Nəsimi rayonunda 15 sentyabr "Bilik günü" böyük təntənə ilə qeyd olundu.
15 sentyabr Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 avqust 2004-cü il tarixli fərmanı ilə Azərbaycanda Bilik Günü kimi qeyd edilir. Buna əsasən bütün təhsil müəssisələrində 15 sentyabr Bilik günü qeyd edilir. Keçirilən tədbirlərdə məktəblərin müəllim və şagird kollektivləri, valideynlər, Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndələri və digər qonaqlar iştirak edirdi. Tədbirlərdə yeni dərs ilinin başlanması və "Bilik günü" münasibətilə şagirdlər və onların valideynləri təbrik edilmiş, məktəb kollektivlərinin yeni tədris ilinə tam hazır olduğu bildirilmişdi. Məktəb rəhbərlikləri 2015-2016-cı tədris ilində məktəblərin məzunlarının uğurlu nəticələrini tədbir iştirakçılarının nəzərlərinə çatdırmışdırlar. “Bilik Günü”nə həsr edilmiş bayramlarda məktəbə yeni qədəm qoyan birincilər üçün bayram proqramları göstərilmişdir.