Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının təhsil işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

05 oktyabr 2016 | 16:00

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə aşağıdakı təhsil işçiləri “Tərəqqi” medalı ilə təltif edilsinlər:

 

Əliyeva Fəridə Ənvər qızı – 23 saylı tam orta məktəb

Hacılı Sona Qənbər qızı - 9 saylı tam orta məktəb

İbrahimova Fəxriyyə Ənvər qızı - 14 saylı tam orta məktəb

Talıbova Pərvanə Şükür qızı – 35 saylı tam orta məktəb

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 oktyabr, 2016-cı il.

------------------------------------------------------------------------------------------------

Azərbaycan Respublikasının təhsil işçilərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə aşağıdakı təhsil işçilərinə Azərbaycan Respublikasının fəxri adları verilsin:

 

“Əməkdar müəllim”

Abdullayev Anzor Abuzər oğlu – 54 saylı tam orta məktəb

Şahbazov Rafət Məmmədəli oğlu – BSU nəzdində məktəb-lisey kompleksi

Şerbakova Lidiya Fyodorovna - 1 nömrəli tam orta məktəb

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 oktyabr, 2016-cı il.

Keçidlər