədə insan hüquq və azadlıqlarının qorunması, təhlükəsizlik sisteminin möhkəmləndirilməsi, vətəndaşların müraciətlərinə baxılması, dövlət və bələdiyyə qurumlarından, onların hərəkət və hərəkətsizliyindən vətəndaşın şikayət etmək hüququ əksini tapıb.
Görüşdə çıxış edən YAP Qadınlar Şurası İdarə Heyətinin üzvü Zərifə Quliyeva Referendum Aktı lahiyəsində edilmiş dəyişikliklərə nəzər salaraq bu dəyişikliklər hazırlanan zaman qabaqcıl ölkələrin təcrübəsinin nəzərdən keçirildiyini bildirib. Z.Quliyeva vurğulayıb ki, Prezidentimizin müvafiq sərəncamına əsasən Konstitusiyamıza təklif olunan əlavə və dəyişikliklərin xalqımızın gələcəyi üçün zəruri olduğunu hər birimiz çox yaxşı dərk edirik. Çünki əsas niyyət milli, dövlət maraqlarının qorunması və reallaşması üçün müasir iqtisadi və siyasi mexanizmlərin təmin edilməsidir.
Tədbirdə iştirak edən Nəsimi rayonunun fəal qadın seçiciləri çıxış edərək daim ölkə Prezidentinin ətrafında sıx birləşdiklərini, onun siyasətini dəstəklədiklərini vurğulayaraq, 26 sentyabrda səs verərək Referendum Aktı lahiyəsini dəstəkləyəcəklərini bildirdilər.