Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonu üzrə 2016-cı ilin üçüncü rübü ərzində görülmüş işlər haqqında

13 oktyabr 2016 | 16:00

Oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin 9 ayın sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

Cari ilin sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş Nazirlər Kabinetinin iclası transmilli enerji və kommunikasiya layihələrinin əsas təminatçılarından birinə çevrilən, demokratikləşmə yolunda atdığı ardıcıl addımlarla Cənubi Qafqazın ən nüfuzlu ölkəsi kimi tanınanrespublikamızın inamla inkişaf etdiyini göstərdi. Bir çox dünya ölkələrində qlobal maliyyə-iqtisadi böhranın ciddi təsirlərinin müşahidə olunduğu bir şəraitdə Azərbaycanda xalqın rifahinin yüksəldilməsinə yönəlmiş sosial-iqtisadi siyasət ötən doqquz ayda da öz müsbət nəticələrini verib.

Bu dövrdə qeyri-neft sektoru 3,6 faiz, kənd təsərrüfatı 2,4 faiz artıb. Sənaye potensialımız 0,2 faiz artmışdır.

Cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi altında  ölkədə işsizlik probleminin həlli, yeni sosial infrastruktur obyektlərinin – təhsil, mədəniyyət, səhiyyə, rabitə müəssisələrinin qısa müddət ərzində tikilərək istifadəyə verilməsi, yeni yolların, su, qaz, elektrik, rabitə xətlərinin çəkilişi son nəticədə Azərbaycan insanının mədəni-əxlaqi dəyərlərin cəmiyyətimizdə əsas meyara çevrilməsinə xidmət  göstərir. Sosial layihələr uğurla icra edilir. Mənzil İnşaat Dövlət Agentliyi öz işinə başlayıb. Yasamal rayonunda böyük tikiti layihəsi icra olunur və sosial mənzillərin tikilməsi prosesi gedir. Bu qurumun əsas vəzifəsi aztəminatlı ailələrə əlverişli şərtlərlə mənzillərin verilməsidir. Eyni zamanda bu proses kütləvi xarakter alandan sonra bunun inşaat və tikinti materialları istehsalı sektorlarına çox müsbət təsiri olacaq.

Ötən müddətdə 29 məktəb tikilib, 485 məktəbdə təmir işləri aparılıb, 33 səhiyyə obyekti inşa olunub, təmir edilib. Böyük yol layihələri, kənd yolları layihələri icra edilib. Bu müddətdə 154 min iş yeri açılıb ki, onlardan da 121 mini daimidir. Bütün bunlar ölkədə həyata keçirilən çoxşaxəli dövlət siyasətinin əsasında insan və şəxsiyyət amilinin dayandığını bir  daha təsdiqləyir.

Prezident İlham Əliyev cari ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş  iclasda bildirib: “Biz bu il çox ciddi iqtisadi islahatlar aparmışıq və bu islahatlar artıq öz nəticələrini verməkdədir.

İdarəetmə istiqamətində, digər sahələrdə, ixracı stimullaşdırmaq, idxaldan asılılığı azaltmaq üçün bir çox önəmli qərar və sərəncamlar qəbul edildi, imzalandı. Beləliklə, əminəm ki, gələn il həm idxalın azalması, həm ixracın artırılması istiqamətində çox yaxşı nəticələr olacaq.

Apardığımız islahatlar dünyanın aparıcı iqtisadi mərkəzləri tərəfindən də yüksək qiymətləndirilir. Bu yaxınlarda dünyanın bir nömrəli iqtisadi forumu Davos Dünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətinə görə dünyada 37-ci yerə layiq görmüşdür. Keçən il biz 40-cı yerdə idik, o da çox gözəl göstəricidir. Baxmayaraq ki, bu il dünyada böhran yaşanır və bizdən də yan keçməyib, Azərbaycan iqtisadiyyatı daha da yüksək qiymət alıb. 37-ci yerdə olmaq dünya miqyasında çox böyük və hesab edirəm  ki, tarixi göstəricidir. MDB məkanında biz, həmişə olduğu kimi, birinciyik və bu liderliyi saxlayırıq”.   

9 ay ərzində əldə edilən uğurlar xarici siyəsət sahəsində və beynəlxalq miqyasda görülən ardıcıl tədbirlərin nəticəsidir.

Bu gün Azərbaycanda inkişaf və sabitlik var. Üstünlüyümüz ondan ibarətdir ki, həmişə öz yolumuzla gedirik, öz siyasətimizi aparırıq. Avropa ilə çox sıx əlaqələr qura bilmişik.

Ölkəmizdə 5-ci Bakı Beynəlxalq Humanitar Forum, Ümumdünya Şahmat Olimpiadası, Roma Papası Fransiskin səfəri kimi möhtəbər beynəlxalq tədbirlər keçirilmişdir. Xüsusi ilə digər beynəlxalq tədbir – BMT-nin Sivilizasiyalar Alyansının Yeddinci Qlobal Forumunun Azərbaycan keçirilməsi bu sahədə görülən işlərə dünya tərəfindən verilən böyük qiymət idi.

Bu il 20-dən çox dövlət, hökumət başçısı Azərbaycanda səfərlərdə olub. Azərbaycan Prezidenti 14 xarici səfər edib.

Sentyabr ayının 26-sında Böyük əhəmiyyət daşıyan Referendum  keçirilmiş, müşahidə aparan beynəlxalq qurumlar, xüsusi ilə Avropa Şurasi Parlament Assambleyasının nümayəndələri Referenduma çox yüksək qiymət vermiş, demokratik, ədalətli, tam şəffaf keçən Referendumda Azərbaycan xalqı təklif olunan dəyişikliklərə öz dəstəyini bildirmişdir.

Bu il beynəlxalq mövqelərimiz möhkəmlənib. Bir çox beynəlxalq təşkilatlardan Azərbaycana dəstək nümayiş etdirilib. İslam Əməkdaşlıq Təşkilatının zirvə görüşündə kontakt qrupu yaradılaraq Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olunub.

Qoşulmama Hərəkatının zirvə görüşündə Azərbaycanın suvenirliyi, ərazi bütövlüyü çərçivəsində həll edilməsi haqqında qərar qəbul edildi. Avropa Parlamenti tərəfindən səslənən rəsmi bəyanat Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çox ədalətli mövqe nümayiş etdirdi.

Bu il aprel ayında Azərbaycan çox böyük hərbi qələbə əldə etmişdir. Aprel döyüşündən sonra vasitəçilər bir qədər fəallaşdılar.

Ermənistan öz çirkin taktikasını işə salaraq məsələnin dünya gündəliyindən çıxarılmasını istəyir. İkili standartla üzləşmişik.

İdman sahəsində uğurlarımız yüksələrək idmançılarımız Rio Yay Olimpia oyunlarında 18 medal qazanıb. Medalların sayına görə dünyada 14-cü, Avropada 7-ci, postsovet məkanında 2-ci, müsəlman aləmində 1-ci yerə yüksəlmişik.

Sahibkarlığı inkişafına maliyyə dəstəyi göstərilir. Bu il 120 milyon manat güzəştli kreditlər verilib.

Bu il ailə biznesinə “Asan dəstək” sistemi yaradılır. ASAN Xidmət Mərkəzlərinin sayı 11-ə çatıb. Mərkəzlərə 12 milyon müraciət olunub. Qarşıdakı 2 ildə ən azı 4 mərkəz yaradılmalıdır.

Bu ilin sonuna qədər qalan bütün vəzifələr icra edilməlidir. Dövlət investisiya layihələri üzrə işlər getməlidir. 2017-ci ildə büdcəmiz sosial yönümlü olmalıdır. Biznez mühitinin yaxşılaşdırılması istiqamətində işlər davam etməlidir. Sahibkar qazandığı vəsaiti ölkə iqtisadiyyatına qoymalıdır. Makro iqtisadi sabitliyə ciddi fikir verilməlidir. Süni qiymət artımına yol verilməməlidir. İdxaldan asılılıq maksimum azalmalıdır.

Bank sektorunda islahatlar davam etməlidir. Yerli məhsul xarici məhsuldan ucuz olmalıdır.

Sumqayıt Kimya-Sənaye parkı və Balaxanı və Pirallahı sənaye parklarının yaradılması istiqamətində işlər gedir. Bölgələrdə sənaye zonaları yaradılır. Neftçalada İran tərəfi ilə avtomobil zavodunun tikintisinə başlanılıb. Masallıda sənaye zonasının yaradılması işi gedir.

Yekun iclasında ölkə başçısı kənd təsərrüfatı sahəsində dönüş yarandığını qeyd edərək, bu il təkcə pambıq istehsalının 3 dəfə artacağını, 100 min ton pambıq tədarük ediləcəyini, 24 rayonda pambıqçılığın inkişafının uğurla davam etdiyini nəzərə alaraq yeni pambıqtəmizləmə zavodlarının tikilməsinin, taxıl ilə təminatın 65 faizdən 100 faizə çatdırılmasının, baramaçılıq, üzümçülük, şərabçılıq, tütünçülük,  çayçılıq, şəkər çuğunduru əkininin, fındıq, badam, zeytun bağlarının genişləndirilməsinin  vacibliyini vurğulamışdır.

Son vaxtlar heyvandarlıqda aparılan işlər təqdirə layiq hesab edilmişdir.

Meliorasiya və Suvarma işlərinə diqqətin artırılmasının vacibliyi qeyd olunmuşdur. İki böyük su anbarı tikilib – Taxta-Körpü,  Şəmkirçay layihələri icra edilib.

Ölkəmizə turizm axını artır. Ərəb ölkələrindən gələnlərin sayı 20-30 dəfə artıb.

Gələn il sosial infrastruktur layihələri icra ediləcək. Məktəb, xəstəxana, olimpia mərkəzlərinin tikintisi nəzərdə tutulur. Modul tipli məktəblər tikilməlidir.

Məcburi köçkünlərin problemləri həmişə diqqət mərkəzindədir. Bölgələrdə 100-ə yaxın qəsəbə salınıb və yeni qəsəbələr salınmalıdır.

Nəsimi rayonunun iqtisadi  və  sosial  həyatında  baş verən dəyişiklikləri əyani surətdə əks etdirən makroiqtisadi göstəricilər, xüsusilə informasiya və rabitə, tikinti və xidmət sahələri üzrə 2016-cı  ilin 9 ayı ərzində dinamik olmuşdur.

Sənaye. Ev təsərrüfatlarında  sənaye  məhsulu  istehsalı  ilə  məşğul  olanların,  habelə  hüquqi  şəxs  yaratmadan  fiziki  şəxs  kimi  fəaliyyət  göstərənlərin  işi  də  nəzərə  alınmaqla 372575.9 min  manatlıq  sənaye  məhsulu  istehsal  edilmiş və xidmətlər  göstərilmişdir. 

Nəqliyyat.  2016-cı ilin  yanvar-sentyabr aylarında  nəqliyyat  sektorunda fəaliyyət göstərən müəssisələr  tərəfindən    ümumilikdə 253185.9 min manatlıq xidmətlər   göstərilmişdir .

İnformasiya və rabitə. 2016-cı ilin  yanvar- sentyabr aylarında  rabitə  müəssisələri  tərəfindən müəssisə  və  təşkilatlara,  əhaliyə  faktiki  qiymətlərlə 44720.0 min  manatlıq    rabitə  xidməti  göstərilmişdir.

Tikinti. 2016-cı ilin yanvar-sentyabr aylarında rayonun tikinti  kompleksində  iqtisadi  və  sosial  sahələrin  inkişafı  üçün  bütün  maliyyə  mənbələri hesabına 909129.0 min manat məbləğində investisiya yönəldilmişdir ki,  da  keçən  ilin  müvafiq  dövrünə nisbətən 14.9 faiz çox olmuşur.  İstifadə edilmiş  vəsaitin 680379.3 min  manatı tikinti-quraşdırma  işlərinin  yerinə  yetirilməsinə  xərclənmişdir ki, bu da kecən ilin müvafiq dövrünə nisbətən 55.9 faiz çox olmuşdur.

Ticarət. 2016-cı ilin yanvar-sentyabr aylarında rayonun pərakəndə ticarət şəbəkəsindən əhaliyə  617662.7 min manat məbləğində  və ya əvvəlki ilin eyni dövrü ilə  müqayisədə 17.8 faiz çox  istehlak məhsulları satılmışdır.

 Əmtəə dövriyyəsinin 99.8 faizi özəl sektorun müəssisələrinin payına düşmüşdur.

Xidmət. Həmin dövr ərzində xidmət müəssisələri tərəfindən əhaliyə 321326.3  min manatlıq, yaxud 2015-ci ilin müvafiq dövrünün səviyyəsinin 73.1 faizi həcmində pullu xidmətlər göstərilmişdir.

Əmək haqqı. Rayonun  iqtisadi  və  sosial  sahələrində  muzdla  işləyənlərin  orta  aylıq  əmək  haqqı  2015-ci ilin  yanvar- avqust ayları ilə  müqayisədə 7.7 faiz artaraq 555.1 manata  çatmışdır. 

      Qeyd: Göstəricilər ilkin məlumatlar əsasında hesablanmışdır.

Rayonun əsas sosial –iqtisadi göstəricilərinin

(2015 -2016-ci illər) dinamikası

Makroiqtisadi göstəricilər

 

       2016-cı    ilin

yanvar- sentyabr

       ayları faktiki,

      min   manat

    Əvvəlki  ilin   

    müvafiq 

    dövrünə

     nisbətən,faizlə 

Sənaye  məhsulunun (işlərin,  xidmətlərin) ümumi  həcmi                                 

372575.9

*)                  

94.2       

 Nəqliyyat sektorunda    xidmətlərin həcmi

253185.9

87.4

İnformasiya və rabitə xidmətlərinin  həcmi                                                      

44720.0

93.8

Əsas  kapitala  yönəldilən  investisiyalar

909129.0

114.9

 Əsas  kapitala  yönəldilmiş  ümumi   investisiyadan tikinti-quraşdırma  işləri        

680379.3

101.5

 Öz  gücləri  ilə yerinə  yetirilən  podrat   işlərinin  həcmi

569860.8

155.9

Pərakəndə  ticarət  dövriyyəsi

617662.7

117.8

Əhaliyə  göstərilən   pullu  xidmətlər

321326.3

73.1

Bir   işçiyə  hesablanmış  orta aylıq əmək   haqqı,  manat (yanvar- avqust  aylarında)

555.1

107.7

    **)  Fiziki həcm indeksinə görə hesablanmışdır.

Rayonun əsas sosial –iqtisadi göstəricilərinin

(2015 -2016 illər) dinamikası

S  ə n a y e   

2016-cı  ilin  yanvar- sentyabr aylarında  rayonun  sənayesində  372575.9 min  manatlıq  sənaye   məhsulu   istehsal  edilmiş  və  xidmətlər  göstərilmişdir. Sənaye  istehsalının 25  faizi  məhsul  istehsalının, 75 faizi  isə  sənaye  xarakterli  xidmətlərin  payına  düşmüşdür.  

Sənayenin  dövlət  sektorunda 119969.4 min  manatlıq  və  ya  ümumi  istehsalın  32.2   faizi  qədər,   qeyri-dövlət  sektorunda  isə 252606.5 min manatlıq və  ya  ümumi  istehsalın 67.8 faizi  səviyyəsində sənaye məhsulu  istehsal  edilmiş  və  xidmətlər  göstərilmişdir.  İstehlakçılara 409833.5 min  manatlıq  və  ya  bütün  sənaye  istehsalının  110.0 faizi  qədər  sənaye  məhsulu  göndərilmişdir.

2016-ci il oktyabrın iyulun 1-i vəziyyətinə sənaye müəssisələrinin  anbarlarında hazır  məhsul qalığı 2615.0 min  manat olmuşdur.    

  E M A L      S Ə N A Y E S İ

Rayonda mühüm  növ  qida  məhsulları əsasən özəl müəssisələr tərəfindən istehsal edilmiş və aşağıdakı  göstəricilərlə  xarakterizə  olunur:  

    Məhsul  növləri

2016-cı    ilin  yanvar- sentyabr aylarında  istehsal  edilmişdir

Əvvəlki  ilin müvafiq  dövrünə   nisbətən, faizlə

01.07.2016-cı  il  vəziyyətinə  hazır məhsul ehtiyatı

Qida  məhsullarının  istehsalı

 Buğda kəpəkləri, min ton

26.5

120.0

-

 İçalatdan hazırlanmayan          kolbasalar, ton                                

536.7

187.6

-

Qatılaşdırılmış süd, ton

1.5

5.9

-

Tortlar və şirniyyat məmulatları ton

14.4

104.9

-

2016-cı ilin yanvar- sentyabr aylarında mühüm

qida məhsullarının kecən ilin müvafiq dövrünə

nisbətən müqayisəsi  (faizlə)

Tikinti məmulatlarının istehsalı müəssisələrində mühüm növ məhsulların buraxılışı aşağıdakı göstəricilərlə xarakterizə olunur.

  Məhsul  növləri

2016-cı ilin  yanvar- sentyabr aylarında  istehsal  edilmişdir

Əvvəlki  ilin  müvafiq  dövrünə nisbətən, faizlə

01.10.2016-ci  il  vəziyyətinə  hazır  məhsul  ehtiyatı

Beton,  gips  və  sementdən məmulatların  istehsalı

Təbii asvalt  min  ton

67.5

86.0

-

Tikinti kərpici min kub m

31.2

91.5

-

Tikinti gipsi min ton

81.5

106.7

-

Faktiki qiymətlərlə sənaye müəssisələrinin

göndərdikləri məhsulun həcmi

min  manat

2016-cı ilin  yanvar- sentyabr aylarında  göndərilmiş məhsulun   həcmi

O  cümlədən özünün istehsalı  olan məhsulun göndərilməsi

409833.5

372575.9

Yanvar-sentyabr aylarında istehlakçılara 409833.5 min  manatlıq və  ya  bütün  sənaye  istehsalından  16.4 faiz  çox məhsul  göndərilmişdir.

İ n f o r m a s i y a    və     r a b i t ə

İnformasiya və  rabitə müəssisələri  tərəfindən  hüquqi və fiziki şəxslərə faktiki qiymətlərlə 44720.0  min manatlı  rabitə xidməti   göstərilmişdir.

Xidmətlərin 92.2  faizi  qeyri-dövlət  rabitə  müəssisələri  tərəfindən  gösdərilmişdir.

