Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonu 5 nömrəli tam orta məktəbdə şagirdlər Bayraq Gününü qeyd etdilər

10 noyabr 2016 | 16:00

Nəsimi rayonunda 9 noyabr – Bayraq gününə həsr edilmiş silsilə tədbirlər davam edir.  Həmin tədbirlər çərçivəsində  bu gün Nəsimi rayonu    5 nömrəli tam orta məktəbdə Bayraq Gününə həsr olunmuş bayram tədbiri keçirilmişdir.  

Bu həftə məktəbdə  ilk dərslər “Dalğalan şanlı bayrağım ”mövzüsuna həsr olunmuş, keçirilən dərslərdə şagirdlər  dövlət atributları haqqında geniş məlumatlar almış  və müxtəlif təqdimatlar etmişdilər.

Bu gün məktəbin  foyesində  şagirdlərin``Bayraq bizim ürəyimiz,o, bizim dövlət rəmzimizdir!``adlı kreativ əl işlərindən ibarət rəngarəng  sərgi təşkil olunmuşdu. Sərgidə 3 rəngli bayrağımızı simvolizə edən müxtəlif eksponatlar öz əksini tapmışdı.

Məktəbdə keçirilən tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov çixış edərək  Dövlət Bayrağı günü münasibətilə tədbir iştirakçılarını- məktəbliləri təbrik edərək  xoş arzularını bildirdi. Natiq Ümummilli Lider Heydər Əliyevin və  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Bayrağına olan ehtiram və dərin məhəbbətindən  bəhs edərək bildirdi ki, Ginnesin rekordlar siyahısına düşmüş, dünyanın ən yüksək bayrağının dalğalandığı   möhtəşəm Dövlət Bayrağı Meydanı Azərbaycandadır. Ölkə başçısı cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə hər il noyabr ayının 9-u Azərbaycanda Dövlət Bayrağı günü kimi qeyd olunur. Asif Əsgərov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində işğal altında olan bütün Azərbaycan torpaqlarının düşməndən azad olunacağına, ölkəmizin ərazi bütövlüyünün bərpa ediləcəyinə əminliyini qeyd edərək tezliklə Azərbaycan bayrağının Qarabağda, o cümlədən Şuşada, Xankəndində dalğalacağını bildirdi.

Tədbir boyu  qonaqlar şagirdlər tərəfindən  vətənpərvərlik mövzusunda ifa olunan şer və mahnılarını dinləyib, rəqslərə tamaşa edərək,mövzu ilə bağlı  video çarxları izlədilər. 

Keçidlər