Şriftin ölçüsü :

Saytın rəngi :

"Bayrağımız qürur mənbəyimizdir"

08 noyabr 2016 | 16:00

Nəsimi rayonu  16 saylı Texniki Humanitar Liseydə 9 noyabr Dövlət Bayrağı günü qeyd edildi.

Tədbirdə məktəbin direktoru,müəllim, şagird kollektivi və qonaqlar  iştirak etdilər.Bayram tədbiri dövlət himnimizin oxunması ilə başladı. Liseyin hərbi hazırlıq müəllimi Cəlal Carçıyev bayrağımızın yaranması, “Bayraq günü”nün təsis edilməsi,Bayraq meydanının yaradılması tarixi haqqında geniş məruzə ilə çıxış etdi. Daha sonra tədbirdə  iştirak edən Azərbaycanın Milli Qəhrəmanları  öz döyüş xatirələrini şagirdlərlə bölüşdülər. Döyüş xatirələri şagirdlərin  böyük maragina səbəb oldu.  Liseyin  direktoru Aynurə Hacıyeva kollektivi  və qonaqları 9- noyabr Bayraq günü bayramı münasibətilə təbrik edərək müstəqil dövlətçilik ənənələrinin daha da möhkəmləndirilməsi üçün dövlət rəmzlərinin,xüsusilə də üçrəngli bayrağımızın əhəmiyyətini vurğuladı.

Tədbir Lisey şağirdlərinin hazırladıqları bayram konserti ilə davam etdi.

Keçidlər