İnformasiya və  rabitə müəssisələrinin  işinin  əsas  göstəriciləri

 

2016-cı ilin  yanvar- sentyabr  aylarında,

min manatla

2015- ci ilin  müvafiq  dövründə,

min manatla

2016- cı ilin  

müvafiq  dövrünə  nisbətən, faizlə

İnformasiya və rabitə üzrə göstərilmiş xidmətlərin həcmi faktiki  qiymətlərlə

 

44720.0

 

47694.2

 

93.8

2016-cı ilin yanvar-sentyabr aylarında informasiya və rabitə müəssisələrində işcilərin  orta siyahı sayı 1447 nəfər, orta aylıq əmək haqqı isə  901.8 manat olmuşdur.

N ə q l i y y a t

2016-cı ilin yanvar-sentyabr aylarında nəqliyyat   sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən 253185.8 min manatlıq xidmətlər  göstərilmişdir.

2016-ci ilin yanvar-avqust aylarında nəqliyyat müəssisələrində calışan işcilərin orta siyahı sayı 8834 nəfər, orta aylıq əmək haqqı 517.1 manat olmuşdur.

 

T i k i n t i

2016-cı ilin  yanvar-sentyabr aylarında rayonda  bütün  maliyyə  mənbələri  hesabına 4381.7 min  manat dəyərində əsas  fondlar  istifadəyə  verilmişdir. 

2016-cı ilin  yanvar- sentyabr aylarında rayonun  iqtisadi  və  sosial  sahələrinin  inkişafı  üçün   bütün  maliyyə  mənbələrindən  əsas  kapitala 909129.0 min   manat    məbləğində  investisiya yönəldilmişdir  ki,  bu  da  əvvəlki  ilin  müvafiq  dövrünə nisbətən 14.9 faiz çoxdur.

Qeyri-dövlət mülkiyyətinə  məxsus  müəssisə  və  təşkilatlar əsas  kapitala 572751.3 min  manat (63.0 faiz), dövlət mülkiyyətinə məxsus  müəssisə və təşkilatlar  isə 336377.7  min manat (37.0 faiz) sərmayə  yönəltmişlər.

2016-cı ilin yanvar- sentyabr aylarında rayon üzrə əsas kapitala yönəldilmiş investisiyaların mülkiyyət  formalarına görə bölgüsü 

2016-cı ilin yanvar-sentyabr aylarında əsas kapitala yönəldilmiş investisiyadan 680379.3 min manatı tikinti-quraşdırma  işlərin  yerinə yetirilməsinə sərf olunmuşdur  ki, bu  da  əvvəlki  ilin  müvafiq  dövrünə  nisbətən 1.5 faiz çox olmuşdur.

 Rayon  üzrə  tikinti  müəssisələri  tərəfindən  yerinə  yetirilmiş  tikinti   işlərinin  strukturu   aşağıdakı  kimi  xarakterizə  olunur:

 

2016-cı ilin  yanvar- sentyabr aylarında podratcı təşkilatların  gördükləri işlərin  həcmi  569860.8 min    manat   və   ya  əvvəlki  ilin  müvafiq  dövrünə  nisbətən 55.9 faiz artmışdır.

Qeyri-dövlət mülkiyyətində olan tikinti  müəssisələrinin  yerinə  yetirdikləri işlərin  həcmi 564162.2 min manat (99,1 faiz), dövlət  mülkiyyətində  olan  tikinti  müəssisələrinin  yerinə  yetirdikləri  işlərin  həcmi isə 5698.6 min   manat (0,9 faiz)   olmuşdur.

2016-cı ilin yanvar- sentyabr aylarrında

podrat təşkilatlarının öz gücləri ilə

yerinə yetirdikləri işlərin dəyəri

 

Cəmi min manat

Əvvəlki ilin müvafiq dövrünə nisbətən faizlə

Rayon üzrə cəmi

569860.8

155.9


2016-cı ilin yanvar- sentyabr aylarında rayon üzrə əsas kapitala yönəldilmiş investisiyalar və tikinti-quraşdırma işlərinin  yerinə yetirilməsi

 

Əsas    kapitala yönəldilmiş  investisiyalar

 

o  cümlədən

tikinti-quraşdırma  işləri

 

 

Cəmi min manat Əvvəlki  ilin müvafiq dövrünə   nisbətən, faizlə Cəmi min manat Əvvəlki  ilin müvafiq dövrünə   nisbətən, faizlə.

Rayon üzrə

909129.0 114.9 680379.3 101.5

2016-cı ilin  yanvar-avqust aylarında tikinti müəssisələrində işcilərin sayı və orta aylıq əmək haqqı                                              

 

Siyahı  tərkibində olan  işçilərin  orta 

 sayı (nəfərlə)

 Əvvəlki ilin müvafiq dovrünə nisbətən faizlə

Orta hesabla bir işciyə düşən  orta aylıq əmək  haqqı

 manat

Əvvəlki  ilin  müvafiq  dövrünə

nisbətən,  faizlə

Rayon üzrə

7016

118.4

1007.4

111.9

  2016-cı  ilin  yanvar- sentyabr aylarında  tikintidə  işçilərin  orta  siyahı  sayı  7016 nəfər  olmuşdur  ki,  bu da  əvvəlki   ilin  müvafiq  dövrü ilə  müqayisədə 18.4 faiz çox olmuşdur. Fəhlə və   qulluqçuların  orta   aylıq  əmək  haqqı  1007.4 manat  olmuşdur ki, bu da əvvəlki  ilin  müvafiq  dövrünə  nisbətən  11.9 faiz  çoxdur.

Əmtəə bazarı

2016-cı ilin yanvar- sentyabr aylarında pərakəndə ticarət şəbəkəsindən əhaliyə 617662.7 min manatlıq və ya əvvəlki ilin eyni səviyyəsindən 17.8 faiz çox əmtəə satılmışdır. Əmtəələrin  26.1 faizi hüquqi şəxslərin, 64.7 faizi hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların müəssisələrində, 9.2 faizi isə rayonun yarmarka və bazarlarında realizə olunmuşdur.

2016-cı ilin yanvar- sentyabr aylarında pərakəndə ticarət dövriyyəsinin quruluşu

Pərakəndə ticarət dövriyyəsinin 99.8 faizi qeyri-dövlət mülkiyyətinə məxsus müəssisələrin və əmtəə bazarların fəaliyyəti nəticəsində formalaşmış, bu sektorun obyektlərində 616426.9 min manatlıq və ya 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 18 faiz çox istehlak məhsulları satılmışdır.

Pərakəndə ticarət dövriyyəsinin mülkiyyət növləri üzrə göstəriciləri aşağıdakı kimi olmuşdur:

 

2016-cı ilin

yanvar- sentyabr ayları,

min manat

2016-cı ilin yanvar- iyun ayları 2015-ci ilin yanvar- sentyabr- aylarına nisbətən, faizlə

Pərakəndə ticarət dövriyyəsi - cəmi

617662.7

117.8

o  cümlədən:

   dövlət bölməsi

1235.8

60.8

 qeyri-dövlət bölməsi

616426.9

118.0

Rayonun ticarət şəbəkəsindən əhaliyə satılmış ərzaq məhsullarının həcmi 336663.9 min manat, qeyri-ərzaq məhsullarının həcmi isə 280998.8 min manat olmuş, onlarında ümumi dövriyyədə xüsusi çəkiləri müvafiq olaraq 54.5  və 45.5 faiz təşkil etmişdir.

Hesabat dövründə pərakəndə ticarətin dövriyyəsinin göstəriciləri aşağıdakı kimi xarakterizə olunur:

 

 

2016-cı ilin

yanvar-sentyabr ayları,

min manat

2016-cı ilin yanvar- sentyabr ayları  2015-ci ilin yanvar- sentyabr aylarına nisbətən, faizlə

Pərakəndə ticarət dövriyyəsi-cəmi

 

617662.7

117.8

o cümlədən:

hüquqi şəxslər

155967.3

111.6

fiziki şəxslər

 

461695.4

 

120.1

ondan:

yarmarka və bazarlar 

 

58721.7

104.4

 İaşə xidmətləri

2016-cı ilin yanvar- sentyabr ayları ərzində əhaliyə 43108.5 min manatlıq  və  ya  əvvəlki  ilin  eyni səviyyəsindən 7.6 % çox iaşə  xidmətləri göstərilmişdir. İaşə dövriyyəsinin 8.2% hüquqi şəxs statuslu müəssisələrin, 91.8 % isə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin iaşə fəaliyyəti nəticəsində formalaşmışdır.

Artımın 22.5 faizi hüquqi şəxslərin, 77.5 faizi isə fərdi sahibkarların  fəaliyyəti sayəsində yaranmışdır.

Hesabat dövründə iaşə əmtəə dövriyyəsinin 100.0 faizi özəl müəssisələrin hesabına formalaşmışdır.

 

2016-cı ilin

yanvar- sentyabr ayları,

min manat

2016-cı ilin yanvar- sentyabr ayları 2015-ci ilin yanvar- sentyabr aylarına nisbətən, faizlə

   İaşə dövriyyəsinin həcmi -     

   cəmi

 

43108.5

 

107.6

o  cümlədən:

   hüquqi şəxslər

 

4925.3

 

117.2

hüquqi şəxs yaratmadan fəaliy-yət göstərən fərdi sahibkarlar

 

38183.2

106.5

Əhaliyə göstərilən pullu xidmətlər  

2016-cı ilin yanvar-sentyabr aylarında əhaliyə göstərilən pullu xidmətlərin həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 26.9 faizi azalaraq 321326.3 min manat olmuşdur. Ümumi həcmin 72.4 faizi hüquqi şəxslərin müəssisələrində əldə edilmiş və bu müəssisələrdə əhaliyə 232511.3 min manatlıq pullu xidmətlər göstərilmişdir.

Əhaliyə göstərilmiş pullu xidmətlərin 5.3 faizi dövlət müəssisələrinin  payına  düşmüşdür. Özəl sektorun  müəssisələri   tərəfindən  əhaliyə 304352.4 min  manatlıq  pullu  xidmətlər  göstərilmişdir.

Pullu  xidmətlərin  həcmi  aşağıdakı  məlumatlarla  səciyyələnir:

 

2016-cı ilin

yanvar- sentyabr ayları,

min manat

2016-cı ilin yanvar - iyun ayları 2015-cü ilin yanvar - sentyabr aylarına nisbətən, faizlə

Pullu   xidmətlərin  ümumi   həcmi-cəmi

 

321326.3

 

73.1

       o  cümlədən:

hüquqi şəxslər üzrə

 

232511.3

 

82.7

hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarlar  üzrə

 

 

88815.0

 

 

56.2

Əhaliyə  göstərilən  pullu  xidmətlərin  6.4  faizini   məişət  xidmətləri  təşkil  etmişdir. Hesabat dövründə 20621.6 min manatlıq və ya ötən ilin eyni dövrü ilə müqayisədə 4.2 faiz çox məişət xidmətləri göstərilmişdir. Məişət xidmətlərinin 98.8 faizi  hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslərin müəssisələrində reallaşmışdır.

İşcilərin sayı  və əmək haqqı

2016-cı  ilin  yanvar-avqust aylarında  rayon  üzrə işçilərin  orta  sayı əvvəlki  ilin  müvafiq  dövrü  ilə  müqayisədə     1.9 faiz  artaraq 148745 nəfər, orta aylıq  nominal  əmək   haqqının  səviyyəsi isə 7.7 faiz    artaraq  555.1  manat  olmuşdur.

Cari  ilin  yanvar- avqust   ayları  üzrə  işçilərin   orta  sayı   və    orta aylıq  nominal əmək  haqqı  səviyyəsinin əvvəlki  ilin  müvafiq  dövrü  ilə  müqayisədə  dəyişməsi  rayon  üzrə  aşağıdakı  kimi  xarakterizə olunur:

 

İşçilərin  orta  sayı-cəmi

(nəfərlə)

Orta  aylıq  əmək  haqqı

(manat)

 

2016-cı ilin

yanvar-  avqust

2015-ci  ilin

yanvar- avqust

2016-cı ilin

yanvar- avqust

2015-ci  ilin

yanvar- avqust

Rayon üzrə

148745

145971

555.1

515.4

 

 

 

 

 

 

 

 

İşçi sayının mülkiyyət növünə görə xüsusi çəkisi (faizlə)

Rayon üzrə muzdla işləyənlərin sayı dövlət mülkiyyətində qeyri-dövlət mülkiyyətinə nisbətdə 2.3 dəfə,  onlara hesablanmış əmək haqqı fondu isə 1.1% çox olmuşdur. Bir nəfərə orta aylıq əmək haqqı cari ilin 8 ayında rayon üzrə 555.1  manat o cümlədən dövlət mülkiyyətində 412.9 manat, qeyri-dövlət mülkiyyətində isə  884.2 manat təşkil etmişdir.

2016-cı ilin III  rübündə yeni  açılmış iş yerləri

2016-cı ilin III rübündə 650 yeni  iş yerləri açılmışdır. Onlardan hamısı daimi yerlərdir.

2016-cı ilin III rübündə yeni  açılmış iş yerləri aşağıdakı kimidir:

Yeni açılmış iş yerlərinin sayı

O cümlədən

Yeni yara-dılmış müəssisə və təşkilatlarda

Mövcud müəssisə və təşkilatlarda

Fəaliyyəti bərpa edilmiş müəssisə və təşkilatlarda

Fiziki şəxslərdə

Digər tədbirlər üzrə

650

200

-

-

450

-

        Yeni acılmış iş yerlərinin sayı

(01 oktyabr 2003-  01 oktyabr 2016-ci il)

 

Yekun

2003-cü il IV rüb 2009-cu il

210-cu il

cəmi

ondan daimi

cəmi

ondan daimi

cəmi

ondan daimi

Nəsimi rayonu

36460

36430

17633

17603

1397

1397

Cədvəlin davamı

2011-ci il

 2012-ci il

2013-cü il

2014-cü il

2015-ci il

 

cəmi

ondan daimi

cəmi

ondan daimi

ondan daimi

ondan daimi

cəmi

ondan daimi

cəmi

ondan daimi

2034

2034

3366

3366

 2634

2634

3133

3133

3247

3247

 

Cədvəlin davamı

 

2016-ci il I-III rüb

 

cəmi

ondan daimi

 

3016

3016

 

                         


Demoqrafik vəziyyət

2016-cı  il oktyabrın 1-i  vəziyyətinə  rayonun əhalisi  219.4 min  nəfər  olmuşdur.  Ərazisi 0,01 min  kv. km, əhalinin sıxlığı 1 kv km-ə  21940 nəfərdir.

2015-ci və 2016-cı  illərin  yanvar-sentyabr aylarında  əhalinin  təbii  hərəkətinin  göstəriciləri  aşağıdakı  kimi  olmuşdur:

 

yanvar- sentyabr aylarında

Göstəricilər

nəfər

əhalinin  hər 1000 nəfərinə

 

2016-ci il 

2015-cı  il

2016-cı il 

2015-cı il

Doğulanlar

1509

1540

6.8

7.1

Ölənlər

797

776

3.6

3.6

Təbii  artım

712

764

3.2

    3.5

Nikahlar

728

879

3.3

     4.0

Boşanmalar

327

325

1.5

      1.5

2016-cı   ilin  yanvar- sentyabr aylarında  rayonda 1509 nəfərin doğumu  və 797 nəfərin  ölümü  qeydə  alınmışdır. Cari ildə 2015-сi ilin  müvafiq  dövrü  ilə  müqayisədə əhalinin hər 1000  nəfərinə doğulanların sayı 7.1-dən 6.8-ə enmiş, ölənlərin sayı eyni səviyyədə qalmış, təbii artım 3.5-dən 3.2-yə enmişdir .

Rayonda  2016-cı  ilin yanvar-sentyabr aylarında 728 nikah   və 327 bosanma  qeydə  alınmışdır  ki, bu  da   əvvəlki  ilin  müvafiq  dövrü  ilə  müqayisədə  əhalinin  hər  1000  nəfərinə    nikahların  sayı 4.0-dan 3.3-ə enmiş, boşanmaların sayı isəeyni səviyyədə qalmışdır. 

2016-cı ilin yanvar- sentyabr aylarında doğum, ölüm, nigah və boşanmalar haqqında məlumat

İllər

Doğum

Ölüm

Nigah

Boşanma

Təbii artım

2016

1509

797

728

327

712

2015

1540

776

879

325

764

2016-cı  və  2015-ci  ilin  yanvar- sentyabr aylarında  əhalinin  təbii    hərəkəti

2016-cı ilin yanvar sentyabr aylarında əhalinin şəhərlər arasında yerdəyişməsi

 

Gələnlərin   sayı

Gedənlərin sayı

 

Yanvar – dekabr

Yanvar- dekabr

2016-cı idə

255

-

2015-ci ildə

380

-

2016-cı ilin yanvar sentyabr aylarında pasport  xidmətləri  tərəfindən  daimi  yaşamaq  üçün   rayona   gələn 255 nəfər  qeydə alınmışdır.

Cari ilin keçən dövrü ərzində RİH Başçısının Sahə İnzibati Ərazi Dairələrində abadlıq-quruculuq işləri, vətəndaşları narahat edən məsələlər və onların müraciətləri ilə bağlı məslələrin baxılması və həlli istiqamətində işlər davam etdirilmişdir.

1 nömrəli Sahə İnzibati Ərazi

Asif  Məhərrəmov küçəsi 47 saylı binanın fasadı təmir olunmuş, giriş qapıları dəyişdirilmiş və pilləkən qəfəslərinin pəncərələri yeniləri ilə əvəz olunmuşdur. Moskva prospekti 92 saylı binanın fasadı təmir olunmuş, pilləkən qəfəslərinin pəncərələri dəyişdirilmiş və giriş qapıları yenilənmişdir. Moskva prospekti 92 saylı binanın həyətində asfalt örtüyü yenidən vurulmuşdur. Moskva prospekti 46,52,62,70,74,82,86 ünvanlarda və Cavadxan küçəsi 58 və 60 saylı binaların fasadları təmir olunmuşdur. Cavadxan  küçəsi 1 saylı binanın fasadı təmir olunmuş, giriş qapıları dəyişdirilmiş və pilləkən qəfəslərinin pəncərələri yeniləri ilə əvəz olunmuşdur. 20 Yanvar küçəsi 2/51 saylı binanın fasadı təmir olunmuş, giriş qapıları dəyişdirilmiş və pilləkən qəfəslərinin pəncərələri yeniləri ilə əvəz olunmuş, ətrafındakı yolların kənarındakı köhnə bardürlar yenisi ilə əvəz olunmuşdur.

