Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Referendum üzrə “Yeni Azərbaycan” Təşviqat Qrupunun Nəsimi rayon şöbəsi tərəfindən təbliğat-təşviqat kampaniyası çərçivəsində açıq havada rayon seçiciləri ilə görüş keçirilib.

23 sentyabr 2016 | 16:00

Tədbirdə çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı bildirib ki, bu gün mövcud iqtidarın monolit birliyi nəticəsində milli liderimizin qurub-yaratdığı azad, müstəqil, demokratik Azərbaycan onun müəyyən etdiyi strateji xəttlə inamla getməkdə, inkişafını davam etdirməkdədir:

Bu xətti əzmlə irəli aparan isə Ulu Öndərin layiqli varisi, praqmatik dövlət xadimi, dünya miqyasında böyük hörmət və nüfuza malik möhtərəm Prezidentimiz cənab İlham Əliyevdir.Möhtərəm Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində ulu öndər Heydər Əliyevin siyasi kursunun həyata keçirilməsində, ölkəmizin hərtərəfli inkişafında mühüm uğurlar qazanılmaqdadır.Azərbaycanda baş verən sürətli demokratik dəyişikliklər, vətəndaşların siyasi şüur səviyyəsinin yüksəlməsi, işgüzarlığının artması, şəxsiyyət və dövlət arasında qarşılıqlı əlaqənin köklü surətdə dəyişməsi, vətəndaşların şəxsiyyətinin qorunmasının təmin edilməsi, insan hüquq və azadlıqlarının ali dəyər sayılması, dövlətin hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verməsi keyfiyyətcə yeni səviyyəyə yüksəlib.

Bütün bunlar demokratiyanın, iqtisadi-sosial yüksəlişin nəticəsidir. Ölkəmizin davamlı inkişafı, onun ildən-ilə Avropaya və dünyaya inteqrasiya olunması Konstitusiyada bir sıra mütərəqqi dəyişikliklər edilməsi zərurətini yenidən meydana gətirib. Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2016-cı il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsi ümumxalq səsverməsinə (referenduma) çıxarılıb“.

M.İbrahimqızı qeyd edib ki, möhtərəm prezidentimizi cənab İlham Əliyevin təklif etdiyi referendum aktı layihəsi üzrə edilən əlavə və dəyişikliklər ölkəmizin sivil və modern inkişafına, demokratiyanın dərinləşməsinə, vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu prosesinin güclənməsinə, iqtisadi tərəqqi və sosial-iqtisadi yüksəlişə geniş yol açacaq:

Konsti­tu­si­ya­ya pre­zi­dentlik insti­tu­tu­nun güc­lən­di­ril­mə­si ilə bağ­lı tək­lif olu­nan də­yi­şik­lik­lər öl­kə­də si­ya­si sis­te­min sa­bit­li­yi­nin tə­min edil­mə­si­nə, döv­lət ida­rə­et­mə apa­ra­tın­da sə­mə­rə­li ida­rə­çi­lik və çe­vik qə­rar qə­bul et­mə me­xa­niz­mi­nin for­ma­laş­dı­rıl­ma­sı­na xid­mət edir. Çevik qərarların qəbul olunaraq icra edilməsi, səmərəli fəaliyyət göstərilməsi, xüsusilə iqtisadi islahatların davamlılığının təmin edilməsi idarəetmədə yeni keyfiyyət dəyişiklikləri yaradacaq“.

Tədbirdə çıxış edən “Yeni Azərbaycan” təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, Referendum Aktının layihəsində vətəndaşları maraqlandıran çoxsaylı məsələlər əks olunub. Bu layihə geniş spektri əhatə etməklə özündə ən aktual məsələləri cəmləşdirir:

“Hazırda regionda və dünyada olduqca mürəkkəb proseslər baş verir və bunlar milli dövlətlərin mövcudluğuna ciddi təhdidlər yaradır. Referendum Aktının layihəsində təhlükəsizlik məsələlərinin yer alması milli dövlətimizin təhlükəsizliyinin təmin olunması baxımından böyük əhəmiyyət daşıyır. Məlumdur ki, Azərbaycan hüquqi dövlətdir və ölkə Konstitusiyasının üçdə biri insan və vətəndaş hüquq və azadlıqlarına həsr olunub. Amma o da məlumdur ki, hazırkı mərhələdə bir sıra hallarda hüquqdan sui-istifadə edilməsi halları müşahidə edilir. Bu, təkcə vətəndaşlar səviyyəsində baş vermir, bu cür hallara milli dövlətlərin iradəsinə hüquqdan sui-istifadə edərək təzyiq göstərən ayrı-ayrı mərkəzlər tərəfindən də yol verilir. Məhz hüquqdan sui-istifadəni qadağan edən  bir maddənin Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini tapması hüquqi cəmiyyətin inkişafına töhfə verəcək, həm də dövlətin hüquq sistemini yeni keyfiyyət mərhələsinə daşıyacaq”.

Tədbir sonra musiqili konsert proqramı ilə davam edib.

Keçidlər