“Şəhidlər ölməz, vətən bölünməz” adlı silsilə tədbirlər keçirilir
Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən məktəbli gənclərin Vətənə, Bayrağa, Torpağa hörmət ruhunda tərbiyə olunması, vətənpərvərlik mövzusunda mütəmadi olaraq müxtəlif məqsədyönlü tədbirlər həyata keçirilir.
Nəsimi rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Turizm və Təhsilin inkişafına Dəstək ” İctimai Birliyinin layihəsi əsasən rayonun ümumtəhsil məktəblərində silsilə tədbirlər keçirilir.
Texniki Humanitar Liseydə “Şəhidlər ölməz, vətən bölünməz” adlı növbəti tədbir keçirilmişdir.
Tədbirdə məktəblilər vətənpərvərlik mövzusunda şerlər söyləmişdilər.
Tədbirin sonunda şagirdlərin vətənpərvərlik mövzusunda hazırladıqları video çarx nümayiş etdirilmişdir.
Tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının müavini Gülarə Verdiyeva iştirak etmişdi.