A.Mustafayev küçəsi 3, 27 saylı binaların, H.B.Əliyev küçəsi 54, Cavadxan küçəsi 18 saylı binanın dam örtükləri ümumilikdə 250 kv.m olmaqla şüşəli ruberoid ilə təmir olunmuşdur.

H.B.Əliyev küçəsi 38, 42 saylı binaların, Ə.İsgəndərov küçəsi 3/1 saylı binanın arxa və qarşı hissəsində yerləşən qanunsuz çəpərləri sökülərək təmizlənmişdir.

A.Mustafayev küçəsi 27 ünvanda 19 saylı orta məktəbin ətrafında köhnə istilik xəttləri dəyişdirilmiş, A.Məhərrəmov küçəsi 62 saylı binanın qarşısına köhnə asfalt qaşınaraq yerinə yeni asfalt örtüyü salınmış, Mir Cəlal küçəsi 38 saylı binanın arxa hissəsində qanunsuz çəpərlər sökülərək təmizlənmişdir.

Cavadxan küçəsi 72, 20 Yanvar küçəsi 39, Mir Cəlal küçəsi 54, 60 saylı binaların qarşı və arxa hissəsi təmizlənmiş və abadlıq işləri görülmüşdür.

H.Seyidzadə küçəsi 18A saylı binanın fasadı təmir olunmuş, binanın pəncərələri və giriş qapıları dəyişdirilərək yenisi ilə əvəz olunmuşdur. Binanın həyətində sakinlərin istirahəti üçün 30 kv.m sahəsi olan köşk quraşdırılmışdır və futbol meydançası salınmışdır.

2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına əsasən 247 saylı tam orta məktəb tam təmir olunaraq şagirdlərin istifadəsinə verilmişdir. 04.09.2016-cı il tarixdə məktəbin açılışında ölkə Başçısı Cənab İlham Əliyev iştirak etmişdir.

Seyidzadə 18A ünvanından başlayaraq M.Cəlal 52,58,60,62 saylı binaların ətrafı, 156 və 162 saylı bağçaların qarşısı və 247 saylı məktəbin həyətinə bütünlüklə yeni asfalt örtüyü çəkilmişdir.

26.09.2016-cı il tarixdə Nəsimi RİHB-nın 1 nömrəli Sahə İƏD üzrə nümayəndəliyinin ərazisində olan 21 saylı DSK-nın 29 məntəqəsində referendum keçirilmişdir. Referendum qanuna uyğun olaraq yüksək səviyyədə yekunlanmışdır.

Ötən 9 ay ərzində 1 nömrəli  Sahə İƏD üzrə nümayəndəliyə Nəsimi Rayon İcra Hakimiyyətindən, eləcədə müxtəlif təşkilatlar tərəfindən 56 məktub daxil olmuşdur. Hər bir məktuba qanunvericiliyə uyğun olaraq baxılmış, мцвафиг tədbirlər görülmüş və vaxtında cavablandırılmışdır.

2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi  2016-cı ilin 9 ayı ərzində Azərbaycan Respublikası Prezidentinin 6 iyul 2012-ci il tarixli, 648  nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə”ni və Nəsimi rayon İcra Hakimiyyəti Başçısının Sərəncam və göstərişlərini  rəhbər tutaraq fəaliyyət göstərmişdir.

2016-cı ilin yanvar ayından başlayaraq nümayəndəlik tərəfindən ev təsərrüfatı kitablarında toplanmış məlumatların dəqiqləşdirilməsi prosesi aparılmış və bu işlər mütəmadi olaraq davam etdirilmişdir.

Nümayəndəlik hesabat dövrü ərzində əraziyə xidmət göstərən  13,14, 16, 52 və 59 saylı Mənzil Kommunal İstismar Sahələri ilə sıx əlaqədə fəaliyyət göstərmiş, Rayon İcra Hakimiyyəti Başçısının sərəncam və göstərişlərinin icra edilməsində onların fəaliyyətlərinin koordinasiya edilməsinə çalışmışdır.

Rayon İcra Hakimiyyəti Başçısının göstərişinə uyğun olaraq ərazinin sanitar vəziyyəti daimi nəzarətdə saxlanılmış, ərazidə aparılan qanunsuz tikintilərin qarşısının alınması məqsədi ilə tədbirlər görülmüş, nəticələri barədə Rayon İcra Hakimiyyətinə mütamadi olaraq məlumat verilmişdir.

Nümayəndəlik 9 ay ərzində rayon İcra Hakimiyyətinin  ictimai-siyasi və humanitar məsələlər şöbəsinin təşkil etdiyi   rayon tədbirlərinin hazırlanmasında yaxından iştirak etmiş, əhalinin tibbi müayinədən keçirilməsi, RİH və Mərkəzi Klinik Hospitalının rəhbərliyi ilə birlikdə müalicə olunan hərbi qulluqçuların “Silahlı qüvvələr günü” münasibəti ilə təbrik edilməsi üçün bayram şənliyinin təşkil edilməsi, aztəminatlı ailələrin uşaqlarının yay istirahəti (Qəbələ, “Akvapark”istirahəti, dəniz gəzintisi və muzeyə ekskursiya) habelə yaşlı nəslin nümayəndələrinin “Bilgəh”istirahətinin təşkili işində fəallıq göstərmiş, onların daha keyfiyyətli və günün tələblərinə uyğun olması üçün yardımçı olmuşdur.     

Hesabat dövrü ərzində nümayəndəlik istər rayon İcra Hakimiyyəti tərəfindən, istərsə də bilavasitə vətəndaşlar tərəfindən nümayəndəliyə göndərilmiş məktub, ərizə və müraciətlərin obyektiv araşdırılmasına,qanunla müəyyən edilmiş müddətdə icrasına çalışmışdır.    

Nümayəndəliyin xidməti ərazisində bir sıra abadlıq və yernidənqurma işləri aparılmış, Azadlıq pr,  Bakıxanov, A.Qurbanov, H.Sarabski, C.Məmmədquluzadə, E.Tağızadə, Mirqasımov, S.Vurğun, M.Qaşqay, M.Qardaşları, A.Əliyev, C.Hacibəyli  və s. küçələrində 157 kv.m. tamet daşı, 4350 kv.m asfalt örtüyü vurulmuş, A.Qurbanov, C.Məmmədquluzadə, Sarabski, Mərdanov qar, N.Yusifbəyli, Bakıxanov, N.Vəzirov küçələri, Azadlıq pr və Hərbi hospitalın həyətində 4431 kv.m asfalt örtüyü vurulmuş, 1190 kv.m fasad rənglənmiş, 50 400 ədəd kol və 180 ədəd  ağac əkilmiş, 685  kv.m qazon örtüyü vurulmuşdur.

Qış mövsümü ilə əlaqədar İ.Qasımov, A.Səhhət, S.Rüstəm, M.Qaşqay, A.D.Qurbanov, Y.V.Çəmənzəminli, N.Yusifbəyli və s. küçələrində ümumilikdə 1391kv.m dam örtüyü şüşəli ruberoidlə təmir edilmiş, 2530 p/m vetntilyasiya kanalları və tüstü bacaları təmizlənmişdir. Hesabat dövrü ərzində 164 p/m su xətti, 91 p/m qaz xətti, 1070 p/m istilik xətti, 8 ədəd giriş qapısı, 42 kv.m keçid meydançası təmir edilmiş, 58 kv.m ümumi istifadə yerləri şüşələnmişdir.

S.Qazıyeva adına parkda abadlıq və yenidənqurma işləri aparılaraq abidənin yerləşdiyi divarda 32 kv.m mərmər örtüyü yenisi ilə əvəz olunmuş, 130 kv.m tamet daşı yenilənmişdir. Bakıxanov küçəsinin səki hissəsində yararsız vəziyyətə düşmüş daş örtüyü yenilənmişdir.

Bakıxanov, N.Vəzirov küçələri və Azadlıq pr  450 p.m bardür daşı düzülmüş, Bakıxanov və S.Vurğun küçələrinin kəsişməsində yerləşən ərazidə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən müasir tipli istirahət parkı salınıb və sakinlərin istifadəsinə verilmiş, Akademik H.Əliyev küçəsi 17 saylı ünvanda Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sökülmüş inzibati binasının yerində yeni binanın tikintisi davam etdirilir.

Hesabat dövrü ərzində nümayəndəliyə rayon İcra Hakimiyyətindən 47 məktub, ərizə və şikayət daxil olmuşdur. Bütün müraciətlər, eləcə də, sakinlər tərəfindən olunan şifahi müraciətlər qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılaraq müvafiq tədbirlər görülmüş və bütün müraciətlərə vaxtında cavab verilmişdir.

3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi 2016-cı ilin 9 ayı ərzində əraziyə xidmət göstərən 15, 17, 41, 48, 49, 151, 2 saylı XDÇ, 3 saylı XDÇ, 70 saylı xüsusi təyinatlı MKİS-i ilə sıx əlaqədə fəliyyət göstərmiş, ərazinin sanitar vəziyyəti daimi nəzarətdə saxlanılmış, Rayon İcra Hakimiyyəti başçısının sərəncamı və göstərişlərinin icra edilməsi istiqamətində müvafiq işlər aparılmışdır.

Bülbül pr.53, M.Qaşqay 5; S.Rüstəm 4; S.Əsgərova 159, 162, 168, 174, 180, 184; S.Rəhimov  158, 186, 197; Ş.Əzizbəyov 152, 176/23, 179,  203, 213; F.Əmirov 13; Xətai pr. 12, 14, 22;Vidadi 116, 179, B.Səfəroğlu 149, 157, 180, D.Əliyeva 131, 168, 186,243a; Azadlıq pr. 13, 41; Ə.Quliyev 110, 114, 130; H.Aslanov 59, 61, 101; 28 May 40, 48, 52, 66/68 saylı ünvanlarda ümumilikdə 1956 m2 dam örtüyü təmir olunub, şüşəli ruberoid vurulmuşdur.

Ə.Hüseynzadə və A.Qurbanov küçələrinin kəsişməsi, K.Səfərəliyeva 24 və S.Rüstəm küçələrində ümumilikdə 335 p.m qaz xətti dəyişdirilmişdir.

R.Behbudov 22, 30; Füzuli 79; Azadlıq pr. 28; M.Əliyev 244; S.Rəhimov 186, 197, Ş.Əzizbəyov 115, Ə.Topçubaşov 117, Droqal döngəsi 6, Vidadi 148, M.Qaşqay 12, D.Əliyeva 243a və Azadlıq pr. 28 saylı binalarda 120 p/m su axıdıcı borular təmir olunmuşdur.

Dəmir yol vağzalının qarşısında, Azadlıq pr. 20, Ş.Əzizbəyov 148, 213,Ə.Topçubaşov 118, R.Rza 27, 30, Tolstoy 156, Ə.Quliyev 126, 133, R.Behbudov, S.Rüstəm, M.Qardaşları küçələrində bəzi hissələrdə ümumilikdə Azəryol servis tərəfindən 2253m2 asfalt örtüyü vurulmuşdur. S.Rüstəm küçəsində (S.Əsgərova küçəsindən Füzuli küçəsinə gədər olan hissədə) əsaslı təmir işləri aparılmış, magistral qaz xəttləri dəyişdilimiş, 500 p/m yeni bardür qoyulmuş, kanalizasiya lyuklarının qapaqları yenilənmiş, asfalt örtüyü vurulmuşdur.

Ş.Əzizbəyov 215, S.Əsgərova 182, 184; 28 May 20, 48; Azadlıq prospekti 18, R.Rza 27, Droqal döngəsi 6 saylı binalarda kanalizasiya xətti təmir olunmuşdur.

Ötən dövr ərzində, qurumuş ağaclar, külək nəticəsində aşan ağaclar doğranaraq daşınmış, həyətlərdə iməcliklər aparılmış həyətlər bərk tullantılardan təmizlənmişdir və bu işlər MKİS-lər tərəfindən davam etdirilir.

Mütəmadi olaraq MKİS tərəfindən bardürlər və işıq dirəkləri yuyulmuş, Azadlıq prospekti 18, 28, 33, 35, 41, 43 saylı ünavnlarda su axıdıcı barmaqlıqlar təmizlənmişdir.

Nəsimi Su-Kanal İdarəsi tərəfdən 2016-cı ilin 9 ay ərzində Ə.Hüseynzadə, D.Əliyeva, Kiçik Dəniz, S.Əsgərova küçələrində baş vermiş su sızıntılarının qarşısı alınmış, S.Rüstəm 10, 18; Ş.Əzizbəyov 152, 176; R.Rza 27, 40; Azadlıq pr. 18, S.Rəhimov 215, C.Məmmədquluzadə 30, Ə.Quliyev 117, K.Səfərəliyeva 2, Nizami küçəsi 77/9, 118 saylı ünvanda məhəllədaxili 103 p/m su xətti dəyişdirilmişdir.

Hesabat dövrü ərzində Ü.Hacibəyli küçəsində yol kənarında 3900-dən çox gül kolları əkilmiş, 200m2 qazon örtüyü salınmışdır.

Ü.Hacıbəyli 66 ünvanda yerləşən Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbə yataqxanasının fasad hissəsi və dam örtüyü əsaslı təmir olunmuşdur. Ü.Hacıbəyli küçəsində Cavanşir körpüsünün yanındakı, sahəsi 6 000m2 ərazidə  XDG QSC tərəfindən  abadlıq işləri aparılmış, yeni park salınmışdır. Orada uşaqların əylənməsi üçün müxtəlif avadanlıqlar quraşdırılmışdır.

Bülbül prospekti ilə Ş.Bədəlbəyli küçəsiin kəsişməsində, Füzuli küçəsində 53 saylı binanın qarşısında çökmüş asfalt AzərYol ASC tərəfindən doldurularaq yenidən asfaltlanmışdır.

Hal-hazırda Dəmiryol sərnişin vağzalında əsaslı təmir işləri davam etdirilir. Belə ki,  vağzalın mehmanxanası və inzibatibinasında davam etdirilir, eyni zamanda Dəmiryol İdarəsinin inzibati binasında da təmir işləri aparılır.

Nümayəndəlik rayonda keçirilən ictimai, mədəni-kütləvi tədbirlərin təntənəli mərasimlərin təşkil olunmasında yaxından iştirak etmiş, rayon İcra Hakimiyyəti tərəfindən üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsini təmin etmişdir.

2016-ci ilin 9 ay ərzində 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsinə idarə və təşkilatlardan 37 məktub daxil olmuşdur. Onlardan 14-ü məlumatla işə tikilmiş, digərləri isə araşdırılaraq cavablandırılmışdır. Vətəndaşlardan isə 24 ərizə daxil olmuşdur. Onların hər biri qanunamüvafiq şəkildə araşdırılmış, lazımi tədbirlər görülmüş və vətəndaşlar yazılı şəkildə məlumatlandırılmışdır.

9 ay ərzində Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən rayon ərazisində yerləşən A.Məhərrəmov küçəsi, 20 Yanvar küçəsi boyunca 1500 ağac əkilmiş, Ü.Hacıbəyov küçəsi boyunca 1500 ədəd gül-çiçək,  200 kv.m qazon əkilmiş və onlara qulluq edilmişdir. Eyni zamanda Tbilisi pr. 68 saylı ünvanda yerləşən Azərbaycan Respublikası Autist Uşaqların Reabilitasiyasına kömək İctimai Birliyinin binasının qarşısında 600 kv.m asfalt örtüyü vurulmuş, 20 Yanvar küçəsi 2/51 saylı, Moskva pr. 92 və Asif Məhərrəmov küçəsi 47 saylı yaşayış binalarının fasadlarında əsaslı təmir işləri yerinə yetirilmiş, həyətləri abadlaşdırılmış, asfalt örtüyü vurulmuş, eləcə də həmin binaların qarşısındakı istirahət parkında əsaslı təmir-bərpa və yenidənqurma işləri aparılmış, ağaclar əkilmiş, yaşıllıqlara qulluq edilmişdir. A.Əliyev və Tbilisi prospektinin kəsişməsində  400 kv.m qazon döşənmiş, 200 ədəd ağac əkilmiş və ərazidə təmizlik-abadlıq işləri aparılmışdır.

R.Behbudov, Bakıxanov küçələrində və Vaqif prospektində ümumilikdə 300 ədəd işıq dirəkləri, eləcə də S.Vurğun küçəsi və Vaqif prospektinin kəsişdiyi ərazidə yerləşən ümumi səthi 800 kv.m olan dəmir hasar təmizlənərək, rənglənmişdir. T.Şevçenko bağında olan 10 ədəd oturacaq cari təmir olunmuş, abadlıq işləri aparılmışdır.

Rayon ərazisində yerləşən 600 ədəd zibil konteyneri rənglənmiş, 130 ədəd konteynerin təkərləri yenisi ilə əvəz edilmiş, eyni zamanda 4 ünvanda yeni zibil meydançası tikilmiş, digərləri təmir olunaraq, ağardılmışdır. R.Behbudov küçəsi boyunca, Milli bank və Kapitalbankın qarşısında ümumi səthi 120 kv.m olan dekorativ metal məhəccər-maneələr təmir olunaraq, rənglənmişdir.

Habelə, 9 ay ərzində MKTB-nin maşın-mexanizmlərindən istifadə  olunmaqla Ak.M.Qaşqay, Sarabski və Ceyhun Hacıbəyli küçələrinin əhatə etdiyi ərazidən,  Azərbaycan Neft Akademiyasının sökülmüş tələbə yataqxanalarının yerində olan zibil və tikinti qalıqlarının 300 kub.m-i həmin ərazidən götürülmüşdür.

2016-cı ilin 9 ayı ərzində Cavadxan küçəsi 1,58,60, Moskva pr. 46, 48,70 və 82 saylı yaşayış binalarının fasadları əsaslı təmir  olunmuş, Moskva pr. 52,62,74,86 saylı binaların fasadlarında əsaslı təmir işləri davam etdirilir.

4-cü mkr. ərazisində yerləşən 247 saylı orta məktəbdə aparılan əsaslı təmir və yenidənqurma işləri ilə əlaqədar olaraq yaxınlıqdakı H.Seyidzadə küçəsi 18 saylı binanın 900 kv.m, H.Seyidzadə  küçəsi 20a saylı binanın 705 kv.m, H.Seyidzadə küçəsi 24 saylı binanın 630 kv.m, Mir Cəlal küçəsi 60 saylı binanın 340 kv.m, Mir Cəlal küçəsi 62 saylı binanın 180 kv.m, Mir Cəlal küçəsi 64 saylı binanın 405 kv.m, Mir Cəlal küçəsi 66 saylı binanın 630 kv.m, 20 Yanvar küçəsi 39 saylı binanın 240 kv.m yan fasadlarında əsaslı təmir işləri aparılmışdır.

