Nəsimi rayon nümayəndə heyətinin Los Anceles Amerika Yəhudi Komitəsinin üzvləri ilə görüşü keçirilmişdir
28 oktyabr 2016-cı il tarixdə Nəsimi rayon nümayəndə heyətinin Los Anceles Amerika Yəhudi Komitəsinin üzvləri ilə görüşü keçirilmişdir. Görüşdə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov, Azərbaycan Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev, Milli Məclisin üzvü Asim Mollazadə və Azərbaycanın Los Ancelesdəki Baş Konsulu Nəsimi Ağayev iştirak etmişdir. Dinlərarası tolerantlıq və harmoniya Azərbaycanın qədim adət-ənənələri, Azərbaycanın 2000 yaşlı Yəhudi icmasının bugünkü həyatı Azərbaycan və Yəhudi xalqları arasında möhkəm dostluq və tərəfdaşlıq görüşün əsas mövzusu olmuşdur. Görüşün sonunda Azərbaycan nümayəndə heyəti tərəfindən Bakının Köhnə Şəhərini əks etdirən rəsm əsərləri Los Anceles Amerika Yəhudi Komitəsinin üzvlərinə təqdim edilib.