Nəsimi rayon nümayəndə heyətinin İsrailin Los Ancelesdəki konsulluğunda görüşü keçirilmişdir
28 oktyabr 2016 | 16:00
28 oktyabr 2016-cı il tarixdə Nəsimi rayon nümayəndə heyətinin İsrailin Los Ancelesdəki konsulluğunda görüşü keçirilmişdir. Görüşdə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov, Azərbaycan Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev, Milli Məclisin üzvü Asim Mollazadə və Azərbaycanın Los-ancelesdəki Baş Konsulu Nəsimi Ağayev iştirak etmişdir. Dinlərarası tolerantlıq və harmoniya Azərbaycanın qədim adət-ənənələri, Azərbaycanın 2000 yaşlı Yəhudi icmasının bugünkü həyatı Azərbaycan və Yəhudi xalqları arasında möhkəm dostluq və tərəfdaşlıq görüşün əsas mövzusu olmuşdur.