Eyni zamanda,  H.Seyidzadə küçəsi 16 saylı binanın fasadında 3060 kv.m əsaslı təmir işləri aparılmış, binanın dam örtüyünə 1080 kv.m şüşəli ruberoid vurulmuşdur, 6 ədəd giriş qapısı və 24 ədəd pəncərə dəyişdirilib, yenisi ilə əvəz olunmuş, pilləkən və giriş meydançasına 25 kv.m aqlay daşı və 140 kv.m tamet döşənmiş, karniz və günlüklərin altına 150 kv.m lambir, binaətrafı əraziyə 4000 kv.m asfalt örtüyü vurulmuş, 450 kv.m sahəyə qazon döşənmiş, 400 p.m bardyur düzülmüşdür. Ərazidə (26x52) m ölçüdə futbol meydançası tikilib ərafına (156x3) m =468 kv.m metal tor çəkilmiş, (3x6)m ölçüdə istirahət guşəsi (besedka) quraşdırılmış, yaşıllıq və qazon örüyünün suvarılması məsədilə  100 p.m. su xətti çəkilmişdir. 

2-ci mkr. ərazisində H.B.Əliyev küçəsi 15 saylı ünvandan H.Seyidzadə küçəsi 17 saylı ünvana, eləcə də 132 saylı bağçaya qədər olan məhəllədaxili yollara MKTB tərəfindən 3500 kv.m asfalt örtüyü vurulmuş, H.B.Əliyev küçəsində asfalt örtüyü (Cavadxan küçəsindən R.Məmmədov küçəsinə qədər) “AzərAvtoYol” ASC tərəfindən əsaslı təmir olunmuş, bardürlər dəyişdirlmişdir.

MKTB tərəfindən yol kənarındakı səkilərə 3600 kv.m tamet daşlarının döşənməsi təmin edilmişdir.

S.Rüstəm küçəsində “AzərAvtoYol” ASC tərəfindən yolun asfalt örtüyünün əsaslı təmiri işlərinə başlanmış, bardürlər dəyişdirilmişdir.

Səkilərə isə MKTB tərəfindən ümuimilikdə 2000 kv.m asfalt örtüyünün vutulıması təmin olunmuşdur.

Eləcə də, L.Tolstoy küçəsinin 1 saylı tam orta məktəbin qarşısındakı hissəsinə 300 kv.m asfalt örtüyü vurulmuş, səkidə təmir işləri aparılmışdır.

Bu işlər N.B.Vəzirov küçəsində də icra olunmuşdur.  Belə ki, yola 1200 kv.m asfalt vurulmuş, yol kənarında 100 ədəd ağac əkilmiş, 400 kv.m divar ağardılmışdır.

Eyni zamanda, Tbilisi pr. boyunca salınmış yaşıllıqların suvarılması məqsədilə  400 p.m. boru quraşdırılmışdır.

C.Hacıbəyli küçəsi ilə Vaqif prospektinin kəsişməsində yerləşən parkda cari təmir işləri aparılmış, sınmış aqlay daşları dəyişdirilmiş, 28 ədəd oturacaq təmir edirələk rənglənmişdir.

R.Zorqe parkındakı 1941-1945 abidəsinin qopub-tökülmüş üzlük daşları bərpa edilmişdir.

S.Vurğun və Ak.H.Əliyev küçələrinin kəsişdiy ünvandakı istirahət guşəsində cari təmir-bərpa işləri yerində yetirilmiş, yeni oturacaqlar quraşdırılmışdır.

Tbilisi pr. 68 ünvanında, “Autist sindiromlu uşaqların reabilitasiyası mərkəzi” fəaliyyət göstərən binanın həyətyanı  sahəsində 100 ədəd, 5-ci mkr. ərazisindəki 54 saylı tam orta məktəbin və Humanitar Liseyin binası ətrafında hər birində 100 ədəd olmaqla 200 ədəd, eləcə də 4-cü mkr. ərzisindəki 240 saylı tam orta məktəbin ətrafında 100 ədəd ağac əkilmiş, 5 saylı tam orta məktəbin ətrafındakı ərazilərdə ümumilikdə 1254 kv.m çəpərlər sökülmüş, təmizlik işləri aparılmış və həmin ərazidə 850-dən çox ağac əkilmişdir.

20 Yanvar küçəsindəki, “20 Yanvar” abidəsi   ətrafında da iməcilik keçirilmiş,  200 ədəd ağac əkilmişdir.

Habelə, Ü.Hacıbəyov küçəsi boyunca 4000 ədəd, Vaqif pr. boyunca Koroğlu, Koala və R.Zorqe parklarında 50000 ədəd gül kolları əkilmişdir. Ü.Hacıbəyov küçəsi boyunca 300 kv.m, Z.Əliyeva küçəsi boyunca, 400 kv.m, qazon döşənmişdir.

C.Məmmədquluzadə küçəsinin, Ak.H.Əliyev küçəsindən Hərbi Hospitala qədər olan hissəsində yolun hər 2 tərəfində 1200 kv.m fasad hissələr rənglənmiş, Hospitalın həyətinə 680 kv.m asfalt örtüyü vurulmuş, 6 ədəd dekorativ oturacaq quraşdırılmışdır.

C.Hacıbəyli küçəsi ilə Vaqif prospektinin kəsişməsində yerləşən parkda cari təmir işləri aparılmış, sınmış aqlay daşları dəyişdirilmiş,

28 ədəd oturacaq təmir edirələk rənglənmişdir.

R.Zorge parkındakı 1941-1945 abidəsinin qopub-tökülmüş üzlük daşları bərpa edilmişdir.

S.Vurğun və Ak.H.Əliyev küçələrinin kəsişdiy ünvandakı istirahət guşəsində cari təmir-bərpa işləri yerində yetirilmiş, yeni oturacaqlar quraşdırılmışdır.

Bakıxanov küçəsi 50 ünvanında 3500 kv.m asfalt vurulmuş, 450 p.m bardyur dəyişdirilmişdir.

Ak.Mirqasımov küçəsi 2-də 500 kv.m asfalt salınmış, 100 kv.m qazon döşənmiş, 4 ədəd oturacaq quraşdırılmışdır. Ak.Mirqasımov küçəsi 2 və 4 saylı ünvanlar 2 səkiyə 100 kv.m (60 kv.m+40 kv.m) tamet daşı döşənmişdir.

Bütün bunlarla yanaşı I-V mkr. ərazisindəki yaşayış binalarının ətrafında, İmran Qasımov küçəsi boyunca səki və yol kənarlarında olan eybəcər formada olan çəpərlər sökülmüş, yerlərində təmizlik işləri aparılmışdır.

Keçən dövr ərzində MKTB-nin daxili imkanları hesabına yaşayış binalarının və evlərin dam örtüklərində, eləcə də istiliklə təchiz olunan 144 binanın fasiləsiz olaraq istiliklə təmin olunması üçün istilik sistemlərində cari təmir işləri yerinə yetirilmiş, habelə binaların tüstü bacaları və ventilyasiya kanallarında təmizlik işləri aparılmışdır.

Cari ilin aprel-may aylarında binalara “yaz baxışı” keçirilmiş, tədbirlər planı işlənib hazırlanıb təsdiq edilmiş və may ayından etibarən 2016-2017-ci ilin payız-qış mövsümünə hazırlıq işlərinə başlanaraq müəyyən işlər görülmüşdür.

Belə ki, 7880,5 kv.m planlaşmaya qarşı 6760 kv.m dam örtüyü, 425 kv.m planlaşmaya qarşı 369 kv.m keçid meydançası və pilləkən qəfəsəsi, 519 ədəd planlaşmaya qarşı 396 ədəd pəncərə, 340 ədəd planlaşmaya qarşı 233 ədəd giriş qapısı, 1091,5 p.m. planlaşmaya qarşı 1093.5 p.m. istilik xətti, 1044,2 p.m planlaşmaya qarşı 1202 p.m. suaxıdıcı boru, 254 ədəd planlaşmaya qarşı 113 ədəd ventil təmir olunub,  35 ədəd  planlaşmaya qarşı  24 ədəd  ventil  dəyişdirilmiş,  152 ədəd planlaşmaya qarşı 36 ədəd siyirtmə təmir olunmuş, 14 ədəd planlaşmaya qarşı 19 ədəd siyirtmə dəyişdirilmiş, ümumi istifadə yerlərində 717,5 kv.m  planlaşmaya qarşı 611,5 kv.m şüşələnmə işləri yerinə yetirilmişdir.

Eyni zamanda 53925 p.m. planlaşmaya qarşı 31130 p.m. tüstü bacası və ventilyasiya kanalları təmizlənmişdir.

Rayon ərazisində yerləşən küçələr, bağlar, parklar, meydanlar, qazonlar və yaşıllıqlar, həyətlər hər gün süpürülmüş, yaranan süpürüntü kütləsi  MKTB-nin nəqliyyat vasitələri ilə “Təmiz şəhər” ASC-nin poliqonlarına daşınmışdır, əhalinin, rayonda fəaliyyət göstərən təşkilatların, kommersiya qurumlarının yaratdığı bərk məişət tullantılarının qəbulu üçün 356 ünvanda  qəbul məntəqəsi vardır.

Həmin qəbul məntəqələri  849 ədəd xüsusi konteyner və 268 ədəd yeşiklə təmin olunmuşdur. İstifadəyə yararsız konteyner və yeşiklər yeniləri ilə əvəz olunmuşdur.

2016-cı ilin 9 ayı  ərzində Nəsimi rayon Sukanal İdarəsi üzrə qeydiyyata alınmış   216151 nəfər əhaliyə, o cümlədən məcburi köçkünə xidmət göstərilir. Hal-hazırda abonentlərin ümumi sayı  71353 abonent təşkil edir, o cümlədən əhali sektoru üzrə 65053 abonent, qeyri-əhali sektoru üzrə 6300 abonentdir.

Rayon ərazisində yerləşən yaşayış məntəqələrinin 75,6%-i, yəni 163400 nəfərdən çox əhali sutka ərzində fasiləsiz və keyfiyyətli su ilə təmin olunur. Rayon üzrə su təchizatı 100% -dir.

Rayon əhalisini su ilə təmin edən və rayonun hüdudları çərçivəsində istismar olunan magistral su kəmərlərinin və məhəllədaxili su xətlərinin ümumi uzunluğu 303.0 km-dən (magistral xətlər-138.8km, məhəllədaxili şəbəkə-165.0km) artıqdır.

İstismar olunan kanalizasiya şəbəkəsinin isə ümumi uzunluğu 162.0 km,   yağış sularının axıdılması kollektorlarının ümumi üzunluğu 14,8 km-dən artıqdır. İstismar olunan və yararlı vəziyyətdə olan kanalizasiya nəzarət-baxış quyularının sayı 12000 ədəd, yağış barmaqlıqlarının sayı isə 690 ədəddir. 8 ünvanda ümumi həcmi 5154.0 m3 olan su anbarı tərəfimizdən istismar olunur. 

Rayon Sukanal İdarəsinin balansında olan 89 ədəd məhəllədaxili nasos stansiyasından hal-hazırda 59 ədədi  fəaliyyət göstərir.

Daimi su alan ərazilərdə bir-birinə yaxın olan nasosxanalar birləşdirilmiş, məsrəflərə qənaət məqsədi ilə  30 ədəd nasosxananın fəaliyyəti dayandırılmışdır.

Ümumilikdə 71353 abonentin 53000 nəfərindən artıq  su sayğacı ilə təmin edilmişdir. Sayğaclı abonentlərin sayı 74,2 % təşkil edir. “Smart” tipli sayğacların sayı 13200 ədəd, mexaniki sayğacların sayı isə 39800 ədəddir. Ümumi abonentlərin  19,0%-i “Smart” tipli sayğaclarla təmin olunmuşdur.

2016-cı ilin 9 ayı ərzində 3600-dən artıq  yeni su sayğacı quraşdırılmış,  təmir olunmuş,  dəyişdirilmiş və ya qeydiyyata alınmışdır.

Ümumi uzunluğu 1200.0 pm-dən artıq olan müxtəlif diametrli su xətləri çəkilmiş, 1000.0 metrdən çox təmir olunmuşdur. 370,0 pm müxtəlif diametrli kanalizasiya xətti dəyişdirilərək  yenisi ilə əvəz  olunmuşdur.

Magistral və məhəllədaxili su kəmərlərində 2100-dən artıq ünvanda, kanalizasiya şəbəkələrində isə 5200  ünvanda baş vermiş qəzalar aradan qaldırılmışdır.

Rayon ərazisində müxtəlif diametrə malik 27 ədəd yeni siyirtmə  quraşdırılaraq  istismara verilmiş, 45 ədəd siyirtmə təmir olunmuş, 5 ədəd yeni yerüstü hidrant quraşdırılmışdır.

Məhəllədaxili nasos stansiyalarında müxtəlif gücə malik 55 ədəd elektrik mühərriki, müxtəlif markalı 62 ədəd su nasosu təmir olunaraq istismara verilmişdir.

2016-cı ilin  9 ayı  ərzində 356000.0 pm-dən çox fekal kanalizasiya şəbəkəsi, 6200.0 pm-dən çox yağış kanalizasiya şəbəkəsi yuyulmuş, 3100 ədəd yağış barmaqlıqları, 2700 ədəd kanalizasiya quyusu təmizlənmişdir, 7 ədəd yeni yağış barmaqlığı, 12 ədəd yeni çuqun kanalizasiya qapaq dəsti quraşdırılmışdır.

2016-cı ilin 9  ayı  ərzində  Nəsimi rayon Sukanal  İdarəsinə 2300-dan artıq müxtəlif təyinatlı vətəndaş müraciəti daxil olmuşdur. 2244 müraciət  müsbət həll olunmuş,  66 ədədi isə hal-hazırda  icraatdadır.

Rayon ərazisində payız-qış mövsümünə hazırlıqla əlaqədar 25000.0 pm su kəmərinin təftiş edilməsi və cari təmir işləri aparılır. 1500.0 pm-dən çox müxtəlif diametrli su xəttlərinin yenisi ilə əvəz olunması işləri davam etdirilir.

8 ünvanda ümumi tutumu 5154.0 m3 olan ehtiyyat su anbarlarının yuyularaq dezinfeksiya edilməsi işləri başa catdırılmışdır.

Məhəllədaxili nasos stansiyalarını elektrik enerjisi ilə təchiz edən transformator və kabellərin yerində yoxlanılması və üzə çıxan çatışmamazlıqların aradan qaldırılması işləri davam edir.

12 ədəd müxtəlif gücə malik elektrik mühərriki, 12 ədəd müxtəlif markalı nasos aqreqatı, 20 ədəd siyirtmə təmir edilmiş, 10 ədəd yeni siyirtmə quraşdırılmış, nasosxanalarda abadlıq işləri aparılmış, ehtiyyat metal su çənlərinin rənglənməsi, ərazilərin tullantılardan təmizlənməsi, nasosxana binalarınin əhənglənərək ağardılması işləri aparılmışdır.

30000.0 pm fekal, 6500.0 pm yağış kanalizasiya şəbəkəsi yuyulub təmizlənmiş, 2900 ədəd yağış barmaqlıqları, 3300 ədəd kanalizasiya quyusu təmizlənmişdir.

10 ədəd yeni yağış barmaqlığı, 10 ədəd yeni kanalizasiya quyusu üçün çuqun qapaq dəsti quraşdırılmış, yaşayış binalarının zirzəmilərində 12000.0 pm kanalizasiya xətləri təftiş edilmiş, 200.0 pm kanalizasiya xətləri isə cari təmir edilərək qəzalı hissələri dəyişdirilmişdir.

50.0 pm məhəllədaxili kanalizasiya xətlərinin cari təmiri edilərək qəzalı hissələri dəyişdirilmişdir.

Nəsimi rayonu Gigiyena və Epidemiologiya Mərkəzi üzrə 2016-cı ilin 9 ayı ərzində 2015- ci ilin müvafiq dövrü ilə müqayisədə yoluxucu xəstəliklərdə azalma baş vermişdir. Yoluxucu  bağırsaq xəstəlikləri 1,0 % azalmışdır (386 qarşı 382 hadisə). Rayon ərazisində yoluxucu xəstəliklərin epidemiyası baş verməmişdir. Qida zəhərlənməsi 13,3% azalmışdır (15-ə qarşı 13 hadisə).

2016-cı ilin 9 ayı müddətində malyariya xəstəliyi aşkar olunmamışdır. Eləcə də dizenteriya, viruslu hepatit “A”, epid.parotit, qızılca, məxmərək, göy öskürək xəstəlikləri baş verməmişdir.

2016- cı ilin 9 ayında isə 8612 malyariyaya görə müayinə aparılmışdır- aşkarlanma yoxdur.

Helmentlərə görə 2016-cı ilin 9 ayı müddətində 17382 müayinə aparılmış və aşkarlanma  633 olmuşdur.

Yerinə yetirilmə faizlərindən müəyyən olunur ki, profilaktik peyvənd planının icrası 9 aylıq kafidir.

Milli təqvimdən əlavə Azərbaycan Respublikası SN- nin 13.04.16- cı il tarixli 27 saylı “Respublikada immunlaşdırma həftəsinin keçirilməsi barədə” əmrinin icrası ilə əlaqədar olaraq 25.04.16-cı il tarixdən 30.04.16- cı il tarixə kimi “təmizləyici” immunizasiya işi aparıldı, yəni müəyyən səbəbdən peyvənddən kənarda qalan uşaqlar peyvəndə cəlb edilmişdir.

Rayonun uşaq poliklinikaları və doğum şöbələri vaksin preparatları, şpris və iynələrlə tam təmin olunmuşlar.

Rayon ərazisində3 uşaq poliklinikası və 4 doğum şöbəsi fəaliyyət göstərir. 1 KTM-nin doğum şöbəsi və 3 özəl klinikalarda fəaliyyət göstərən doğum şöbələri.

2016- cı ilin 9 ayı müddətində doğum evlərində4600 uşaq doğulmuş və onlardan 4207vərəm əleyhinə peyvənd (VƏP), 4350 polimelit (OPV) və 4482 hepatit B (HB) vaksini almışdır.

