Şriftin ölçüsü :

Saytın rəngi :

“Şəhidlər ölməz, vətən bölünməz” adlı silsilə tədbirlər keçirilir

25 noyabr 2016 | 16:00

Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən məktəbli gənclərin Vətənə, Bayrağa, Torpağa hörmət ruhunda tərbiyə olunması, vətənpərvərlik mövzusunda mütəmadi olaraq müxtəlif məqsədyönlü tədbirlər həyata keçirilir.

Nəsimi rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Turizm və Təhsilin inkişafına Dəstək ” İctimai Birliyinin layihəsi əsasən rayonun ümumtəhsil məktəblərində silsilə tədbirlər keçirilir.

44 saylı tam orta məktəb“Şəhidlər ölməz, vətən bölünməz” adlı tədbir keçirilmişdir.

Tədbirdə məktəblilər vətənpərvərlik mövzusunda şerlər söyləmiş, kompozisiyalar təqdim etmişdilər.

Tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının müavini Gülarə Verdiyeva, “Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri” İB-nin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyev və Böyük Vətən Müharibəsi,Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Nəsimi rayon şöbəsinin sədri İsmayıl Fərəcov iştirak etmişdilər. 

Keçidlər