Səfir Alper Coşqun Nəsimi rayon İcra Hakimiyyətində
Türkiyə Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Alper Çoşkunun Azərbaycanda diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar
Nəsimi rayon İcra Hakimiyyətində vida mərasimi keçirilib.
Görüş zamanı Azərbaycan və Türkiyə dövlətləri arasında olan dostluq və qardaşlıq əlaqələrinin möhkəmliyini vurğulayan Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov mövcud əməkdaşlığı xüsusilə yüksək qiymətləndirib.
Səfir Alper Coşqun Azərbaycanda diplomatik fəaliyyətinin uğurla həyata keçirilməsi zamanı iki ölkə arasında olan əməkdaşlıq əlaqələrinin qurulmasında göstərilən dəstəyə görə təşəkkürünü bildirib. 4 il ölkəmizdə fəaliyyət göstərən səfir bildirib ki, bu müddət ərzində vəzifəsini icra etməklə yanaşı, qəlbində Azərbaycana böyük hörmət və məhəbbət hissi formalaşıb.
Daha sonra Asif Əsgərov səfir Alper Çoşquna iki ölkə arasında əlaqələrin inkişafına verdiyi töhfəsinə görə minnətdarlığını ifadə edib və ona gələcək diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Görüş zamanı Səfir Alper Coşquna Qədim Bakının mənzərəsini əks etdirən rəsm əsəri xatirə olaraq hədiyyə edilmişdir.