Aparılan məqsədyönlü tədbirlər, profilaktik peyvəndlərin nəticəsidir ki, uşaqlar arasında il ərzində məxmərək, qızılca, göy öskürək, difteriya, poliomielit kimi xəstəliklər və eləcə də uşaqlar arasında viruslu hepatit “B” xəstəliyi qeydə alınmamışdır.

2016-cı ilin 9 ayı müddətində  rayon üzrə kəskin süst iflic (KSİ) hadisəsi qeydə alınmamışdır. SN –in 25.11.96- cı il tarixli 204 saylıəmrinə “Respublikada poliomielitin ləğvinə yönəldilmiş tədbirlər”əəsasən MPM- də mütəmadi olaraq yoxlamalar aparılır və nevropotoloqların işinə nəzarət edilir.

Göstərilən əmr bütün MPM- də vardır və icrası təmin edilir, nəzarət üçün hər ay 2 saylı uşaq xəstəxanasında və 1, 3, 12 saylı uşaq poliklinikalarında yoxlamalar aparılıb, həftəlik olaraq xüsusi hesabat forması poliklinikalar tərəfindən alınır və Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə həftəlik hesabat verilir.

Xüsusi təhlükəli xəstəlikləri (vəba, taun) profilaktikası məqsədilə SN-in 19.05.95-ci il tarixli 81 saylı əmrinə əsasən MPM- də xəstəliklərin klinikası müalicə və profilaktikası haqqında seminar məşğələlər keçirilmişdir.

Azərbaycan Respublikası SN- in 08.12.15- ci il tarixli 101 saylı “Donuz qripi xəstələrinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə” və 19.01.16- cı il tarixli 3 saylı “Donuz qripi xəstəliyinə qarşı əlavə tədbirlər barədə” əmrlərinə əsaslanaraq seminar məşğələləri keçirilmiş, MPM- də bu əmrlərin icrasına nəzarət gücləndirilmişdir. Qripə şübhəli xəstələrdən müayinələrin götürülməsi və hospitalizasiya olunub müalicə edilməsi təşkil olunmuşdur. Bu işlərə tərəfimizdən daimi nəzarət aparılır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015- ci il 1 dekabr tarixli 370 saylı qərarı ilə təsdiq edilmiş, “2016-2020- ci illər üçün uşaqlar arasında yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair” tədbirlər proqramına əsasən “Azərbaycan Respublikası üzrə profilaktik peyvənd təqvimi” təsdiq edilmişdir. Bu təqvimə İnaktivləşdirilmiş poliomilelit vaksini əlavə edilmiş və 18.04.16- cı il tarixdən 3valentli OPV vaksinasiyası dayandırılmış 2 valentli OPV vaksinasiyasına keçid edilmişdir. Bu barədə bütün MPM məlumatlandırılmışdır və görülən işlər barədə əmr verilmiş, tədbirlər planı tərtib olunmuş, seminar məşğələləri keçirilmişdir.

Su – kanalizasiya xətlərində mütəmadi təftiş işlərinin aparılması, qəza hallarının daha çox ehtimal olunan sahələrin aşkar edilməsi, tərtib edilən qrafik üzrə məhəllədaxili su anbarlarının yuyulub təmizlənməsi və dezinfeksiya edilməsi məqsədilə rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə 19.01.16 - ci il tarixli 06/15 – 36, rayon  Su – Kanal və Idarəsinə  19.01.2016– ci il tarixli 06/15 – 35 saylı məktublar göndərilmişdir.

Rayon ərazisində əhalinin içməli su təchizatı üzərində mütəmadi olaraq sanitariya nəzarəti aparılır. Bu məqsədlə rayon Su – Kanal Departamenti tərəfindən təyin olunmuş stasionar nöqtələrdən (29 ədəd) və 5 ədəd məhəllədaxili su anbarından və 19 ədəd məhəllədaxili çənlərdən  mütəmadi olaraq su nümunələri müvafiq olaraq kimyəvi və bakterioloji laboratoriyalarda müayinəyə verilir.

5 məhəllədaxili – S.Rəhimov küçəsi 307- ci məhəllə, 20 Yanvar küçəsi 23A, A.Məhərrəmov  küçəsi 68, A.Mustafayev küçəsi 12, A.Məhərrəmov küçəsi (C.Səlimov küçəsi) 7 saylı ünvanlarda yerləşən məhəllədaxili su anbarlarının yuyulub – təmizlənməsi və dezinfeksiya edilməsi təmin edilmişdir.

Rayon ərazisində yerləşən zirzəmilərin su – kanalizasiya xətlərinə nəzarət “Azərsu” ASC – i tərəfindən aparılır

Su paylayıcı şəbəkələrdə və kanalizasiya xətlərində baş vermiş qəza hallarının vaxtında aradan qaldırılması ilə bağlı operativ tədbirlərin görülməsi üçün GEM – də “Qaynar xətt” fəaliyyət göstərir.

9 ay ərzində bölmə üzrə bakterioloji və kimyəvi laboratoriyalara su xətlərindən, eləcə də  məhəllədaxili su anbarları və çənlərindən paralel olaraq 825 su nümunəsi götürülmüşdür. Bakterioloji göstəricilərə görə 63, kimyəvi göstərcilərə (bulanıqlığa) görə 173 su nümunəsinin cavabı qeyri – kafi olmuşdur.

Təkrar nümunələr götürülmüş nəticələr “İçməli Su” haqqında 2874 – 72 saylı DÜST - ə uyğun olmuşdur.

9 ay ərzində su xəttində baş verən qəzaların sayı 1655, kanalizasiya xəttində baş verən qəzaların sayı isə 982 olmuşdur.

Qida gigiyena bölməsi tərəfindən yaz-yay mövsümü ilə əlaqədar ticarət obyektlərinə 06/16- 100 saylı 25.02.16- cı il tarixli, ictimai iaşə obyektlərinə 06/16- 99 saylı 25.02.16- cı il tarixli, qida sənayesi obyektlərinə 06/16- 101 saylı 25.02.16- cı il tarixli maarifləndirici məktublar göndərilmişdir.

Bölmə tərəfindən 11 obyektin sanitar- qiymətləndirilməsi haqqında rəy verilmiş, 10 qida sənayesi obyektindən 83 adda ərzaq məhsulunun gigiyenik sertifikat alınması işi təşkil edilmişdir.

9 ay ərzində bölmə üzrə bakterioloji və kimyəvi laboratoriyalara su xətlərindən, eləcə də  məhəllədaxili su anbarları və çənlərindən paralel olaraq 825 su nümunəsi götürülmüşdür. Bakterioloji göstəricilərə görə 63, kimyəvi göstərcilərə (bulanıqlığa) görə 173 su nümunəsinin cavabı qeyri – kafi olmuşdur.

Təkrar nümunələr götürülmüş nəticələr “İçməli Su” haqqında 2874 – 72 saylı DÜST - ə uyğun olmuşdur.

9 ay ərzində məktəb və məktəbəqədər uşaq müəssisələrində SN- in 08.12.15- ci il tarixli 101 saylı “Donuz qripi xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə” və 19.01.16- cı il tarixli 3 saylı “Donuz qripi xəstəliyinin əlavə tədbirləri barədə” əmrlərinə əsasən yoxlamalar aparılıb.

Məktəb və məktəbəqədər uşaq müəssisələrinin tibb işçilıəri ilə 03.06.16- cı il tarixli 06/15- 347 saylı məktubla “Azərbaycan Respublikası əhalisinin sanitariya epidemioloji salamatlığını təmin edən ətraf mühitdə yaşamaq hüququnun təminatı” mövzusunda mühazirə aparılmışdır.

Məktəblərdə 30.03.16- cı il tarixli 04-22/ 1767 saylı “Əllərin gigiyenası mövzusu” ilə bağlı 4044 şagird arasında maarif işi aparılmışdır.

Məktəbəqədər uşaq müəssisələrinin rəhbərləri və tibb işçiləri ilə MUM- da yaz- yay mövsumunə hazırlıq vəziyyəti, yay sağlamlaşdırıcı tədbirlərin, qida zəhərlənməsinin profilaktikası barədə seminar müşavirə aparılmışdır.

Məktəbəqədər uşaq müəssisələrində sağlamlaşdırıcı işlər aparılmışdır. Belə ki, həyətyanı sahələrdə abadlıq işləri aparılmış, soyuducularla təmin olunmuş, pəncərələr torlanmış, yuyucu və dezinfeksiyaedici maddələrlə təmin olunub.

2016-cı ilin 9 ayı ərzində Nəsimi rayonu xidməti ərazisində yerləşən müassisələrin və yaşayış evlərinin yanğın təhlükəsizliyinin yaxşılaşdırılmasına yönəldilmiş tədbirlər həyata keçirilmişdir.

Görülmüş tədbirlər nəticəsində 2016-cı ilin 9 ayı ərzində yanğınların sayı azalmışdır.

Əsas göstərici

Sayı

+; -

9 ay 2015-ci il

9 ay 2016-cı il

Yanğınların sayı

46 ədəd

28 ədəd

-18

Dəymiş ziyan

158.110 manat

51.05 manat

-107.060

İnsan tələfatı

1 nəfər

-

-1

Xəsarət alanlar

2 nəfər

1 nəfər

-1

1 saylı İSİS-n ərazisində olan Nəsimi rayonu üzrə 25 ədəd məhəllədaxili qazanxana və 19 ədəd  istilik məntəqəsi, RİQ-1 daxil olmaqla, istilik  enerjisi istehsal edərək  tələbatçıları  fasiləsiz istilik enerjisi ilə təmin edilmişdir.

2016-2017-ci illər payız-qış mövsümünə hazırlıqla əlaqədar tədbirlər planı hazırlanmış və tədbirlər planına uyğun olaraq işlər davam etdirilir.

Belə ki, Qulu Quliyev 11/13 ünvanında d=102 və 89 mm 90 metr istilik xətti, Cavadxan 28 ünvanında 25 metr istilik xətti təmir olunmuş, Asif Məhərrəmov 28, 34 və Cavadxan 11 saylı binaların aşağı paylama istilik xətlərində təmir işləri görülmüş, A.Mustafayev 29 ünvanında d=159 və 133 mm, L= 140 metr istilik xətti əsaslı təmir    olunmuş, Cavadxan 21, 31, 34, 29 saylı binaların aşağı paylama istilik xəttində, H.B.Əliyev 38 ünvanında aşağı paylama istilik xəttində 2 ədəd d.50 mm siyirtmə dəyişdirilmiş, aşağı paylama istilik xəttində, Topcubaşov 21, Səməd Vurğun 11  ünvanlarında məhəllə daxili istilik xəttinin bir hissəsində, həmçinin H.B.Əliyev 6, 10, 50 ünvanlarında da aşağı paylama istilik xəttində, 3-cü mikrorayon Cavadxan 28 ünvanından 1 saylı istilik məntəqəsinə gedən istilik xətti əsaslı təmir edilmiş və  d.159 mm-lik L=60 metr boruda təmir işləri görülmüşdür.

71, 77 və 85 saylı qazanxanalarda  KSQJ tipli 7 ədəd qazan açılaraq mexaniki üsulla ərpdən təmizlənmiş, 25 ədəd məhəllədaxili qazanxanada 71 ədəd qazan açılaraq profilaktik təmir işləri görülmüş, ümumilikdə, ərazidə istilik xətləri üzərində və qazanxanalarda 120 ədəd çirk tutan, 885 ədəd siyirtmə açılaraq təftiş olunmuş, həmçinin, bu işlərlə yanaşı, elektrik avadanlıqlarına baxış keçirilmiş, aşkarlanan qüsurlar aradan qaldırılmışdır.

34, 81, 83, 99, 232, M18/46, M26/MTE, 312, 366, 500, 501  və 365 saylı qazanxanalarda payız qış mövsümünə hazırlıq işləri ilə əlaqədar bütün işlər başa çatdırılmış, istilik xətləri su ilə doldurularaq, hidravlik təzyiq altında “Azəristiliktəchizat” ASC-n nəzdində yaradılmış qəbul komissiyasına təhvil verilmişdir.

308, 365, 366 və 378 saylı qazanxanalarda qazanlar açılaraq mexaniki üsulla ərpdən təmizlənmiş və faydalı modullar quraşdırılmışdır

99, 199, 139 saylı qazanxanalarda 7 ədəd qazan əsaslı təmir olunaraq qış mövsümünə hazır vəziyyətə gətirilmiş, 85 və 71  saylı qazanxanalarda 6 ədəd nasos əsaslı təmir olunmuşdur.

500,501,312 və 81  saylı qazanxanalarda 5 ədəd istilik mübadilə aparatı  açılaraq, mexaniki və kimyəvi üsulla təmizlənərək işçi vəziyyətə gətirilmiş, ümumilikdə,  M/N, 71, 85, 199, 308, 138, 139, 365, 378, 156 və 339 saylı qazanxanalarda qazanlar açılaraq mexaniki üsulla təmizlənmiş, siyirtmə və ventillər cari təmir olunaraq  “Azəristiliktəchizat” ASC-nin nəzdində yaradılmış qəbul komissiyasına təhvil verilmişdir.

1 saylı Rayon İstilik qazanxanasında PTVM-50 tipli  II qazanda cari təmir  işləri aparılımış. Qazanın ekran boruları təmir edilmiş, kollektorlar açılaraq ərpdən təmizlənmiş, 2 ədəd 500 kvt şəbəkə nasosu təmir edilərək ehtiyata qoyulmuşdur.

1-ci mikrorayon 365 saylı qazanxananın ərazisinə düşən Moskva prospekti 70, 72, 74 saylı binaların aşağı paylama istilik xətləri əsaslı təmir olunmuşdur.

90 saylı qazanxananın istilik gücünü artırmaq məqsədi ilə 2 ədəd 5 Qkal/saat gücündə  təbəqəli su qızdırıcı quraşdırılmışdır.

Hal-hazırda 20 Yanvar 2/51  ünvanına yeni istilik xətlərinin çəkilməsi ilə əlaqədar işlər aparılır.

2016-cı ilin 9 ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon şöbəsinin qarşısına qoyulan məsələlər uğurla həyata keçirilmişdir. Belə ki şöbədə qeydiyyatda olan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən 1926,8 min manat məcburi dövlət sosial sığorta haqları toplanaraq illik plan 65,1 % yerinə yetirilmişdir.
2016-cı ilin 9 ayı ərzində pensiya və müavinətlərin ödənilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Mərkəzi Aparatından 49975,0 min manat vəsait köçürülmüşdür.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon şöbəsində 2016-cı ilin 9 ayı ərzində qeydiyyatda olan əmək pensiyaçıların sayı 24021 nəfər (5154 nəfəri işləyən, 18867 nəfəri işləməyən) təşkil edir. Bunlardan yaşa görə əmək pensiyaçıları 16785 nəfər, əlilliyə görə əmək pensiyaçıları, 5315 nəfər, ailə başçısını itirməyə görə əmək pensiyaçıları 1921 nəfər təşkil edir.
2016-cı ilin “Əmək pensiyasının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2016-cı il tarixli 1721 nömrəli Sərəncamına əsasən 01.01.2016-cı il tarixdən əmək pensiyalarının sığorta hissəsi ölkə üzrə ötən 2015-ci ilin istehlak qiymətlərinin infilyasiya indeksi nəzərə alınmaqla artırılmışdır.
Bu sərəncama əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsi üzrə 22648 nəfər pensiyaçının əmək pensiyasının sığorta hissəsi üzrə aylıq 72,6 min manat artım olunaraq ödənilmişdir.
Ümumiyyətlə, 2016-cı ilin 9 ayı ərzində pensiyaların ödənilməsinə 51220,5 min manat, dəfn xərcinin ödənilməsinə 146,0 min manat, qanunvericiliyə müvafiq olaraq məhkəmə qərarlarına əsasən pensiyalardan tutularaq köçürmələr 148,1 min manat, fiziki şəxslərə 20,0 min manat, pensiya və müavinətlərin ödənilməsinə görə 206,0 min manat xidmət haqqı ödənilmiş və şöbə aparatının saxlanılmasına görə 212,8 min manat vəsait xərclənmişdir.
Bundan başqa 1941-1945-cı illər Böyük Vətən Müharibəsində Qələbəni 71-ci ildönümü ilə əlaqədar “1941-1945-cı illər Böyük Vətən Müharibəsinin iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 30 aprel 2016-cı il tarixli Sərəncamının icrası məqsədi ilə 163,2 min manat vəsait ödənilmişdir.

Nəsimi rayon filialı sığorta haqlarının 2016-cı ilin 9 ayı ərzində müəyyən olunmuş tədiyyə tapşırıqlarının yerinə yetirilməsinin yekunlarına baxaraq qeyd edir ki, filialın bir sıra məqsədyönlü tədbirləri nəticəsində sığortanın bütün növləri üzrə 2016-cı ilın 9 ayı ərzində  500169  manat  tədiyyə toplanmışdır.

Belə ki, müəssisə əmlakının  könüllü sığortası üzrə 300000  manat, fərdi qəza üzrə 81000  manat, nəqliyyat vasitələrinin icbari sığortası üzrə 119169  manat, sığorta tədiyyəsi toplanmışdır. Beləliklə plan - 350000 olduğu halda,  - 500169 manat artıq tədiyyə toplanmışdır.

“Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanunun müddəalarının reallaşdırılması və sosial müdafiəyə ehtiyacı olanlara kvotalaşdırılmış iş yerləri yaratmaq və bununla da işsizlik probleminin mümkün qədər yüngülləşdirilməsi məqsədilə   29  dekabr 2015-ci il tarixində Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 225 saylı Sərəncamı ilə “2016-cı il üçün Ərazi Məşğulluq Proqramı” təsdiq edilmiş və Məşğulluq Mərkəzi öz fəaliyyətini bu proqram əsasında qurmuşdur.

Hesabat dövrü ərzində isə 2826 nəfər Məşğulluq Mərkəzinə müraciət etmişdir. Bu dövr ərzində ilk dəfə müraciət edənlərin sayı 1641  nəfər olmuşdur.

Onu da qeyd edək ki, hesabat dövrü  ərzində Mərkəzə müraciət edən 2826 nəfərdən, yəni Mərkəzdə əvvəllər qeydiyyatda duranlardan, dəvət edilənlərdən və təkrar müraciət edənlərdən boş iş yerlərinə əsasən müəssisə və təşkilatlara göndərilən 831  nəfəri oradakı əmək haqqının aşağı olması və digər səbəblərdən təklif olunan işdən imtina etmişdirlər.

