Şriftin ölçüsü :

Saytın rəngi :

21 noyabr - Yeni Azərbaycan Partiyasının yaranmasının 24 illiyi münasibətilə Nəsimi rayonunun bir qrup yaradıcı gənclərinin əl işlərindən ibarət sərgi keçirilmişdir

11 noyabr 2016 | 16:00

Dahi Öndər Heydər Əliyev ideyalarına sadiq olan və bu ideyalar əsasında fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası möhtərəm Prezident cənab İlham Əliyevin Sədrliyi ilə böyük inkişaf yolunu keçərək  milli siyasi iradəni təmsil edən və xalqımızın ali mənafeyinin ifadə edən  avanqard siyasi qüvvəyə çevrilmişdir.

Bu gün də mövcud iqtidarın monolit birliyi nəticəsində Milli Liderimizin qurub-yaratdığı azad, müstəqil, demokratik  Azərbaycan onun müəyyən etdiyi strateji xəttlə inamla getməkdə, inkişafını davam etdirməkdədir. Bu xətti əzmlə irəli aparan isə Ulu Öndərin layiqli varisi, praqmatik dövlət xadimi, dünya miqyasında böyük hörmət və nüfuza malik Prezidentimiz İlham Əliyev cənablarıdır.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin şəxsi qətiyyəti və iradəsi hesabına yaradılan və bu gün də istər ölkə daxilində, istərsə də regionda lider partiya olan Yeni Azərbaycan Partiyasının yaradılmasının 24 illiyi respublikamızın bütün bölgələrində təntənəli surətdə qeyd edilir.
Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı noyabrın 11-də Bakı Slavyan Universitetində Konstitusiya Günü və partiyanın yaranmasının 24 illiyi münasibətilə Nəsimi rayonundan olan bir qrup yaradıcı gəncin əl işlərindən ibarət sərgi keçirib.

Nəsimi Rayon İcra Hakimiyyətinin Başçısı, YAP Siyasi Şurasının üzvü  Asif Əsgərov Yeni Azərbaycan Partiyasının ümummilli lider Heydər Əliyevin şəxsi qətiyyəti və iradəsi sayəsində qurub-yaratdığı siyasi təşkilat olduğunu söyləyib. Bildirilib ki, bu təşkilat insanların arzusunu reallaşdırmaq kimi bir missiyanı yerinə yetirir. Bununla yanaşı, partiya cəmiyyətimizin siyasi, sosial, iqtisadi həyatına yeni dəyərlər gətirib.

Diqqətə çatdırılıb ki, ənənəvi olaraq YAP Nəsimi rayon təşkilatı tərəfindən silsilə tədbirlər proqramı hazırlanıb. Növbəti belə tədbir Konstitusiya Günü və ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının yaranmasının ildönümünə həsr edilmiş bu sərgidir.

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Bakı Slavyan Universitetinin rektoru, YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva gənclərin maarifləndirilməsi, dünyagörüşlərinin artırılması istiqamətində görülən işlərdən, ötən illərdə ölkəmizin əldə etdiyi uğurların dünyaya çatdırılmasında gənclərin üzərinə düşən vəzifələrdən danışıb. O bildirib ki, Azərbaycanda multikulturalizm, tolerantlığın dövlət siyasəti səviyyəsində inkişaf etdirilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu siyasət hazırda Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Gənclər bu dəyərlərin də dünyada təbliği istiqamətində səylərini əsirgəməməlidirlər.

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı qeyd edib ki, bugünkü sərgidə Nəsimi rayon təşkilatının bir qrup gənci Dövlət Müstəqilliyi, Dövlət Bayrağı, Konstitusiya günlərinə, xüsusilə partiyamızın yaranmasına həsr olunmuş əl işlərini təqdim ediblər.

Bildirilib ki, Heydər Əliyev ideyalarına sadiq olan və bu ideyalar əsasında fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin sədrliyi ilə böyük inkişaf yolu keçərək milli siyasi iradəni təmsil və xalqımızın mənafeyini ifadə edən avanqard siyasi qüvvəyə çevrilib. Bu gün də mövcud iqtidarın monolit birliyi nəticəsində Ümummilli Liderimizin qurub yaratdığı azad, müstəqil, demokratik Azərbaycan onun müəyyən etdiyi strateji xətlə inamla irəli gedir. Bu xətti əzmlə irəli aparan isə Ulu Öndərin layiqli varisi, praqmatik dövlət xadimi, dünya miqyasında böyük hörmət və nüfuza malik Prezident İlham Əliyevdir.

Sonra YAP Nəsimi rayon təşkilatının həyata keçirdiyi layihələrdə fəal iştirak etdiklərinə görə bir qrup gəncə diplomlar, Yeni Azərbaycan Partiyasının sıralarına üzv olmuş gənclərə isə vəsiqələr təqdim edilib.

Keçidlər