 “Ərazi Məşğulluq Proqramı”na əsasən hesabat dövrü ərzində müraciət edənlərdən 600 nəfərin daimi işlə təmin edilməsi proqnozlaşdırılmışdır. Hesabat dövrü ərzində isə rayon Məşğulluq Mərkəzinə müraciət edənlərdən 1140 nəfəri  daimi işlə təmin edilmişdir ki, bu da proqramda nəzərdə tutulduğundan 540 nəfər çoxdur. İşə düzələnlərdən 889 nəfəri fəhlə peşələrindən, xidmət sahələrindən olanlar, 251 nəfəri mühəndis-texniki işçilərdən olmuşdurlar. Məşğulluq Mərkəzinə müraciət  edənlərin 1140 nəfəri işlə təmin edilmişdir, 881 nəfər  isə təklif olunmuş iş yerlərində əmək haqqı aşağı olması səbəbindən işdən imtina etmişdirsə, digər bir hissəsinə isə heç bir münasib iş təklif etmək mümkün olmamışdır.

Belə ki, təsərrüfatçılıq və mülkiyyət formasından asılı olmayaraq rayon ərazisində yerləşən və fəaliyyət göstərən 1415–dan çox müəssisə və təşkilatdan yalnız hər ay orta hesabla 450-500 müəssisə və təşkilat boş iş yerləri (vakansiya) olub olmaması barədə Məşğulluq Mərkəzinə məlumat verir ki, bu da keçən ilin müvafiq dövrü  ilə müqayisədə 150-200 müəssisə azdır. Hesabat təqdim edənlərdən yalnız orta hesabla hər ay 25-30 müəssisə və təşkilatda boş iş yeri olur ki, bu da keçən ilin müvafiq dövrü  ilə müqayisədə 25-30 müəssisə azdır. Bu dövr ərzində  müəssisə və təşkilatlarla telefon əlaqəsi yaradaraq “Məşğulluq haqqında” Qanunun tələbləri onların nəzərinə çatdırılmışdır. Yığılmış məlumatlara əsasən hər ay orta hesabla 250-300 boş iş yeri olur ki, onun da 85 -90% - i peşəsi olanlar və ixtisaslı mütəxəssislərə olan tələbatdır.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri cənab R.Mehdiyevin yanında 29 yanvar 2016-cı il tarixdə keçirilən müşavirənin nəticəsi olaraq bir çox işəgötürənlər Məşğulluq Xidmətinə 3143  boş iş yeri vermişdir.

Məlumatların çətinliklə yığılmasına baxmayaraq onlar cəmləşdirilib, komputer vasitəsilə təhlil edilib bülleten şəklində çap edilmiş, Məşğulluq Mərkəzinin binasında olan reklam lövhələrə yerləşdirilmiş və internetə buraxılmışdır ki, bu da Mərkəzə müraciət edən vətəndaşların rayon ərazisində özlərinə münasib iş seçməsini xeyli asanlaşdırmışdır.

Peşə hazırlığı işinin səmərəliliyinin artırılması və günün tələbləri səviyyəsində qurulmasının ən vacib məsələlərdən biri olmasını nəzərə alıb işəgötürənlərin real tələbləri nəzərə alınaraq hesabat dövrü ərzində “Ərazi Məşğulluq Proqramı”na əsasən 150 nəfərin peşə təlimi kurslarına cəlb ediləcəyi proqnozlaşdırılsa da bu dövr ərzində 96 nəfər 5 ixtisas üzrə ( kompyuter istifadəçisi, qənnadçı, dərzi, mebel quraşdırıcısı,aşpaz ) kursa cəlb edilmişdir.

İşaxtaran vətəndaşların, o cümlədən gənclərin peşə meyllərinin müəyyənləşdirilməsi, onlara gələcək peşə və ixtisas seçimində köməklik göstərilməsi məqsədilə  150 nəfər işaxtaran vətəndaşla fərdi qaydada Məşğulluq Mərkəzində təşkil olunmuş peşəyönümü kabinetində peşəyönümü və peşə məsləhətlərinə cəlb edilməsi mümkün olmuş, onlar “İşaxtaran və işsiz vətəndaşların peşə meyllərinin müəyyən edilməsi üçün multimediya test proqram sistemi”ndən (Tusi proqramından) keçmişdirlər. Bu istiqamətdə işlər davam etdirilir.

Hesabat  dövrü  ərzində Məşğulluq Mərkəzi tərəfindən 39 nəfər qaçqın və məcburi köçkün münasib işlə təmin olunmuş, 4 nəfər qaçqın və məcburi köçkünə isə işsizliyə görə müavinət ödənilmiş, 6 nəfər isə peşə təlimi kurslarına cəlb edilmişdir. 

2016-cı   ilin 9  ayı ərzində Məşğulluq Mərkəzi vasitəsilə münasib işlə təmin olunanlardan 75 % , peşə kurslarına cəlb olunanların 75.% , işsizlik müavinəti alanların 15.0% gənclər olmuşdur.

Məşğulluq Mərkəzinin fəaliyyətinin başlıca istiqamətlərindən biri də qadınların işlə təmin olunmasına, onların əmək bazarında rəqabətə davamlı olmasına əməli köməklik göstərilməsi olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin “Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Fərmanını rəhbər tutaraq Məşğulluq Mərkəzi tərəfindən hesabat dövründə qadınların sosial müdafiəsinin təmin edilməsinə üstünlük verilmişdir.

Belə ki, 9 ayı ərzində Məşğulluq Mərkəzi tərəfindən münasib işlə təmin olunanların 297 nəfəri və ya 25%, peşə hazırlığı kurslarına cəlb olunanların 39% və ya 48  nəfəri qadınlar olmuşlar. 157 nəfər qadına isə işsizliyə görə müavinət təyin edilmişdir ki, müavinət alanların 34,1 % -ni təşkil edir.

“Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün müəssisə və təşkilatlarda kvota üzrə müəyyən olunmuş xüsusi iş yerlərinə 2016-cı ilin  hesabat dövrü  ərzində 14 nəfər işlə təmin olunmuşdur ki, onlardan 7 nəfər əlil, 4 nəfər məcburi köçkün, 1 nəfər çox uşaqlı qadın, 1 nəfər yetkinlik yaşına şatmamış uşaqları tərbiyə edən tək və çox uşaqlı valudeyinlər, 1 nəfər  20 yaşadək gənclər  olmuşdur.

Hesabat dövrü ərzində “Ərazi məşğulluq proqramı”na əsasən 150 nəfərə işsizlik müavinəti verilməsi proqnozlaşdırılmışdır. Bu dövr ərzində isə 421 nəfərə işsizlik müavinəti verilmişdir. Müavinət alanlardan 132 nəfər qadın, 122 nəfəri minimum əmək haqqı məbləğində müavinət almışdır. Müavinət alanlardan 55 nəfəri sərbəstləşmə ilə , 363 nəfəri kadr axıcılığı ilə işini itirənlər,3 nəfər hərbi xidmətdən tərxis edilənlərdir.

Bu gün ölkədə makroiqtisadi göstəricilərin dinamikasında müşahidə olunan dəyişikliklər iqtisadiyyatın sosial yönümlü inkişafının təmin edilməsi, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, yeni iş yerlərinin yaradılması və məşğulluğun inkişaf etdirilməsi üçün müvafiq tədbirlərin görülməsi işləri davam etdirilir.

Yeniyetmə və gənclərin asudə vaxtlarının, onların istirahətlərinin təşkili hər zaman Nəsimi rayon İcra Hakimiyyətinin diqqət mərkəzində saxlanılır. Bununla əlaqədar rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə məktəblilərin yay tətili günlərində rayonda yaşayan aztəminatlı, şəhid və Qarabağ veteranı  ailələri, həmçinin valideyn himayəsindən  məhrum olmuş uşaqların yay tətili günlərinin səmərəli və maraqlı keçirilməsi üçün silsilə tədbirlər keçirilmişdir.

İyul ayının 04-də uşaqların tətil günlərinin daha rəngarəng edilməsi məqsədi ilə Nəsimi rayon İcra Hakimiyyəti və Nizami Kino Mərkəzinin birgə təşkilatçılığı ilə rejissor Eldar Quliyevin “Dərvişin qeydləri” adlı filminin pulsuz nümayişi təşkil olunmuşdur. Tədbirdə rayon məktəblərinin təhsildə fərqlənən məktəbliləri, aztəminatlı ailələrin və Qarabağ müharibəsi veteranlarının övladları olmaqla 500 nəfər yeniyetmə iştirak etmişdir. Seans zamanı uşaqlara pulsuz meyvə şirəsi və popkorn verilmişdir.

Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən məktəbli gənclərin Vətənə, Bayrağa, Torpağa hörmət ruhunda tərbiyə olunması, şagirdlərdə hərbçi peşəsinə olan marağın daha da artırılması məqsədi ilə Nəsimi rayon İcra Hakimiyyəti Dövlət Sərhəd Xidməti ilə birlikdə yeni layihənin həyata keçirilməsinə başlamışdır. Belə ki, Nəsimi rayonundakı orta məktəblərin 9-11-ci sinif şagirdləri üçün Şəki Sərhəd Dəstəsinin “Laza” sərhəd zastavasının bazasında “Sərhədçi” yay istirahət düşərgəsi təşkil olunmuşdur.

İyul ayının 12-də Nəsimi Rayon İcra Hakimiyyətində  “Sərhədçi” yay istirahət düşərgəsində istirahət edəcək uşaqlar , onların valideynləri  və məktəb rəhbərləri ilə birgə görüş keçirilmişdir.

İyul ayının 13-də məktəblilər Ümummilli Lider Heydər Əliyevin Nəsimi rayonu ərazisindəki abidəsi önünə tər çiçək dəstələri düzdükdən sonra avtobuslarla Qəbələ rayonunun səfalı guşəsində yaradılmış yay düşərgəsinə yola düşmüşlər. Həmin gün “Laza” sərhəd zastavasında Dövlət Sərhəd Xidmətinin, Nəsimi Rayon İcra Hakimiyyəti nümayəndələrinin, müəllim və şagirdlərin iştirakı ilə “Sərhədçi” yay düşərgəsinin açılış mərasimi keçirilmişdir. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin gənc nəslin Vətənə məhəbbət, Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunmasına, sağlam böyüməsinə göstərdiyi diqqət və qayğı xüsusi vurğulanmış, qeyd edilmişdir ki, sərhəd zastavasının bazasında yay düşərgəsinin təşkil olunmasının əsas məqsədi gələcək əsgərlərin sərhəd zastavasındakı xidmət və məişət  şəraiti, silah və texnika ilə yaxından tanış olmasından, onlarda  sərhədçi peşəsinə marağın daha da artırılmasına şərait yaradılmasından ibarətdir.

Açılış mərasimində hərbi-vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlının və “Sərhədçi” vokal-instrumental ansamblının iştirakı ilə maraqlı konsert proqramı nümayiş olunmuşdur.

Yay istirahət düşərgəsində məktəblilərin mənalı istirahət etmələri üçün xüsusi tədbirlər planı hazırlanmış və bu plana əsasən məktəblilər arasında mini futbol, şahmat, dama və stolüstü tennis yarışları, müxtəlif əyləncəli, musiqili tədbirlər keçirilmiş, video proyektor vasitəsi ilə açıq səma altında Azərbaycan filmləri nümayiş etdirilmiş, Qəbələ rayonunun gəzməli və görməli yerlərinə ekskursiyalar təşkil olunmuşdur. Meşəlik ərazidə silahlı sərhəd pozucularının saxlanılması və sərhəd zastavasına müşayiət edilməsi mövzusunda məşğələ, pnevmatik silahdan atıcılıq yarışı, AK-74 və RPK-74 silahının sökülüb-yığılması, narkotik maddə və partlayıcı vasitənin xidməti itlər tərəfindən axtarılıb tapılması, sıra hazırlığı məşğələsi və digər tədbirlər şagirdlərin istirahətini daha maraqlı və səmərəli etmişdir.              

İyul ayının 20-də Nəsimi rayon məktəblilərinin Qəbələ rayonundakı “Sərhədçi” yay düşərgəsindəki istirahəti başa çatmışdır. Bu il ilk  dəfə yaradılan bu  düşərgədə 100 nəfər Nəsimi rayon məktəblisi dincəlmişdir.Bağlanış mərasimində yeniyetmələr öz məharətlərini ifa etdikləri mahnılar və rəqslərlə nümayiş etdirmiş, “Sərhədçi” vokal-instrumental ansamblı solistlərinin  iştirakı ilə konsert proqramı təşkil olunmuşdur.Daha sonra düşərgədə keçirilən idman yarışlarında qalib gəlmiş bir qrup şagirdə xatirə hədiyyələri və uşaqların tərbiyəsi işlərində fərqlənmiş dəstə rəhbərlərinə və hərbiçilərə qiymətli hədiyyələr təqdim edilmiş, konsert proqramı təşkil olunmuşdur.

İyul ayının 18-də Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən məktəblilərin yay istirahət düşərgələrində istirahətlərinin təşkilinin davamı olaraq  Nəsimi rayon məktəbliləri  “Gənc İlhamçılar” Quba şəhərində təşkil olunmuş yay istirahət düçərgəsinə yola salınmışlar. Yeniyetmə və gənclərin yay istirahətinin səmərəli keçirilməsi məqsədilə yaradılmış “Gənc İlhamçılar” düşərgəsində istirahət edəcək məktəblilərin Quba rayonuna yola salınma mərasimi  «Zabitlər» parkında təşkil olunmuşdur.  Quba şəhərində yaradılmış  yay istirahət düşərgəsinə rayonun Qarabağ müharibəsi əlilləri və veteranlarının, aztəminatlı və imkansız ailələrin uşaqları, təhsildə və idmanda fərqlənən şagirdlər ümumilikdə 150  yeniyetmə-məktəbli  Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə çiçək dəstələri düzdükdən sonra Quba şəhərinə yola düşmüşdülər.

Hərbi-vətənpərvərlik təmayüllü yay düşərgəsinin iştirakçıları -  “Gənc İlhamçıları” Quba şəhərində ekskursiyaya çıxmışlar.Layihə iştirakçıları Quba şəhərində yerləşən Gənclər Mərkəzi, Heydər Əliyev Mərkəzi, Quba rayon YAP təşkilatı və Yaşıl Teatr ilə tanış olmuşlar. “Gənc İlhamçılar” həmçinin Müdafiə Nazirliyinin Qusar şəhərində yerləşən “N” saylı hərbi hissəsində və 30 dekabr 2009-cu ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddialarını və təcavüz siyasətini, qanlı cinayətlərini dünya ictimaiyyətinə çatdırmaq, gələcək nəsillərin milli yaddaşını qorumaq və soyqırım qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədi ilə Quba şəhərində yaradılmış “Soyqırım Memorial Kompleksi”-ndə olmuşlar.

İyul ayının 26-da “Gənc İlhamçılar” hərbi-vətənpərvərlik təmayüllü yay düşərgəsi iştirakçılarının istirahəti başa çatmışdır. Düşərgədə iştirahət edən şagirdlər və müəllimlər düşərgənin fəaliyyətindən, burada yaradılan şəraitdən danışmış, onların vətənə sevgi və məhəbbət ruhunda tərbiyəsi istiqamətində belə düşərgələrin rolunu çox yüksək qiymətləndirərək, bu layihənin davamlı olmasını arzulamışlar.Yeniyetmələr qonaqlar qarşısında hərbi keçid, müxtəlif hərbi təlimlər və  istirahət dövründə öyrəndiklərini nümayiş etdirmişlər. Daha sonra düşərgədə keçirilən idman yarışlarında qalib gəlmiş, nizam-intizamda fərqlənən bir qrup şagirdə xatirə medalları və uşaqların tərbiyəsi ilə məşğul olan  dəstə rəhbərlərinə qiymətli hədiyyələr təqdim edilmiş, konsert proqramı təşkil olunmuşdur.

Məktəblilərin yay istirahət düşərgələrində mənalı və yaddaqalan istirahət  uşaqların xatirəsində silinməz izlər buraxmışdır. Onlar burada yeni-yeni dostlar qazanmış, bölgənin tarixi və görməli yerləri ilə yaxından tanış olmuşlar. Maraqlı istirahətdən sonra Bakıya qayıdan  yeniyetmələr, onların valideynləri bu gözəl və yaddaqalan tədbirə görə ölkə başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.

İslamın ən şəfqətli və müqəddəs ayı hesab edilən Ramazan ayında Nəsimi rayonunun yaşayış sahələrində iftar süfrələri təşkil olunmuş, imkansızlara yardımlar və köməkliklər göstərilmişdir.  Ramazan ayı ilə bağlı görülən işlər çərçivəsində Nəsimi rayon İcra Hakimiyyətində  Qarabağ əlilləri, müharibə veteranları və şəhid ailələri ictimai birliyinin, Ağsaqqallar və Veteran Təşkilatları Şuralarının, Gözdən Əlillər və digər ictimai təşkilatların,  rayondakı abadlıq və quruculuq işlərində yaxından iştirak edən rayon təsərrüfat işçilərinin iştirakı ilə keçirilmişdir.

İyul ayının 5-də Ramazan bayramı ilə əlaqədar rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ilk növbədə yardıma ehtiyacı olan ailələr – şəhid, əlil, müharibə veteranları, rayonda məskunlaşmış məcburi köçkünlər, tənha və kimsəsizlər, ümumilikdə 1 000 nəfər üçün ərzaq bağlamaları hazırlanmış və bu tədbirdə onlara paylanılmışdır.

İyul ayının 12-də  Nəsimi rayonunda 2016-cı ilin birinci yarımili müzakirə olunmuşdur.

İyul ayının 13-də Nəsimi rayonunda Ulu öndər Heydər Əlirza oğlu Əliyevin  Azərbaycanda hakimiyyətə gəlişinin 47 illiyi münasibəti ilə tədbir keçirilmişdir.Tədbirdə qeyd edilmişdir ki, 47 il əvvəl - 1969-cu il iyul ayının 14-də Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin Plenumunda Heydər Əlirza oğlu Əliyev Azərbaycan Kommunist Partiyasının birinci katibi seçilmişdir. Həmin gündən etibarən Azərbaycanın inkişafında böyük dönüş və tərəqqi başlanmışdır.

İyul ayının 14-də Ukrayna Prezidenti Petro Poroşenko görkəmli şair Taras Şevçenkonun Bakı şəhəri Nəsimi rayonunda ucaldılmış abidəsini ziyarət edib. Ukrayna dövlətinin başçısı görkəmli şairin xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoyub.

Burada Prezident Petro Poroşenko Azərbaycandakı Ukrayna diasporunun nümayəndələri ilə səmimi söhbət edib, onlarla xatirə şəkli çəkdirib.

İyul ayının 14-də Ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişinin ildönümümünasibəti ilə Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmovun adını daşıyan küçədə yerləşən park əsaslı təmirdən sonra istifadəyə verilmişdir.

Azərbaycanın Milli Qəhrəmanı Asif  Yusif oğlu Məhərrəmovun adını daşıyan küçədə yaşayış binalarının qarşısında yerləşən 5.500 kv m ərazisi olan park  əsaslı təmir edilmişdir.

Parkın ətrafındakı yaşayış binalarının fasadları -  Moskva 96 ünvandakı 16 mərtəbəli yaşayış binasının 14.000 kv.m fasadı, Moskva prospekti 92, A.Məhərrəmov küçəsi 47, 20 Yanvar küçəsi 2/51 ünvanlardakı hər birinin fasadı  5.800 kv.m  olan 3 ədəd 5 mərtəbəli yaşayış binalarının fasadları təmir olunmuşdur.     Binaların girişlərinə yeni  qapılar qoyulmuş, pəncərələri yeniləri ilə əvəz olunmuşdur.Sakinlərin asudə vaxtlarının səmərəli keçirilməsi, istirahətləri üçün hər biri 20 kv.m olan  3 ədəd söhbətgah, skamya oturacaqları quraşdırılmışdır. Həmçinin sakinlərin idmanla məşğul olmaları üçün 10 ədəd Türkiyə istehsalı olan idman qurğuları, azyaşlı uşaqlar üçün sahəsi 350 kv.m olan Türkiyə istehsalı  xüsusi əyləncə avadanlıqlarından ibarət meydança salınmışdır. Parkda  2000 kv.m yaşıllıq, 25.000 gül kolu əkilmişdir. Parkda gözoxşayan müxtəlif dekorativ kompozisiyalar quraşdırılmışdır.Yaşıllıqların qorunub saxlanılması üçün suvarma sistemi çəkilmişdir. Parkın ərazisinə 3500 kv.m tamet daşı döşənilmiş, 500 m bardür qoyulmuşdur. Parkın ərazisi gecə işıqlandırması ilə təmin edilmiş, xarici istehsal olan yeni işıq dirəkləri quraşdırılmışdır.Əhalinin asudə vaxtlarının səmərəli keçirilməsi üçün ictimai iaşə xidməti yaradılmışdır.

Yeni parkın açılış mərasimində iştirak edən sakinlər, ağsaqqallar yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər. 

İyul ayının 15-də  Azərbaycanda rəsmi səfərdə olanTürkiyə Respublikasının İzmit Bələdiyyəsinin  nümayəndə heyəti Nəsimi rayon İcra Hakimiyyətində olmuşlar.

Səfər zamanı  qonaqlar Ümummilli lider Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanında şəhidlərin məzarını və orada dəfn olunan türk əsgərlərinin məzarlarını, daha sonra Mustafa Kamal Atatürkün abidəsini ziyarət etmişlər. Həmçinin qonaqlar Bayraq Meydanı Kompleksi,  Heydər Əliyev Mərkəzi ilə və şəhərimizin görməli yerləri ilə tanış olmuşlar.  

İyul ayının 18-də   Kütləvi informasiya vasitələri ilə sıx və məhsuldar əlaqələrə hər zaman mühüm əhəmiyyət verilən Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən  Milli Mətbuatın 141 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu, Azərbaycan Mətbuat Şurası və   TV, qəzet və elektron informasiya vasitələrinin nümayəndələrinin, rayon ictimaiyyətinin iştirakı ilə tədbir-görüş keçirilmişdir.

Tədbirdə  Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, “Xalq qəzeti”nin baş redaktoru Həsən Həsənov, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu, “Səs” qəzetinin baş redaktoru  Bəhruz Quliyev və “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə iştirak etmişlər.

Tədbirdə jurnalistləri maraqlandıran suallar cavablandırılmış və Milli Mətbuat günü münasibətilə KİV nümayəndələrinə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən qiymətli hədiyyələr təqdim olunmuşdur.

Tətil günlərində uşaq və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onların zərərli vərdişlərdən uşaqlaşdırılması, istirahət müddətində onların bilik səviyyələrinin, dünyagörüşünün artırılmasına köməklik göstərilməsi üçün orta məktəb şagirdlərinin bir sıra muzeylərə ekskursiyaları təşkil olunmuşdur.

İyul və avqust  aylarında  məktəblilərin yay tətilinin və  asudə vaxtın səmərəli təşkil olunması istiqamətində görülən tədbirlərin davamı olaraq  500 nəfər Nəsimi rayon məktəblilərinin Muzey Mərkəzində yerləşən Muzeylərə - C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinə  və Azərbaycan İstiqlal MuzeyinəAzәrbaycan Musiqi Mәdәniyyәti Dövlәt Muzeyinə ekskursiyası təşkil olunmuşdur.      

C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində, Azərbaycan İstiqlal Muzeyində və Azәrbaycan Musiqi Mәdәniyyәti Dövlәt Muzeyində  nümayiş olunan eksponatlar və tarixi materiallar  məktəblilərin marağına səbəb olmuşdur. Keçirilən tədbir − muzeylərə ekskursiya  məktəblilərin yaddaşında xoş izlər buraxmış, onların müəllim və  valideynlərinin çox böyük razılıqlarına səbəb olmuşdur.

Avqust ayının 2-də tədbirlərin davamı olaraq  rayon məktəblərinin təhsildə və idmanda  fərqlənən, həmçinin aztəminatlı ailələrdən olan ümumilikdə - 120 nəfər məktəblinin «Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi» QSC-nin yeni, müasir «Üfüq» gəmisi ilə Bakı buxtasında gəzintisi təşkil olunmuşdur. Uşaqlara məlumat veilmişdir ki, yüksək komfortlu və sürətli sərnişin gəmisi olan «Üfüq» gəmisi 2016-cı ildə istifadəyə verilib və bu gəmi Xəzər hövzəsində ən müasir və qabaqcıl sənaye müəssisəsi olan Bakı Gəmiqayırma Zavodunda Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin sifarişi ilə tikilən ilk gəmidir.

Avqust ayının 4-də Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov  yeni mənzilə köçməkləri münasibəti ilə Əlişir Mirzəyevin ailəsində qonaq olmuş, onları təbrik etmiş və xoş arzularını bildirmişdir. Nəsimi rayon sakini, I qrup gözdən əlil, Qarabağ veteranı Əlişir Mirzəyev bildirmişdi ki, 1994-cü ildən mənzil növbəsində idi. 2015-ci il dekabr ayının 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Nərimanov rayonunda gözdən əlillər üçün  istifadəyə verilən yaşayış binasında 3 otaqlı tam təmirli mənzillə təmin olunmuşdur. 132 mənzildən ibarət olan binada gözdən əlillər üçün xüsusi layihə əsasında məişət şəraiti yaradılmışdır. Onların əl və ayaqla hiss etmələrinin asanlaşdırılması üçün müvafiq yerlərdə xüsusi tikinti materiallarından və işarələrdən istifadə olunub. Mənzillərin hamısı təmir olunmuş, bütün lazımi şərait yaradılmışdır.

Əlişir Mirzəyev və  ailəsi mənzillə təmin olunduqları üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişdir. Qarabağ veteranı bildirmişdir ki, hal-hazırda ən böyük arzusu övladları ilə birlikdə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Bayrağını Qarabağda − Şuşada ucaltmaqdır.

Avqust ayının 6-da  Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Nəsimi rayon şöbəsinin üzvləri ilə Nəsimi  Rayon İcra Hakimiyyətində görüş keçirilmişdir. Görüş zamanı  Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri ictimai birliyinin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyevi  50 yaşının taman olması münasibəti ilə  təbrik edərək gül dəstəsi və hədiyyə təqdim etmişdir.  

Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədri Fizuli Rzaquliyev  görüşdə  Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərova – Mühaibə veteranlarına, şəhid ailələrinə və müharibə əlillərinə göstərdiyi həssas və qayğıkeş münasibətə görə Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin İdarə Heyətinin qərarı ilə Fəxri Fərman təqdim etmişdir.Görüş  çay süfrəsi arxasında səmimi söhbətlə davam etmişdir.

Məktəblilərin yay tətili günlərinin  mənalı, maraqlı və yaddaqalan olması üçün  Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən keçirilən silsilə tədbirlər davam etmişdir.

Avqust ayının 9-da  Novxanı AQUAPARK əyləncə mərkəzində uşaqlar   üçün tədbir keçirilmişdir. Uşaqlar üçün təşkil olunan tədbirdə rayonun məktəblərində təhsil alan  150-dək məktəbli  iştirak etmişdir. İstirahətin səmərəli təşkili məqsədilə keçirilən tədbirdə uşaqlar müxtəlif maraqlı su attraksionlarında əylənib, oyunlarda iştirak edib, istirahətlərinə rəngarənglik qatan sağlam rəqabət aparıblar. Tədbirdə uşaqlar birgə nahar ediblər. Məktəblilər həmçinin Novxanıda yerləşən Flora Klubda da olmuş, bu bağda yetişdirilən çoxsaylı bitki və güllərlə yaxından tanış olmuşlar.

Ahıllara, müharibə veteranları və əlil  vətəndaşlara dövlət qayğısının gücləndirilməsi siyasətinə uyğun olaraq Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən mütəmadi tədbirlər  təşkil edilib keçirilir. Bu sosial qrupa aid olan Nəsimi rayon sakinləri ilə tez-tez görüşlər təşkil edilib keçirilir, onların istək və təklifləri nəzərə alınır, daxili imkanlar hesabına yardımlar göstərilir. Rayon ərazisində keçirilən bu tədbirlər bir daha ahıl və əlil insanların dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu nümayiş etdirir.

Avqust ayının 10-da  bir qrup müharibə veteranları, ahıllar və əlillər üçün Bilgəh qəsəbəsindəki İstirahət Mərkəzində tədbir təşkil edilmişdir.

Nahar süfrəsi arxasında davam edən görüşdə rayon ağsaqqalı, professor İmamverdi Həmidov, Böyük Vətən Müharibəsi, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Nəsimi rayon şöbəsinin Sədri İsmayıl Fərəcov və digərləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər. Səmimi söhbət zamanı  veteranlar  bildirmişlər ki, bu gün ölkəmizdə aparılan geniş quruculuq işləri, sabitlik  onları çox sevindirir. Bakı şəhərinin və regionların günügündən abadlaşdırılması və gözəlləşdirilməsi, Bakıda və diğər şəhərlərdə keçirilən beynəlxalq tədbirlər onları fərəhləndirir.

Avqust ayının 15-də  Nəsimi rayon İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən "Müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların məhv edilməsi üzrə Komissiya"nın sədri və üzvlərinin  iştirakı ilə vətəndaşlardan müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların məhv edilməsi rayon polis idarəsinin 20-ci polis bölməsində baş tutmuşdur.

Avqust ayının 19-da  ahıllara və müharibə veteranlarına  dövlət qayğısının gücləndirilməsi siyasətinə uyğun olaraq Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən tədbirlərin   təşkil edilib keçirilməsi istiqamətində növbəti tədbir Nəsimi rayon Gənclər və İdman İdarəsi tərəfindən keçirilən  Həvəskarlar arasında nərd yarışı olmuşdur. Bu yarışda Böyük Vətən Müharibəsi və  Qarabağ müharibəsi veteranları iştirak etmişdilər.

Nərd yarışı  sakinlərin asudə vaxtlarının rahat, maraqlı və səmərəli keçirilməsi, istirahət etmələri üçün hər cür şərait yaradılmış rayonun Mir Cəlal küçəsində yeni salınmış parkında təşkil edilmişdir. 30 nəfər veteranın iştirak etdiyi 2 saat davam edən yarışda veteranlar  Zakir Bayramov I, Mirkamil Orucov II, Mahmud Cəfərov III yerlərə, İsmayıl Fərəcov və Nizaməddin Məsmalıyev isə fərqlənməyə layiq görülmüşlər. Qaliblər Nəsimi rayon Gənclər və İdman İdarəsi tərəfindən Diplomla mükafatlandırılmışlar.

Avqust ayının 19-da  Azərbaycan Musiqi Mədəniyyəti Dövlət muzeyinin filialı Niyazinin mənzil muzeyində görkəmli dirijor və bəstəkar SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan və SSRİ Dövlət mükafatları laureatı, C.Nehru adına Beynəlxalq mükafat laureatı Maestro Niyazinin anadan olmasının 104 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.

Avqust ayının 23-də  Azərbaycan  Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli 1938 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” əsasında 21 saylı Nəsimi birinci, 22 saylı Nəsimi ikinci və 23 saylı Nəsimi-Səbail dairə seçki koissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün 22-24 avqust 2016-cı il tarixlərdə seçki hüququ üzrə ixtisaslaşdırılmış 3 günlük kurslarıkeçirilmişdir.

Yeniyetmə və gənclərin asudə vaxtlarının, onların istirahətinin təşkili hər zaman Nəsimi rayon İcra Hakimiyyətinin diqqət mərkəzində saxlanılmışdır. Tətil günlərində uşaq və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onların zərərli vərdişlərdən uşaqlaşdırılması, istirahət müddətində onların bilik səviyyələrinin, dünyagörüşünün artırılmasına köməklik göstərilməsi üçün rayon İcra Hakimiyyətinin təşkilatçılığı orta məktəb şagirdləri üçün bir sıra tədbirlər təşkil olunmuşdur.

Avqust ayının 26-da  2004-2005-ci il təvəllüdlü yeniyetmələr arasında məhəllələrarası mini futbol yarışı keçirilmişdir. Yarışda 8 komanda iştirak etmişdir. Yarış Mir Cəlal küçəsində yerləşən parkdakı futbol meydançasında keçirilmişdir. Mini futbol yarışının qalib komandaları Nəsimi rayon Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunmuşlar.

Sentyabr ayının 1-də  Nəsimi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə ASAN könüllülərinin "Yaşıl ASAN" təşəbbüsü ilə 1 və 3 saylı Bakı "ASAN Xidmət" mərkəzinin könüllüləri ilə Koroğlu parkında ekoloji maarifləndirici görüş keçirilmişdir. Görüşdə "Yaşıl ASAN" təşəbbüsün fəaliyyəti, tədbirləri, aksiyaları və insanların ekologiyanı necə qorumalı olduğu haqqında məlumat verilmişdir.

Sentyabr ayının  6-da  Nəsimi rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın geniş tərkibli iclasında rayonda keçən tədris ilinin yekunları və yeni  təhsil ilinə hazırlığın vəziyyəti müzakirə olunmuşdur.

2015-2016-cı tədris ilində rayonun orta məktəblərini 1669 nəfər bitirmiş,   onlardan 1500 nəfəri ali məktəblərə qəbul olunmaq üçün sənəd vermişdir. Abituriyentlərin 1125 nəfəri tələbə adını qazanmışdır. Qəbul imtahanlarında abituriyentlərdən 177 nəfəri 500-dən yuxarı, 77 nəfəri 600-dən, 25 nəfəri isə 650-dən çox bal toplamışdır. Məzunlarından 227 nəfər xarici ölkələrin müxtəlif ali məktəblərinə qəbul olunmuşlar. 2015-2016-ci təhsil ilinin yekununa görə Nəsimi rayonu üzrə 1 məzun qızıl medala, 3 məzun isə Prezident təqaüdünə layiq görülüb. 2015-2016-cı tədris ilində Elitar Gimnaziyadan 695 bal toplamış məzun Fatimə Abdinli, Texniki Humanitar Liseydən     695 bal toplamış  Valeh Rəcəbov və  42 saylı tam orta məktəbdən  690 bal toplamış Aidə Qəhrəmanova Azərbaycan Respublikası Prezidentinin təqaüdünə layiq görülmüşdür.

2015-2016-cı tədris ilində məktəblərə qəbul imtahanları zamanı Texniki Humanitar Liseydən 28 nəfər, 54 saylı məktəbdən  18 nəfər, 19  saylı orta məktəbdən 16 nəfər, 5 saylı məktəbdən 12 nəfər,  14 saylı orta məktəb və Elitar Gimnaziyadan  10  nəfər  500-dən çox bal toplamışdır.

Sonda qəbul imtahanlarında yüksək nəticələr göstərmiş məzunlara rayon İcra Hakimiyyəti tərəfindən qiymətli hədiyyələr təqdim olunmuş, Qarabağ müharibəsi əlilləri, veteranları, şəhid və  aztəminatlı ailələrdən olan 300 yaxın uşağa isə məktəbli forması hədiyyə olunmuşdur.

Sentyabr ayının  7-də  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nəsimi rayonundakı şəhid Abdulla Rəhimov adına 247 nömrəli tam orta məktəbin əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub.

Dövlətimizin başçısına məktəbdə həyata keçirilən əsaslı təmir və yenidənqurma işləri ilə bağlı məlumat verilmişdir. Yeni dərs ilində şagirdlərə tədris, təlim və tərbiyə işlərinin yüksək səviyyədə həyata keçirilməsi üçün məktəbdə yüksək şərait yaradıldığı qeyd edilib.

Binanın foyesində Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin təhsilə və təhsil işçilərinə diqqət və qayğısını, həmçinin təhsilin inkişaf etdirilməsi ilə bağlı görülən tədbirləri əks etdirən fotolardan ibarət stend qurulub.

Qeyd edək ki, Nəsimi rayonundakı 247 nömrəli tam orta məktəbin binasında əsaslı təmir və yenidənqurma işləri Azərbaycan Prezidenti İlham Əliyevin “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlər proqramına uyğun olaraq həyata keçirilib. 1969-cu ildə inşa edilən məktəbin binasında indiyədək bu cür əsaslı təmir və yenidənqurma işləri aparılmayıb. Məktəbdə təmir işləri ən yüksək standartlar səviyyəsində icra olunub. Ümumi ərazisi 15600 kvadratmetr olan 700 şagird yerlik məktəbdə tədris birnövbəli olmaqla Azərbaycan və rus dillərində aparılır. Məktəbdə şagirdlərin təlim-tərbiyəsi ilə 67 müəllim məşğul olur.

Yeni dərs ili münasibətilə birinci sinif şagirdlərinə məktəbli çantası və digər dərs ləvazimatları da hədiyyə ediləcəyi cənab Prezidentin diqqətinə çatdırılmışdır. Dövlətimizin başçısı ayrı-ayrı sinif otaqlarını gəzərək  fənn kabinələri və idman zalında yaradılan şəraitlə tanış olmuşdur.

Sentyabr ayının 8-də “Rayon təsərrüfatının, mənzil fondunun, sosial-mədəni obyektlərin, istilik, qaz, elektrik enerjisi, sukanal təchizatı və digər xidmət sahələrinin 2016-2017-ci illər payız-qış mövsümünə hazırlığının vəziyyəti haqqında” Nəsimi Rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın geniş iclası keçirilmişdir.

İclasda qeyd edilmişdr ki, Nəsimi rayonunda genişmiqyaslı abadlıq, quruculuq, yenidənqurma və yaşıllaşdırma işləri davam edir. Əhalinin asudə vaxtlarının səmərəli keçirilməsi və  istirahəti üçün mövcud parklarda yeni skamyalar, yeni söhbətgahlar qoyulur, uşaqlar üçün əyləncəli idman qurğuları quraşdırılır.

Şuranın geniş iclasında   Azərbaycan Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklər barədə ümumxalq səs verməsi − referendum ilə bağlı Seçki Məcəlləsinin tələblərinə uyğun yerli icra hakimiyyətlərinin üzərinə düşən   vəzifələr haqqında ətraflı məlumat veilərək müvafiq tapşırıqlar verilmişdir.   

Sentyabr ayının  10-da Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayondakı idarə və təşkilatlar, iş adamları, ayrı-ayrı xeyriyyəçilər tərəfindən əziz bayram münasibəti ilə qurbanlar kəsilməsi və rayonda yaşayan imkansız ailələrə paylanması təşkil olunmuşdur. Bu qəbildən keçirilən tədbirlərdən biri rayon İcra Hakimiyyətinin Qurban bayramı münasibəti ilə təşkil olunmuş bayram tədbiri olmuşdur.

Rayon Ağsaqqallar və Veteran Təşkilatları Şuralarının, Qarabağ əlilləri, müharibə veteranları və şəhid ailələri ictimai birliyinin, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Nəsimi  rayon Təşkilatının, «Qızıl Aypara», Korlar, Əlillər, Çernobıl əlilləri, 20 Yanvar cəmiyyəti, Azərbaycandakı Rus İcmasının və «Sodrujestvo» cəmiyyətlərinin, ərazidə fəaliyyət göstərən digər ictimai birliklərin rayon şöbələrinin rəhbərlərinin və üzvlərinin, rayon sakinləri, burada məskunlaşmış məcburi köçkün ailələrinin iştirakı ilə təşkil olunan mərasimə toplaşanlara - şəhid ailələri,  Qarabağ müharibəsi əlillərinə, II Dünya müharibəsi veteranlarına, qaçqınlara, ərazidə məskunlaşmış məcburi köçkün ailələrinə, kimsəsizlərə, tənhalara, yataq xəstələrinə və yardıma daha çox ehtiyacı olan şəxslərə – ümumilikdə 3000-dən çox ailəyə qurban payları təqdim edilmişdir.

Tədbirdə çıxış edən  ictimai birliklərin, Veteran təşkilatlarının rəhbərləri, məcburi köçkünlərin nümayəndələri və digərləri bayram münasibəti ilə göstərilən yardımlara görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.

Sentyabr ayının  15-də Nəsimi rayonunun orta məktəblərində 15 sentyabr  - «Bilik günü» yüksək təntənə ilə  qeyd edilmişdir. Keçirilən tədbirlərdə məktəblərin müəllim və şagird kollektivləri, valideynlər, Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndələri və digər qonaqlar iştirak etmişdirlər. Tədbirlərdə  yeni dərs ilinin başlanması və "Bilik günü" münasibətilə şagirdlər və onların valideynləri təbrik edilmiş, məktəb kollektivlərinin yeni tədris ilinə tam hazır olduğu bildirilmişdi. Məktəb rəhbərlikləri 2015-2016-cı tədris ilində məktəblərin məzunlarının uğurlu nəticələrini tədbir iştirakçılarının nəzərlərinə çatdırmışdırlar. “Bilik Günü”nə həsr edilmiş bayramlarda   məktəbə yeni qədəm qoyan birincilər üçün bayram proqramları  göstərilmişdir.

A.Rəhimov adına 247 saylı tam orta məktəbdə yeni dərs ilinin başlanmasına həsr olunmuş tədbir Azərbaycan Dövlət himninn şagirdlər və tədbirdə iştirak edən qonaqların birgə ifası ilə başlanmışdır. Tədbirdə 247 saylı məktəbin direktoru  Raya  Allahverdiyeva məktəbin tarixi barədə məlumat verərək qeyd etmişdir ki,   məktəb binası 1969-cu ildə birtipli layihə əsasında tikilmiş, 4 mərtəbəli 1 korpusdan ibarət 750 yerlikdir.

Məktəb fəaliyyət göstərdiyi vaxtdan 2016-cı ilədək əsaslı təmir olunmamışdır. Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin tapşırığına əsasən 2016-cı ildə məktəb əsaslı təmir edilmişdir. 2016-cı ilin sentyabr ayının 7-də  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev məktəbdə aparılan əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olmuşdur. Burada müasir təhsil üçün hər cür şərait yaradılmışdır.

Rayonda yerləşən Texniki Humanitar Liseydə də  tədbir keçirilmişdir. Liseyin direktoru Səidə Zeynalova bildirmişdir ki, liseyin binası 1963-cü ildə tikilib. Lisey əvvəllər axşam məktəbi kimi, 2000-ci ildən isə Texniki Humanitar Lisey kimi fəaliyyət göstərir. Liseydə təhsil V-XI siniflər arasındadır. Lisey 2008 və 2014-cü illərdə «Ən yaxşı ümumtəhsil müəssisəsi» adını qazanmışdır. Burada 1192 şagirdin təhsili ilə 105 müəllim məşğul olur. Dövlət Proqramına əsasən əsaslı təmir olunan lisey binası 2015-ci ilin sentyabr ayının 10-da möhtərəm Prezident cənab İlham Əliyevin iştirakı ilə istifadəyə verilmişdir.

«Bilik günü»nə həsr olunan tədbirlərdə iştirak edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov məktəblərin kollektivlərini yeni dərs ilinin başlanması münasibəti ilə  təbrik etmiş, onlara təhsildə uğurlar arzulamışdır.

Sentyabr ayının  15-də  Bakı Slavyan Universitetində də  Bilik Gününə həsr olunmuş tədbir keçirilmişdir. Ümummilli lider Heydər Əliyevin xatirəsinin  yad olunması ilə başlayan mərasimdə Bakı SlavyanUniversitetinin  rektoru, professor  Nurlana Əliyeva  çıxış edərək tələbələri yeni tədris ili münasibətilə təbrik etmiş, onlara dərslərində uğurlar diləmişdir. Rektor bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində Universitet artıq ən müasir səviyyədə təmir olunaraq tələbələrin ixtiyarına verilib.

Tədbirdə Milli Məclis Sədrinin müavini, millət vəkili Bahar Muradova  və Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov iştirak etmişdilər.

Universitetin professor-müəllim heyəti, tələbələr və valideynlərin iştirak etdiyi tədbirin sonunda 2016-cı ildə bu ali təhsil ocağına qəbul olunan və qəbul imtahanlarında 600-dən çox bal toplayan tələbələrə - tələbə biletləri  və hədiyyələr təqdim olunmuşdur.

Daha sonra qonaqlar Universitetdə yeni yaradılan Heydər Əliyev Tədris Mərkəzi və Universitetin tarix muzeyi və auditoriyalarla tanış olmuşdular.

Sentyabr ayının  22-də  4- cü mikrorayon H.Seyidzadə 16 a ünvanında “Abad həyət” Nəsimi rayon sakinlərinin ixtiyarına verilmişdir. Bu ünvanda 6 bloklu 5 mərtəbəli binanın fasadı, dam örtüyü və zirzəmiləri əsaslı təmir edilmiş, binanın  blok girişləri, blok qapıları və pəncərələri yenilənmişdir. Girişlərin qarşısına dekorativ tamet döşənmişdir. Həyət və məhəllədaxili yollara asfalt örtüyü çəkilmişdir,yolların kənarlarına bardürlər düzülmüşdür.Binanın qarşısında yaşıl qazon döşənmiş və güllər əkilmişdir. Yaşıllıqlara qulluq göstərilməsi üçün  suvarma xətti çəkilmişdir. Eyni zamanda həyətdə işıqlandırma işləri də həll olunmuş, yeni işıq dirəkləri quraşdırılmışdır.

Sakinlərin asudə vaxtlarının səmərəli keçirilməsi, istirahətləri üçün söhbətgah quraşdırılmışdır.Söhbətgahın döşəməsinə  və ətrafına  mozaika tipli tamet daşlar döşənmişdir. Bu ünvandakı uşaqların da asudə vaxtlarının səmərəli keçirilməsi və idmanla məşğul olmaları üçün  “Abad həyət”də  mini futbol meydançası da salınmışdır.Həmçinin azyaşlı uşaqlar üçün xüsusi əyləncə avadanlıqları quraşdırılmışdır.

H. Seyidzadə 16 a ünvanının  sakinləri  öz binalarının həyətlərində  yaradılan abadlığa  görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər. Görüşdə qeyd olunmuşdur ki,  bu gün ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf siyasəti Nəsimi rayonunda da uğurla davam etdirilir,mikrorayonlarda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri sakinlərin rahatlığına xidmət edir.

Sentyabr ayının  29-da  Türkiyə Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Alper Çoşkunun Azərbaycanda diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar Nəsimi rayon İcra Hakimiyyətində vida mərasimi keçirilmişdir.

Görüş zamanı Azərbaycan və Türkiyə dövlətləri arasında  olan dostluq və qardaşlıq əlaqələrinin möhkəmliyini  vurğulayan Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov  mövcud əməkdaşlığı xüsusilə yüksək qiymətləndirmişdir.

Səfir Alper Coşqun Azərbaycanda diplomatik fəaliyyətinin uğurla həyata keçirilməsi zamanı iki ölkə arasında olan əməkdaşlıq əlaqələrinin qurulmasında göstərilən dəstəyə görə təşəkkürünü bildirmişdir.

Görüş zamanı  Səfir Alper Coşquna Qədim Bakının mənzərəsini əks etdirən rəsm əsəri xatirə olaraq hədiyyə edilmişdir.

Sentyabr ayının  30-da  gənc fəal Səbinə Novruzzadə Azərbaycan Gənclər Fondunun və Nəsimi Rayon İcra Hakimiyyətinin dəstəyilə həyata keçirdiyi “Milli musiqimizin təbliğatçısına çevrilək” adlı layihəsinin son tədbirini Yusif Mirzəyev adına 44 nömrəli orta məktəbdə həyata keçirmişdir.

Sentyabr ayının  30-da Beynəlxalq Ahıllar günü münasibətilə  Nəsimi Rayon İcra Hakimiyyətində rayonun ahıl, kimsəsiz, əlil və qayğıya ən çox ehtiyacı olan vətəndaşlarının bir qrupu  ilə görüş keçirilmişdir.

Nəsimi rayonunda əhalinin 13189 nəfərinin yaşı 65-dən yuxarı olan ahıllar təşkil edir. Onlardan 5702 nəfəri kişi, 7487 nəfəri qadındır. Nəsimi rayon Əhalinin Sosial Müdafiə Mərkəzisinin Sosial xidmət şöbəsində 279 nəfər tənha, əlil qeydiyyatdadır ki, onlara 27 nəfər sosial işçi xidmət göstərir. Xidmətdə olan 279 ahıl vətəndaşdan  260 nəfərinin yaşı 70-yaşdan yuxarıdır, onlardan da 204 nəfəri qadın, 53  nəfəri kişidir. Ümumi qeydiyyatda olanlardan 19 nəfəri I qrup əlil, 35 nəfər isə II qrup əlildir. Nəsimi rayonunda 100 yaşdan yuxarı 6 nəfər sakin yaşayır.Təqaüdçülərə təqaüd və müavinətlərin ödənilməsində gecikmələrə yol verilmir.

Tədbirdə iştirak edən ahıllar onlara göstərilən diqqət və qayğıdan danışmış  və bu işlərə görə ölkə başçısı cənab İlham Əliyevə  öz minnətdarlıqlarını çatdırmış, ona ölkəmizin inkişafı və çiçəklənməsi istiqamətində gördüyü işlərdə uğurlar arzulamışlar.

Görüşdə iştirak edən  və evlərdə yataq xəstəsi olan 250 nəfərdən artıq ahıla Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən hədiyyələr   təqdim edilmişdir.

Tədbirdən sonra ahıl  vətəndaşların istəyi nəzərə alınaraq  Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov tərəfindən onlar ayrı-ayrılıqda qəbul edilmiş  və qəbul zamanı qaldırılan sosial məişət məsələlərinin həlli üçün müvafiq tapşırıqlar verilmişdir.

2016-cı ilin 9 ayı ərzində «Vətəndaşların müraciətləri haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərə ciddi olaraq əməl edilməklə Rayon İcra Hakimiyyəti Başıçısı Aparatı, sahə inzibati ərazi dairələri nümayəndəliklərində  vətəndaşların yazılı və şifahi şəkildə təkliflər vermək, ərizə ilə müraciət etmək hüquqlarının həyata keçirilməsi üçün zəruri şərait təmin edilmişdir.

İlin 9 ayı ərzində RİH Başçısı Aparatına vətəndaşlardan 1700 ərizə və müraciəti ( 2015-ci ilin 9 аyı ərzində 1355 ərizə)daxil olmuşdur.

Onlardan 358-i  Prezidentin Administrasiyasından,  29-u  Milli Məclisdən,  35-i Nazirlər Kabinetindən, 282-i Mərkəzi orqanlardan və Bakı şəhər İH-dən, 996-sı vətəndaşlar tərəfindən bilavasitə rayon İcra Hakimiyyətinə daxil olmaqla 463-ü təkrar, 171-i kollektiv ərizələrdir.

      Nəsimi rayon İcra Hakimiyyəti Başçısı Aparatına daxil  olmuş müraciətlər barədə

MƏLUMAT

 

2015-ci il

9 ay

2016-cı il 9 ay

Əvvəlki dövrlə müqayisə

1-ci rüb

2-ci rüb

3-cü rüb

Cəmi

 

+  ;   -

Daxil olmuşdur,   o cümlədən

1355

511

604

585

1700

 

+345

Prezident

Administarsiyasından

344

119

125

114

358

+14

   o cümlədən,     nəzarətlə

28

7

9

5

21

-7

Milli Məclisdən

19

9

11

9

29

+10

Nazirlər Kabinetindən

31

11

14

10

35

+4

Digər respublika təşkilatlarından

    298

80

97

105

282

-6

Şəhər (rayon) əhalisi tərəfindən

 663

292

357

347

996

+333

Keçən ilin 9 ayı ilə müqayisədə müraciətlərin sayı 345 ədəd аrtmışdır.

Аrtım əhalinin sosial məsələləri, mənzil məsələləri, təmir-tikinti məsələləri, xüsusilə birdəfəlik yardım məsələləri, yeniyetmələrin yay istirahətinin təşkili üzrə müraciətlərin hesabına olmuşdur.

Daxil olmuş 1700 müraciətin 1638-i ərizə, 61-i şikayət xarakterli olmuşdur. Müraciətlərin 459-u müsbət həll olmuş, 786-ı barədə müvafiq izahat verilmiş, 370-i aidiyyəti üzrə göndərilmiş, yerdə qalanları baxılmaqdadır.

Azərbaycan Respublikası Prezidenti Administrasıyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin nəzarəti altında həyata keçirilən vahid elektron informasiya sisteminin tələblərinə uyğun olaraq 9 ay ərzində işlər davam etdirilmiş və şöbə tərəfindən verilən tapşırıq və tövsiyələrin icrası təmin edilmişdir.

Vətəndaşların qəbulu qrafikinə uyğun olaraq RİH Başçısı, müavinlər və şöbə müdirləri tərəfindən həyata keçirilmiş, yerlərdə 9 ay ərzində səyyar qəbullar keçirilmişdir.

 

9 ay

2015

9 ay 2016

Əvvəlki

dövrlə müqayisə

+  ;   -

Qəbul

231

314

+83

RİH

123

177

+54

Səyyar

108

137

+29

Azərbaycan Respublikası Prezidentinin 03 fevral 2016-cı il tarixli  “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında”  Fərmanını rəhbər tutaraq, rayonda sahibkarlıq fəaliyyəti göstərən fiziki və höquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin höquqlarının və qanunla qorunan  maraqlarının mödafiəsi məqsədi ilə yaradılмыш Apellyasiya Şurası işini davam etdirmişdir. “Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının Apellyasiya Şuralarında müraciətlərin elektron qəbulu sisteminə” qoşulması ilə bağlı Prezident Administrasiyası rəhbəri akademik Ramiz Mehdiyevin tapşırığına əsasən rayon icra hakimiyyəti tərəfindən zəruri təşkilati-texniki tədbirlər görülmüş, Rabitə və Yüksək Texnoloqiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinə müraciət edilərək elektron imza sertifikatları əldə edilmişdir. Azərbaycan Respublikası Prezidenti yanında Apellyasiya Şurasının göstərişlərinə uyğun olaraq RİH-in saytında Rayon Apellyasiya Şurasının ayrıca elektron ünvanı yaradılmışdır.

Hesabat dövründə Administrasıyanın Regional idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsi tərəfindən verilmiş tapşırıq və göstərişlərin icrası məqsədilə Rayon İcra Hakimiyyəti Başçısı Aparatı, yerli İcra Hakimiyyəti strukturları tərəfindən müvafiq tədbirlər görülmüş, rayon üzrə məlumat və arayışların hazırlanması, müəyyən olunmuş qaydada mərkəzləşmiş informasiya sisteminə ötürülməsi təmin edilmişdir. 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2016-cı ilin 9 ayının sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr  olunmuş iclasındakı  nitqindən irəli gələn vəzifələrin uğurla yerinə yetirilməsi üçün Nəsimi rayon İcra Hakimiyyəti, yerli strukturlar, müəssisə və təşkilatlar tərəfindən məqsədyönlü tədbirlərin həyata keçirilməsi davam etdiriləcəkdir.

Keçidlər